Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1059/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh5 Cavabdeh: Cavabdeh6 İddia tələbi: “mənzildən çıxarılma” Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Məmmədov Hafiz Səttar oğlunun, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 20 20-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -xx xxxxxx 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzilini 34.150 manata İddiaçı satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li çıxarışdan və texniki pasportdan görünür ki, ünvan 1, mənzil 31 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 3 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 757 №li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil özəl mənzil sektoruna daxil olmaqla, mənzilin sahibi İddiaçıdur və mənzildə heç kim qeydiyyatda deyil. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3891/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ünvan 1, 31 saylı mənzilə dair X3 ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2955/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10932/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-529/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2955/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İdd iaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 5/11 saylı binanın 31 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı məxsus ünvan 1də yerləşən 31 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx xx 2020-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsi ilə (hakimlər – Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mülki qanunvericiliyin prinsiplərini pozaraq ədalətsiz qətnamə çıx armaqla cavabdehin mülkiyyət, ailəsinin isə mənzilə olan hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və vəkili Məmmədov Hafiz Səttar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Mə hkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 5/11 saylı binanın 31 saylı mənzilini xx xxxxxx 2014-cü il tarixdə 34.150 manata almışdır. Alqı-satqı müqaviləsi notariat qaydada təsdiqləndikdən sonra o, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almışdır. Mülkiyyətində olan mənzil barədə alqı-satqı müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə imzalanarkən həmin mənzildə qeydiyyatda olan bütün şəxslərin, yəni cavabdehlərin həmin mənzilə istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilmiş və sonuncular Sumqayıt şəhər İcra İdarəsinin icra məmurları tərəfindən mənzildən çıxarılmışlar. 2015-ci ilin yanvar ayının 16-da isə cavabdehlər özbaşına olaraq mənzilə daxil olaraq, mənzilin giriş qapısının kilidini dəyişdirməklə orada yaşamağa başlamışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm daxili, həm də beynəlxalq qanunvericiliyi n prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı mübahisəli əmlakı dəyərini tam ödəməklə almış və hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış əldə etmişdir. Beləliklə, onun həmin əmlaka tam mülkiyyət hüququ yarandığından apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədə iddiasını əsaslı hesab etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki qanunvericiliyin prinsiplərinin pozularaq ədalətsiz qətnamə çıxarmaqla cavabdehin mülkiyyət, ailəsi nin isə mənzilə olan hüquqlarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1059/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1059/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver