Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzinin notariusu X3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzinin notariusu X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5488/2024 nömrəli iş üzrə 10 dekabr 2024 -cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh3 ilə iddiaçının qızı Şahid xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək nikahda olmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. 2. ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m yaşayış evi üzərində sahiblik hüququ xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.
3. Qeyd edilən əmlakın (bağ evi) alqı-satqısı ilə bağlı xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 qohumu Cavabdeh2 arasında notarial qaydada təsdiq edil miş alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir.
4. Eyni tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ona məxsus olan ½ hissəsini Cavabdeh1 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzinin notariusu X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına qeydiyyata alınmı ş çıxarışın etibarsız hesab edilməsi, habelə sözügedən uydurma əqdin bağlanmasını faktiki təşkil edən Cavabdeh3 təmsilçiliyinin (vasitəçiliyinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, X1 Faiq Rafael oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahları xx.xx.2023-cü il tarixli, 2(006)-1568/2023 saylı məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı bildirmişdir ki, övladı Aysel Rəhmanova evlilik dövründə tərəflərin gələcəyi üçün Cavabdeh3 ilə birlikdə müvafiq olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində 0,11 ha torpaq sahəsi əldə etmiş, daha sonra orada birgə köməklik e dərək, həmin torpaq sahəsində bağ evi tikmişlər, həmin bağ evini daha sonra həmin ev hazır olduqdan sonra lazımi icazələr alaraq, xx.xx.2020-ci il tarixdə adına qeydiyyata aldırmışdır. Bundan sonra həmin torpaq sahəsini və evi əslində onun adına olmasına baxmayaraq, faktiki olaraq X1 Faiq Rafayel oğlunun faktiki sahibliyinə verilməsi üçün nəzərdə tutulmuşdur. Lakin, sonradan tərəflər arasında nikah pozulduğundan şifahi olaraq razılaşmaları ondan ibarət olmuşdur ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 3 ünvanın ½ hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli s ürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi, o, onun əmisioğlu olan iş üzrə Cavabdeh2 adına sənədləşdirmiş, daha sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin, qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 4 ünvanın ½ hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamış, bu azmış kimi həmin evə köçürülmə tələbinə dair iddia qaldır mışdır. Bundan əlavə qeyd edilən razılaşma zamanı cavabdeh ümumiyyətlə mübahisəli mənzilə dair heç bir iddiası olmayacağını nəzərə alaraq, o sözügedən evi onun əmisioğlunun adına formal olaraq, xx.xx.2023-cü il tarixdə keçirmişdir. Hansı ki, sözügedən əqd yalan olmuş və əslində, o, sözügedən evi Cavabdeh2 satmamış, ondan hər hansı bir məbləğ əldə etməmiş və qeyd edilən evi yuxarıda göstərilən razılıq əsasında Cavabdeh2 adına sənədləşdirmişdir. Hansı ki, sözügedən mənzilin bütün alqı-satqı əməliyyatı xərcləri və pulun depozit hesabına qoyulub çıxarılması Cavabdeh3 tərəfindən edilmiş və həmin əməliyyatlar faktiki olaraq onun tərəfindən icra edilmişdir. İşin bu halı orada olan qızı Aysel Rəhmanovanın iştirakı, eləcə də, müvafiq olaraq həmin pulun Cavabdeh1 tərəfindən bank hesabına daxil edilm əsi və bundan sonra özü tərəfindən çıxarılması və götürülməsinə dair video görüntülər, eləcə də eyni gündə eyni tarixli iki müqavilənin bağlanması, həmçinin sonradan ananın adına olan ½ payın həqiqətən Cavabdeh1 adına keçirməsi və bundan sonra sonuncunun sözgedən evə dair məhkəmədə iddia qaldırması kimi hallar vasitəsi ilə və iş üzrə digər hallarla olan onunla cavabdeh olan Cavabdeh2 arasında heç bir danışığın olmaması və onlar arasında həmin evlə bağlı hər hansı formada müzakirə aparılmaması və ya sözgedən evin alqı-satqısı ilə bağlı hər hansı bir razılaşmanın və iradə ifadəsinin olmaması kimi hallarla tam təsdiqini tapır. Hazırkı iş üzrə də məhz qeyd edilən sözügedən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, əslində isə Cavabdeh2 ilə X 5 arasında hər hansı bir real alqısatqı müqaviləsi həyata keçirilməmiş, o cümlədən mənzil ona təhvil verilməmiş, habelə qeyd edilən pul vəsaiti ona verilməmişdir. Bu cür əqdin bağlanmasında əsas rol iş üzrə cavabdeh olan Cavabdeh3 tərəfindən icra edilmiş, əslində sözügedən əmlak isə yuxarıda göstərilən razılaşma formasında məhz iş üzrə Cavabdeh2 formal təqdim edilərək, sözügedən mənzilin Cavabdeh3 verilməsi məqsədi güdmüşdür. Lakin, sonradan sözügedən cavabdeh olan Cavabdeh3 öhdəliyi və razılaşmanı pozmuş, nəticə olaraq, tərəflərin əqd bağlanarkən arzuladığı və razılaşdığı iradə ifadəsi pozulmuş, yəni tərəflər üçün konkret olaraq, o və cavabdeh üçün heç bir hüquqi nəticə yaratmamışdır. Qeyd edilən ən mühüm vacib məqamlardan biri isə qeyd edilən əmlakın sözügedən əqd əsasında və bazar dəyər indən xeyli aşağı qiymətə satmaqla və minumum vergi məbləği nəzərə alınmaqla qiymət təyin edilmiş və həyata keçirilmişdir. Çünki, sözügedən müqavilənin məbləğinin bank hesabına daxil edilməsi və oradan çıxarılması da məhz Cavabdeh3 tərəfindən tam icra edilmişdir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun keçmiş əri, İddiaçı onun anası və Cavabdeh2 isə keçmiş ərinin əmisi oğludur. Anasına mülkiyyət hüququ ilə məxsus olan bağ əslində onun Faiqlə ailəvi bağı olmuşdur. Faiqlə boşanma ərəfəsində aralarında olan razılığa əsasən həmin bağ evi Faiqə qalmalı, Faiq də öz anasına məxsus olan evi ona verməli idi. Faiq anasının evindəki payı oğlu Rafaelə bağışladı və bildirdi ki, anası da payını ona verəndə o payı da ona bağışlayacaq. Onların danışığına görə anası Rəhilə də bağı Faiqin adına keçirməli idi. Həmin gün Faiq notariusa Zaurla gəldi və bildirdi ki, müqaviləni Zaurla bağlasınlar. Anası da o da buna etiraz etmədi, müqavilə bağlandı. Ancaq sonradan Faiq aralarındakı razılaşmanı pozdu. Onlara da indiyə kimi aydın deyil ki, niyə Faiq razılaşmadan belə boyun qaçırdı. Zaur da onunla danışıqlarda dəfələrlə bildirmişdir ki, Faiq onu bu işlərə cəlb etmişdir. Zaur özü də bilir və bildirir ki, ev Zaura satılmayıb.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim V.Musayeva) 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iddia tələbini irəli sürməkdə İddiaçı subyektiv hüququnun mövcudluğu daşınmaz əmlakın dövlət reyestr inin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipindən irəli gəlir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması anında İddiaçı həmin əmlakın qanuni sahibi olmuşdur. Mübahisələndirilən müqavilənin subyekt nöqteyi-nəzərindən tərkibi pozulmamışdır.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 və Şahid arasında nikah münasibətlərinin pozulması, Cavabdeh3 paylı mülkiyyətində olan mənzildəki payını oğlu Cavabdeh1 bağışlaması, İddiaçı mübahisəli bağ evini Cavabdeh3 əmisi oğlu olan Cavabdeh2 satması, bağışlama və alqısatqı müqavilələrinin eyni tarixdə rəsmiləşdirilməsi, Cavabdeh2 Şahid ilə olan yazışmalarında Cavabdeh2 həmin bağ evi ilə bağlı laqeyd münasibəti, Cavabdeh2 həmin bağ evini real alıcı qismində almadığını təsdiq etməsinə güman etməyə əsas verən fikirləri şəxslər arasında münasibətlərin xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsində göstərilən iradə ifadəsindən fərqli olduğuna dəlalət edir.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş nəticələrə çatmaq məqsədi ilə bağlanan əqddir. Lakin tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş şərtlər də qarşılıqlı olaraq icra edilməmişdir. Cavabdeh3 tərəfindən irəli sürülən qayınanasının ona borcu olmasına və bağın alğı-satqısından əldə edilmiş pul vəsaitini İddiaçı özünün əldə etməsinə dair dəlilləri sübuta yetməmişdir. İddiaçı tərəf mübahisəli müqavilənin bağlanmasından sonra prosedura uyğun olaraq pulu qəbul etməsinə dair qəbzə imza etməsini inkar etməmiş, lakin işin faktiki hal ları fonunda həqiqətən də İddiaçı tərəfindən alğı-satqı müqaviləsindən sonra əmlakın dəyərini təşkil edən məbləği əldə edilməsini demək mümkün olmur. Ümumiyyətlə məhkəmə gəldiyi qənaətə görə iddia tələbində göstərilən dəlillər cavabdehlər tərəfindən üstün hüquqi qüvvəyə malik olan sübutlarla təkzib edilməmişdir. Aydın olan hal odur ki, tərəflər öz aralarında olan şifah razılaşmanı rəsmiləşdirmək əvəzinə, gələcəkdə əsassız faydalanma ehtimalı ilə çıxış edərək həqiqi olmayan münasibətlərə - alqı-satqı münasibətlərinə girməklə ədalətsiz davranmışlar, odur ki, bu məsələ məhkəmə müstəvisində ədalətli həllini tapmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 6.1.5, 6.2, 16.1, 140, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 404.1, 404.2, 425.1 və 567-ci maddələrinə; “Azərbay can Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edi lməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız olmaqla maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m. yaşayış evini 240 000 (iki yüz qərx min) manata ona satmış, o da almışdır. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin bağlanması zamanı əmlak üzərində hər hansı bir məhdudiyyət olmamış, müqavilənin şərtləri tərəflər arasında razılaşdırılmış, tərəflər fəaliyyət qabiliyyətli olmuş, mülkiyyət hüququ olan şəxslər razılıq vermiş, müqavilə notariusda imzalanmış, notarial qaydada təsdiqlənmiş, əmlakın dəyəri tam ödənilmiş və notarius tərəfindən müqavilənin təsdiq edilməsi ilə bağlı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Məhkəmə yalnış olaraq hesab edir ki, tərəflər arasındakı müqavilə bağlanarkən iddiaçı heç bir pul vəsaiti əldə etməmiş, həmin alğısatqı müqaviləsi məhz Cavabdeh3, Şahid və İddiaçı arasında bağlanmış şifahi əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. İş materiallarında olan bank qəbzindən aydın olur ki, əmlakın dəyəri bankın depozit hesabı vasitəsilə iddiaçıya ödənilmişdir. İddiaçı bank qəbzinə qol çəkərək vəsaiti almışdır. Pul vəsaitinin alınmasını inkar edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə qətnaməsində pul vəsaitinin alınmasını inkar edəcək istinadlar mövc ud deyil. Məhkəmə Cavabdeh3, Şahid və İddiaçı arasında bağlanmış şifahi əqd olmasına istinad etsə də, tərəflər arasında belə bir əqd olduğunu sübut edəcək hər hansı bir maddi sübuta istinad etməmişdir. Məhkəmə iddiaçı tərəfin heç bir sübuta istinad etmədən primitiv düzməcəsini imperativ norma kimi qəbul etməsi MPM-nin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə İddiaçı və Cavabdeh3 yaxın qohumu olan onun qohumlar arasında münasibətlərin bu vəziyyətə gəlməsindən narahatçılığını ifadə etməsini mübahisəni öz aralarında həll etmələrini bildirməsini, Şahid onunla Faiq arasında münasibətlərin bu şəklə düşməsindən təəssüf hissi keçirməsini yalnış olaraq və öz təxəyyülü ilə tərəflər arasında həqiqi razılaşmaların fərqli olmasına yozması MPM-nin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmənin onun bağı qaytaracağı barədə fikirlərini tərəflər arasında həqiqi razılaşmaların fərqli olmasına yozması ümumiyyətlə qəbul edilməzdir. Belə ki, o, 240000 manat vəsaitindən keçmək, 240000 manat vəsaiti iddiaçıya və ya digər şəxslərə bağışlamaq niyyətində deyildir. O, iddiaçı və onun qızı və digər cavabdehlə (Faiqlə) yaxın qohum olduğundan aldığı bağı 240000 manat vəsaitin geri qaytarılmaq şərtilə geri qaytara biləcəyini bildirmişdir. O, qohumlarla hər hansı mübahisədə olmasını qəbul etmir. Qohumlar arasında belə bir mübahisənin olduğunu bilməmişdir. Bağ satılarkən Cəfərova Rahilə, Faiq və Aysel arasında hansısa razılaşmanın olduğunu eşitməmişdir. Belə razılaşma Cavabdeh3 tərəfindən də qəbul edilmir. Belə bir razılaşmanın olmasını təsdiq edən yazılı sübut, o cümlədən audio-video yazı mövcud deyi ldir. İddiaçı tərəfindən ona belə bir məlumat verilməyib. Bundan başqa iddiaçının Cavabdeh3 borcunun olub-olmamasının və bunu sübut edib-etməməsinin on aidiyyəti yoxdur və qohumluğa görə və tərəflərlə münasibətinin korlanmaması üçün bu mübahisəyə münasibət bildirmək istəmir. İddiaçının süni şəkildə formalaşdırdığı və məhkəmə tərəfindən imperativ şəkildə qəbul etdiyi “şifahi razılaşma”nın bir tərəfi olan əsl mülkiyyətçi Rəhmanova Gülnarə ümumiyyətlə məhkəmə prosesinə cəlb edilməmiş, onun mövqeyi öyrənilməmişdir. Məhkəmənin mülki qanunvericiliyə yenilik gətirərək alıcıya yeni hüquq və vəzifələr müəyyən etməsi (onun müqaviləni imzalamasından başqa həmin müqavilə münasibətlərinə daxil olmasını təsdiq edən başqa əsas yoxdur, müqavilənin bağlanmasında nə iradə ifadəsi olmuş, nə də həmin şəxs alı cı kimi müqavilə üzrə üzərinə düşən vəzifəni, yəni əmlakın dəyərini qarşı tərəfə ödəməmişdir. Əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməmişdir) qəbul edilməzdir. Məhkəmə işdə olan bank qəbzinin surətindən ödənişin notariusun depozit hesabından iddiaçının götürdüyünü bildiyi halda pulun verilmədiyini qeyd edir? Məhkəmənin “əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməməsi fikrini ümumiyyətlə başa düşmək olmur. O məhkəmədə iştirak etməmişdir. Dənizdə işlədiyindən ayın çox hissəsini dənizdə olur. Onu məhkəmədə nümayəndə təmsil etmişdir. Məhkəmənin işdə olan faktiki sübutlara deyil, ehtimallara istinad etməsini qəbul etmir. Qeyd edir ki, müqaviləni məhz mülkiyyətçi ilə bağladığından, mülkiyyətçinin həyat yolda şı notarial ərizə ilə razılıq ərizəsi verdiyindən, əmlak üzərində yüklülük və məhdudiyyət olmadığından və iddiaçı tərəfindən müqaviləni hansısa başqa razılaşma ilə ona satıldığı bildirilmədiyindən, eləcə də əmlakın dəyəri notariusin depozit hesabı vasitəsilə ödənildiyindən o, vicdanlı alıcıdır. Müqavilə bağlanan zaman əqdin legitimsizliyi barədə şübhə mövcud olmamışdır. Hesab edir ki, iddiaçı, onun qızı və kürəkəninin ailə münasibətləri, ailə münaqişələri üçüncü şəxslərə zərər vurmamalıdır. İddiaçı mənzillə bağ evini dəyişdirmək niyyəti var idisə birbaşa Cavabdeh3la dəyişərdilər. Bunun üçün onu alət etməzdilər. Onun 240000 manat vəsaitini mənimsəməyə cəhd etməzdilər. Məhkəmə iddiaçının uydurduğu və təsdiqini sübut edəcək hər hansı bir dəlil olmadığı halda hesab edir ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 3 ünvanın ½ hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi iddiaçı oun adına sənədləşdirmiş, daha sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 4 ünvanına 1/2 hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamışdır. Məhkəmənin süni şəkildə formalaşdırılmış və məhkəmə tərəfindən imperativ şəkildə qəbul edilmiş “şifahi razılaşma”nın bir tərəfi olan əsl mülkiyyətçi Rəhmanova Gülnarə ümumiyyətlə məhkəmə prosesinə cəlb edilməmiş, onun mövqeyi öyrənilməmişdir. “Şifahi razılaşma”nı təsdiq edən sübut hansı maddi dəlilə dəsdiq edilir? Hesab edir ki, iddiaçı “şifahi razılaşma”nı sübut edə bilməsə də, onun əksini sübut etmək cavabdehin vəzifəsi deyildir. Hesab edir ki, Rəhmanova Gülnarə qeyd edilən uydurulmuş “şifahi razılaşma”nın tərəfi olaraq münasibət bildirməlidir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5488/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (C.Musayeva (sədrliyi və məruzəsi ilə), hakimlər L.Əliyeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlara əsasən mübahisələndirilən əqdin əhəmiyyətsiz əqd olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, hazırkı mübahisə Mülki Məcəllənin 340.2-ci maddəsi əsasında həll edilməlidir. Həmin normaya əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
17. Göründüyü kimi işdə olan sübutlara əsasən İddiaçı ilə Cavabdeh3 alqı-satqı müqaviləsinin nəticələrinə nail olmaqdansa, əslində adlarında olan əmlakları bir-birinin və göstərdikləri şəxslərin adlarına keçirmək niyyətində olduqları, hər iki tərəfin eyni hüquqi nəticələrə nail olmaq istədiyi və bunun üçün birgə hərəkət etdikləri müəyyən edilir - buna sübut bağışlama müqaviləsi ilə mübahisələndirən müqavilənin eyni tarixdə bağlanması və daha sonra Gülnarə Rəhmanovanın özünə məxsus payı oğlu Cavabdeh3 bağışlamasıdır.
18. Əksinə iş materiallarında iddiaçının mübahisəli əmlakı satmaq niyyətində olmasını, bu əmlakın satılmasından fayda əldə etmək istəməsini, bunun üçün tərəflər arasında danışıqlar aparılmasını, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında Cavabdeh2 keçsə də, onun bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanına malik olmasını təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmir.
19. Tədqiq edilmiş sübutlara əsasən müqavilə tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibdəki tərəflərin davranışını, bağlanan əqdlərə dair formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə alaraq bütövlükdə əmlakın satışı üzrə mübahisəli əqdin yalan xarakter daşıdığı, tərəflərin faktiki iradəsinin daşınmaz əmlakların dəyişdirilməsi üçün xarakterik olan hüquqi nəticələrin əldə edilməsinə yönəldiyi müəyyən edilir.
20. Bununla belə Cavabdeh1 əldə olunmuş razılaşmaya zidd davrandığı, həmçinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ona məxsus olan ½ hissəsinin Cavabdeh1 bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilənin Cavabdeh3 iddiası əsasında mübahisələndirildiyi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin yalan əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə uyğun olan qaydaların tətbiq edilməsi də hazırda qeyri-mümkündür.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 140, 324, 337, 340.2, 404.1, 404.2, 425, 560.1, 560.3.4, 567, 570.1.1, 575, 576, 646.1, 646.2, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş e tmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hesab edirsə ki, iddiaçının qızı, cavabdehin həyat yoldaşı olan Aysel Rəhmanova ilə Cavabdeh3 arasında belə bir razılıq əldə edilibsə nə üçün Cavabdeh3 Nəsimi rayonu, Rəşid Behbudov küçəsi məhəllə 381 ev 71 mənzil 20 ünvanda yerləşən, ümumi sahəsi 175,7 m2 olan mənzili Aysel Rəhmanovaya deyil, oğlu Rəfael Rəhmanova bağışlamışdır? Nə üçün mənzili tam deyil, ½ hissəsini bağışlamış və Aysel Rəhmanova bu halla barışmışdır. Məhkəmə nəzərə almamışdır ki, Rəfael Rəhmanov Cavabdeh3 oğludur. Cavabdeh3 övladına əmlak bağışlaması birgə nikahda olan həyat yoldaşına əmlak verməsi və dəyişdirməsi, əvəzləməsi anlamına gəlmir. Məhkəmə nəzərə almamışdır ki, əgər qeyd edilən əqd X12 Rəhmanov arasında razılaşma əsasında olmuşdursa Cavabdeh3 nə üçün bağ evini öz adına deyil, Cavabdeh2 adına rəsmiləşdirməsini təşkil etmişdir? Apellyasiya Məhkəməsi qəbul edir ki, bağ evi iddiaçıya məxsus deyil, bağ evi Aysel Rəhmanovun ifadəsinə əsasən Cavabdeh3la ona məxsusdur. Birgə nikah dövründə ilkin olaraq birgə torpaq əldə etmiş və daha sonra üzərində birgə ev inşa etmişlər. Məhkəmə yalnış olaraq hesab edir ki, reallıqda 240.000 manat məbləğində pulu ödəməklə əmlak əldə etmiş şəxs həmin əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməli idi. Məhkəmə unudur ki, hər iki tərəf Cavabdeh2la qohumdur. Cavabdeh2 qohumlarla münasibətləri qoruması, qohumlar arasında davanın dərinləşməməsi üçün yumşaq rəftar etməsi, bağ evini qaytara bilməsi barədə fikirləri onun bu mübahisəyə qoşulmaq istəməməsi kimi qiymətlən dirilməlidir. İddiaçı Cavabdeh3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 175,7 m2 olan mənzilinə (1/2 payla mükiyyətçi) buraxılmadığı üçün Cavabdeh1 (qanuni nümayəndəsi X4) qarşı «bağışlama müqaviləsindən imtina» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3017/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6158/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi həmin qətnamə qüvvədə saxlanılmışdır. Sual olunur bağlanan əqdlər yalan əqd, başqa bir əqdi pərdələmək üçün bağlanmışdırsa məhkəmə öz mülkünə buraxılmayan Cavabdeh3 iddiasını niyə təmin etməmişdir. Halbuki, iddiaçı və onun qızı Aysel Rəhmanovanın ifadələrinə və məhkəmənin gəldiyi nəticəyə əsasən Nəsimi rayonu, Rəşid Behbu dov küçəsi məhəllə 381 ev 71 mənzil 20 ünvanda yerləşən ümumi sahəsi 175,7 m2 olan mənzilə dair bağlanmış əqd bağ evinin alğı-satqısı üçün əsas olmuşdur. Hər iki halda iddiaçı və onun qızı Aysel Rəmanov qazanclı çıxmalıdırmı? Qeyd edilən müqavilənin bağlanması zamanı Aysel Rəhmanov vəkillə təmsil olunmuşdur. Həmin vəkil hazırkı mübahisədə yenə Aysel Rəhmanovu təmsil edir. Vəkil tərəflər arasında mübahisəni rəsmiləşdirə bilmirdi ki, Cavabdeh3 iddiaçını aldadıb yalan əqd bağlatsın? Bu nə qədər inandırıcı ola bilər? Vəkilin iştirakı ilə Mediyasiyada barışıq əldə edilmişdir. Barışıq müqaviləsində belə bir razılaşma mövcud deyil. Məhkəmə Cavabdeh3, İddiaçı və Şahid arasında bağlanmış şifahi əqd olmasına istinad etsə də, tərəflər arasında belə bir əqd olduğunu sübut edəcək hər hansı bir maddi sü buta istinad etməmişdir. “Şifahi razılaşma”nın digər bir tərəfi olan əsl mülkiyyətçisi (Nəsimi rayonu, Rəşid Behbudov küçəsi məhəllə 381 ev 71 mənzil 20 ünvanda yerləşən mənzilin sahibi) Rəhmanova Gülnarənin (Cavabdeh3 anası, mənzili ona bağışlayan) mövqeyi öyrənilməmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 240 000 (iki yüz qərx min) manat vəsait ödəmişdir. İş materiallarında olan bank qəbzindən aydın olur ki, əmlakın dəyəri bankın depozit hesabı vasitəsilə iddiaçıya ödənilmişdir. İddiaçı bank qəbzinə qol çəkərək vəsaiti almışdır. Pul vəsaitinin alınmasını inkar edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə qətnaməsində pul vəsaitinin alınmasını inkar edəcək istinadlar mövcud deyil. Məhkəmə əsassız qətnaməsi ilə iddiaçının əsassız varlanmasına şərait yaratmışdır. 240.000 manat ödənişin qaytarılmasına münasibət bildirməmişdir. Bu isə əqdin etibarsızlığının prinsipləri ilə ziddiyyət təşkil edir.
24. Məhkəmə iddiaçının uydurduğu və təsdiqini sübut edəcək hər hansı bir dəlil olmadığı halda hesab edir ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 3 ünvanın 1/2 hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi iddiaçı onun əmisi oğlu olan iş üzrə Cavabdeh2 adına sənədləşdirmiş, dah a sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 4 ünvanına 1/2 hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamışdır. Məhkəmənin süni şəkildə formalaşdırılmış və məhkəmə tərəfindən imperativ şəkildə qəbul edilmiş “şifahi razılaşma”nın bir tərəfi olan əsl mülkiyyətçi Rəhmanova Gülnarə ümumiyyətlə məhkəmə prosesinə cəlb edilməmiş, onun mövqeyi öyrənilməmişdir. “İddiaçı “şifahi razılaşma”nı sübut edə bilməsə də, onun əksini sübut etmək cavabdehin vəzifəsi deyildir. Rəhmanova Gülnarə qeyd edilən uydurulmuş “şifahi razılaşma”nın tərəfi olaraq münasibət bildirməlidir.
25. Kassasiya şikayətində MM-nin 324.1, 389.1, 144.1, 324.4, 340.2, MPM-nin 14.2, 47.2-ci maddələrinin pozulduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki q eyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 337.1 və 337.2 məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.3 və 337.4. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tə rəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
34. Maddə 404.1 və 404.2 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 560.1 və 560.2 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
37. Maddə 560.3.4 Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
38. Maddə 567 Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 570.1.1 Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır.
40. Maddə 575 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
41. Maddə 576 Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.
42. Maddə 646.1 Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə sa tıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
43. Maddə 646.2 Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
48. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edi lməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
49. İddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 936V saylı bağ evinin alqı-satqısı barədə müqaviləni mübahisələndirərək iddia ərizəsində göstərmişdir ki, həmin əmlak onun adına formal olaraq qeydə alınsa da, əslində qızı Aysel və keçmiş kürəkəni Cavabdeh3 məxsus olmuş, nikah pozularkən həmin bağ evinin Cavabdeh3 verilməsi müqabilində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ½ hissəsinin oğlu Rəfaelə, ½ hissəsinin isə qızına bağışlanması barədə razılaşma əldə edilmişdir.
50. İddiaçı ilə Cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin Faiqin anası Gülnarə Rəhmanovanın mülkiyyətində olmuş ½ hissəsinin Aysel Rəhmanovaya bağışlanacağı barədə razılaşma olduğu sübu tlarla təsdiq edilməmişdir. Lakin məhkəmə belə işdəki sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız (yalan əqd) olduğu, yəni əslində Cavabdeh2 alqı-satqı predmeti olmuş bağ evini əldə etmək niyyəti olmadığı, alqı-satqı müqaviləsinin bağlanmasında məqsəd bağ evini Cavabdeh3 adına keçirmək olduğu işin aşağıdakı halları ilə təsdiq edilir: Cavabdeh3 ve X4 arasında nikah münasibətlərinin pozulduqdan sonra Cavabdeh3 paylı mülkiyyətində olan mənzildəki payını oglu Cavabdeh1 bağışlaması, İddiaçı mübahisəli bağ evini Cavabdeh3 əmisi oglu olan Cavabdeh2 satması, bağışlama və alqı-satqı müqavilələrinin eyni tarixdə rəsmiləşdirilməsi, Gülnarə Rəhmanovanın mənzildəki olan payını daha sonra Cavabdeh3 bağışlaması, Cavabdeh2 X4 ilə olan yazışmaları (səs yazısı və vatsap proqramı ilə həyata keçirilmiş yazışmalar).
51. Cavabdehin kassasiya şikayətinin sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, sübutlara qiymət verilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan bu dəlillər kassasiya baxışının predmeti ola bilməz.
52. Kollegiya kassasiya şikayətinin digər dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, kassasiya şikayətində pozulduğu göstərilmiş maddi və prosessual hüquq normaları işə baxmış məhkəmə tərəfindən pozulmamış, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları qətnamədə öz əksini tapmışdır.
53. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-5488/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir