Məhkəmə qərarları › İş №2(102)-1059/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1059/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1059/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İş in halları: Bakı şəhəri, Yasamal rayonu, 618-ci məhəllə, 10 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Həmin mənzilin yerləşdiyi binanın idarə edilməsi "xxxx" MMMC-nin səlahiyyətinə verilmiş, kommunal xidmət haqlarının ödənilməsi ilə əlaqədar Cavabdeh ilə MMMC arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzil kommunal ödənişlərini həyata keçirməməsi səbəbindən 10 dekabr 2018-ci il tarixə 5760 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh MMMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Ray on Məhkəməsinin 2(004)-1121/2021 nömrəli, 03 aprel 2019cu il tarixli qətnaməsi ilə (hakim: O.Q.Məmmədli) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı "xxxx" MMMC apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8812/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1121/2019 nömrəli 03 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin olunmasına dair yen i qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh qətnamə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-298/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və S.F.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsində icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 yanva r 2020-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-298/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8812/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) "xxxx" MMMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı "xxxx" MMMC kassasiya şikayəti verərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanlarının, bələdiyyələrin və digər təşkilatların yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borclu olmasını, lakin cavabdehin kommunal xidmət haqqını ödəməkdən boyun qaçırmasını, qətnamənin sübutlara düzgün qiymət ver ilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 123.0.2 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindən biridir. Maddə 142.1 Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflər in imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2 Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlan ması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Maddə 128.0.3 Müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi "xxxx" MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binalarının ümumi əmlakın saxlanılması və təmiri haqqında müqavilə bağlam aq vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindən biridir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığın cağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmən zilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindən biridir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh məxsus mənzilə göstərilən xidmətlərin yerinə yetirilməsi barədə MMMC ilə onun arasında hər hansı bir müqavilə bağlanmamış, MMMC tərəfindən 20122016-cı illərdə binanın saxlanılması üçün xərclər smetası təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığı ncağına təqdim edilməmişdir. Göstərilən vəziyyətdə cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etmək üçün əsasların olmaması nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2021 nömrəli iş üzrə 0 1 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar