Məhkəmə qərarları › İş №2(102)-1061/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1061/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1061/22 (Açar sözlər: müqavilə üzrə hüquqlarının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)8186/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilə 22 aprel 2019-cu il tarixli müqavilə üzrə hüquqlarının tanınmaqla həmin sahədən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, Cavabdeh2 MMC məhkəmədə İddiaçı və Cavabdeh1 MTK qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Habelə, Cavabdeh1 MTK məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilə dair onunla İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) ilk iddia təmin, qarşılıqlı iddia ərizələri rədd edilərək, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilin sahiblik və istifadəsinə Cavabdeh1 MTK və "xxxx"-TİT MMC tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə hər kv.metrə görə 1.000 manat olmaqla cəmi 172.190 manat pulu Cavabdeh1 MTK ödəməyi öhdəsinə götürüb. Sözügedən müqavilənin buna səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasını təsdiq edən heç bir sübut yoxdur və həmin müqavilə tərəflərin razılığı ilə könüllülük əsasında bağlanıb. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirib. Belə olan halda, Cavabdeh1 MTK və "xxxx"-TİT MMC iddia tələblərində istinad etdikləri halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması üçün əsaslar yoxdur. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 422.1, 423.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 MMC apellyasiya şi kayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə, yəni ilk iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mül ki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 421.1, 422.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 MMC kassasiya şikayəti verərək iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrinin ləğv edilib, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyi n icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 MMC kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş olsa da, işə əlavə edilmiş sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə hər kv.metrə görə 1.000 manat olmaqla cəmi 172.190 manat pulu Cavabdeh1 MKT ödəməyi öhdəsinə götürüb. Cavabdeh1 MTK tərəfindən verilmiş 22 aprel 2019-cu il tarixli maliyyə arayışına görə, sözügedən mənzilin pay haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənili b. “Mənzillərin bölgüsü haqqında” 21 yanvar 2020-ci il tarixli Akta əsasən, Cavabdeh2 MMC ümumi sahəsi 6.700 kv.metr olan 62 ədəd mənzili “Konstra MTK” təhvil verib. Həmçinin, Cavabdeh2 MMC ilə İddiaçı arasında, Cavabdeh1 MTK iştirakı ilə tərtib edilmiş 03 iyul 2021-ci il tarixli “Mənzilin təhvil-təslim edilməsi haqqında” akta əsasən, Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 05 iyul 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh2 MMC məxsus olan ünvan 2 ünvanda yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi Cavabdeh1 MTK həvalə olunub. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, orada göstərilən sayda mənzillər Cavabdeh1 MTK bağladığı alqısatqı müqavilələri əsasında verilib, o şərtlə ki, həmin m üqavilələr qeydiyyat üçün Cavabdeh2 MMC təqdim edilsin və sonuncu tərəfindən qeydiyyata alınsın. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilmiş yaşayış evinin giriş “B” blokunda “11” mərtəbədə yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan “B 11-3” saylı mənzili İddiaçı verməyi, sonuncu isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK ödəməyi öhdəsinə götürüb. Cavabdeh1 MTK təqdim etdiyi maliyyə arayışına görə, İddiaçı tərəfindən göstərilən mənzilin dəyəri tam məbləğdə ödənilib. 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış 22 aprel 2019-cu il tarixli müqavilə qeydiyyat üçün Cavabdeh2 MMC təqdim edilib və sonuncu tərəfindən qeydiyyata alınıb. Cavabdeh1 MTK-nin İddiaçı i lə bağladığı alqı-satqı müqaviləsi Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğundur və mənzilin dəyəri tam ödənilib. Buna görə də Cavabdeh2 MMC ünvan 1 ünvanda inşa edilmiş yaşayış evinin giriş “B” blokunda “11” mərtəbədə yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan “B 11-3” saylı mənzili açarları ilə birgə İddiaçı təhvil verdi, sonuncu isə mənzili qəbul etdi. Mənzilin dəyəri tam şəkildə Cavabdeh1 MTK ödənilib, həmin vəsait Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən sonuncunun binanın inşası ilə bağlı çəkmiş olduğu xərclərə aid edildiyinə və Cavabdeh1 MTK həmin mənzil barəsində bağladığı müqavilə Cavabdeh2 MMC tərəfindən təsdiq edildiyinə görə mənzilin dəyəri tam ödənilm iş hesab edilir. Aktı imzalayanların biri-birinə qarşı heç bir tələbi və iddiası yoxdur. Bu akt sözügedən mənzil istismara qəbul edildikdən sonra İddiaçı mənzilə dair mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması üçün hüquqi əsasdır. Bundan sonra, tərəflər arasında notarial qaydada təsdiq edilməklə 27 sentyabr 2021-ci il tarixli barışıq sazişi bağlanıb və tərəflər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan ilk və qarşılıqlı iddia ərizələri üzrə mülki işi müzakirə edərək bu mübahisənin barışıqla qurtarması və tərəflər arasında aşağıdakıları nəzərdə tutan barışıq sazişinin bağlanılmasının mümkünlüyü nəticəsinə gəliblər: Belə ki, İddiaçı Cavabdeh1 MTK ilə bağladığı 22 aprel 2019-cu il tarixli müqavilə sonuncu və Cavabdeh2 MMC arasında 01 iyul 2021-ci il tarixd ə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC təqdim edilib. İddiaçı Cavabdeh1 MTK qeydiyyata alınıb. Müqavilə şərtlərinə uyğun olaraq ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan “B” saylı mənzili açarları ilə birlikdə İddiaçı təqdim edilib və sonuncu həmin mənzili açarları ilə birlikdə qəbul edib. 1) Tərəflər arasında mübahisə həllini tapdığına görə, hazırki iş çərçivəsində tərəflər ilk və qarşılıqlı iddia ərizələrindən imtina edirlər. Yuxarıdakılara əsəsən, tərəflər məhkəmədən barışıq sazişini təsdiq etməyi və iş üzrə icraata xitam verməsini xahiş ediblər. Lakin, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasındakı hazırki mübahisənin öz həllini tapdığını, cavabdehlər tərəfindən mənzilin açarları ilə birlikdə İddiaçı təhvil verildiyini, eləcə də tərəflər arasında başqa öhdəlik qalmadığını əsas tutub barışıq sazişini təsdiq etmədən imtina edib. Göründüyü kimi, Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən, Cavabdeh2 ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisini Cavabdeh1 MTK həvalə edib və sonuncunun mənzilə dair İddiaçı ilə bağladığı 22 aprel 2019-cu il tarixli müqavilə əvvəlcədən qüsurlu olsa da, sonradan 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış sözügedən müqavilə qeydiyyat üçün Cavabdeh2 MMC təqdim edilməklə və sonuncu tərəfindən həmin müqavilə qeydiyyata al ınmaqla sözügedən qüsur aradan qaldırılıb. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 MTK-nin İddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi Cavabdeh2 MMC ilə onun arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğunlaşdırıldığından və mənzilin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənildiyindən iddia təmin edilməlidir. Daha sonra, işin mübahisə olunmayan hallarına görə Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında yaranmış fikir ayrılığına onlar arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilə ilə aydınlıq gətirildiyindən və sözügedən mənzil açarları ilə birlikdə məhz Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verildiyindən və sonuncu mənzili qəbul etdiyindən, habelə mənzilin dəyəri tam şəkildə Cavabdeh1 MTK ödənildiyindən, həmin vəsait is ə Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən sonuncunun binanın inşası ilə bağlı çəkdiyi xərclərə aid edildiyindən, Cavabdeh2 MMC kassasiya şikayətinin dəlilləri qismən əsaslı sayılmalıdır. Həmçinin, Cavabdeh1 MTK sözügedən mənzil barədə bağladığı müqavilə Cavabdeh2 MMC tərəfindən təsdiq edildiyi üçün mənzilin dəyəri tam ödənilmiş hesab edilməlidir. İşin qeyd olunan halları tərəflər arasında notarial qaydada təsdiq edilmiş 27 sentyabr 2021-ci il tarixli barışıq sazişinin şərtləri ilə də təsdiq olunur və Cavabdeh2 MMC kassasiya şikayətinin dəlilləri tərəflər arasında bağlanmış sözügedən barışıq sazişinin şərtlərinə də uyğundur. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdir mək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən,...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam ve rdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, sözügedən yaşayış binasının inşasında Cavabdeh1 MTK podratçı, Cavabdeh2 MMC isə mülkiyyətçi kimi iştirak etmələrini, İddiaçı mənzilə dair mülkiyyətçi Cavabdeh2 MMC ilə deyil, podratçı Cavabdeh1 MTK ilə müqavilə bağlamasını nəzərə almayıb və fərqli əsaslarla iddianı təmin etməklə mülkiyyətçi Cavabdeh2 MMC hüququnu pozub. Daha sonra, işdən görünür ki, tərəflər apellya siya icraatı mərhələsində mübahisəni barışıq sazişi bağlamaqla başa çatdırmalarına dair məhkəməyə 27 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq sazişi təqdim etsələr də, İddiaçı nümayəndəsi Saleh Rzayev aldadılacağından qorxduğu üçün işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 MMC kassasiya şikayətində barışıq sazişinin təsdiq edilib, işin icraatına xitam verilməsinə dair dəlili ilə razılaşmır və hesab edir ki, İddiaçı səlahiyyətli nümayəndəsi Saleh Rzayev məhkəmə iclasında son anda barışıq sazişinin təsdiq edilməsi ilə razılışmadığı, habelə hazırki mübahisə artıq öz həllini tapdığı üçün apellyasiya instansiyası məhkəməsi barışıq sazişini təsdiq etməyib işə mahiyyəti üzrə baxmaqda haqlı olu b. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsiilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul ed ilməklə iddia təmin edilməli, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilin sahiblik və istifadəsinə "xxxx"-TİT MMC və Cavabdeh1 MKT tərəfindən yaradılan maneələrə son qoyulmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 MMC kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-8186/2021 saylı qətnaməsi- ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilsin, ünvan 1 ünvanda inşa edilmiş 3-girişli, 21-mərtəbəli, yaşayış evinin “B” saylı blokunun 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 172,19 kv.metr olan B03 saylı mənzilin sahiblik və istifadəsinə "xxxx"-TİT MMC və Cavabdeh1 MKT tərəfindən yaradılan maneələrə son qoyulsun və həmin mənzil İddiaçı təhvil verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar