Məhkəmə qərarları › İş №2(102)-1060/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2024

04.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2446/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gədəbəy Rayon X10 hüquqi şəxsin direktorunun 21 noyabr 2022-ci il tarixli əmrinin surətinə əsasən İddiaçı 01 avqust 2022-ci il tarixdən işə davam etmədiyi üçün üzrlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmışdır.

2. Gədəbəy Rayon Səhiyyə X7 Şurasının 07 fevarl 2023-cü il tarixli qərarına əsasən İddiaçı vəzifəsindən azad edilməsinə razılıq verilmişdir.

3. Gədəbəy Rayon X10 hüquqi şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3-1-73/2023 saylı əmri ilə Gədəbəy Rayon X10 hüquqi şəxsin Əlinağılar kənd həkim məntəqəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, onun əvvəlki vəzifəsinə bərpa olunmasına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haq qının ödənilməsinə, 50 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən əvvəlki işinə qayıtması mümkün olmamışdır. O, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Onun vəzifədən azad olunması işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmamış, onların bu barədə fikirləri soruşulmamış və rəsmi olaraq münasibəti öyrənilməmişdir. Eyni zama nda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. İş buraxmasına səbəb isə ölkə xaricində müalicə alması olmuşdur. Bu barədə şifahi qaydada rəhbərliyə məlumat vermişdir. Lakin cavabdeh onun bu müraciətinə əhəmiyyət verməmişdir. Eyni zamanda cavabdehin onu işdən azad etməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Qazax- X16 tərəfindən də müvafiq araşdırılma aparılmışdır. Həmin araşdırma zamanı müəyyən olunmuşdur ki, 06 fevral 2023-cü il tarixində onun barəsində müvafiq tədbir görülməsi üçün Gədəbəy rayon Səhiyyə X7 Şurasına müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Səhiyyə X7 Şurasının razılığına əsasən xx.xx.2023-cü il tarixli PHŞ6-38/3-1-73/2023 nömrəli əmri ilə onunla bağlanmı ş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən verilərkən, son haqq-hesab pulu əmək haqqı kartina köçürülərkən, eyni zamanda onun barəsində qeyd olunan əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozularaq xitam verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də Gədəbəy rayon X10 hüquqi şəxsin direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinə uyğun olaraq 29 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin araşdırma zamanı X13 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli 3-17-5/2-10309/2023- cü il tarixli PHŞ-6-38/3-1-73/2023 nömrəli əmrin ləğv edilib n əticəsi barədə X13 Xidmətinin QazaxX16nə məlumat verilməsi tələb olunmuşdur. Lakin bu günə kimi tələb yerinə yetirilməmişdir. Hesab edir ki, cavabdeh müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdəki nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqresivlik göstərərək, onu işdən azad etmişdir.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı heç bir icazə almadan 2022-ci ilin avqust ayından dekabr ayınadək işdə olmamış, Rusiya Federasiyasına getmişdir. İddiaçının ərazidə olmaması barədə icra nümayəndəliyindən arayış alınmışdır. İ ddiaçını bununla bağlı izahat verməkdən imtina etmişdir. İddiaçıya işdə olmamasına görə üzrlü səbəb təqdim etməsi üçün vaxt verilmiş, iddiaçı bununla bağlı sənədlər təqdim edəcəyini bildirsə də, heç bir üzrlü səbəb təqdim etməmiş və Həmkarlar Komitəsinin iclasında bu məsələ müzakirə olunaraq iddiaçı işdən azad edilmişdir. İddiaçı tərəfindən sənədlər təqdim edilsə də iddiaçı bir-iki günlük müalicədə olması barədə sənədlər olmuşdur. Lakin iddiaçı təxminən avqust ayından dekabr ayınadək işdə olmamışdır. Hesab edir ki, iddiaçı düzgün olaraq işdən azad edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirmişdir ki, o, “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İnsan Resusları üzrə şöbənin müdi ri vəzifəsində işləyir. O, xəstəxanın kadr işləri üzrə cavabdeh şəxsdir. İddiaçı 1991-ci ildən xəstəxanada işləmişdir. O, qeyd edilən vəzifədə işlədiyi müddətdə iddiaçının barəsində hər hansı intizam tədbiri görülməmişdir. İddiaçı kənd tibb həkim məntəqəsində fəhlə vəzifəsində işləmişdir və onun iş davamiyyətinə həkim məntəqəsinin müdiri nəzarət etmişdir. Məntəqə müdiri tərəfindən onlara iddiaçının ölkə xaricində olması bildirilmişdir. Onlar bununla bağlı araşdırma aparmışlar və iddiaçının yaşadığı ərazi üzrə icra nümayəndəliyindən də iddiaçının ərazidə olmaması barədə arayış almışlar. Həmçinin digər vətəndaşlarda da bu barədə maraqlanan zaman iddiaçının ümumiyyətlə həkim məntəqəsinin fəaliyyət göstərdiyi ərazidə yox, Şəmkir rayonunda yaşaması bildirilmişdir. Onlarda olan məlumata görə idd iaçı 2022-ci ilin avqust ayından işdə olmamışdır. Onlar bunu 2022-ci ilin noyabr ayında müəyən etmişlər. İddiaçının ilkin olaraq işdə olmaması barədə məlumat şifahi olaraq məntəqə müdiri tərəfindən bildirilmişdir. İddiaçının işdə olamaması müəyyən edildikdən sonra sonuncunun işdən kənarlaşdırılması barədə əmr verilmiş və iddiaçıya işdə olmamasını təsdiq edən hər hansı üzrlü səbəb təqdim edilməsi üçün vaxt verilmişdir. Vaxt tamam olduqda isə iddiaçı tərəfindən heç bir üzrlü səbəb təqdim edilmədiyinə görə iddiaçıya rəsmi məktub göndərilərək işdən azad edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir və bu barədə akt tərtib edilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmri o tərtib etmişdir.

8. Gədəbəy Rayon Məhkəməsinin (hakim Marif Kazımov) 4 avqust 2023-cü il tarixli, 2(042)-665/2 023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun işdən azad olunması barədə əmrin (sərəncamın, qərarın), əmək kitabçasının surətinin vaxtında verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən işəgötürən tərəfindən əmrin verildiyi tarixdən yəni, 08 fevral 2023-cü il tarixdən bir aydan artıq müddət keçməsinə baxmayaraq, iddiaçı iddia müddətini buraxmamışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Qazax X16 tərəfindən İddiaçı işdə azad olunması zamanı əmək qanunvericiliyini pozulub-pozulmaması araşdırılmış və Gədəbəy Rayon X10 Hüquqi Şəxsin direktoru X3 barəsində İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələtləri pozulmaqla xitam verilməsi müəyyən edilmiş, bununla da İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar əsasən X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. X15 tərəfindən sözügedən inzibati tənbeh vermə haqqında qərardan Gədəbəy rayon Məhkəməsinə şikayət verilmişdir. Şikayətə baxılaraq Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı ilə Şikayət təmin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X2 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DƏMX X6 tərəfindən həmin qərardan apellyasiya şik ayəti verilmiş və şikayət işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin DƏMX X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gədəbəy Rayon X10 Hüquqi Şəxsin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə hesab etmişdir ki, qərarları ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Gədəbəy Rayon X10 Hüquqi Şəxsin direktoru Firdovsi Sarıyev tərəfin dən əmək qanunvericiliyinin normalarının pozulmaması müəyyən edilmişdir, həmin qərarlar hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilməməsi və onun düzgün olaraq işdən azad edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır.

13. Məhkəmə bildirmişdir ki, X19 Məntəqəsinin fəhləsi İddiaçı 2022-ci ilin avqsust ayından 2022-ci ilin noyabr ayınadək buraxdığı iş müddətlərinin üzrlü səbəbdən buraxmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xəstəlik sənədləri isə dava mlı olmamış, aralarında fasilələr olmuşdur. Ona görə də həmin xəstəlik sənədləri ilə İddiaçı qeyd edilən müddətlərdə iş müddətini buraxması üzrlü hesab edilə bilməz.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, Gədəbəy Rayon X10 Hüquqi Şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3-1-73/2023 saylı Əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur.

15. Həmçinin məhkəmə, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdıraraq hesab etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır.

16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 “ç” bəndinə, 7 1, 72, 80, 154cü maddəsinin 1-ci bəndinə, 187-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işdən azad olunarkən ona heç bir xəbərdarlıq olunmamış, həmkarlar təşkilatının iclası keçirilməmiş və onun izahatı alınmamışdır. Sonradan formal ola raq protokollar tərtib olunmuşdur. O, hansısa qayda pozuntusuna yol vermişdirsə də, onun izahatı alınmayıb. O, iş yerindən müsbət xasiyyətləndirilmişdir? Onun əmək haqqı kartına əmək haqqı ödənilib. Göründüyü kimi qanun normaları imkan verir ki, işəgötürən işçiyə hörmətlə yanaşsın, uzun müddət müəssisədə fəaliyyəti və qüsursuz fəaliyyəti əsas götürülsün və işçi hər adi bir şeyin bəhanəsi ilə cəzalanmasın. Lakin cavabdehin ona münasibəti aqressiv olmaqla, ikili olmuşdur. Onun və ailə üzvlərinin onun əmək haqqına ehtiyacı vardır. Ailəsinin başqa yerdən qazancı yoxdur. Məhkəmə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməyib. Eyni zamanda cavabdeh tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Halbuki, onun uzun müddət bu kollektivdə işləməyi və pozuntunun obyektiv səbəbdən yaranması və tez bir zamanda həmin pozuntunun aradan qaldırılması, kollektivin ona münasibəti əsas verirdi ki, məhkəmə onun iddia tələbini tam təmin etsin. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə, Mülki Prosessual qanunvericiliyin tələblərini pozmuş, gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmuşdur. Məhkəməyə təqdim etdikləri vəsatətlər, mötəbər sübutlar müzakirə olunmamışdır. Hər şeydən əvvəl o müqavilə əsasında işləmir. İşə müddətsiz qəbul olunmuşdur.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2446/2023 nömrəli iş üzrə 3 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İsl am Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası iddiaçının ona işdən azad edilərkən izahat verməsinin təklif edilməməsi ilə bağlı şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının 2022-ci ilin noyabr ayının axırlarında Rusiya Federasiyasından geri qayıtdıqdan sonra işdən azad olunmaması üçün bir neçə dəfə xəstəxananın direktorunun qəbulunda olmasına və ona işdə olmadığı bir neçə ay üçün üzrlü səbəblərə dair sübut təqdim edilməsinin təklif edilməsinə dair izahat vermişdir ki, cavabdehin nümayəndəsinin bu izahatı işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izah atında Rusiya Federasiyasında müalicə aldığı zaman ona zəng edilərək işdən azad edildiyini bildirmişdir ki, 2022-ci ilin avqust ayından işə çıxmamasına baxmayaraq, 18 yanvar 2023cü il tarixdə məzuniyyətə çıxmaq istəməsi adı altında ərizə ilə xəstəxananın rəhbərliyinə müraciət etməsi və müraciətinə Rusiya Federasiyasında olduğu zaman həkim müayinəsindən keçməsinə dair sənədləri və 2022-ci ilin dekabr ayında isə əmək qabiliyyətinin olmamasına dair bir həftəlik vərəqini təqdim etməsi faktı onun barəsində müvafiq araşdırmanın aparılmasından xəbərdar olmasını təsdiq etmişdir. Hərçənd ki, cavabdeh təşkilatın 21 noyabr 2022-ci il tarixli əmri ilə iddiaçını üzrlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmasına dair əmr verməsi faktı da iddiaçıya işə gəlməməsinin üzrlü səbəblərinin təqdim edə bilmə si üçün lazımı şəraitin yaradılmasını təsdiq etməkdədir ki, qeyd olunan hallar iddiaçının yazılı izahat verməməsinə baxmayaraq, şifahi qaydada işəgötürənə izahat verməsini və müvafiq sənədləri təqdim etməsini təsdiq etməkdədir. Həmkarlar təşkilatının iclasının keçirilməməsi ilə bağlı iddiaçının şikayətinin dəlili isə iş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Səhiyyə X7 Şurasının 07 fevral 2023-cü il tarixli iclas qərarı ilə istisna olunmuşdur.

21. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və şikayətində kollektivdə nüfuzunun olmasını və müsbət xarakterizə olunmasını əsas gətirərək, işdən azad edilməsi üçün kifayət qədər əsas olmadığı dəlilini də əsassız hesab etmişdir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı 01 avqust 2022-ci il tarixdən 2022-ci ilin noyabr ayının sonunadək işə çıxmamışdır ki, Əmək Məcəllənin 72-ci maddəsinin tələbinə əsasən işçinin üzürsüz səbəbdən bir iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozuntusu hesab olunur. İddiaçı isə təxminən 4 ay müddətinə işə çıxmamışdır ki, qeyd edilən hal işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu və peşəkarlıq səviyyəsini nəzərə alınması üçün əsas hesab oluna bilməz. 4 aylıq müddətdə işçinin işə çıxmaması iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmaqla, işəgötürənin qanunla qorunan mənafelərinə mənfi təsir etməkdədir. Həmçinin, iddiaçının işdə olmasına baxmayaraq, müəyyən şəxslərlə birgə təqsirli hərəkət etməklə əmək haqqı alması isə işəgötürənə zərər vurulmasına gətirib çıxaran hal hesab olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, reallığı və iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almamış, cavabdehin mövqeyindən çıxış etmiş, təqdim etmiş olduğu sübutları əsassız hesab etməklə, qanun normalarını deyil, şəxsi maraqlarını üstün tutmuşdur. Bununla da ictimai fikir formalaşdırmış, məhkəmənin nüfuzuna ciddi xələl gətirmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

25. Maddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

26. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 28.

29. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

30. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq beş ildən on ilədək əmək stajı olduqd a – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir.

31. Maddə

80. Əmək müqaviləsinin işə götürən tərəfindən ləğvi zamanı razılaşmalar: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

32. Maddə

186. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

33. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci mad dədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması.

48. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəb lər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir.

49. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır.

50. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.

51. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “a” bəndində nəzərdə tutulan, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halıdır.

52. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsasl ara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma, yəni Əmək Məcəlləsinin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil.

53. Əks yanaşma, bu əsasların fərqləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmasını) mənasız edərdi.

54. Odur ki, işçi, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2446/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar