Məhkəmə qərarları › İş №2(102)-1061/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1061/2020

24.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nun vəkili X1 iştirakı ilə, Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2732/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağcabədi rayon məhkəməsinin ( hakim Sulduz Ləzimov) 2(017)705/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı Ağcabədi rayon Mərkəzi Xəstəxanasına qarşı xx xxxx 2019-cu il tarixli, 303-k saylı əmrinin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə (məcburi proqul) əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkiminin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında verdiyi xx xxxx 2019-cu il tarixli, 303-K nömrəli əmrin ləğv edilməsi və İddiaçı Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əvvəlki işinə bərpa edilməsi və məcburi buraxılan iş günlərinə görə əmək haqqısının ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, Feh ruz Abbasov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Ağcabədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2019-cu il tarixli, 303-K nömrəli əmrinin ləğv edilməsini, onun əvvəlki iş yerinə bərpa olunmasına və həmçinin işləmədiyi günlər üzrə məcburi proqul günlərinin əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2013-cü ildən xx xxxx 2019-cu ilədək Ağcabədi rayon Mərkəzi xəstəxanasında təcili və təxirəsa lınmaz tibbi yardım şöbəsində sürücü işləmişdir. O, işlədiyi müddətdə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmiş, heç bir zaman xəbərdarlıq, tənbeh və digər intizam cəzası almamışdır. Ağcabədi rayon Mərkəzi xəstəxanasının nun xx xxxx 2019-cu il tarixli, 303-K saylı əmrinə əsasən heç bir əsas olmadan, onun izahatı alınmadan və həmkarlar təşkilatında məsələsi müzakirə edilmədən dərhal onunla bağlanmış 474 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi xx xxxx 2019-cu il tarixli, 303-K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilmədən o, işdən azad edilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuz və əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edil mişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən,Ağcabədi rayon Mərkəzi xəstəxanasının baş həkimi Fövzi Tahirov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 258-K saylı əmrin surətindən görünür ki, Bakı şəhərinə ağır xəstə apararkən növbətçi feldşerdən imtina edərək xəstənin yaxınlarından ibarət beş nəfəri qanunsuz olaraq təcili tibbi yardım şöbəsinin ambulans tipli maşınında Bakı şəhərinə apardığına görə Ağcabədi rayon X2 heyətinin sürücü (təcili yardım üzrə) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Ağcabədi rayon Mərkəzi xəstəxanasının baş həkimi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 303-K saylı əmrin surətindən görünür ki, Ağcabədi rayon X2 heyətinin sürücüsü (təc ili yardım üzrə İddiaçı ilə bağlanmış 474 nömrəli əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən əmək funksiyasını və ya əmək müqavimləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilmişdir. İş materiallarında (iş vərəqə 25-26) olan Ağcabədi rayon Mərkəzi xəstəxanasının həmkarlar təşkilatının xx xxxxx 2019-cu iltarixli 06 nömrəli protokolundan çıxarışdan görünür ki, şuranın 7 üzvünün hamısı İddiaçı Əmək Məcəlləsinin 70 ç bəndinin tətbiq edilməsinə etiraz etməmişlər. İddiaçı hazırki tələbində cavabdehin xx xxxx 2019-cu il tarixli, 303-K saylı əmrini mübahisələndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və q aydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı ü zvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən işçinin a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsəasən bu Məcəllənin 70-ci maddəsinin “b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəg ötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-cı maddənin 2-ci hissəsinə əsaəsn həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddəninin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına istinad edərək qeyd etmişdir ki, əmək münasibətləri üzrə tərəflər öz üzərlərin götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməməsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. Cavabdeh iddiaçının əmək funksiyasını pozması əsasına görə onunla əmək müqaviləsinin pozulmalı olması qənaətinə gələrkən ilk öncə həmkarlar təşkilatının razılığını almalı olduğu halda, əmək müqaviləsinin ləğv edilməsinə dair əmri razılığı almadan vermiş, daha sonra isə həmkarlar təşkilatının razılığını almışdır. Halbuki hüquqi müəyyənlik prinsipi şəxsin barəsində qanunvericiliyin müddəalarının tətbiqi zamanı qanunun tələblərinə riayət edilməsini tələb edir ki, qanunverici əmək müqaviləsinin qeyd edilən əsas ilə ləğvi zamanı ilk öncə həm karlar təşkilatının razılığının alınmasını, daha sonra işdən çıxarılma barədə əmrin imzalanmasını zəruri edir. Belə olan halda iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi qanunvericiliyin tələblərinə riayət edilməməklə realizə edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. İddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyinəzərdən qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Şikayətdə göstərilənlər iş materiallarına əsasən öz təsdiqni tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin e yni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nun kassasiya şikayəti təmin edilmədən, Şirvan Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2732/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar