Məhkəmə qərarları › İş №2(102)-106/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-106/2025

31.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-106/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisməndə cəlb edilməklə) qarşı QƏRARİ Açar sözlər: işdənçıxma müavinətindən gəlir vergisinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 cavabdeh SOCAR Cavabdehnə və (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyə n üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "müavinətdən tutulmuş məbləğin qaytarılması” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4655/2024 nömrəli 2 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul İşin halları

1. X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cu hissəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) əsasən (27 iyul 2021-ci il tarixli əmrlə) xitam verilmişdir.

2. İşəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürə nlə işçi arasında bağlanmış 29 iyul 2021-ci il tarixli razılaşmanın bəndlərindən görünür ki, işəgötürənlə bağlanmış 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 35885,45 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür.

3. Qeyd olunan Razılaşmaya görə işəgötürən tərəfindən X3 orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 35885,45 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 8721,36 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X5 cavabdeh SOCAR Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35888.45 manat işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 10.334 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin və 50 manat mediasiya xərcinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh idarə ilə aralarında bağlanmış 276 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair onunla işəgötürən arasında olan xx.xx.2021-ci il tarixli razılaşmaya görə "Azneft" İB ona 35.885.45 manat işdən çıxarılmaya dair müavinət ödəmişdir. Həmin müavinətdən cəmi 10.334 manat gəlir vergisi və digər məbləğlər tutmuşdur. Halbuki Azər baycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cı maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya ma ddi yardımlara görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol vermir. Odur ki, ondan əsassız və qanunsuz tutulmuş 10.334 manat gəlir vergi və digər məbləğlər geri qaytarılmalıdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı "müavinətin tam ödənilməsi" tələbinə dair iddia ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruridir. Belə ki, X5 "Azneft" İstehsal at Birliyinin 27 iyul 2021-ci il tarixli SOCAR**********00070020 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə "Azneft" İB arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. Həmçinin 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuşdur. İddiaçının bundan xəbəri olmuşdur.

7. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi ba rədə ərizə verərək bildirmişdir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Qeyd ed ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154-cü və digər maddələrini rəhbər tutaraq məhkəmədən, iddiaçı X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə "müavinətin tam ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilmiş, iddiaçı X3 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisi, mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddia çı X3 ödənilməsi, 107 manat dövlət rüsumunun cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 59-k nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X12 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir.

10. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsini n 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” azad edilməsi əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmrqərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifad əsini əks etdirmir.

11. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69, 77, 175, Vergi Məcəlləsinin 98.1, 102.1.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrə "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmr qərarının 4-cü bəndinə əsasən, bu əmrqərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi bar ədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Əmr Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. X17 girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı"ndan irəli gələn vəzifələrinin, xüsusilə də, "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqavi ləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. İddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə olmasını qeyd etmiş, həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına əsaslanmışdır. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsi öz-özlüyündə vergi azadolmasımı müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmal ara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Həmin maddə vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Bundan əlavə, məhkəmənin iddiaçının tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən müddətin şamil olunmamasına dair dəlil əsassızdır. Belə ki, hazırkı iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4cü maddəsinə uyğun tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi A.Abdullayev ilə bağlanmış əmək müqaviləsinə 27 iy ul 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 28 iyul 2022-ci il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin iş iddiaçı A.Abdullayev qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sikayətini onunla ə saslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarına görə, iddiaçı ilə olan əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd olunan yaşa görə təqaüdə çıxması əsası ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın materiallara əlavə edilmiş xx.xx.2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. O cümlədən, məhkəmənin istinad etdiyi xx.xx.2009-cu il tarixli əmr-qərar və razılaşma bu faktı nəinki təsdiq etmir, hətta iddiaçının öz iradəsi ilə işdən çıxdığını və məhz bununla bağlı birdəfəlik müavinətin verilməli olduğunu göstərir. Məhkəmə isə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr- qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. Məhkəmə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə xitam verildiyini bildirməklə iddiaçının birdəfəlik ödənişi almaq hüququnu da istisna etmiş olur ki, bu da xx.xx.2023-cü il tarixli qətnamənin ziddiyyətli mülahizəl ər əsasında qəbul edildiyini göstərir. Digər tərəfdən isə iddiaçı ərizəsində işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən Dövlət Neft Şirkətindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi i lə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki məhkəmənin istinad etdiyi həmin əmr-qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xit am verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixi 57/06-19 ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlar ını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-443/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdənçıxma barədə əmr və əmrin əsasını təşkil edən kollektiv saziş birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, sübutetmə yükü üzrə cavabdeh vəzifələrini yerinə yetirməsə də, əmrin əsası kimi tərəflərə bəlli olmalı və şikayətin əsası kimi istinad edilən sənədlərin təqdim edilməsi tə klif edilsə də, yalnız şəxsin ərizəsi və işdənçıxma barədə əmr təqdim edilmişdir. İşdənçıxma barədə ərizənin yazıldığı və razılaşmanın imzalanması zamanı əmrdə gəlir vergisindən tutulan məbləğin məhz işdənçıxma müavinətinə aidiyyəti olması barədə xəbərdar (olmalı) olması öz təsdiqini tapmır. Bundan əlavə, "Azneft” X11 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən X4 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrdə, müqavilə ləğv edilərkən işçinin təminatları qismində SOCAR və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16 -cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi qeyd edilsə də, tərəflər arasında olan razılaşmada ARDNŞ-nın ANQSlHİRKnin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndinə istinad edilmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər. İş üzrə məhkəməyə belə bir sərəncam təqdim edilməmiş və işdəçıxarılma əmrində belə istinadlar öz əksini tapmamışdır.

18. Əmək qanunvericiliyi ilə qeydiyyata alınmalı olan əmək müqaviləsinə dəyişikliyin (razılaşmanın müqavilənin tərkib hissəsi o lması və sair) qeydiyyata alınmaması və vergi tutmanın əsasları müəyyən edilməyən əmrdə müavinətdən verginin tutulmasını müəyyən edən sazişin müddəalarına müvafiq işdənçıxarılma əsaslarının uyğunsuzluğu, iddiaçının hüquqlarının pozulmasına (vəziyyətinin pisləşməsinə) münasibətdə şikayətlərin istinad etdikləri dəlilləri üzrə təqdim edilməyən sazişin, ARDNŞ-nın ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarın 4-cü bəndində və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndində və razılaşmanın aidiyyəti müddəalarının əmək qanunvericiliyinə uyğunsuzluğunu və etibarsızlığını şərtləndirir. Belə ki, razılaşmada onun əmək müqaviləsinin tərkib hissəsi kimi qeyd edilsə də, əmək müqaviləsinə dəyişiklərin edilməsi haqqında əmək qanunvericiliyin in tələblərinə riayət edilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə Sazişin istinad edilən bəndinə əsasən verilməli olan müavinətin vergiyə cəlb edilməsi müəyyən edilməmiş, o cümlədən iş üzrə əmək münasibətlərinə xitam verilməsi əsas olan Saziş təqdim edilməmişdir. Tərəflər (işçi və işəgötürən) arasında münasibətlərin əmək qanunvericiliyi və əmək müqaviləsi şərtləri ilə tənzimlənməsini nəzərə alaraq, işəgötürən tərəfindən işçiyə münasibətdə əmək qanunvericiliyinin tələblərinə cavab verməyən sənədləşmə (rəsmiləşdirmə) aparılması nəticəsi olaraq məsuliyyətin işçiyə yönəldilməsi yolverilməzdir və müavinətdən vergitutma üzrə cavabdehlik işəgötürənə aid olmalı, sosial təyinatlı səciyyə daşıyan birdəfəlik müavinətdən tutulan vergi nəticəsində işçiyə dəymiş ziyan işəgötürən tərə findən ödənilməlidir. Hazırki münasibətlərdə bilavasitə iddiaçıya (işçiyə) aid vergiödəmə öhdəliyi (vəzifəsi) müəyyən edilmədiyindən sonuncunun əmək hüquqları müstəvisində tərəflər arasında mübahisə vergi qanunvericiliyi ilə tənzimlənə bilməz və bu qanunvericiliyin tətbiqi işəgötürənlə dövlət (vergi orqanı) arasında olan münasibətlərə aiddir.

19. İddia müddətinin tətbiqinə dair isə qeyd edilməlidir ki, iddiaçının işdən çıxarılan zaman hüquqlarının pozulması və məhz işdənçıxarılma müavinətindən vergi adı altında tutulan məbləğin miqdarından xəbərdar (bilməli) olması sübuta yetirilmir. İddiaçının bundan məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş arayış əsasında təfərrüatı ilə məlumatlı olduğu iş materiallarının təhlilindən də görünür. Bunu iddiaçının iddianı verərkən tələbin h əcminin fərqli qeyd edilməsi bir daha sübuta yetirir. Ümumiyyətlə, cavabdehin və üçüncü şəxsin şikayətlərində müavinətin vergitutmaya məruz qalması barədə əhatəli dəlilləri və eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri özüözlüyündə ziddiyyət təşkil edir. Belə ki, iddia müddətinin müdafiə edilməsi dolayısı ilə (məntiqlə) şəxsin hüquqlarının pozulmasının cavabdeh tərəfindən qəbul edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin ödənilməyən pul vəsaitinin iddiaçıya məxsus əmlak (əşya) hüquqlarına aid olması əsası ilə iddia müddətinin tətbiqi yolverilməzliyinə istinad etməsini kollegiya qanuni hesab etmişdir. Belə ki, Mülki Məcəllənin “Əşya hüququnun obyektləri” adlanan (normasının) 135.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılı r, pullar və sənədli qiymətli kağızlar da əşyadır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh SOCAR Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətləri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırılmışdır.

23. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1491/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Nur məmmədov, Zəki Babayev və Abiddin Hüseynov) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6491/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olmamışdır. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçı 29 iyul 2021-ci il tarixindən Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19a nömrəli Əmr-Qərarının 4-cu bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən gəlir vergisi tutulmuşdur. İşçiyə müavinət müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar deyil, SOCAR ilə Azərbaycan Neft və X12 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020- 2023-cü illər üçün X13 uyğun ola raq öz təşəbbüsü ilə təqaüdə çıxmaq barədə ərizə verməsi ilə əlaqədar işəgötürənin öz təşəbbüsü ilə ödədiyi müavinətdir. Vergi qanunvericiliyində hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qeyd olunan normanın tələbinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Bu baxımdan vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs t ərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.

25. Eyni mövqe “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblə rindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

26. Baxılan işin hallarından da göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Qeyd olunan Razılaşmaya görə bunun müqabilində İşəgötürən tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 35885,45 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 8721,36 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəyə baxarkən işin yuxarıda qeyd olunan hallarını lazımi qaydada araşdıraraq düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanmış Razılaşmanın şərtlərini diqqətdən kənarda saxlamış, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasını düzgün tətbiq etməmiş, cavabdehin iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla qanun pozuntusuna yol verməsi barədə gəldiyi nəticəni düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ödənilmi ş müavinətdən tutulan gəlir vergisinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilsə də, qeyd olunan verginin dövlət büdcəsinə ödənilməsinə diqqət yetirməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etsə də, tutulmalı olan məbləğin cavabdehdən düzgün tutulub-tutulmamasına hər hansı hüquqi qiymət verilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4655/2024 nömrəli 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X9, (sədrlik edən və məruzəçi), X8 və X10) cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tər əfindən verilmiş verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçı X3 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisinin, 107 manat dövlət rüsumunun və mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçı X3 ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin olunmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı saymış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmidir. İşçiyə müavinət müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar deyil, SOCAR ilə Azərbay can Neft və X12 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 20202023-cü illər üçün X13 uyğun olaraq öz təşəbbüsü ilə təqaüdə çıxmaq barədə ərizə verməsi ilə əlaqədar işəgötürənin öz təşəbbüsü ilə ödədiyi müavinətdir. Vergi qanunvericiliyində hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qeyd olunan normanın tələbinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Bu baxımdan vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavil əsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.

30. İddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Qeyd olunan Razılaşmaya görə bunun müqabilində İşəgötürən tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 35885,4 5 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 8721,36 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.

31. İddia özü-özlüyündə əsassız olduğundan məhkəmə kollegiyası mübahisəyə iddia müddətinin tətbiqinə lüzum görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdiril miş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Bu da iddiaçıya verilən birdəfəlik müavinətin vergiyə cəlb edilməsini istisna edir. Odur ki, əmək haqqının beş misli həcmində birdəfəlik müavinətin ödənilməsi vergidən tam azad formada həyata keçirilməli idi.

34. İddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli ist ifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərar verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 35. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175ci maddəsin in 4-cü hissəsinə əsasən növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 69, 3-cü hissə. işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəs ində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

38. Maddə 175, 4-cü hissə. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

39. Maddə 2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır.

40. Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti i tirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü mad dələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarı 41. “... Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edi lmir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirild iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ver ərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhk əmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4655/2024 nömrəli 2 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar