Məhkəmə qərarları › İş №2(102)-106/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-106/2020

10.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-106/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8195/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-1099/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Paşayeva ) İddiaçı Cavabdeh qarşı “ailə üzvləri, arvadı, iki uşağı ilə birlikdə qeydiyyatda olduqları evə köçürülmə, evdən istifadə hüququnun təmin və istifadə qaydasının müəyyən edilməsi, həyətə giriş darvazasının və evə giriş qapısının açarlarının nüsxələrinin alınıb ona verilməsi və yaxud evdən onlara düşün payın dəyəri müqabilində nəğd pul şəklində kompensasiyanın ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8195/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qə tnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq arvadı xx, iki azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi 5-ci məhəllədə yerləşən 7 “F” saylı evə köçürülməklə evdən ( o, cümlədən mətbəx, hamam, sanitar qovşağından və sair) istifadə hüququnun təmin və istifadə qaydasının müəyyən edilməsi, həyətə giriş darvazasının, evə giriş qapısının açarlarının nüsxələrinin cavabdehdən alınıb ona verilməsi, yaxud həmin evdən onlara düşən payın dəyəri müqabilində nəğd pul şəklində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslan dırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassa siya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi, iddiaçının arvadı xx münasibətdə, eləcə də “evdən ist ifadə qaydasının müəyyən edilməsi, həyətə giriş darvazasının və evə giriş qapısının açarlarının nüsxələrinin alınıb ona verilməsi və yaxud evdən onlara düşün payın dəyəri müqabilində nəğd pul şəklində kompensasiyanın ödənilməsi” tələblərinin rədd edilməsi hissəsində apellyasaiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı, arvadı xx mənafeyinin müdafiəsi üçün iddia qaldırmış olsa da, iddia ərizəsi onun özü tərəfindən imzalanmayıb və iddiaçıya belə bir səlahiyyət verilməyib və ümumiyyətlə xx münasibətdə iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməyib. Halbuki, həmin Məcəllənin 149.1-ci maddəsinin mənasına görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahi yyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151, 152-ci maddələrində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı ev cavabdehin mülkiyyətində olduğu üçün, mülkiyyətin müdafiəsinə dair Konstitusiyanın 13, 29-cu maddələrinin və digər normaların tələblərinə istinad etməklə iddia tələbini “evdən istifadə qaydasının müəyyən edilməsi, həyətə giriş darvazasının və evə giriş qapısının açarlarının nüsxələrinin alınıb ona verilməsi və yaxud evdən onlara düşün payın dəyəri müqabilində nəğd pul şəklində kompensasiyanın ödənilməsi” hissəsində rədd etmiş birinci in stansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla da apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, iddia tələbini “evdən istifadə hüququnun təmin edilməsi və evə köçürülmə” hissəsində rədd etməklə, işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsasların olmamasını, iddiaçının iddia tələblərini əsaslandıra və bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməməsini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddiaçın ın cavabdehin oğlu, ailə üzvü olması və onların mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdə birgə yaşayıb ümumi təsərrüfat aparmaları, qeydiyyatda olmaqla iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi və onun evi məcburiyyət üzündən tərk etməsi, işin mübahisə olunmayan hallarıdır. Cavabdeh özü də izahatında qeyd olunan halları inkar etmir, əksinə, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının özünün evə köçüb yaşamasına etiraz etmədiyini bildirib. Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasın ın tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Eləcə də Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsin in mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqlar ı müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılması tələb etmək hüqüq yoxdursa, ondan həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhv ə yol verərək, iddiaçının ailə qanunvericiliyi əsasında mübahisəli evin mülkiyyətçisi olan atası Cavabdehla birlikdə yaşamaq və evin mülkiyyətçisi kimi ondan özünün saxlanılmasını tələb etmək hüququnun olmasına, onun həmin evi məcburiyyət üzündən tərk etməsinə və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olmasına əhəmiyyət vermədən, Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan əsaslara istinad edərək cavabdehin iddiaçını saxlaması kimi bir öhdəliyinin yaranmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, mülki iş materiallarında ümumiyyətlə iddiaçının mübahisəli evə olan ehtiyacının aradan qalxmasını, yəni onun həmin evdən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsini, başqa yaşayış sahə sinə isə hər hansı hüquq əldə etməsini və sair özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Əksinə, tərəflərin özlərinin izahatları ilə müəyyən olunur ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsasların olması, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-cı maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsinin mümkün sayılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Bunda n başqa, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə iddiaçının apellyasiya şikayəti üzrə kifayət qədər araşdırma aparmadan, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, cavabdehin etirafedici izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, MPM-nin 106.1, 392.2-ci maddələrində göstərilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirdikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini qətnamədə göstərməyə borcludur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmı ş digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən “evə köçürülmə və evdən istifadə hüququnun təmin edilməsi” iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8195/2019 saylı qətnaməsi qismənİddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdən istifadə hüququnun təmin edilməsi və evə köçürülmə”si iddia tələblə rinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar