Məhkəmə qərarları › İş №2(102)-1060/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2021

09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC Cavabdeh Elxan oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1060/21 (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı ASC vəkili Vəkil Oktay oğlu, Cavabdeh: Cavabdeh Elxan oğlunun nümayəndəsi Nümayəndə Firudin oğlu və vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(10 5)-388/2020 saylı qətnaməsindən İddiaçı ASC kasasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncu ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, sözügedən müqavilə üzrə cavabdehdən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etdiyinə görə xx xxxxx 2019-cu il tarixə 7.107,24 manat əsas, 3.529,01 manat mükafat və həmin günə hesablanmış 7.132,32 manat dəbbə pulu olmaqla, cəmi 17.768,57 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbu l edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Süleymanova) iddia qismən təmin edilərək, cavabdehdən 748,95 manat lizinq ödənişi üzrə borcun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranıb. İddiaçı həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, yəni lizinq obyektini cavabdehin istifadəsinə versə də, sonuncu lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazimi qaydada və vaxtında tam icra etməyib. Cavabdeh lizinq obyektini xx xxx 2017-ci il tarixdə geri qaytarıb və lizinq obyekti 7 ay müddətində cavabdehin istifadəsində olub. Cavabdeh həmin müddət üçün hər ay 455,85 manat olmaqla, cəmi 3.190,95 manat ödəməli idi, lakin o, cəmi 2.442 manat ödəyib. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 748,95 manat borcu qalıb. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 747.1, 74810.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edə n və məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə borcun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişiklik edilib və cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilən 748,95 manat lizinq ödənişi üzrə borc məbləğinin dəyişdirilərək gecikdirilmiş əsas borcun 900,81 manat, mükafatın isə 300,30 manat müəyyən edilməsi qət edilib. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli xüsusi qərardadı ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli lizinq müqaviləsinin obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz ələ keçirilməsinədə, istismar olunmasında işti rak edən şəxslərin dairəsinin müəyyən edilməsi, həmin şəxslərin əməllərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Bakı Şəhər Prokurorluğuna məlumat verilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, cavabdehdən iddiaçının xeyrinə tutulacaq əsas borcun və mükafatın məbləğini düzgün müəyyən etməyib. Ona görə də qətnaməyə əsas borcun və mükafatın tutulması hissəsində dəyişiklik edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 74810.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya ins tansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ASC vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vaqif Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh və üçüncü şəxs Abas Şahmuradov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Liziq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməs i şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansi yası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi əsas borcun və mükafatın tutulması hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə kasasiya şikayəti üzrə əlavə araşdırma aparmağa lüzum yoxdur. Ona görə də qətnamə bu hissədə dəyişidrilmədən saxlanılmalıdır. Eyni zamanda, işin mübahisə olunmayan hallarından görə, xx xxxxxx 2014-cü il tarixli Şəhadətnaməyə əsasən, 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olub və sonuncu xx xxxxxxx 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən, ümumi dəyəri 15.800 manat olan sözügedən avtomobili 48 ay müddətinə, illik 17 faiz, hər ay 455,85 manat ödəmək şərtilə cavabdehə lizinqə verib. xx xxxxxxx 2016-cı il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh lizinq obyektini təhvil alıb. Hazırda iddiaçı, cavabdehin lizinq müqaviləsinin şərtlərinə, ödəniş cədvəlinə əməl etmədiyini, lizinq ödənişlərini vaxtında, lazımi qaydada icra etmədiyini, onun iddiaçı qarşısında öhdəliyinin yarandığını göstərib, cavabdehlə aralarında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsini, lizinq obyektinin geri qaytarlmasını və ondan müvəqqəti istifadə etdiyinə görə cavabdehdən xx xxx xx 2019-cu il tarixə olan 7.107,24 manat əsas borcun, 3.529,01 manat mükafatın, 7.132,32 manat dəbbə pulu olmaqla, cəmi 17.768,57 manat pulun tutulmasını iddia edir. Cavabdeh isə lizinq müqaviləsinə əsasən, sözügedən lizinq obyektini xx xxxxxxx 2016-cı il tarixdə təhvil aldığını, lizinq müqaviləsi üzrə öhdəliyini bir neçə ay yerinə yetirərək qismən ödəniş etdiyini, lizinq obyektini idarə etmək üçün iddiaçının hər ay ona etibarnamə verdiyini, lakin sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri ödəyə bilmədiyini, bu barədə iddiaçıya məlumat verdiyini, xx xxx 2017-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən lizinq obyektinin ondan geri alındığını və bundan sonra lizinq obyektinin Abas Şahmuradova lizinqə verildiyini və öhdəliyin sonuncu tərəfindən davam etdiyirdiyini göstərib, iddia ya etiraz edir. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsində göstərilir ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-9-cu maddəsinə əsasən, lizinq alanın günahı üzündən lizinq obyektinin it irilməsi və ya lizinq obyektinin öz funksiyalarını itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi qətnamədə lizinq obyektinin xx xxxx 2017ci il tarixli akta əsasən iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyini və məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin həmin aktın doğruluğunu təsdiq etdiyini göstərsə də işdə, bu halı təsdiq edən heç bir yazılı sübut yoxdur. Əksinə, iddia ərizəsindən, apelyasiya və kasasiya şikayətlərindən görünür ki, iddiaçı lizinq obyektini məhz cavabdehdən geri tələb edir. Digər tərəfdən, sadalanan normaların mənasına görə, məhz lizinq alan lizinq obyektinin faktiki qəbulu anından lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq obyektini normal köhnəlmə (amortizasiya) vəziyyəti nəzər ə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmaq; lizinq obyektini zərərin bütün növlərindən qorumaq, həmçinin onun məhv edilməsi, itirilməsi və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunmaq vəzifəsi daşıyır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, lizinq obyektinin iddiaçıya təhvil verilməsini sübutetmə yükünün bilavasitə cavabdehin üzərinə düşməsini nəzərə almayıb. Daha sonra, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxladığı halda, qətnamənin nəticə hissəsində lizinq obyektinin geri qaytarılmasına dair iddiaya ümumiyyətlə münasibət bildirmədən, bir tərəfdən bu hissədə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə faktiki razılaşmaqla, digər tərəfdən lizinq obyektini qanunsuz ələ keçirmiş və onun istismarında iştirak etmiş şəxslərin dairəsinin müəyyən edilib, onların hərəkətlərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması barədə prokurora məlumat verməklə ziddiyyətli nəticəyə gəlib. Bundan başqa, işdən görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx xxxx 2017-ci il tarixdə lizinq obyekti üçün 500 manat ödəniş edilib. xx xxxx 2017-ci il tarixli akta əsasən, lizinq obyekti Bakı şəhər DPİ-nin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacığında yerləşdirilib və xx xxxx 2017-ci il tarixdə dayanacaqdan çıxarılıb. Eyni zamanda, Bakı şəhəri, Xəzər rayon DYP Şöbəsinin “inzibati tənbeh vermə haqqında” Qərarına əsasən, “Daewoo Gentra” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə, habelə avtomobili başqa nəqliyyat vasitəsinə aid dövlət qeydiyyat nişanları ilə idarə etdiyinə görə Abas Şahmuradov Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 60 manat cərimə edilib. Həmçinin işdən görünür ki, xx xxxx 2016-cı il tarixli Şəhadətnaməyə əsasən 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC mülkiyyətində olub və sonuncu xx xxxxx 2017-ci il tarixli lizinq müqaviləsinə əsasən, həmin avtomobili Abas Şahmuradova lizinqə verib. Apelyasiya instansiyası məhkəməsi cavabdehin lizinq obyektini xx xxx 2017-ci il tarixdə iddiaçıya hansı qaydada təhvil verdiyini, onlar arasında nəyə görə hər hansı səndləşmənin aparılmadığını, xx xxxx 2017-ci il tarixdə cavabdehin adından 500 manat ödənişin kimin tərəfindən edildiyini, cavabdehə lizinqə verilmiş “Daewoo Gentra” markalı, **AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Abas Şahmuradova lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni avtomobillər olubolmadığını, sonuncunun idarə etdiyi avtomobilin üzərinə nəyə görə cavabdehə lizinqə verilmiş avtomobilin dövlət qeydiyyat nişanlarının vurulduğunu, İddiaçı ASC ilə “xxxx” MMC arasında hər hansı hüquqi bağlılığın olub-olmadığını, mübahisəli lizinq obyektinə dair həmin təşkilatlar arasında hər hansı müqavilənin bağlanıb-bağlanmadığını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınl ıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəy almadan, lizinq obyektinin xx xxxx 2017-ci il tarixli aktla Bakı şəhər DYP İdarəsinin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacığına yerləşdirilməsi və xx xxxx 2017-ci il tarixdə oradan çıxarılmasına dair müvafiq toplanmış sənədləri, o cümlədən sözügedən aktı, habelə Abas Şahmuradovun inzibati qaydada cərimə edilməsinə dair işi tələb edib onlara baxış keçirmədən, bir sözlə lizinq obyektinin yerini müəyyən etmədən, lizinq obyektinin cavabdehdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlib. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prose ssual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materi allarına uyğun olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəməl ərə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv ed ilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiyainstansiyası məhkəməsi Qərara aldı: İddiaçı ASC kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-388/2020 saylı qətnaməsi qismən- iddianın 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar