Məhkəmə qərarları › İş №2(102)-1059/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1059/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1059/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh10, Cavabdeh7, Cavabdeh1, Cavabdeh9, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və X13 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh10, Cavabdeh7, Cavabdeh1, Cavabdeh9, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və X13 qarşı qeyri-yaşayış sahəsindən çıxarılm a tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(103)-4739/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, X27, Cavabdeh2 və cavabdehlər Cavabdeh11, Cavabdeh7, Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli, Seriya RX №0011398 nömrəli çıxarışa əsasən "xxxx" firmasına məxsusdur. "xxxx" firmasının hüquqi varisi İddiaçı2 MMC-dir.

2. Bakı şəhə ri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10A qeyri-yaşayış binasının texniki pasportu "xxxx" firmasının adına tərtib olunmuşdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-7/2023 saylı qətnaməsi ilə iddiaçılar X37, X14, X9, X28, X48 (hüquq varisi Cavabdeh4) və X1 cavabdeh "xxxx" firmasına (İddiaçı2 MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh "xxxx" firmasına qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı "xxxx" firmasının (İddiaçı2 MMC) cavabdehlər X37, X14, X9, X28, X48 (hüquq varisi Cavabdeh4) və X2 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” tələbinə dair qarş ılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının rüsumu ödəmiş tərəflərə aid edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin qarşılıqlı iddiaçı "xxxx" firmasından (İddiaçı2 MMC) tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)4732/2021 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması, cavabdeh X28 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər X29 hüquqi varisi Cavabdeh4, X9, X38 və X14 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-106/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2-2(103)-1122/2022 nömrəli qərardadı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, işdə iştirak etməyən X30, X38, X14, Cavabdeh4, X9 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6. 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İd arəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən "xxxx" firmasına indiki İddiaçı2 MMC-yə məxsus olan əmlakda qeydiyyatsız yaşayan şəxslərin adları müəyyən edilərək təqdim edilir: X39 xx.xx.1990-cı il təvəllüdlü; X23 06.1960-cı il təvəllüdlü; Cavabdeh1 xx.xx.1996-cı il təvəllüdlü; Cavabdeh9 xx.xx.2002-ci il təvəllüdlü; X30 20.06.16,1958-ci il təvəllüdlü; Cavabdeh5xx.xx.1969-cu il təvəllüdlü; Cavabdeh6 xx.xx.1989-cü il təvəllüdlü; X11 25.04,2019-cu il təvəllüdlü; X9 xx.xx.1973-cü il təvəllüdlü; Cavabdeh11 xx.xx.0979-cu il təvəllüdlü; X15 xx.xx.2005-ci il təvəllüdlü; X16 07.03 2007-ci il təvəllüdlü; X31 09 06.2009-cu il təvəllüdlü; Cavabdeh8, xx.xx.1960-cı il təvəllüdlü; Cavabdeh2, xx.xx.1969-cu il təvəllüdlü; Cavabdeh4 xx.xx.1976-cı il təvəllüdlü; Cavabdeh10 (2 övladı ilə birlikdə); X14 1978-ci il təvəllüdlü; Məmmədova Vüsalə; X17; X32. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə 1926-cı il təvəllüdlü X33 ünvan 3 ünvanı üzrə xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 4 ünvanı üzrə, X3 və X5 ünvan 2 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon polis idarəsinə həvalə edilməsi qət edilmişdir.

8. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-423/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Firmasının cavabdehlər X40, X6, X18, X24, X10 və X2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X9, X28, X38 və X8 "xxxx" f irmasına məxsus ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli2(102)4619/2023 saylı qərarı ilə ilk və üçüncü şəxsin iddiaları üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(103)-4134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər X19, Cavabdeh2, Cavabdeh4, Cavabdeh10 (uşaqları ilə birlikdə), Cavabdeh7, Cavabdeh1, C avabdeh9, Cavabdeh11 (uşaqları X20, X16, X34), Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 (uşaqları X25, X11), X27 (uşaqları X17 və X32) MMC-nin (əvvəllər "xxxx" firması) mülkiyyətində olan və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli "xxxx" və xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışa” əsasən "xxxx" Firmasına məxsus olmuşdur. İddiaçı2 MMC həmin Firmanın hüquqi varisidir. Qeyd olunan qeyri-yaşayış sahəsi Firma ilə “Bakı Geofizika Cihazları Təcrübə Eksperimental” Zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləy ə əsasən dəyəri ödənildikdən sonra Firmanın mülkiyyətinə keçmişdir. Firmanın mülkiyyətini təsdiq etmək üçün Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Firmaya zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı "xxxx" verilmişdir. Lakin Firmanın qeyd edilən qeyriyaşayış sahəsinə dair istifadə və sahiblik hüquqları mövcud olsa da Firmanın mülkiyyət hüququ uzun müddət reyestrdə qeydə alınmadığından Firma tam mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bu müddət ərzində bir neçə şəxs Firmanın öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, Firmaya məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamışlar. Firma həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsə də onlar, bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Firma öz hüquqlarının müdafiəsi üçün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, ərazini həmin vaxt ilkin zəbt etmiş şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə 1926-cı il təvəllüdlü X29 ünvan 9 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 10 ünvanı üzrə, X3 və X5 ünvan 11 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-447/2017 saylı, xx.xx.2017-ci il tarixl i qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının xx.xx.1973-cü il təvəllüdlü Vüqar Məmmədovun həmin ünvanda yerləşən 10 “D” saylı evdən, Vaqif Allahyarovun və Limon Allahyarovanın 10 “A” saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Suraxanı RPİ-nin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, Firma, cavabdehlər X40, X6, X18, X24, X10 və X2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən qəbul edilmiş 2(010)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə Firmanın iddiasını qismən təmin edilməsi, cavabdehlər Əvəz Şirinovun, Vüqar Məmmədovun, Sərvan Kərimovun, Yusif Babayevin, Habil Məmmədovun və X7 məxsus olan və Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Firmanın apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh Əvəz Şirinova münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsini, Əvəz Şirinovun da həmin qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Firma və cavabdeh Sərvan Kərimov tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər Vüqar Məmmədov, Yusif Babayev, Habil Məmmədov və (mərhum) Əvəz Şirinovun hüquqi varisi Cavabdeh4 tərəfindən birgə verilmiş kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda həmin ərazidə adları sadalanan şəxslərdən başqa onların ailə üzvləri və onların yaxınları olan hazırkı iş üzrə cavabdehlər də yaşayır. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qərarları ilə hazırkı iş üzrə cavabdehlərin "xxxx" Firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə paspo rt qeydiyyatına alınmalarının qanunsuz olması müəyyən edilmiş və həmin şəxslərin qeyd edilən qeyri-yaşayış sahəsində yaşamalarının qanunsuz olduğu təsdiq olunduğundan həmin şəxslərin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Cavabdehlərin qeyri-yaşayış sahəsinə heç bir hüquqlarının olmaması qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edildiyindən və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları olduğundan bu şəxslərin ailə üzvləri və orada yaşayan digər tanış və yaxınları olan cavabdehlər qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Çünki həmin şəxslərin firmaya məxsus qeyri-yaşayış sahəsində heç bir qanuni əsas olmadan yaşamaları, firmanın mülkiyyət hüquqlarını kobud surətdə pozur ki, bu da qanunvericiliklə qadağandır. Qeyri-y aşayış sahəsinin yerləşdiyi ərazinin bilavasitə yaxınlığında regional yüksək gərginlikli elektrik paylayıcı məntəqəsi mövcuddur. Həmin elektrik paylayıcı stansiyada yüksək gərginlikli transformatorlar və elektrik ötürücü xətləri mövcud olduğu üçün qeyri-yaşayış sahəsinin də bilavasitə stansiyaya yaxın olması nəzərə alınaraq, oradan yaşayış sahəsi kimi istifadə olunması və insanların yaşaması həyati təhlükəlidir.

12. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh8 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonun cu dəfə iddia tələbləri rədd edilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onlar 2004-cü ildən həmin evdə yaşayırlar. Özünün qeydiyyatı 10B ünvanadır. Əvəz Əvəzov adlı şəxsə aid idi iddia tələbi. Sonradan həmin şəxs vəfat edəndən Ali Məhkəmədə onun varis kimi sonra İddiaçı1ı tanıyıblar. 2004- cü ildə 5000 dollar pul verib həmin yeri almışdır. Onlar evi Şahvələd adlı şəxsdən alıb. Həmin binada bütün evləri hamı pul verib alıb. İddiaçı da vaxtilə dələduzluqla bağlı tutulub. Heç kim ora pulsuz parasız girib yaşamayıb. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Ə vvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir. Əlavə vəsait xərcləyib həmin ünvanda əlavə tikililər tikmişlər. O, 20 ildən çoxdur ki, həmin evdə yaşayır və evin kommunal xərclərini ödəyirlər. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 6 yaşından, yəni 2003-cü ildən orada yaşayır. Həmin ev onun böyüyüb boya-başa çatdığı yerdir. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində s onuncu dəfə iddia tələbləri rədd edilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh6 Sarvan oğlunun nümayəndəsi Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bəhruzun anasıdır. Oğlu 2004-cü ildən həmin evdə yaşayır, həmin evi pul verib almışlar. Həmin evə müvəqqəti qeydiyyatları da var. Oğlu da orada yaşayır.

16. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2004-cü ildən yoldaşı və 3 uşağı ilə orada yaşayır. həmin vaxt ora 2 otaq olmuşdur. Ev alanda ev pis gündə idi, min-bir əziyyətlə oranı düzəltmişlər. Sonradan əlavə tikililər tikmişlər. O, həmin evə görə Babayev Yusif adlı şəxsə 4300 ABŞ dolları pul vermişdir. Nəriman Yusi fə 15000 pul borcu var idi, həmin vaxt Nəriman onun evin alqı-satqısına etiraz etmədiyi barədə yazılı kağız vermişdir. Onlar iddiaçıya qarşı dəymiş zərərin ödənilməsi barədə məhkəməyə vermişlər.

17. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh3 Dülüfər qızı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, həmin evə 2017-ci ildə gəlin gəlmiş, hal-hazırda da orada yaşayır və qeydiyyatdadır. Ona məlumdur ki, qayınanasıgil həmin evə pul verib almışlar. Heç kim orada kefindən gəlib yaşamır. Evi alan qayınatası olub. İddiaçı onların pulunu qaytarsın, onlar da həmin evdən çıxıb getsinlər.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6563 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qeyd olunan ünvan 13 ünvanda yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636.1 m2 ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qarşılıqlı iddiaçı "xxxx" firmasının mülkiyyətində olan, ümumi sahəsi 518.3 m3 olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunan ərazinin (0.1654 ha) hüdudları daxilində yerləşən (X12, Cavabdeh2, X21, Cavabdeh4, X8 və X1 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur.

19. Məhkəmə tərəf lərin iştirakı ilə ünvan 7 ünvanda mübahisəli qeyri-yaşayış sahəsinə (tikililərə) baxış keçirmişdir. Keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, ekspert tərəfindən tərtib edilmiş sxemdə göstərilən tikililərdə həqiqətən cavabdehlər yaşayırlar.

20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Rübabə Qafarova) e-2(010)128/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçı "xxxx" firmasının qeyriyaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə konstruktiv dəyişikliklər edilmişdir və hazırda cavabdehlər və onların ailə üzvləri tərəfindən ərazidən yaşayış sahəsi kimi istifad ə edilir. Lakin mülkiyyət hüququna müdaxilənin müəyyən edilməsi hələ iddianın əsaslı olduğu mənasına gəlmir. Belə ki, müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olub-olmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmanın mümkünlüyü məsələsi həll edilməlidir.

22. Məhkəmə bildirmişdir ki, iddiaçı "xxxx" firmasının qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də "xxxx" firmasının direktoru İddiaçı1 təsvir etdiyi kimi, onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbtetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyri-yaşayış sahəsindəki bu günkü vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru İddiaçı1 cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeyd ə alınmadığı dövrdə qeyri-yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq vədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə cavabdehlərin bəziləri ailə üzvlərinin də yaşadıqları “ev”ləri həmin şəxslərdən “al”mışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) Əvəz Şirinova “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına i cazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan Vüqar Məmmədov da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan almışdır.

23. Məhkəmə cavabdehlərə qeyri-yaşayış sahəsini "xxxx" firmasının direktoru İddiaçı1 məlumatı olmadan, özbaşına şəkildə zəbt etməsi barədə iddiaçının mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, "xxxx" firmasının qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən firmanın direktorunun qeyri-qanuni hərəkətləri səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, mülkiyyət hüququna müdaxilənin mütənasibliyi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır.

24. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi sözsüz ki, cava bdehlərin və ailə üzvlərinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdir.

25. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər və onların ailə üzvləri 2000-2005-ci illərdən etibarən ailələri ilə birlikdə həmin ünvanda yaşamışdır. Odur ki, məhkəmə mübahisəli ərazidəki tikililəri Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul etmiş və cavabdehlərin iddiaçı firmanın direktorunun razılığı əsasında uzun müddət yaşadıqları mənzillərindən çıxarılmasının qət edilməsi ilə cavabdehlər və ailə üzvlərinin evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 21.2, 157.2, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş və münasibət bildirilmiş məsələlərin yenidən müzakirə olunması ilə preyudisiallıq prinsipi pozulmuş, iddianın rədd edilməsi barədə iş üzrə səhv nəticəyə gəlinərək maddi və prosessual hüq uq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 22 oktyabr 2024cü il tarixli, 2(103)-4739/2024 nömrəli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024cü il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı2 cavabdehlər Cavabdeh8 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, iş üzrə cavabdehlər X19, Cavabdeh2, Cavabdeh4, Cavabdeh10, Cavabdeh7, Cavabdeh1, Cavabdeh9, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, X27 və cavabdehlərin yetkinl ik yaşına çatmamış uşaqları İddiaçı2 ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsassızdır. Çünki iddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindədir, cavabdehlərin mübahisəli sahəyə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyil. MMC-nin ("xxxx" Firmasının) direktorunun qeyri-qanuni hərəkətlərə yol verməsi isə MMC-nin mülkiyyət hüququndan məhrum olması üçün əsas ola bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyində oldu ğundan MMC-nin cavabdehlərin sahədən çıxarılmasını tələb etməyə haqqı çatır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil edir.

32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddia ərizəsində yetkinlik yaşına çatmış cavabdehlər ilə yanaşı onların yetkinlik yaşına çatmamış uşaqlarının da mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, bu kimi tələbin əsaslılığına qiymət verilməsi üçün ilk öncə cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarının yaşayış yeri müəyyən olunmalıdır.

33. Apellyasiya instansiyası məh kəməsi cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində yaşamalarının hüququ əsası olmamasını əsas götürərək, onların həmin qeyriyaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlmişdir, onda müəyyən edilir ki, cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının da mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələb əsaslıdır.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı MMC-nin ("xxxx" Firmasının) direktoru cavabdehlərə qarşı qeyri-qanuni hərəkətlərə yol vermişdirsə, buna görə öz əmlakı ilə məsuliyyət daşıya bilər. Cavabdehlər “yaşayış sahəsi əldə etmək” məqsədi ilə ödədikləri vəsaitlərin geri qaytarılmasını həmin vəsaitləri ödədikləri şəxslərdən tələb edə bilərlər.

35. Apellyasiya baxışı iclasında Cavabdeh7 bildirmişdir ki, İddiaçı2 MMC-nin direktoru İddiaçı1 "xxxx" Firmasının direktoru olduğu zaman, yəni xx.xx.2004-cü il tarixdə öz xətti ilə "xxxx" adlı sənəd yazaraq Firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsinin – çörək bişirmə sexinin Yusif Babayev tərəfindən satılmasına etiraz etmədiyini bildirmişdir.

36. Cavabdeh7 Məhkəməyə təqdim etdiyi həmin "xxxx" adlı sənədlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin sənəd "xxxx" Firması tərəfindən verilmiş etibarnamə kimi qiymətləndirilə bilməz, çünki o, Firmanın möhürü ilə təsdiq edilməmişdir.

37. Bu baxımdan qəbul edilməlidir ki, qeyd edilən sənədin mövcud olması iddianın rədd edilməsi üçün əsas ola bilməz.

38. Apellyasiya baxışı iclasında Cavabdeh7 həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1084/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsini Məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı olaraq ("xxxx" Firmasının və hazırda İddiaçı2 MMC-nin direktoru) İddiaçı1 cavabdehlər Əvəz Şirinova, Yusif Babayevə və Ramiz Vahidova qarşı “Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 10 “A” ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılması tələbi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Bu hal da onu göstərir ki, iddia əsassızıdır, çünki iddianın əsassız olmasına artıq qiymət verilmişdir.

39. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən həmin qətnamə xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi (bax: hazırkı qətnamənin 20-ci bəndinə) işdə olan məhkəmə aktlarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, "xxxx" Firmasının qe yd edilən (mübahisəli) qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1939/5-378 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə tanınmışdır.

40. Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2004-cü il tarixdə qətnamə qəbul edildikdən sonra, şərait dəyişmişdir. Məhkəmənin də hazırkı iş üzrə mövqeyi ondan ibarətdir ki, iddiaçı MMC-yə ("xxxx" Firmasına) məxsus qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyində olduğundan, MMC-nin cavabdehlərin sahədən çıxarılmasını tələb etməyə haqqı çatır.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qətnamənin də mövcud olması iddianın rədd edilməsi üçün əsas ola bilməz.

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 2.1, 152.5, 157.2, 178.1. və 178.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1, 60.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehlər Cavabdeh4, X27, Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin onlara münasibətdə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq mad di hüquq normalarına istinad edilərək, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalı olduğu halda, bu edilməmiş, bununla da məhkəmə tərəfindən maddi hüquq pozuntusuna yol verilmişdir. Belə ki, onlar 2004-cü ildən həmin mənzildə yaşamaqla, həmin mənzildə qeydiyyatda olmuşlar. 2004-cü ildə müxtəlif məbləğlərdə pul verməklə həmin mənzili almışlar. Bundan sonra əlavə vəsait də sərf edərək, əlavə tikililər də tikmişlər. 20 ildən artıqdır ki, qeyd olunan mənzildə yaşamaqla, mənzilin kommunal haqlarını ödəmişlər. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni düzgün əsaslandırmamış, işdəki mövcud olan bir sıra sübutlara düzgün hüquqi qiymət verməmiş, beləliklə də qanunvericilik normalarının tələblərini pozmuşdur. Belə ki, işin hallarından, yəni qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də göründüyü kimi "xxxx" Firmasının direktoru İddiaçı1 onların çıxarılmalarının tələb edildiyi tikililəri qeyri-yaşayış sahəsinə çevirib alqısatqı aparacağı vədi ilə ayrı-ayrı şəxslərə məxsus pulu mənimsəyərək, dələduzluq hərəkətləri etdiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. Belə olan halda, onların iddiaçıya məxsus sahəni özbaşına zəbt etmələri barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətin tamamilə əsassız olduğu müəyyən edilir.

45. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi cavabdeh tərəfin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilə hörmət hüququna müdaxilə təşkil edəcəkdir. Həmin maddəyə əsasən:

1. Hər kəs... mənzilinə... hörmət hüququna malikdir;

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Hazırkı iş üzrə pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edərkən, aşkardır ki, iddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan cavabdehlərin ailə üzvləri ilə birlikdə ev lərindən çıxarılmaları ilə üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil. Lakin apellyasiya instansiyası məhkəməsi sadalananlara düzgün hüquqi qiymət verməmiş, qəbul edilmiş qətnamə ilə həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının tələbləri də açıq-aşkar şəkildə pozulmuşdur.

46. Həmçinin, cavabdehlər Cavabdeh11, Cavabdeh7, Cavabdeh3 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin onlara münasibətdə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

47. Cavabdehlərin kassasiya şikayəti digər cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan su i-istifadə olmasın.

51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

53. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədl əri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

66. Kollegiyanın gəldiyi qənaətə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

67. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

68. Kassasiya şikayətinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusuna dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş tərəflərlə dövlət orqanları arasında deyil, fərdi hüquq subyektləri arasında yaranmış münasibətlərdən doğan mübahisə ilə bağlıdır. Marks Belçikaya qarşı olan işdə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinin məqsədi əsasən fərdləri dövlət orqanlarının qanunsuz müdaxiləsindən qorumaqdır. Bununla belə, bu maddə dövlətdən yalnız belə müdaxilələrdən çəkinməs ini tələb etmir: bu əsas neqativ öhdəliyə əlavə olaraq, dövlətin ailə həyatına səmərəli “hörmət” anlayışından irəli gələn müsbət öhdəliklər də mövcud ola bilər. Qeyd edilən hüquqi mövqe onu ehtiva edir ki, AİHK-nın 8-ci maddəsi çərçivəsində dövlətlərin fərdi tərəflər arasındakı mübahisələrdə belə, "müsbət öhdəlikləri" vardır.

69. Lakin nəzərə almaq lazımdır ki, bu öhdəliklər məhduddur və əsasən fərdi mübahisələrin həlli üçün qanuni əsasların və hüquqi müdafiə mexanizmlərinin təmin edilməsi ilə məhdudlaşır. Bu mənada, mübahisə tərəflərinin toqquşan maraqları arasında ədalətli balansa nail olunması da bu “müsbət öhdəliyin” tərkib hissəsi kimi nəzərdən keçirilir.

70. Hazırkı halda cavabdehlər mübahisəli tikiliyə Konvensiyanın 8-ci maddəsi ilə nəzərdə tutulmuş “mənzil” hüquqlarının olmasına və bu hüququn pozulmasına istinad etsələr də, həmin tikili üzərində iddiaçının mülkiyyət hüquqlarının olması və bu hüququn həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunduğu da mübahisəsizdir.

71. Belə olan halda, mübahisəni həll edən məhkəmələr qarşısında duran əsas vəzifə bu iki hüquq arasında ədalətli balansın təmin edilməsi olmuşdur.

72. Bu baxımdan qeyd edilməlidir ki, hazırkı mülki mübahisə prosesində tərəflərin məhkəməyə müraciət hüququ təmin olunmuş, məhkəmələr tərəfindən hər iki tərəfin dəlilləri tam araşdırılmış, həmçinin cavabdehlərə onların qeyd edilən tikililərə görə etmiş olduqları vəsaitlərin geri qaytarılmasını həmin vəsaitləri ödədikləri şəxslərdən tələb edə bilmək hüquqları izah olunmuşdur.

73. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin həmin dəlili də əsassız olmuşdur.

74. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

75. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, X27, Cavabdeh2 və cavabdehlər Cavabdeh11, Cavabdeh7, Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(103)-4739/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar