Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(107)-544/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 04 ap rel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı dövlət aktının surətinə əsasən Göyçay rayon Məlikkənd kəndində yerləşən 6.33 ha torpaq sahəsi X4 və digər ailə üzvlərinin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Məlikkənd kəndində yerləşən 6.33 ha torpaq sahəsinin 1.0 hektarından cavabdehlərin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulması, 24.000 manat əldən çıxmış gəlirin və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” qanununa əsasən Göyçay rayonunun Məlikkənd kəndinin ərazisində təsərufat başçısı mərhum atası X5 olmaqla birgə mülkiyyətə JN0029 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 6.33 hektar torpaq sahəsi ayrılmışdır. Lakin Azərbaycan Respublikasında torpaq islahatı qurtarandan bu vaxta kimi yəni 1998-ci ildən mülkiyyətinə verilmiş həmin 6.33 hektar torpaq sahəsinin 1.0 hektarından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini onların razılığı olmadan mülkiyyətində olan 6.33 hektar torpağın 1.0 hektarını zəbt edib istifadə edirlər. Cavabdehlərdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini, yəni torpaqdan qanunsuz zəbtini davam etdirir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçının qeyd etdiyi torpaq sahəsindən istifadə edirlər, iddiaçıya məxsus torpaq sahəsi başqa sahədə bələdiyyənin xəritəsinə əsasən nəzərdə tutulmuşdur. Hazırda istifadə etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər.
5. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçü n mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertiza təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Məlikkənd kəndində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh1, 0.22 ha hissəsi X2 və 0.35 ha hissəsi isə Cavabdeh2 qanunsuz istifadəsindədir.
6. Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-20/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın qismən təmin edilməsi, Göyçay rayonu Məlikkənd kəndində yerləşən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X4 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsindən Cavabdeh1, 0.22 ha hissəsindən X2 və 0.35 ha hissəsindən Cavab deh2 çıxarılması, cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmalarının qadağan edilməsi, 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iddiaçı X8 24.000 manat əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı X4 iddiası qismən təmin edilməli, Göyçay rayonu Məlikkənd kəndində yerləşən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsindən Cavabdeh1, 0.22 ha hissəsindən X2 və 0.35 ha hissəsindən Cavabdeh2 çıxarılmalı, cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmaları qadağan edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri, "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-c i il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Dövlət X6 9.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay rayon Məhkəməsinin 2(046)20/2022-nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair id diasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
11. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 10/7059 nömrəli ekspert rəyinin Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini zəbt edib-etməsinə aydınlıq gətirilən hissəsində göstərilir ki:
12. İdarənin elektron baza məlumatlarında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən iddiaçı X8 və ailə üzvlərinin 6.33 ha torpaq sahəsinin 4.18 ha (JN-0029, faktiki 3.96 ha) və 1.51 (JN-0029A) hissələri iddiaçının öz istifadəsindədir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(107)-544/2023 nömrəli qətnaməsi ilə (hakim E.Cavabdeh2 (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədlidən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-20/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin edilmiş, Cavabdeh1 Göyçay rayonu Məlikkənd kəndində yerləşən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X4 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,51 ha torpaq sahəsinin 0,37 ha hissəsindən çıxarılması, Cavabdeh1 həmin torpaq sahəsinə yenidən daxil olmasının qadağan edilməsi, 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 6,33 hektar torpa q sahəsinin 1,0 hektarından çıxarılaraq Cavabdeh1 həmin torpaq sahəsinə girişinə qadağa qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 alınıb İddiaçı verilməsi hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir.
14. Kollegiya qeyd etmişdir ki, 27 sentyabr 2023-cü il tarixli, 10/7059 nömrəli ekspert rəyinə əsasən iddiaçının Cavabdeh1 çıxarılmasını tələb etdiyi Göyçay rayonu Məlikkənd kəndində yerləşən 6,3 ha torpaq sahəsinin 1.51 hektarı iddiaçının özünün istifadəsindədir, beləliklə Cavabdeh1 tərəfindən zəbt edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən istinad etdiyi X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlər, məhkəmə kollegiyasının qəbul etdiyi qərarın icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 16 avqust 2023-cü il tarixli müşayiət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş mütəxəssis rəyi ilə təkzib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 10/7059 nömrəli ekspert rəyi ilə müəyyən edilən hallar da X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərlə deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasında X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC- nin 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə istinad etməkdə doğru nəticəyə gəlməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ümumbirgə mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində subyektiv hüquqa malik olsa da, həmin torpaq sahəsinin hüdudları xaricində yerləşən və Cavabdeh1 məxsus torpaq sahəsinə münasibətdə iddiaçının subyektiv hüquqa malik olması halı müəyyən edilməmişdir. İddiaçı ailə üzvlərinin cavabdehlərin istifadəsində olan torpaq sahələrinə heç bir subyektiv hüquqlarının olmamasına dair dəlilinə gəlincə isə iddiaçının ailə üzvləri Cavabdeh1 qarşı hazırkı iddia tələbinin mübahisə tərəfi qismində iştirak etməmişlər.
17. Beləliklə, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşmayara q hesab etmişdir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci və 3-cü hissəsinə, Mülki Məcəllənin 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün isitnad etdiyi mütəxəssis tərəfindən verilmiş və ekspert tərəfindən köçürülməklə təsdiq edilmiş ekspert rəyi özü-özlüyündə suallara verilmiş cavablar arasında ziddiyyətlər mövcud olmasına və iş üçün əhəmiyyət kəsb edən sualların ətraflı cavablandırılması təmin edilmədiyindən, həmçinin mötəbərliyi açıq şəkildə şübhə doğuran ekspert rəyi olmasına baxmayaraq məhkəmə tərəfindən bununla bağlı əlavə və yaxud təkrar ekspertizanın keçirilməsi imkanlarını nəzərdən keçirmədən, göstərilən ziddiyyyətlərə və digər xüsusatlara heç bir hüquqi qiymət verilmədən, nəticədə iddiaçı X8 və onun ailə üzvlər inin apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə qalarsa mülkiyyət hüquqlarının pozulacağını sübut edir. Həmçinin, X4 mülkiyyət hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul edilməsinin əsası kimi çıxış etmiş və hüquqlarını pozmuşdur. Bu isə, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadığını, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyini sübut edir.
21. Kassator öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 152.4, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 84.1,111-ci, MPM-nin 2, 372,88, 102, 103.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdeh X3 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məh kəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13 (1-ci hissə) əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
26. Maddə 29 (2-ci və 3-cü hissələri) görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.2 Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdı r.
28. Maddə 152.3 İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
29. Maddə 152.4 Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
32. Maddə 82 Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
33. Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 44.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun po zuntularına yol verməmişdir. 45.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(107)-544/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.