Məhkəmə qərarları › İş №2(102)-1062/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1062/2021

01.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1062/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qusar rayon Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işçinin öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil Yusif oğlunun, cavabdeh Qusar rayon Təhsil şöbəsinin nümayəndəsi X5, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 və vəkili X6 iştirakı il ə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1328/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxx 2011-ci il tarixli əmrinə əsasən Qusar rayonu Piral kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, İddiaçı xx xxx 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirinə müraciət edərək onun Qusar rayonu Piral kənd tam orta məktəbin direktoru vəzifəsindən azad olunmasını xahiş etmişdir.

3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 1-ci bəndində göstərilən qaydada xx xxxx 2019-cu il tarixdə xitam verilmişdir.

4. Qusar rayon Təhsil şöbəsi üzrə 52 saylı, xx xxxx 2019-cu il tarixl əmrin ilə Qusar rayonu Piral kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq xx xxxx 2019-cu il tarixdən xitam verilmişdir.

5. Qusar rayon Təhsil şöbəsi üzrə 57 saylı, xx xxxx 2019-cu il tarixli əmrin ilə Qusar rayonu Piral kənd t am orta məktəbin direktoru İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə rayon Təhsil şöbəsi üzrə 52 saylı, xx xxxx 2019-cu il tarixli əmr səhv verildiyindən və hüquqi cəhətdən düzgün tərtib edilmədiyindən ləğv edilmişdir.

6. Qusar rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqinin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə İddiaçı barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir.

7. Qusar rayon prokurorluğunun müstəntiqinin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, X3 ərizəsində göstərilən xüsusatlarda cinayət hadisəsi olmadığından 79c-19 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Qusar rayon Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Təhsil şöbəsi üzrə verilmiş xx xxxx 2019-cu il tarixli 52 nömrəli Əmrin və Əmrin verilməsi üçün “əsas” olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmrinin ləğv edilməsinə, Qusar rayonu Piral kənd tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmasına və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı il tarixdə ADPU-ni tarixdövlət hüququ ixtisası üzrə bitirmişdir. Pedaqoji əmək fəaliyyətinə xx xxxxxx 1997-ci il tarixdən Qusar rayonu Yuxarı-Zeyxur kənd tam orta məktəbində ixtisası üzrə müəllim kimi işə başlamış, xx xxxxxxxx 1998-ci il tarixdən RTŞ-nin müvafiq əmri ilə Piral kənd tam orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Qusar RTŞ tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli 5 nömrəli Əmrə əsasən o, Piral kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmiş, Təhsil Nazirliyində imtahan verdikdən sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli 11/264 nömrəli Əmrinə və Qusar RTŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 45 nömrəli Əmrinə əsasən o həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Müəllim və direktor işlədiyi 22 illik pedaqoji fəaliyyətində o, 2002-ci il tarixdə “ilin ən yaxşı müəllimi”müsabiqəsini Təhsil Nazirliyinin 1-ci dərəcəli diplomu ilə, müxtəlif qurumların fəxri fərmanları və diplomları ilə təltif olunmuş, müxtəlif iclaslarda ictimai-pedaqoji məzmunlu çıxışlar etmişdir. Mətbuatda çoxsaylı elmi və metodiki yazıları da dərc olunmuşdur. Pedaqoji və idarəçilik fəaliyyəti dövründə qüsursuz işləmiş və intizam tənbehi almamışdır. Məktəbə rəhbərlik etdiyi müddətdə 2 dəfə 2013 və 2015-ci illərdə Ali məktəblərə Tələbə Qəbulunun nəticələrinə görə Piral kənd tam orta məktəbi rayon məktəbləri arasında birinci yerdə olmuşdur. Piral kənd X12 sədri kimi kəndin sosial-ifrastruktur problemlərinin müəyyənləşdirilməsində və həllində fəal iştirak etmişdir. Kənddə yeni məktəb binasının tiki ntisində, kənd yollarınnın təmirində, kəndin qazlaşdırılması kimi problemlərin həllinin təşəbbüsçüsü olmuş, ölkə rəhbərliyinin siyasətinin nəticəsi olaraq həmin məsələlər öz müsbət həllini tapmışdır. Qeyd edilənlər onun çoxşaxəli pedaqoji və ictimai fəaliyyətinin yalnız bir hissəsidir. xx xxxxx 2019-cu il tarixdən başlayaraq müəyyən şəxslər tərəfindən “Tərəqqi” medalının olmasına görə önə verilmiş məktəbin müəllimi X7 və daha bir neçə nəfər kənd sakinin, daha sonra xx xxx 2019-cu il tarixdən başlayaraq RİH-nin göstərişi ilə hərəkət edən RTŞ-nin müxtəlif xarakterli təzyiqləri ilə üzləşmiş və qeyri iradi məktəbin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı xx xxx 2019-cu il tarixdə ərizə yazmağa məcbur olmuşdur. Həmin ərizə yazılanadək və ərizə yazılandan sonra peşmançılıq ərizəsi yazmama sı üçün ona çoxlu hədə-qorxular gəlinmiş və çoxsaylı digər təzyiqlər olmuşdur. Məktəbdə qeyri-qanuni bufetmağaza açmış X1 Bakıda nəşr olunan “Dahi” qəzetinə şikayət yazması ilə başlayan onun direktor vəzifəsindən kənarlaşdırılması planlı şəkildə həyata keçirilən əməllər sonradan daha da genişlənmişdir. Belə ki, şantaj taktikasından istifadə etməklə onu direktorluqdan çıxarmaq üçün, xx xxxxx 2019-cu il tarixdə Gülarə Qasımovanın və oğlu İ.Qasımovun aşağılayan, təhqir, şər və böhtan karakterli, hüquq-mühafizə orqanlarını çaşdırmaq və ona qarşı inamsızlıq yaratmaq, pedaqoji kollektivdə, valideynlər, şagirdlər, kənd sakinləri arasında ona qarşı mənfi rəyin formalaşdırılması xarakteri daşıyan video müraciətlər yerləşdirilmişdir. İ.Qasımov bununla kifayətlənməyərək, 15-xx xxxxx 2019-cu il tarixl ərdə Təhsil Nazirliyinin qaynar xəttinə, Qusar RPŞ-nə, Qusar rayon prokurorluğuna təkbaşına və özü kimi pozuculuq fəaliyyəti ilə məşğul olan öyrədilmiş şəxslərlə birgə, şifahi və yazılı şikayətlər etmişdir. Şikayətlərdə yazılanlar rayon prokurorluğunda araşdırılmış və öz təsdiqini tapmamışdır. Həmçinin barəsində başlanılmış cinayət işi rədd edilmişdir. Məktəbin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı yazdığı ərizəni təzyiq altında qeyri iradi imzalamışdır. Məktəbin həmin vaxt işdə olan 39 nəfər pedaqoji və texniki işçisindən özü daxil 35 nəfəri yazılı surətdə onun idarəçilik fəaliyyətini bəyəndiklərini və onu dəstəklədiklərini yazılı şəkildə bildirmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmri əsas götürülərək Qusar RTŞ üzrə xx xxxx 2019cu il tarixli 52 nömrəli Əmrlə onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3cü hissəsinə uyğun olaraq xx xxxx 2019-cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmri əsas götürülərək Qusar RTŞ üzrə xx xxxx 2019-cu il tarixli 52 nömrəli Əmr əsassız və düzgün verilməmişdir. Belə ki, əmək müqaviləsinə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (iki) maddəsi ilə xitam verilmişdir. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha çox əsasla, həmçinin qa nunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə görə işəgötürən tərəfindən zor işlədilərək hədə qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Qeyd olunanlara əsasən cari ilin aprel ayının 5-dən başlayaraq ona mütəmadi olaraq təzyiqlər göstərilmiş, hədə-qorxular gəlinmiş və iradəsinin əleyhinə əmək müqaviləsinin ləğvi üçün ərizə yazmağa məcbur edilmişdir. 2019-cu il may ayının birinci ongünlüyündə RTŞ tərəfindən Təhsil Nazirliyinəonun direktor vəzifəsindən kənarlaşdırılması üçün təqdimat yazılmış və RTŞ-nin müdiri ona direktor vəzifəsində n çıxmayacağı təqdirdə Şabran rayonunun məktəb direktoru kimi biabırcasına çıxarılacağını bildirilmişdir. Həmçinin Qusar rayon Təhsil şöbəsinin müdiri bir neçə dəfə ona Qusar RİHnin başçısı və müavini tərəfindən onun işdən çıxmasını demişdir. Beləliklə, onun əmək müqaviləsi qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla qeyri iradi şəkildə ləğv edilmişdir. RTŞ-nin direktoru tərəfindən ona ərizəni Təhsil Nazirliyi tərəfindən onlara təqdim olunmuş yazılı formaya uyğun, yəni, hər hansı səbəb göstərilməklə yazmaq göstərişi verilmişdir. Lakin həmin formadakı səbəblərdən (səhhətlə, yaşayış yerinin dəyişməsi, başqa işə keçməklə və s.ilə bağlı) heç biri onun vəziyyəti ilə uyğun gəlmədiyindən (zor işlədilərək, hədə-qorxu gəlinərək, iradəsinin əleyhinə) Əmək Məcəlləsinin 69-cu Maddəsinin biri nci hissəsinin yuridiksiyası altına düşən onun direktor vəzifəsindən azad edilməsini xahiş etməsi kimi yazmışdır. RTŞ–dən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmrinin surətinin ona təqdim edilməsini bir neçə dəfə xahiş etsə də, həmin əmrin surəti ona verilməmişdir. RTŞ-nin metodisti, kadrlar üzrə mütəxəssis ona Nazirliyin həmin əmrinin məzmununu oxumağa imkan yaratmışdır. Nazirliyin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmrin məzmununda da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə yanaşı 69-cu Maddəsinin 3-cü bəndinə istinad olunmuşdur. Lakin Əmək kitabçasına yazılmış Əmrin məzmununda onunla əmək müqaviləsinin ləğvi üçün Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə yanaşı 6 9-cu Maddəsinin 1-ci ”bəndinə” istinad olunmuşdur. RTŞ, Təhsil Nazirliyinin əməkdaşının onun işə bərpa ilə bağlı Məhkəməyə müraciət etməsini bildirildikdən sonra həmin Əmrin məzmunu Təhsil Nazirliyinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Qanunvericiliyin tələblərinə zidd olaraq vəzifədən azad olunması ilə bağlı Əmrdən 36 gün keçəndən sonra- xx xxxx 2019-cu tarixdə Təhsil Nazirliyindən ona Əmək Kitabçası qaytarılarkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmrininin surətinin ona təqdim edilməsini ərizə ilə qeyd edərək yazılı xahiş etsə də, Nazirliyin əməkdaşları xahişini təmin etməmişdir. Ona şifahi olaraq həmin Əmrin surətini Qusar RTŞ-dən almaq məsləhət görülmüşdür. RTŞ isə növbəti dəfə onlara belə bir göstərişin verilmədiyini bildirməkl ə Təhsil Nazirliyinin qeyd olunan əmrinin surətini verməkdən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, onun əmək hüququ cavabdehlər tərəfindən bir daha pozulmuşdur. Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli K-718 nömrəli Əmrininin surətini RTŞ-dən yalnız xx xxxxxxxx 2019-cu il tarixdə ala bilmişdir. Həmçinin öhdəsində sağlamlıq imkanları məhdud yetkinlik yaşındaki 2013-cü ildə ürəyindən açıq cərrahiyyə əməliyyatı aparılmış oğlu X4 vardır ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu Maddəsinin 1- ci hissəsinin tələblərinə əsasən onunla Əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Qusar Rayo n Təhsil Şöbəsi üzrə verilmiş xx xxxx 2019-cu il tarixli 52 №-li Əmr və həmin Əmrin verilməsi üçün “əsas” olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019- cu il tarixli K-718 nömrəli Əmri ləğv edilməli, o işə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. İşdən çıxarılması barədə təzyiqlə, zorla qeyriiradi şəkildə ərizə yazdıqdan sonra o, Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmiş, lakin hal-hazıra kimi cavab almamışdır. Qeyd edilənlənləri nəzərə alıb iddinın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmən xahiş edir.

10. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-1069/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Qusar rayon Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirl iyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə əmək müqaviləsinə iddiaçının öz ərizəsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx xxxx 2019-cu il tarixli K-718 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a)bəndinə və 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq xitam verilmişdir və həmin əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur.

12. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Qusar rayon Təhsil Şöbəsinin xx xxxx 2019-cu il tarixli Əmri, Qusar rayon Təhsil Şöbəsinin xx xxxx 2019-cu il tarixli Əmri ilə ləğv edilmişdir.

13. Bundan başqa məhkəmə iclasında iddiaçının zor, hədə-qorxu və təzyiqlə işdən çıxarılması barədə ərizə yazması öz təsdiqini tapmamış və iddiaçı bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Əmək Məcəlləsinin 68.1, 300.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1328/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-1069/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə mütəmadi olaraq ona təzyiqlər göstərildiyini, hədə-qorxular gəlindiyini, iradəsi əleyhinə əmək müqaviləsinin ləğvi üçün ərizə yazmağa məcbur edildiyini göstərsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində və iddia ərizəsinə əlavələrdə göstərdiyi hallar ona işəgötürən tərəfindən zor işlədiyi, hədə-qorxu gəlindiyi, yaxud hər hansı başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etmək kimi qiymətləndirilə bilməz.

18. İd diaçı apellyasiya şikayətində həmçinin onunla bağlanmış əmək müqaviləsinə iki əsasla xitam verilməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə K-718 saylı, xx xxxx 2019-cu il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə istinad edilməsi heç də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin maddə ilə xitam verilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydasını özündə ehtiva edir və əmrdə həmin maddəyə istinad edilməsi qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

21. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh Qusar rayon Təhsil şöbəsi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kasasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

24. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 və vəkili X11 məhkəmə iclasında kasasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Cavabdeh Qusar rayon Təhsil şöbəsinin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsi

30. Əmək müqaviləsi nə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.(maddə 68.1)

31. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. (68.2 a bəndi)

32. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69.1)

33. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. (maddə 69.7) Mülki Prossesual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.”(maddə 217.2)

38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1328/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar