Məhkəmə qərarları › İş №2(102)-1062/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1062/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1062/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:müqavilə üzrə öhdəliyin icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)5718/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış və Bakı şəhəri, 12 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş 28 fevral 2022-ci il tarixli Razılaşmaya əsasən, İddiaçı ona məxsus sənəd üzrə ümumi sahəsi 62,50 kv.m, faktiki ümumi sahəsi 86,67 kv.m tikili və 47,07 kv.m həyət sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilinin sökülərək, həmin ərazidə MMC tərəfindən inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün MMC-yə təhvil verir; tərəflər arasında hesablaşma aşağıdakı üsulla aparılır: 86,67+47,07/2=110,21 kv.m, 110,21+20%=132,25 kv.m.; müqavilənin dəyəri isə 154.294 manat nəzərdə tutulur; təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam 154.294 manat hissəsinin və əlavə ayda 1.875 ma nat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin əvəzinə MMC ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,06 kv.m 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə İddiaçı adına rəsmiləşdirilib təhvil verməyi öhdəsinə götürür; İddiaçı və ailə üzvləri 3 ay müddətinə qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər; İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilini 28 mart 2022-ci il tarixədək boşaldaraq MMC-yə təhvil verməyi öhdəsinə götürür; gələcəkdə qeyd olunan mənzillə əlaqədar mülkiyyətçi İddiaçı, onun ailə üzvləri və digər aidiyyəti şəxslər tərəfindən irəli sürüləcək hər hansı bir iddiaya mülkiyyətçi İ ddiaçı cavabdehdir; müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil verdiyi gündən başlayaraq, 2 il nəzərdə tutulur; bu müddət fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər; müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəməyi öhdəsinə götürür; bu müqavilə üzrə və bu müqavilədə nəzərdə tutulmamış hər hansı müddəa üzrə yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 2. 22 iyun 2022-ci il tarixli Akta əsasən, MMC-nin əməkdaşı X1 və İddiaçı imzaları ilə təsdiq etmişlər ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilini MMC-yə təhvil vermiş, MMC isə həmin mənzili təhvil almışdır. Aktda gös tərilmişdir ki, İddiaçı işıq, su sayğacı üzrə borcu yoxdur kimi qeydlər aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra- cavabdeh və ya MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun MMC-yə birdəfəlik 45.000 manat ödənişin əvəzində MMC-nin ünvan 1 ünvanda inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə onun adına rəsmiləşdirib təhvil verməyi MMC-nin öhdəsinə qoyulması, müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün MMC tərəfindən ona 50.000 manat təzminatın ödənilməsi, 24 fevral 2024-cü il tarixdən MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillər ona təhvil veriləndən 2 ay sonraya kimi kirayə haqqı olaraq hər ay üçün 700 manat ödənilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, MMC-nin ünvan 1 ünvanda yeni binanın tikintisi 2023-cü ilin mart ayından başlanmışdır. MMC tərəfindən ona bildirilmişdir ki, mənzillərə dair müqavilələrin bağlanması və aylıq müvafiq ödənişin edilməsi vaxtını onlar ona bildirəcəklər. Lakin, bir müddət ona hər hansı bildiriş verilmədikdə 2023-cu ilin avqust ayından başlayaraq 1.875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyinə baxmayaraq, cavabdeh nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabı təqdim etmişdir. Tərəfindən olan şifahi və yazılı müraciətlərə cavab verilməmişdir. 2023-cü ilin sentyabr ayında müvafiq məsələ ilə əlaqədar MMC-yə müraciət etdikdə ona bildirilmişdir ki, ötən müddət ərzində ödəniş etmədiyi üçün razılaşmada nəzərdə tutulmuş sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil ona verilməyəcək. Beləliklə, MMC onunla notarial qaydada bağladığı müqavilənin qeyd edilən mənzilə aid şərtindən birtərəfli qaydada imtina etmişdir. MMC ilə onun arasında notarial qaydada bağlanmış müqavilənin şərtlərinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşməklə yaşadığı 9 saylı evin 6 saylı mənzilin sökülməsi üçün həmin MMC-nə təhvil verməyi və ayda 1.875 manat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin edilməsini öhdəsinə götürməklə MMC, yəni kreditor qarşısında borclu şəklində çıxış etmişdir. MMC isə təhvil verdiyi 6 saylı mənzilin və 24 ay ərzində ödəyəcəyi 45.000 manat vəsaitin əvəzində ona, yəni kreditora ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106.06 kv.m. olan 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə təhvil verməyi öhdəsinə götürməklə borclu kimi çıxış etmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilə əvəzli müqavilə olmaqla qarşılıqlı surətdə hər birində öhdəlik və tələb etmək hüququ yaratmışdır. Cavabdehin qarşısında borclu olduğu halın, yəni ayda 1.875 manat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin edilməməsi kreditorun, MMC-nin icranı üzrsüz səbəbdən qəbul etməmə si nəticəsində olmuşdur. Bunu əsaslandırmaq üçün iddiaçı qeyd etmişdir ki, müqavilə bağlandığı tarixdən sonra dəfələrlə nağd ödənişin edilməsi və ya vəsait ödəmək üçün müvafiq bank hesabının verilməsinə görə yazılı və şifahi müraciətlər etməyinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənişin icrası yubadılmış və qəbul edilməmişdir. Bununla da kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməmiş və ya iddiaçının (borclunun) öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməyərək icranı gecikdirmişdir. Heç bir əsas olmadan onunla notariat qaydasında bağladığı müqavilənin yuxarıda göstərilən hissəsindən qanunsuz olaraq birtərəfli qaydada imtina etmişdir.

5. MMC-in nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi təqdim edərək, bil dirmişdir ki, iddia ərizəsi tərəflər arasında bağlanmış və 28 fevral 2022-ci il tarixdə notariat ofisində təsdiq edilmiş “Razılaşma müqaviləsinə” əsaslanmışdır. İddiaçı qeyd edilən müqavilənin məzmununu, eləcə də tərəflərin müqavilədə götürdükləri öhdəlikləri tamamilə təhrif edərək, cavabdehdən yaranmayan öhdəliklərə görə tələblər irəli sürmüşdür. Qeyd edilən müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, müqavilənin dəyəri 154.294 manat təşkil edir. İddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilinin ümumi sahəsi 86,67+47,07=110,21 kv.m təşkil edir. Göstərilən sahə faktiki tikili və həyət sahəsi nəzərə alınmaqla müəyyən edilmişdir. MMC qeyd edilən sahəyə 20% əlavə sahə verəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin real halları 110,21 kv.m. sa hə və 154294 manat təşkil edir. Cavabdeh qeyd edilən sahəni iddiaçıya verməli və ya göstərilən məbləğini iddiaçıya ödəməlidir. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, “Təhvil verilən yuxarıda göstərilən mənzilin 154.294 manat hissəsinin və əlavə ayda 1.875 manat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin əvəzinə MMC ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli, coxmənzilli yaşayış binasından ümumi sahəsi 106,06 kv.m. olan 1 ədəd üç otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonar təmirsiz vəziyyətdə İddiaçı adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür”. Müqavilənin qeyd edilən bəndinin məzmununa görə, iddiaçı 94.77 kv.m. sahəsi olan 2 otaqlı mənzili 24 ay müddətində, ayda 1.875 manat ödədiyi halda əldə edə bilərdi. L akin, iddiaçı, müqavilədə göstərilən qeyd edilən öhdəliyi ümumiyyətlə yerinə yetirməmişdir. İddiaçı müqavilə öhdəliyini nəinki qəsdən yerinə yetirməmiş, eyni zamanda MMC ilə hər-hansı bir formada əlaqə saxlamamış və əlaqənin saxlanması üçün isə ünvan və digər əlaqə vasitəsini də bildirməmişdir. İddiaçı, göstərilən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək müqavilə öhdəliyini pozmuşdur. İddiaçı müqavilənin 5-ci bəndinin tələbini də pozmuşdur. Həmin bənddə qeyd edilmişdir ki, İddiaçı və ailə üzvləri üç ay müddətində qeydiyyatdan cıxmağı öhdələrinə götürürlər. Lakin, iddiaçı həmin müqavilə öhdəliyini də pozmaqla qeydiyyatdan çıxmamışdır. İddia ərizəsində iddiacı həmin ünvanda qeydiyyatda olduğunu qeyd etmişdir. Bundan başqa müqavilənin 6-cı bəndinin şərtinə görə, iddiaçı 28 mart 2022-ci ilə qədər qeyd edilən mənzili boşaldaraq MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, iddaçı müqavilənin həmin bəndinin də tələblərini pozaraq qeyd olunan müddətdə mənzilini boşaldaraq təhvil verməmişdir. Halbuki, müqavilənin 8-ci bəndinin şərtlərinə görə MMC-nin iddiaçı qarşısında öhdəliyi yalnız iddiaçı həmin mənzili cavabdehə təhvil verdiyi gündən yaranmağa başlamalı idi. Göründüyü kimi, müqavilənin bu bəndləri də iddiaçı tərəfindən açıq-aşkar pozulmuşdur. Bununla belə iddiaçının müqavilə öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq MMC müqavilənin 3-cü bəndində qeyd edilən və müqavilənin ümumi dəyəri kimi nəzərdə tutulan 154.294 manat vəsaiti istənilən vaxt iddiaçıya ödəməyə hazırdır. Müqavilənin 9-cu bəndində qeyd edilmişdir ki, hər hansı bir tərəf müqavilənin müddəala rını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə öhdəliklərini kobud qaydada pozmuşdur. Lakin buna baxmayaraq iddiaçının tamamilə əsassız olaraq qarşı tərəfdən 50.000 manat təzminat tələb etməsi müqavilə öhdəliyinə vicdansız yanaşmadır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(005)1549/2024 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilmiş, 28 fevral 2022-ci il tarixli “Razılaşma müqaviləsi” əsasında iddiaçı tərəfindən 45.000 manat ödənişin edilməsi əvəzinə ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə iddiaçının adına rəsmiləşdirilib təhvil verilməsi öh dəliyinin MMC-nin üzərinə qoyulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırkı vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə 29 fevral 2022-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1.875 manat olmaqla, cəmi 45.000 manat ödənişi MMC-yə ödəməmişdir. İddiaçı bunu 2023-cü ilin avqust ayından başlayaraq 1.875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyinə baxmayaraq cavabdehin nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabı təqdim etməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəf müqavilənin 4-cü bəndinin iddiaçı tərəfindən yerinə yetirilməməsini təsdiq etməklə yanaşı iddi açının ödəniş üçün MMC ilə heç bir formada əlaqə saxlamamasına istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəli hissəsi də məhz müqavilənin 4-cü bəndinin yerinə yetirilməməsi və bunun faktiki olaraq kimin təqsiri üzündən baş verməsi təşkil edir.

9. Belə ki, cavabdehin dəlillərinə əsasən ödənişlər vaxtında ödənildiyi təqdirdə heç bir mübahisə olmazdı. Lakin nə qədər ki, ödənişlər olmayıb, onlar müqavilə üzrə mənzilləri deyil, təhvil verilmiş mənzilin müqavilədə göstərilmiş dəyərini iddiaçıya ödəməklə mübahisəni həll etməyə etiraz etmirlər.

10. Birinci instansiya məhkəməsi həmçinin iddia və ona edilən etirazın əsası kimi istinad edilən dəlillərlə bağlı qeyd etmişdir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh onun ləğv edilməsi ilə bağlı müvafiq iddia qaldırmamışdır. Başqa sözlə, müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək mükəlləfiyyətinin daşıyıcısı olaraq qalır.

11. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyinin biri olan aylıq ödənişlərin ümumiyyətlə həyata keçirilməməsi faktı ilə bağlı cavabdehin iddiaçıdan müqavilənin 9-cu bəndinə uyğun təzminatla əlaqədar iddia belə qaldırmamış, ona qarşı hazırkı iddia qaldırıldıqdan sonra isə məhz aylıq ödəniş etməməsinə istinad edərək müqavilədə nəzərdə tutulan mənzilləri vermək istəməyərək, təhvil verilmiş mənzilin müqavilədə göstərilən dəyərini ödəməyə hazır olduğu bildirmişdir.

12. Birinci instansiya məhkəməsi iddia ərizəsinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin bu formada mübahisəni həl etmək istəyi həm müqavilə şərtlərinə, həm qanunvericiliyə, həm də iddiaçının mənafeyinə uyğun olmamaqla qanuna ziddir.

13. Belə ki, əvvəla müqavilədə mənzilin dəyərinin tam 154.294 manat hissəsinin və əlavə olaraq ayda 1.875 manat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin iddiaçı tərəfindən MMC-yə hansı qaydada, formada və hansı hesaba ödənilməsi qeyd edilməmişdir. Bundan əlavə, MMC özü iddiaçı tərəfindən 2 və daha artıq müddətdə ödənişlərin həyata keçirilməməsi fonunda özü tərəfindən iddiaçı ilə müqavilənin 4 və 9-cu bəndləri ilə bağlı xəbərdarlıq etmək üçün hər hansı formada əlaqə saxlamağa cəhd etmələrinə dair heç bir sübut təqdim etməmişdir.

14. Əksinə, mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri hazırkı vaxta kimi həyata k eçirmək niyyətindədir və bundan yayınmaq fikri olmamışdır. Sadəcə onun bu məbləğləri hara və hansı qaydada ödənilməsi barədə heç bir məlumatı olmamış və hazırda da yoxdur.

15. Göründüyü kimi, cavabdehin iddiaçının müqavilənin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı irəli sürdüyü arqument faktiki təsdiq olunsa da, bu halın yaranması özü tərəfindən də yol verilmiş bir növ səhlənkarlıqla müşaiət olunmuşdur. Halbuki, binanı inşa edən cavabdehin nümayəndəsinin izahatında göstərdiyi kimi tikinti işləri kreditin alınması ilə həyata keçirildiyindən, həmin vəsaitin ödənilməsində MMC iddiaçıdan daha çox maraqlı olmalı və iddiaçının bu öhdəliyini yerinə yetirməkdən qəsdən, bilərəkdən yayınması halını müəyyən etdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş hüquqi tədbi rlərini görməli idi.

16. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya cəmi 110.21 kv.m sahəsi olan mənzilə görə 20% nəzərə alınmaqla 132.25 kv.m sahə verilməli olduğu halda, həmin sahəli mənzil layihədə olmadığı üçün tərəflər razılaşmışlar ki, ümumi sahəsi 106.06 kv.m. olan 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə iddiaçının adına rəsmiləşdirib təhvil veriləcəkdir. Başqa sözlə, ümumi sahəsi 132.25 kv.m. olan sahədən əlavə verilən 68,58 kv.m. sahə üçün iddiaçı cavabdehə 45.000 manat ödəniş etməli idi.

17. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçı 45.000 manat ödənişi həyata keçirmədiyi halda, cavabdeh müqavilə qiyməti olan 154.294 manat məbləği verməklə hər iki mənzili ona verməkdən imtina etməkdə haqlı ola bilməzdi. Ehtimal olaraq nəzərə alınsa ki, cavabdeh iddiaçıya verilməsi nəzərdə tutulan ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili verməkdən imtina edə bilərdi, bu hal da iddiaçının mənafeyinə uyğun deyildir.

18. Belə ki, qeyd olunduğu kimi cavabdeh 110.21 kv.m. sahəyə münasibətdə iddiaçıya 132.25 kv.m. sahəsi olan mənzil verə bilmədiyi üçün iki, yəni, ümumi sahəsi 106.06 kv.m. olan 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil təklifi məhz bununla əlaqədar olmuşdur. Başqa sözlə, ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzilin sahəsinə iddiaçının təhvil verdiyi mənzilə görə 20% nəzərə alınmaqla verilən 132.25 kv.m. sahə də daxildir.

19. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının 4-cü bənd üzrə üzərinə götürdüyü müqavilə şərtlərini yerinə yetirməməsi qəsdən deyil, obyektiv səbəblərdən baş verdiyindən bu onun tərəfindən müqavilənin qeyd edilən şərtinin kobud pozuntusu kimi qiymətləndirilmir. Lakin müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş mənzilləri ona 4-cü bəndin tələbləri pozulmasına görə təhvil verməməsini məhkəmə qanunsuz saymış və qeyd etmişdir ki, cavabdehin bu hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, o mənzilləri iddiaçıya təhvil verməli idi.

20. Hazırkı iş üzrə cavabdeh mənzilləri iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayara q, öz öhdəliklərini icra etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırkı iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir.

21. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olduğundan, iddiaçı həmin öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

22. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mənzillərlə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün ə saslı olduğundan, iddia həmin hissədə təmin edilməli, ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə iddiaçının adına rəsmiləşdirib təhvil verməsi öhdəliyi MMC-in üzərinə öhdəlik olaraq qoyulmalıdır. Lakin bu öhdəlik 28 fevral 2022-ci il tarixli “Razılaşma müqaviləsi” əsasında iddiaçı tərəfindən 45000 manat ödənişin edilməsi qarşılığında icra edilməlidir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın 24 fevral 2024-cü il tarixdən MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsindən 2 ay sonraya kimi kirayə haqqı olaraq ona hər ay üçün 700 manat ödənilməsi vəzifəsi MMC-nin üzərinə qoyulması hissəsi əsaslı olmadığı üçün təmin edilə bilməz.

24. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır, həmçinin iddiaçı tələbinin bu hissəsinin əsaslandırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

25. Birinci instansiya məhkəməsi, iddianın müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün MMC tərəfindən ona 50.000 manat təzminatın ödənilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, işdən görünür ki, cavabdeh müqavilə şərtlərini pozması halını yuxarıda qeyd edildiyi kimi ilk növbədə iddiaçı tərəfindən aylıq ödənişləri etməməsi ilə əsaslandırmış və bu halın araşdırması iddiaçıdan asılı olmayan obyektiv səbəblərdən baş verməsi öz təsdiqini tapmışdır.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia bu hissədə iddiaçı tərəfindən müqavilənin bütün şərtləri tamamilə yerinə yetirildiyi və cavabdehin müqavilə öhdəliklərinə riayət etməməsi halında əsaslı sayıla bilərdi. Lakin müəyyən edildiyi kimi cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirməməsi qanunsuz olsa da, bu həm də iddiaçının qarşılıqlı olaraq müqavilə şərtlərini tam yerinə yetirməməsi ilə əlaqədar olmuşdur.

27. Birinci instansiya məhkəəmsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 14, 385, 386, 405, 425, 427, 442, 448, 752, 759-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissəd ə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22 fevral 2022ci il tarixdə Razılaşma müqaviləsi bağlanmış və müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin iddiaçı, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək qəsdən müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 22-ci bəndində qeyd edilmişdir ki, iddiaçı tərəfindən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırkı vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə 29 fevral 2022-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1.875 manat olmaqla, cəmi 45.000 manat ödənişi MMC-yə ödəməmişdir”. Daha sonra q eyd edilmişdir ki, iddiaçı bunun səbəbini guya cavabdehin ödənişin nə nağd şəkildə qəbul etməməsini, nə də ki, bank hesabının ona təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının heç bir sübutla təsdiq edilməyən qeyd edilən mülahizəsini qətnamədə əsas kimi qəbul etmişdir. Baxmayaraq ki, iddiaçının həqiqətə uyğun olmayan mülahizəsi təkzib edilmişdir. Belə ki, cavabdeh tərəfindən dəfələrlə bildirilmişdir ki, iddiaçı, onun əri və oğlu mütəmadi olaraq cavabdehin ofisinə gəlmişlər və müqavilə üzrə ödəməli olduqları 45.000 manatı ödəmək istəmədiklərini bildirməklə yanaşı, eyni zamanda ödənilmə şərti ilə onlara verilməsi nəzərdə tutulan 94.77 kv.m. sahəsi olan mənzilin əvəzindən də cavabdehdən 230.000 manat pul tələb etmişdirlər. Bununla da və eyni zamanda iddiaçının qəsdən müqavilə öhdəl iyini yerinə yetirməməsi və müqavilə öhdəliyinə vicdansız yanaşması sübut olunmuşdur. Qətnamənin 28 və 29-cu bəndlərində belə bir qənaətə gəlmiş və qiymət verilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin biri olan aylıq ödənişlərin ümumiyyətlə həyata keçirilməməsi faktı ilə bağlı cavabdeh tərəf iddiaçıdan müqavilənin 9-cu bəndinə uyğun təzminatla əlaqədar iddia belə qaldırmamış, ona qarşı hazırkı iddia qaldırıldıqdan sonra isə məhz aylıq ödəniş etməməsinə istinad edərək müqavilədə nəzərdə tutulan mənzilləri vermək istəməyərək, təhvil verilmiş mənzilin müqavilədə göstərilən dəyərini ödəməyə hazır olduğu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu formada mübahisəni həl etmək istəyi həm müqavilə şərtlərinə, həm qanunvericiliyə, həm də iddiaçının mənafeyinə uyğun olmamaql a ziddir. Məhkəmənin işin hallarına bu qaydada qiymət verməsi doğru olmamışdır. Belə ki, müqavilədə əmlakın tərəflər tərəfindən müəyyən edilmiş qiymətinin tələb edilməsi iddiaçının hüququdur. İddiaçı belə bir tələblə iddia qaldırmış olduğu halda tələbi haqlı olardı. Eyni zamanda cavabdehin müqavilədə nəzərdə tutulmuş qiymətini ödəyə biləcəyinə hazır olması barəsindəki mülahizəsi cavabdehin iddiadan imtina etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh yalnız 94.77 kv.m. sahəsi olan mənzilin müqavildə göstərilən öhdəliyin iddiaçı tərəfindən icra edilmədiyini bildirmişdir. Müqavilənin qalan hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı və onun ailə üzvləri mütəmadi olaraq, yəni müqavilədə göstərilən öhdəliyin icra edilməli oldugu müddətdə cavabdehin ofisində olublar və 94,77 kv.m. sahəsi olan mənzilə görə ödənilməli olan məbləği tələb edilsə də (nağd qaydada və ya bank hesabına) ödəməkdən imtina etmişlər. Mənzilin dəyərini ödəmədikləri halda cavabdehdən onlara aid olmayan mənzildən imtinaya görə külli miqdarda pul tələb edilmişdir. Cavabdehin bank hesabından çıxarış bütün müştərilərə verildiyi kimi iddiaçılara da verilmişdir. Cavabdeh bank hesabını itirdiyi halda isə istədiyi zaman ofisdən bank hesabını əldə edə bilərdi. Cavabdeh tərəfindən mütəmadi olaraq iddiaçı və ailə üzvlərinə görüşlər zamanı dəfələrlə xəbərdarlıq edilmişdir ki, müqavilədə göstərilən 94,77 kv.m. sahəsi olan mənzilin dəyəri ödənilmədiyinə görə müqavilənin həmin hissəsindən imtina edilir.

30. Apellyasiya icraatı zamanı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs q ismində mülki işə cəlb edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5718/2024 saylı mülki iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin olunduğu- 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında iddiaçı tərəfindən 45.000 manat ödənişin edilməsi əvəzinə ünvan 1 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə iddiaçının adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın rədd edilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın predmetini yalnız ümumi sahəsi 94,77 kv.metr olan 1 ədəd 2 otaqlı mənzil təşkil edir. İddiaçı, iddia ərizəsində göstərmişdir ki, MMC tərəfindən ona bildirilmişdir ki, mənzillərə dair müqavilələrin bağlanması və aylıq müvafiq ödənişin edilməsi vaxtını onlar ona bildirəcəklər. Lakin bir müddət ona hər hansı bildiriş verilmədikdə 2023-cü ilin avqust ayından başlayaraq 1.875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməsinə baxmayaraq, cavabdeh nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabını təqdim etmişdir. Tərəfindən olan şifahi və yazılı müraciətlərə cavab verilməmişdir.” Qeyd olunan hallar la bağlı məhkəməyə sübut olaraq yalnız iddiaçı tərəfindən MMC-yə 31 oktyabr 2023-cü il tarixdə telerqamın vurulması barədə qəbz əlavə olunmuşdur.

33. Öhdəliklərin icrası müddətinin 22 iyun 2024-cü il tarixdə başa çatmasına baxmayaraq, iddiaçının öz arqumentləri ilə də təsdiq olunmuşdur ki, icra müddətinin axımının başladığı vaxtdan 1 il 2 ay ərzində öhdəliklərin icrası üçün cəhd edilməmişdir. Halbuki, həmin müddət ərzində artıq iddiaçı tərəfindən ödənişin 26.250 manat (14 x 1875 = 26.250) hissəsi icra olunmalı idi. Bu hal isə iddiaçı tərəfindən öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona hesab nömrəsinin təqdim olunmadığına görə ödəniş apara bilmədiyinə istinad etsə də, bu arqument inandırıcı hesab oluna bilməz. Belə ki, iddiaçıya öhdəliklərin icrasının axımı müddətinin 22 iyun 2022-ci il tarixdən başlanması həmin vaxt məlum olduğundan, onun ən azı 1 il 2 ay ərzində ödənişlərin aparılması üçün cəhdlər etməsi imkanı olmuşdur, lakin onun qarşı tərəfə ilk rəsmi müraciəti 31 oktyabr 2023-cü il tarixdə edilmişdir.

35. Buna görə də apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müqavilənin 4-cü bəndinin yerinə yetirilməməsinin cavabdehin təqsiri üzündən baş verməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin 33-cü bəndində iddiaçının müqavilənin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı cavabdehin irəli sürdüyü arqumentin faktiki təsdiq olunduğuna istinad etsə də, mübahisənin həllinə öhdəliyin icra olunmamas ı baxımından yanaşmamış, “bu halın yaranmasının cavabdehin özü tərəfindən də yol verilmiş bir növ səhlənkarlıqla müşaiət olunması”na istinad edərək, iddianın qismən təmin olunması qənaətinə gəlmişdir.

36. Mülki Məcəllənin 441.3 və 447.1-ci maddələrinin dispozitiv şərtlərindən də görünür ki, öhdəliyin icrasının hətta tam həcmdə həyata keçirilmədiyi təqdirdə qarşılıqlı icra öhdəsinə düşən tərəfin öz öhdəliyinin icrasını dayandıra bilməsi və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmək hüququ vardır. Hazırkı situasiyada isə iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi ümumiyyətlə yerinə yetirməyərək qarşılıqlı icranı tələb edir.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 560.3 və 560.3.2-ci maddələrinə əsasən, iddiaçının öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını tələb etməsi hüquqdan sui-istifadədir. Ona görə də iddia rədd olunmalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 425, 427, 441, 442, 445, 447, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

40. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi onu nəzərə almamışdır ki, notarial qaydada bağlanmış müqavilədə iddiaçının 94.77 kv.m. olan 2 otaqlı mənzilə görə edəcəyi ödənişlər üçün cavabdehin bank hesabını göstərən rekvizitlər göstərilməli olduğu halda göstərilməmişdir. Bundan başqa iddiaçının, ən azı müvafiq ödənişin icra müddətinin bitməsinə 10 ay qalmış bank hesabının verilməsi ilə bağlı cavabdehə ünvanladığı yazılı müraciətə cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Bu faktlar o nəticəyə gəlməyə əsas vermişdir ki, müvafiq situasiyada kreditor kimi çıxış edən MMC vəsait ödənişi öhdəliyinin icrasına süni əngəl yaratmış və ödənişin edilməsində maraqlı olmamışdır. Bununla da cavabdeh müəyyən mənada icranı gecikdirmiş hesab edilməlidir. Mövcud vəziyyətdə icra qeyri-mümkün hesab edilə bilməz ona görə ki, iddiaçı (borclu) hazırda istənilən vaxt 94.77 kv.m. olan 2 otaqlı mənzil üçün cavabdehə (kreditora) müqavilədə qeyd edilən məbləği, 45.000 manatı ödəməyə hazır olduğunu bildirir. Apellyasiya instansiyası məhkəməsi birtərəfli mövqe tutaraq yalnız iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmiş və mübahisəyə yalnız bu prizmadan qiymət vermişdir. İddiaçı (borclu) ödənişləri etmədiyi müddətdə cavabdeh (kreditor) tərəfindən həmin müddət ərzində ən azı bir dəfə xəbərdarlıq etməli və hüquqi baxımdan düşə biləcəyi vəziyyəti izah etməli idi. Cavabdeh tərəf xəbərdarlıq etməklə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin 94.77 kv.m. 2 otaqlı mənzilə aid müvafiq ödənişin ödənilməməsi ilə bağlı cavabdehin heç bir məsuliyyətinin olmaması kimi nəticəyə gəlməsi əsassız h esab edilməlidir. Eyni zamanda iddiaçı dərhal 45.000 manatı birdəfəlik şəkildə cavabdehə ödəməyə hazır olduğunu bildirir. Belə olan halda cavabdehə hər hansı əsaslı ziyanın dəyməsindən söhbət gedə bilməz. Müqavilə bağlanan zaman və sonrakı müddətdə cavabdehin yuxarıda sadalanan qanunla öhdəsinə düşən hərəkətləri etməməsi fonunda iddiaçının öhdəsinə düşən hərəkətləri etməməsi öz vəzifələrini kobudcasına pozmuş kimi qiymətləndirilə bilməz. Yaranmış mübahisəli məsələyə səbəb olmuş hallar araşdırıldıqda aydın olmuşdur ki, iddiaçı (borclu) tərəfin müvafiq aylıq ödənişləri vaxtında icra etməməsinə həm də cavabdeh (kreditor) tərəfin bank hesabının iki tərəfli müqavilədə göstərilməməsi, iddiaçının (borclunun) bank hesabının verilməsinə dair şifahi və yazılı müraciətlərinə qarşı cavabdehin (kredito run) hərəkətsiz qalması, onun iddiaçıya (borcluya) heç bir xəbərdarlıq etməməsi və ya ödənişin icra edilməsilə bağlı müddəti təyin etməməsi olmuşdur. Cavabdeh belə hallara yol verməklə Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərini pozmuşdur ki, apellyasiya instansiyası məhkəməsi bu səbəbləri nəzərə almadan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin notarial qaydada bağlanılmış müqavilədə bank hesabını göstərməməklə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3-cü maddəsini də pozmaq niyyətini də nəzərə almamışdır. Məhkəmə iddiaçının izahatını və təqdim etdiyi sənədi və onun ikitərəfli müqavilədə bir tərəf kimi hərəkət və məlumatlılıq baxımdan nisbətən zəif mövqeyini tamamilə nəzərə almadan cavabdehin icranı məqsədli gecikdirməsini təsdiq edən hərəkətsizlikləri (b ank hesabının iki tərəfli müqavilədə göstərilməməsi, bank hesabının iddiaçıya verilməməsi, ödənişin gecikməsilə bağlı bir dəfə də olsun xəbərdarlıq etməməsi və s.) görməzdən gələrək, iddiaçının ödənişi etməməsi səbəbinə “inandırıcı deyil” deməklə özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində cavabdeh bildirmişdir ki, “bank hesabından çıxarış bütün müştərilərə verildiyi kimi iddiaçıya da verilmişdir. İddiaçı bank hesabını itirdiyi halda isdə istədiyi zaman ofisdən bank hesabını əldə edə bilərdi. Cavabdeh tərəfindən mütəmadi olaraq iddiaçı və ailə üzvləri ilə görüşlər zamanı dəfələrlə xəbərdarlıq edilmişdir ki, müqavilədə göstərilən 94,77 kv.m. sahəsi olan mənzilin dəyəri ödənilmədiyinə görə müqavilənin həmin hissəsindən imtina edilir.” - Əvvəla bank hesabından çıxarışın bütün müştərilərə, o cümlədən iddiaçıya verilməsilə bağlı cavabdeh tərəfin sübutu yoxdur. Həmçinin yuxarıda qeyd edildiyi kimi cavabdeh öz hərəkətlərində səmimi və dürüst olsaydı bank hesabı iki tərəfli müqavilədə göstərilməli idi. Müvafiq ödənişin icra edilməməsi ilə bağlı xəbərdarlıq icra müddətin axımının başlandığı ilk aylarda edilməli və sübut kimi yazılı forması məhkəməyə təqdim olunmalı idi ki, bu da iş materiallarında yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin öhdəsinə düşən vəzifələri icra etdiyini təsdiq edə biləcək sübutları, yəni iddiaçı (borclu) tərəfindən pul vəsaitinin ödənilməsi üçün bank hesabının iddiaçıya verilməsini və ödənişin gecikdirilməsinə görə xəbərdarlıq sənədini ona təqdim etmədiyi halda, yaln ız cavabdehin ifadələrini əsas götürməklə qətnamə qəbul etmişdir ki, bu da həmin qətnamənin əsaslı olmadığını göstərir.

41. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 441, 446, 447, 560-cı, “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3-cü, habelə Mülki Prosessual Məcəllənin 9, 77, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələbl ər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

45. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

46. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

47. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

49. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbə rdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

50. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

51. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

52. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

53. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

54. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tə rzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

55. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 6

3. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfil və obyektiv araşdırmayıb.

65. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər arasında notarial qaydada təsdiq edilməklə 28 fevral 2022-ci il tarixli “Razılaşma müqaviləsi” bağlanıb və müqavilənin şərtlərinə görə, iddiaçı özünə məxsus Bakı şəhəri, N.Nərimanov rayonu, Mayakovski küsəçi 09 saylı evin sənəd üzrə ümumi sahəsi 62,5 kv.metr, faktiki ümumi sahəsi 86,67 kv.metr, həyətyanı sahəsi 47,4 olan 06 saylı mənzilinin sökülərək, həmin ərazidə cavabdeh tərəfindən inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün cavabdehə təhvil verir. Tərəflər arasında hesablaşma isə bu üsulla aparılır: İddiaçıya məxsus mənzilin cəmi ümumi sahəsi (86,67+47,07/2=110,21+20faiz) 132,25 kv.metr müəyyən edilir, müqavilənin dəyəri isə 154.294 manat razılaşdırılır. Təhvil verilən qeyd olunan mənzilin dəyərinin tam 154,294 manat hissəsi və əlavə ayda 1.875 manat olmaqla, 24 ay ərzində cəmi 45.000 manat ödənişin əvəzinə cavabdeh, ünvan 2 ünvanda inşa ediləcək yüksək mərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,06 kv.metr olan 1 ədəd, 3 otaqlı və ümumi sahəsi 94,77 kv.metr olan 1 ədəd, 2 otaqlı mənzilləri inşaat işlə ri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə iddiaçının adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür. Sözügedən müqavilə ilə iddiaçı və ailə üzvləri 3 ay müddətində mənzildən qeydiyyatdan çıxmağı, habelə iddiaçı mülkiyyətçisi olduğu mənzili 28 mart 2022-ci il tarixədək boşaldıb iddiaçıya təhvil verməyi öz öhdələrinə götürür. Müqavilənin müddəti iddiaçının ona məxsus mənzili təhvil verdiyi gündən başlayaraq 2 il nəzərdə tutulur və müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəməyi öhdəsinə götürür.

66. Həmçinin, işə əlavə edilmiş və tərəflərin imzaladıqları 22 iyun 2022-ci il tarixli Aktla müəyyən olunur ki, iddiaçı sözügedən mənzilini iddiaçıya təhvil verib, sonuncu isə həmin mənzili təhvil alıb və iddiaçının həmin mənzil üzrə hər hansı kommunal xərclər üzrə borcu yoxdur.

67. Hazırda iddiaçı, cavabdehin sözügedən müqavilənin şərtlərini pozaraq, ünvan 2 ünvanda yeni binanın tikintisinə 2023-cü ilin mart ayından başladığını, aylıq ödənişin edilməsi vaxtının cavabdeh tərəfindən ona bildirilmədiyini, bu barədə ona hər hansı xəbərdarlıq göndərmədiyini, 2023-cü ilin avqust aydından başlayaraq aylıq 1.875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməsinə baxmayaraq cavabdehin nə icranı nağd şəkildə qəbul etdiyini, nə də müvafiq bank hesabını təqdim etdiyini, əksinə ötən müddət ərzində ödəniş etmədiyi üçün razılaşmada nəzərdə tutulan sahəsi 94,77 kv.metr olan 1 ədəd 2 otaqlı mənzili ona təhvil verməkdən imtina etdiyini göstərib, həmin mənzilin təmirsiz vəziyyətdə onun adına rəsmiləşdirib təhvil v erməyi cavabdehin öhdəsinə qoyulmasını və razılaşmanı pozduğuna görə cavabdehdən onun xeyrinə 50.000 manat təzminatın tutulmasını iddia edir.

68. Cavabdeh isə ümumi sahəsi 106,06 kv.metr olan 1 ədəd, 3 otaqlı mənzillə bağlı iddiaçı ilə aralarında hər hansı mübahisənin olmadığını, digər ümumi sahəsi 94,77 kv.metr olan 1 ədəd, 2 otaqlı mənzillə bağlı öhdəliyini icra etmədiyi halda iddiaçının tələb irəli sürdüyünü, “Razılaşma müqaviləsi”nə görə, həmin mənzili əldə etmək üçün iddiaçının 24 ay müddətində hər ay 1.875 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin onun həmin müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirmədiyini, cavabdehlə hər hansı formada əlaqə saxlamadığını və beləliklə də müqavilə üzrə öhdəliklərin bilavasitə onun tərəfindən pozulduğunu göstərib, iddiaya etiraz edir.

69. G öründüyü kimi, hazırkı işə baxılmasının predmetini ümumi sahəsi 94,77 kv.metr olan 1 ədəd, 2 otaqlı mənzil təşkil edir və iddiaçı 45.000 manat ödəməklə həmin mənzilin onun adına rəsmiləşdirilərək təhvil verilməsinin cavabdehin öhdəsinə qoyulmasını iddia edir, cavabdeh isə “Razılaşma müqavilə”si üzrə öhdəliyin iddiaçı tərəfindən vaxtında icra edilmədiyini göstərib, bundan imtina edir.

70. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin podrat; öhdəliklərin icra edilməməsi və öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti tənzimləyən normaları nəzərdən keçirilə bilər.

71. Əvvəla, Mülki Məcəllənin 752-ci maddəsində podrat müqaviləsinin anlayışı verilib. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifari şçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

72. Həmin Məcəllənin 759-cu maddəsində podrat müqaviləsinin ləğvindən, 760-cı maddəsində isə müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsindən bəhs olunur. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqavilənin bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin öd ənilməsini tələb edə bilər.

73. Mülki Məcəllənin 442-ci maddəsində göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi...və sair aiddir. Öhdəliyin onun icrası üçün müəyyən edilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Öhdəliyin icrası müddəti konkret gün və ya vaxt kəsimi şəklində müəyyən edilə bilər.

74. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, belə halda öhdəlik həmin gün və ya həmin vaxt kəsimi (dövr) ərzində icra edilməlidir. Əks təqdirdə icranın gecikdirilməsi baş verir və şərh olunan maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur, yəni borclunun icranı gecikdirməsi, habelə icra müddəti çatanadək kreditorun xəbərdarlığın dan sonra da öhdəliyin icra edilməməsi halında baş verir.

75. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış “Razılaşma müqaviləsi” üzrə ümumi sahəsi 94,77 kv.metr olan 1 ədəd, 2 otaqlı mənzilə münasibətdə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə iddiaçı tərəfindən icra edilməməsi və beləliklə də öhdəliyin bilavasitə onun tərəfindən pozulması nəticəsinə gəlsə də, gəldiyi nəticəni yuxarıda sadalanan normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmayıb.

76. Belə ki, qeyd olunan Müqavilənin 4-cü bəndində iddiaçı, sözügedən mənzili əldə etməsi üçün 24 ay müddətinə, yəni 28 fevral 2024-cü il tarixədək əlavə cavabdehə hər ay 1.875 manat olmaqla, cəmi 45.000 manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 8-ci bəndində isə müqavilənin müddətinin axımı qeyd olu nub və orada göstərilir ki, müqavilənin müddətinin axımı iddiaçının özünə məxsus mənzili cavabdehə təhvil verdiyi gündən başlayır və bu müddət 2 il nəzərdə tutulub.

77. Habelə, iddia ərizəsindən, iddiaçının izahatından və tərəflərin imzaladıqları 22 iyun 2022-ci il tarixli Aktdan görünür ki, iddiaçı özünə məxsus olan mənzili cavabdehə 22 iyun 2022-ci il tarixdə təhvil versə də, cavabdeh həmin ərazidə yeni binanın tikintisinə əslində 2023-cü ilin mart ayından başlayıb.

78. Eyni zamanda, iddiaçı, iddia ərizəsində və izahatında öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsini- “Razılaşma müqaviləsin”də cavabdehin bank hesab nömrəsinin göstərilməməsi; bu barədə olan yazılı və şifahi müraciətlərinə cavab verilməməsi; habelə icra müddəti çatanadək cavabdehin ona hər hansı bildiriş, xəbərdarlıq göndərməməsi və s. ilə əlaqələndirib.

79. Nəzərə alınmalıdır ki, borclunun icranı gecikdirməsi Mülki Məcəllənin 445-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələrə səbəb olur. Şərh olunan maddədə bu nəticələrin baş verməməsi imkanı da nəzərdə tutulub. Belə ki, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etmədikdə o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Xatırlatma bilavasitə borcluya çatdırılmalıdır. Öhdəliyin icrası haqqında iddia verilməsi, habelə icraya dair yazılı tələbin borcluya çatdırılması xatırlatmaya bərabər tutulur.

80. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə tərəflər arasındakı öhdəliyin onun icrası üçün müyyənləşd irilmiş müddətdə icra edilməməsinin səbəblərini tam, hərtərəfli araşdırmadan, iddiaçının sözügedən müqavilə üzrə icra müddəti çatanadək, yəni 22 iyun 2024-cü il tarixədək 45.000 manatı ödəmək istəməsi ilə bağlı 31 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət etməsini, sözügedən müqavilədə cavabdehin bank hesab nömrəsinin- rekvizitlərinin qeyd edilməməsini, cavabdehin özünün də müqavilədə göstərilən 2 illik müddəti pozaraq sözügedən mənzilləri inşa edib iddiaçıya təhvil verməməsini, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, onların sonrakı hərəkətlərini, habelə cavabdehin özünün 31 oktyabr 2023-cü il tarixədək hərəkətsizliyini nəzərə almadan, yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən pozulması nə ticəsinə gəlib və bununla da Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozub.

81. Nəzərə alınmalıdır ki, ikitərəfli müqavilə iki tərəfin mülki hüquq və vəzifələrinin yaranmasına, dəyişməsinə və ya xitam edilməsinə yönəlmiş sazişdir. Müqavilə onun iştirakçılarının mülki hüquq münasibətlərini nizamlayan, müəyyən məqsədə nail olmaq üçün tərəflərin qarşılıqlı hərəkət etmələrini əks etdirən məcburi xarakterli bir məramnamədir. Buna görə də ikitərəfli müqavlələrdə öhdəliklərin icra edilməməsini tənzimləyən Mülki Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulur ki, ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öz öhdəliklərini icra etmirsə, müqavilənin digər tərəfi icra üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtararsa müqavilədən imtina edə bilər.

82. Hazırkı işdə, sö zügedən müqavilə üzrə iddiaçı ilə yanaşı cavabdeh də müqavilə üzrə öhdəliklərini vaxtında icra edərək mübahisəli mənzilləri iddiaçıya təhvil verməsinə dair heç bir yazılı sübut yoxdur. Əksinə, iddiaçının izahatına görə cavabdeh yeni binanın tikintisinə yalnız 2023-cü ilin mart ayından başlayıb və hətta bu günədək sahəsi 106,06 kv.metr olan 1ədəd, 3 otaqlı mənzil belə iddiaçıya təhvil verilməyib. Bütün bunlar isə müqavilə üzrə öhdəliyin yalnız iddiaçı tərəfindən pozulması, icra olunmaması anlamına gəlməyə əsas vermir.

83. Digər tərəfdən, tərəflər arasında bağlanmış “Razılaşma müqaviləsi”nin 2, 3, 4-cü bəndlərinə görə iddiaçı, müqavilənin dəyəri 154.294 manat olmaqla, cavabdehə 132,25 kv.metr sahə təhvil verməyi, cavabdeh isə bunun əvəzinə yeni inşa edilən binadan ona ümumi sahəsi 106,06 kv. metr olan 1 ədəd, 3 otaqlı mənzil təhvil verməyi öhdələrinə götürüblər. Bu fakt işin mübahisə olunmayan halıdır və tərəflər özləri də izahatlarında bu halı təsdiq edirlər.

84. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin iddiaçı tərəfindən pozulması qəbul olunsa belə, cavabdeh iddiaçıya təhvil aldığı sahədən (132,25106,06) 26,19 kv.metr az sahə verib.

85. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçıya ümumi sahəsi 106,06 kv.metr olan 3 otaqlı mənzil veriləcəyi halda, cavabdehin ona 26,19 kv.metr sahə ilə bağlı borc öhdəliyi qalır ki, həmin sahənin də dəyərini ödəməyə razıdırlar. Cavabdehin iddiaçıya verəcəyi 26.19 kv.metr sahənin müqavilə bağlanan zaman 1 kv.metrinin qiyməti 1.400 manat (26,19 kv.metr x 1.40 0 manat) olub. Cavabdehin xərclərini, bazar qiymətini nəzərə alaraq, iddiaçıya 36.666 manat əvəzinə, 65.475 manat ödənilməsini mümkün hesab edir.

86. Qeyd olunan hallar işə əlavə edilmiş “mübahisənin barışıqla həll edilməsinə dair” yazılı təkliflə, habelə “mənzilin qiymətlərinin dinasikası” ilə bağlı arayışla da təsdiq olunur.

87. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyninövlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur.

88. Göründüyü kimi, şərh olunan maddədə zərərin əvəzinin ödənilməsinin iki üsulu müəyyən edilib. 1) Zərərin əvəzinin naturada ödənilməsi. Bu halda zərərvurmuş şəxs zərərin əvəzini zərər vurulmuş əmlakın əvəzinə eyninövlü və keyfiyyətli əmlak vermək və ya zədələnmiş əmlakı təmir etməklə əvvəlki vəziyyətini bərpa etmək yolu ilə ödəyir. 2) Vurulmuş zərərin əvəzinin pulla ödənilməsi. Bu halda vurulmuş zərərin əvəzi pulla ödənilir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vurulmuş zərərin nəticələrini aradan qaldıraraq və zərərçəkmişin məruz qaldığı itkinin bərpası üçün lazım olan məbləğ müəyyənləşdirilir və zərərçəkmişə ödənilir.

89. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normanın tələblərini pozaraq, tərəflər arasında bağlanmış “Razılaşma müqaviləsi” üzrə cavabdeh tərəfindən iddiaçıya 26,19 kv.metr az sahə verilməsini və nəticədə əmlakından məhrum olmaqla onun açıqaşkar maddi zərərə məru z qalmasını nəzərə almadan, zərərin əvəzinin ödənilməsi üsulları, habelə tərəflər arasında mübahisənin barışıqla başa çatdırılmasına dair məhkəmə iclasında səsləndirilən təklifləri lazımi şəkildə araşdırmadan, yalnız cavabdehin gətirdiyi arqumentlərlə kifayətlənərək iddianı rədd edib. Halbuki, Azərbaycan Respublikası MPM-in 5.4, 52.3, 191.1, 191.2, 365, 372.1-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və apellyasiya icraatına MPM-in 41-ci fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

90. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab e dir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının pozulmasına yol verilməməlidir.

91. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.

92. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

93. Kass asiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-5718/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar