Məhkəmə qərarları › İş №2(102)-1060/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2022

22.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1060/22 (Açar sözlər: evdən çıxarılma, evin təhvil verilməsi) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7618/2021 nömrəli, 24.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamına əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan vətəndaş X2 ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmiş və K.R.Nemətullayevə tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsin.

2. Bundan sonra, həmin tikinti ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncam vermişdir. Həmin sərəncama əsasən Nərimanov RİH başçısının 18 dekabr 201 3-cü il tarixli 589 nömrəli Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, Nurəddin Süleymanov küçəsi 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin vətəndaş X5 adına sənədləşdirilməsinə icazə verilmiş və N.Ə.Rzayevaya tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsin.

3. Həmin sərəncamdan sonra mübahisəli özbaşına tikilini hazırkı iş üzrə Cavabdeh deməsinə görə qızı X4 alaraq onunla birlikdə köçüb orada yaşamağa başlamışlar.

4. Bundan sonra X1 adından çıxış edən X12 mübahisəli tikiliyə dair hazırkı iş üzrə iddiaçsı İddiaçı ilə 18 mart 2017-ci il tarixli ilkin müqavilə bağlamışlar. Fərdi yaşayış evinin alqı-satqısına dair ilki n müqaviləyə əsasən, K.R.Nemətullayev adında və istifadəsində olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evini 18 mart 2025-ci il tarixədək İddiaçı 20 000 manata satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, İddiaçı mənzilin tam dəyəri olan 20 000 manat məbləğində pul vəsaitini X1 nümayəndəsi X9 tam ödəmişdir. Müqaviləni K.R.Nemətullayevin adından etibarnamə üzrə nümayəndəsi X12 imzalamışdır.

5. X3 tərəfindən 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisində verilmiş Etibarnaməyə əsasən, K.R.Nemətullayev adına verilmiş ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sə rəncamının dəyişdirilməsi ilə əlaqədar onu Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində təmsil etməyi, həmin sərəncamdan imtina etməyi, bununla bağlı sənədləşmə işlərini aparmağı, adından imza etməyi, ərizə yazmağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

6. X3 tərəfindən 19 avqust 2020-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində verilmiş Etibarnaməyə əsasən, K.R.Nemətullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamına əsasən ona məxsus olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşmə işlərini aparmağı, bununla bağlı İcra Hakimiyyəti ndə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, ASAN Xidmət Mərkəzlərində, notariat ofislərində, digər idarə və müəssisələrdə nümayəndəsi olmağı, sənəd təqdim etməyi, adından müxtəlif məzmunlu ərizələr verməyi, sənədləşdirmə işləri aparmağı, sənədləri imzalamağı, ona çatası sənədləri almağı, çıxarışı aldıqdan sonra əmlak üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişdirməyi, ipoteka (girov) qoymağı və s.), buna dair müqavilələr imzalamağı, əmlakın satışından əldə olunmuş pul vəsaitini almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlər etməyi İddiaçı etibar etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2020ci il tarixli 164 nömrəli Sərəncamına əsasən, Nərimanov RİH-nin nəzd ində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020-ci il tarixli Rəyinin təsdiq edilməsi, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X7 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 31 iyul 2017-ci il tarixli 59 nömrəli Sərəncamının ləğv edilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının dəyişdirilməsi, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmış və İddiaçı tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsin.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 28 dekabr 2020-ci il tarixdə verilmiş **********79 nömrəli Məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, 1 saylı evin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir.

9. İddiaçı fərdi yaşayış evinin ona məxsus olması əsası ilə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad edərək hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind əki icraat

10. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli evin iddiaçının adına sənədləşdirilməsi haqqında Nərimanov rayon İcra Hakimiyyəti Başçısı 03 sentyabr 2020-ci il tarixli, 164 nömrəli Sərəncam vermişdir. Buna baxmayaraq, evdə cavabdeh yaşayaraq, iddiaçıya mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi ilə (hakim V.Quliyev) iddia təmin edilmişdir.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8, 159, 162, 164.1, 164.2, 165.1, 165.2, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1, 106.1, 119.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

14. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 24.09.2021-ci il tarixli, 2(103)-7618/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində evin 25.000 manata qızı X8 X13 tərəfin dən satıldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

18. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini işin faktiki hallarına uyğun olaraq belə əsaslandırmışdır ki, iddiaçı evin mülkiyyətçisi deyil. Belə ki, evin qeydiyyatdan keçməsi barədə DƏDRX-də məlumat mövcud deyildir. O və qızı mübahisəli evdə yaşamaqla, evə faktik i sahiblik edirlər. Kommunal xərclər də onlar tərəfindən ödənilir. İddiaçının evdən anbar kimi istifadə edilməsi barədə dedikləri həqiqət deyil. X16 Bayramovaya fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı 50 il müddətinə səlahiyyət vermişdir. Məhkəmələr mülki işə qanunun analogiyasını tətbiq etsələr də, hazırki mübahisə xüsusi münasibətlə bağlı olduğundan analogiya tətbiq edilə bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

21. Maddə 127.Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

22. Maddə 127.Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət r eyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

28. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquql arını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

29. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

38. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

39. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

40. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

41. Maddə 387.2.2. Məhkəmə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

42. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.

43. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Əvvəla, işin müəyyən edilən halı ondan ibarətdir ki, mübahisəli tikili eyni zamanda savabdeh və onun qızı tərəfindən əldə olunaraq faktiki orada yaşayırlar. Cavabdeh apellyasiya icraatında, müraciətlərində, şikayətlərində təkrar-təkrar qeyd etmişdir ki, həmin tikilini onun qızı Emilya Bayramova satın almış və 2017-ci ildən birlikdə orada yaşayırlar. Lakin, tikilidə yaşayan ana cavabdeh kimi işə cəlb olunaraq onun oradan çıxarılması tələb olunur, amma Emiliyaya qarşı belə tələb yoxdur. Sonradan Emilyanın qətnamədən vermiş olduğu apellyasiya şikayəti də o əsasla geri qaytarılır ki, qətnamə onun maraqlarına toxunmur.

47. İş materiallarından (mülki iş, səhifə 67) görünür ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini cavabdehə göndərərkən onun qeydiyyat ünvanına – ünvan 3dərmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından, həmin bildirişləri almamış, buna görə də, məhkəmə qətnaməsi icraya yönəldilənədək cavabdeh məhkəmə mübahisəsi barədə məlumatlı olmamışdır.

48. Şəxsin evdən, tikilidən fiziki olaraq çıxarılması tələb olunursa, məhkəmə bildirişlərinin cavabdehin qeydiyyatda olduğu başqa ünvana göndərilməsi absurd məsələ olmaqla çəkişmə prinspinin pozulması kimi dəyərləndirilməlidir. Belə prosessual pozuntu qanunvericilikdə qətnamənin sözsüz ləğv edilməsi əsası kimi göstərilsə də, Apellyasiya Məhkəməsi bununla bağlı dəyərləndirmə aparmamışdır. Məhkəmə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar e dilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir(&39).

49. Yuxarıda qeyd olunanlara yekun vuraraq Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələbi pozulmuş, apellyasiya məhkəməsi tərəfindən isə, həmin hala qiymət verilməmişdir. Baxmayaraq ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri məhz həmin halla bağlı olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir.

51. Həmçinin, iş materiallarından (mülki iş, səhifə 87-92) görünür ki, X10 maraqlı şəxs qismində birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5909/2021 nömrəli, 11.06.2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, X10 MPM-nin 357-ci maddəsində sadalanan şəxslərdən hər hansı biri deyildir. Baxmayaraq ki, Emiliya Bayramova apellyasiya şikayətində evi faktiki olaraq onun aldığını və hal-hazırda da anası ilə birlikdə həmin evdə yaşadığını bildirmişdi, apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmadan, iddiaçının ifadəsini rəhbər tutmaqla və MPM-nin müvafiq maddələrini (§23, §31, §32) yanlış tətbiq etməklə, apellyasiya şikayəti qeyri-mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan (mülki iş, səhifə 117) arayışdan görünür ki, X10 mübahisəli evdə qeydiyyatdadır və hal-hazırda orada yaşayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi müvafiq arayışı araşdırmalı, həmin hal təsdiqini tapdıqda, Emiliya Bayramovanı mülki işə cəlb etməklə, hazırki mübahisəyə hüquqi qiymət verməlidir. Çünki iddia təmin olunacağı təqdirdə həmin icra sənədinin eyni ailə üzvlərinə münasibətdə hansı qaydada icra olunacağı məlum deyil. MPM-nin 223.1. maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya h ansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

53. Bundan başqa, Apellyasiya məhkəməsi mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən digər pozuntu ilə bağlı fikir bildirməyi zəruri hesab edir. Beləki, məhkəmə iddianı təmin edərkən qanunun analogiyasından istifadə edərək tələbin qanuni əsası kimsi MM-nin 152.1, 152.5, 157.2, 157.8, 159, 162, 164.1, 164.2, 165.1, 165.2 maddələrinə istinad etmişdir. Qətnamədən belə aydın olur ki, məhkəmə iddiaçının mülkiyyət hüquqlarının qorunması mövqeyindən çıxış edərək mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etmişdir.

54. Həmin normalara istinad etmək üçün dipozisiya şərtləri olaraq əmlak iddiaçının mülkiyyətində, başqasının sahibliyində olmalı və başqasının sahibliyi qanunsuz olmalıdır.

55. Apellyasiya Məhkəməsi iddaç ının mübahisəli əmlaka mülkiyyətçi hüquqlarına bərabər hüquqlara sahib olmasının əsasları ilə bağlı dəyərləndirmə aparmamışdır. Məhkəmə iddiaçının tələbinin əsası kimi iki hala istinad edir, 1-ci hal mübahisəli əmlaka dair ilkin müqavilə bağlaması, 2-ci hal isə, əmlakın onun adına sənədləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının mövcud olmasına.

56. Ona görə işə baxan Apellyasiya Məhkəməsi hər bir əsas üzrə yoxlama aparmalı və hüquqi dəyərləndirmə ortaya qoymalıdydı ki, hansı əsas üzrə iddiaçının əmlaka hüquqları yaranmışdır.

57. Mülki Məcəllənin 402.1. maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdə lərinə götürürlər. Əslində bu müqavilə barəsində ilkin müqavilə bağlanmış əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Normanın dispozisiya şərtlərindən göründüyü kimi həmin növ müqavilələr geniş tənzimləmə dairəsinə malikdir. Bura, əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə istənilən razılaşma daxil edilə bilər. Əslində bu institut mülki dövriyyənin sabitliyinə xidmət edir, tərəfləri ilkin razılaşmalarına riayət etməyə, müqavilə münasibətlərində vicdanlı, intizamlı olmağa yönləndirir, tərəfləri gələcəkdə müqavilə bağlamağa qarşılıqlı təminatlandırır. İlkin müqavilə təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilən in bağlanmasını təşkil etməkdir.

58. Yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etdikdə X3 ilə İddiaçı arasında mübahisəli tikiliyə dair bağlanmış 18 mart 2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin iddiaçıya tikili barəsində əmlak hüquqları verməsi ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasına zərurət var.

59. Bundan başqa, mübahisəli tikiliyə dair müvafiq icra hakimiyyəti orqanının (işin halları bölməsində sadalanan) sərəncamının mövcudluğu da əmlaka hüququn olması demək deyil. Bununla da bağlı hüquqi dəyərləndirmə aparılmasına zərurət var. Nəzərə almaq lazımdır ki, mübahisəli tikili özbaşına tikilidir. Müxtəlif vaxtlarda müvafiq icra hakimiyyəti orqanı həmin tikiliyə dair müxtəlif ziddiyyətli, qanuna uyğun olmayan sərəncamlar verməklə hazırkı mübahisəni yaratmışdır. Həmin sərəncam ların hüquqi qüvvəsi ilə bağlı dəyərləndirmə aparılmalıdır. Əslində qeyd olunan sərəncamlarla özbaşına tikili müxtəlif şəxslər arasında faktiki alqı-satqının həyata keçirilməsində vasitə kimi çıxış etmişdir.

60. Xüsusilə qeyd edilməlidir ki, Nərimanov RİH başçısı 31.01.2017-ci il tarixli Sərəncamı ilə 18.12.2013-cü il tarixli Sərəncamı qüvvədən salınsa da, sonradan 03.09.2020-ci il tarixli Sərəncamı ilə 31.01.2017-ci il tarixli Sərəncamı ləğv etmiş, daha əvvəl qüvvədən saldığı 18.12.2013-cü il tarixli Sərəncamı dəyişdirərək mübahisəli evin İddiaçı adına sənədləşdirilməsini qərara almış, İddiaçı mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsini tövsiyə etmişdir.

61. Sərəncamların məzmunundan da göründüyü kimi, müvafiq şəxslərə fərdi yaşayış evini sənədləşdirməyə icazə verilmiş və sənədləşdirmənin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir.

62. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən (§36), məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən, Nərimanov rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasına da hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması məsələsi müzakirə edilməlidir. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddia çının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

66. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

67. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işin müəyyən edilən faktiki hallarına düzgün qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7618/2021 nömrəli, 24.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar