Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, kassator İddiaçı və kassatorun vəkilinin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8010/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimo va, iş № 2(011)-562/2018) İddiaçı Cavabdeh Nürəddin oğluna qarşı kredit borcu olaraq ödənilmiş 32000 ABŞ dolları pulun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Eyvazov, hakimlər F.Ş.Talışinski və S.F.Hacıyev, iş № 2(103)8010/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(011)-562/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əvəzindən ödədiyi 32 000 ABŞ dolları pulun, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 20.08.1992-ci ildə nikaha daxil olmuşdur. Cavabdeh Bakı şəhərində maşın bazarında ticarətlə məşğul olduğundan, ona mütəmadi olaraq pul lazım olmuş, 2004-cü ildən başlayaraq müxtəlif banklardan kredit götürmüşdür. 2007-ci ildə yaşadıqları Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi 66 saylı evin 16 və 17 saylı mənzilləri nikah dövründə alınmasına baxmayaraq cavabdeh həmin mənzilləri “xxxx” ASC-də ipotekaya qoyaraq 60000 ABŞ dolları, Finka Kiçik Kreditlər Təşkilatından isə 11000 ABŞ dolları kredit almışdır. Hazırki vaxta kimi Finka Kiçik Kreditlər Təşkilatına olan kreditə görə mənzilində o lan öz pay hissəsində həbs qalmışdır. Cavabdeh 2009-cu ildə bankın və kredit təşkilatının borclarını ödəməmək məqsədilə Azərbaycan Respublikasından qaçmışdır. Sonradan cavabdehin Rusiya Federasiyasında yaşaması ona məlum olmuşdur. Cavabdehin borclarına görə onu və azyaşlı övladlarını narahat etmişlər. Cavabdeh “xxxx” ASC-dən aldığı krediti qaytarmadığına görə 2007-ci ildən sonra həmin məbləğ 165000 ABŞ dolları olmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olmuş “xxxx” ASC-nin iddia tələbinə qarşı onun vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə məbləğ azaldılaraq 102000 ABŞ dolları borc müəyyən olunmuşdur. “xxxx” ASC iddia qaldıraraq ipoteka qoyulmuş Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 və 17 saylı mənzillərini hərr aca çıxarılmasını tələb etmişdir. O, cavabdehin arvadı və səlahiyyətli nümayəndəsi kimi 16 saylı mənzili sataraq kredit borcunun bir hissəsini ödəmiş, lakin 17 saylı mənzilin satılmasına yol verməmişdir. Bütün bunlar onunla banklar arasında olan məhkəmə mübahisələrində öz əksini tapmışdır. Onun aidiyyəti qurumlara çoxsaylı müraciətlərindən sonra 102000 ABŞ dolları borcun onun və azyaşlı övladlarının vəziyyəti nəzərə alınaraq 62000 ABŞ dolları ödəmək şərti ilə Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 17 saylı mənzilinin satılmasına imkan verilməmişdir. Lakin Bakı şəhəri X mənzili isə 30000 ABŞ dollarına qiymətləndirilmişdir. “xxxx” ASC-yə qalmış 32000 ABŞ dollarını isə o, yaxın qohumlarından borc alaraq ödəmişdir ki, azyaşlı övladlarının yaşamağa yerləri olsun. Cavabdeh in səhvi və səhlənkarlığı üzündən yaxın qohumlarından borc aldığı 32000 ABŞ dollarını hazırki vaxta kimi ödəyə bilmir. Onunla cavabdeh arasında nikah ləğv olunmuş, azyaşlı övladları onun himayəsində saxlanılmışdır. Onun iddiası əsasında 2 otaqlı 17 saylı mənzilin bölgüsü aparılaraq hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Bu səbəbdən də cavabdehin krediti üzündən qohumlarına borclu olduğu 32000 ABŞ dollarını cavabdehdən tələb edir. Cavabdeh ona Rusiyadan pul vəsaiti göndərsə də, həmin vəsait borcun ödənilməsi üçün deyil, uşaqlarının saxlanması üçün göndərilmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-8010/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, məhkəmələr işdə olan sənədləri tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 14.2, 77.1, 80, 81, 385.2-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiy a instansiyası məhkəməsində işə baxılarkən kassator İddiaçı və kassatorun vəkili Vəkil ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8010/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru, onun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillə rini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. Sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstə rilir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir (MPM-nin 220.4-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik tələblərinə əməl etməmiş, işə tərəflərin bərabərlik hüququ prinsipindən çıxış edərək baxmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına şərait yaratmamışdır (MPM-nin 14.1-ci maddəsinin pozuntusu). Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin 20 avqust 1992-ci il tarixdə rəsmi nikaha daxil olmaları, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.10.2014-cü il tarixli 2(011)-3993/2014 saylı qətnaməsi ilə nikahın pozulması qətnaməsi ilə nikahlarının pozulması iş in mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.04.2013-cü il tarixli 2(011)1529/2013 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 51529 ABŞ dolları əsas borc, 44384 ABŞ dolları məbləğində faiz borcu, 6000 ABŞ dolları məbləğində cərimə borcu ödəniş gününə manata məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun xxxx ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 nömrəli və Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 17 nömrəli mənzillərinə yönəldilməsi, Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 nömrəli və Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 17 nömrəli mənzillərinin açıq hərr acdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən xxxx ASC-nə olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İş materiallarında olan, satıcı Cavabdeh ilə alıcı X1 arasında bağlanmış 06.11.2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri X mənzilini alıcıya 23520 manata satmışdır. “xxxx” ASC-nin ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh Nürəddin oğlunun kredit borcuna görə 23.10.2013-cü il tarixdə 60000 ABŞ dolları, 22.05.2014-cü il tarixdə 2000 ABŞ dolları ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi üzrə cavabdehdən müvafiq pul vəsaiti tələb etməkdə tələb hüququ mövcud deyildir. İddiaçı birgə nikah dövründə cavabdeh tərəfindən götürülən kreditin onun tərəfindən üçüncü şəxslərdən borc alınaraq qaytarılmasını, buna görə də cavabdehin ona 32000 ABŞ dolları ödəməli olmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, tərəflər nikahda olduqları müddət ərzində kredit götürülmüş, borcun qaytarılması üçün mülkiyyətlərində olan mənzilləri kreditorları qarşısında ipoteka ilə yüklü etmiş, birgə nikah döv ründə də borc banka qaytarılmışdır. İşdə olan sübutlardan görünür ki, iddiaçının iddia etdiyi pul vəsaiti tərəflər birgə nikahda olduqları müddətdə banka ödənilmişdir. Eyni zamanda, işdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya Rusiya Federasiyasından bank vasitəsilə müxtəlif məbləğlərlə pul vəsaitləri göndərilmişdir (iddiaçı bu faktı mübahisələndirmir). Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər birgə nikahda olduqları müddətdə iddiaçı tərəfindən cavabdehin adına götürülmüş kredit borcundan müəyyən ödənişlərin edilməsi, ona reqres tələb hüququ yaratmamışdır. Belə ki, mülki qanunvericilik müəyyən hallarda başqasının əvəzinə ödəniş etmiş şəxslərə əsas borcluya münasibətdə reqres tələb hüququ tanısa da (məsələn, öhdəliyi icra etmiş zaminin tələb hüququ və s.), hazırki mübahisə üzrə belə bir hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında verdiyi izaha əsasən, əgər məhkəmə sübutlara qiymət verərkən təqdim olunmuş hər hansı materialların, şahid ifadələrinin, digər faktiki halların tərəflərin özlərinin tələb və etirazlarının əsaslandırılması məqsədi ilə istinad etdikləri halları təsdiq etmədiyini müəyyən edərsə, qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticəni qaneedici şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, ə manətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı il ə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci tarixli Qərarında bildirilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə kollegiyası qeyd edir ki, burada nikah müddəti dedikdə, yəni ar-arvadın birgə yaşadığı, ümumi təsərrüfat apardığı dövr başa düşülməlidir. İşdən görünür ki, tərəflərin birgə nikahı dövründə yaranmış borcun bir hissəsi ipo teka ilə yüklü edilmiş əmlak hesabına, digər hissəsi- hazırda mübahisələndirilən 32000 ABŞ dolları isə iddiaçının adından banka ödənilmişdir. İddiaçı göstərmişdir ki, cavabdehlə 2009-cu ildən faktiki olaraq ayrı yaşamaqla birgə təsərrüfatı idarə etmirlər və sözügedən borc tərəflərin rəsmi nikahı dövründə yaransa da, mübahisələndirilən məbləğ- 32000 ABŞ dolları onların uzun müddət faktiki ayrı yaşadıqları dövrdə onun tərəfindən ödənilmişdir. Cavabdeh tərəf iddiaçının qeyd etdiyi tarixdən birgə yaşamadıqlarını inkar etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə bağlı araşdırma aparmamış, yalnız tərəflərin rəsmi nikahına məhkəmə qaydasında xitam verildiyi vaxtı- 28.10.2014-cü il tarixini əsas götürüb, iddiaçının iddia etdiyi pul vəsaitinin tərəflərin birgə nikahda olduq ları müddətdə banka ödənildiyi qənaətinə gəlmiş, iddiaçının göstərdiyi dəlillərə əhəmiyyət verməmiş, onları müzakirə etməmiş, bu halın müəyyən edilməsi üçün tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə işinə nəzər yetirməmiş, həmin iş materiallarından tərəflərin faktiki olaraq 2009-cu ildən ayrı yaşamaları faktınının olub-olmamasını müəyyən etməmiş, habelə cavabdehin qeyd edilən vaxtdan faktiki ayrı yaşamalarını mübahisələndirməməsinə qiymət verməmişdir, halbuki bu, MPMnin 106.1-ci maddəsinin tələblərinə ziddir. Həmin normaya əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin belə halı, yəni tərəflərin 2009-cu ildən faktiki ayrı yaşadıqları müəyyən edilərsə, bu birgə nikah dövründə yaranmış borcun 32000 ABŞ dollarının iddiaçının öz vəsaiti hesabına qaytarıldığı qənaətinə gəlinmək üçün əsas ola bilər. Mövcud qanunvericiliyə görə isə birgə nikah dövründə yaranmış öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Belə halda, 32000 ABŞ dollarının ən azı yarısını ödəmək məhz cavabdehin öhdəliyi hesab edilməlidir. Bununla bağlı, cavabdeh iddiaçıya Rusiya Federasiyasından bank vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərdiyini bildirməklə həmin məbləği onun özünün qaytardığını əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən məbləğin iddiaçının adından ödənildiyi mübahisəsiz olduğundan və həmin məbləğin qayta rılması üçün cavabdeh iddiaçı ilə birgə məsuliyyət daşıdığından 32000 ABŞ dollarının ən azı yarısını ödədiyini sübut etmə yükü də cavabdehin üzərindədir, cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, bu hissədə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə apellyasiya qaydasında baxan məhkəmə iddianı formal əsaslarla rədd etmiş, tərəflərin bərabərlik prinsipini pozmuş, iş üzrə tərə flərin gətirdiyi dəlilləri birtərəfli tədqiq etmiş, nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8010/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1061/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1061/2019
28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver