Məhkəmə qərarları › İş №2(102)-1058/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1058/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1058/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdehtərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2269/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Kürdəmir rayon məhkəməsinin (hakim Müseyib Bayramov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə X2 iddia tələbi təmin edilmiş, Kürdəmir rayonu, Xırdapay kəndində yaşay an Cavabdeh 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, bütövlükdə 8030 manatın alınaraq Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan iddiaçı X3 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov, Zeynal Zeynalov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Kürdəmir rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh borc müqaviləsi üzrə verdiyi 8000 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2017-ci il tarixli borc müqaviləsi bağlanmış, müqaviləyə uyğun olaraq, sonuncuya 8000 manat miqdarında borc vermişdir. İddiaya görə, cavbdeh həmin pulu xx.xx.2017-ci il tarixə kimi qaytaracağını bildirmişdir. O, sonradan dəfələrlə cavabdehə müraciət edərək pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, xx xxxxxx 2017-ci ildə həmkəndlisi 8000 manat borc pul almışdır. Bundan sonra iddiaçı ilə aralarında olan borc müqaviləsini xx xxxxxx 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Sonradan maddi imkanı olmadığına görə borcu qaytara bilməmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəyəcəyini bildirmiş və bu barədə qətnamə çıxarmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə a ktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsiinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəb ləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı X4 ilə Cavabdeh arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalan Cavabdeh, xx xxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə borcverə n X1 8000 manat borc pul almışdır. İddiaçı müqavilə əsasında verdiyi 8000 manat pulun qaytarılmasını cavabdehdən tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. İddiaçının tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 157.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 157.2-ci maddəsinə ə sasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən sübut edilməli olan hallar-pul məbləğinin verilməsi, onun cavabdehdə olması və geri qaytarılmamasıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi kre ditin verilməsini təsdiq edir. Müqavilə qüvvədədir. Borca verilmiş pulun qaytarılmasını sübuta yetirmək cavabdehin üzərindədir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Cavabdeh birinci instansiya məhkəməsində borcun mövcudluğunu, borc müqaviləsini imzaladığını etiraf etmişdir. Lakin apelyasiya şikayətində müqaviləni imzalayarkən iddiaçıdan qorxduğunu göstəmişdir. Bununla yanaşı, müqaviləni nə məqsədlə imzaladığını, iddiaçı ilə aralarındakı münasibətlərin motivini bildirməmiş, bu barədə izahatında da göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununıa bağlı qeyd etmişdir ki, cavabdeh mahiyyətcə etirazını əsaslandırmamış, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Azərb aycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2269/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar