Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin vəkili Xnun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli 2(103)9783/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 13 may 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı 6 saylı mənzilinin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 25 may 2018-ci il tarixli, 2(007)-2288/2018 saylı qətnaməsi ilə iddianın təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1ci blokunun 4-cü mərtəbəsində yerləsən, ümumi sahəsi 93,5 kv.m alan 2 otaqlı 6 saylı mənzilin İddiaçı t əhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Raqib Qurbanov, hakimlər Etibar Nəbiyev və Azad İmanov) 25 sentyabr 2018-ci il tarixli 2(103)9783/2018 saylı, qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2288/2018 saylı mülki iş üzrə qəbul etdiyi 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh MTKya qarşı cavabdehlə aralarında bağlanmış 13 may 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı 6 saylı mənzilinin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə idd iasının rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)-9783/2018 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini tərəflər arasında bağlanmış 13 may 2008-ci il tarixli müqavilənin əslinin mövcud olmaması səbəbindən rədd etmişdir. Həmin kserosurətə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı 6 saylı mənzili payçı İd diaçı qızma təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 65450 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin istinad etdiyi bu hüquq normalarını hazırki mübahisəyə aid etmək düzgün deyildir. Belə ki, cavabdeh “Cavabdeh “ MTK nın iddiaçının atası X1 ilə MTK arasında işgüzar əlaqələrin olması, onun tərəfindən mənzilin dəyəri həddində beton qarışığı verəcəyi, lakin beton verilmədiyi üçün müqavilənin ləğv edilməsini, bu haqda iddiaçıya məlumat verilməsini, iddiaçıya pulun ödənilməsi barədə maliyyə arayışı və qəbz verilməməsi barədə irəli sürdüyü dəlillər söz yığımından ibarət olmaqla heç bir sübut ilə təsdiq olunmamışdır. Məhkəmə isə bu faktları araşdırmamış, yalnız cavabdehin ehtimalları, fərziyyələri əsasında qətnamə qəbul etmişdir. Məhkəmə ko llegiyası hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni tərəflər arasında bağlanmış müqavilə üzrə ödəniş etdiyini sübut edə bilməmişdir. Ona görə də, tərəflər arasında müqavilə bağlansa da, cavabdehin mənzilin təhvil vermək öhdəliyi yaranmayıb və iddiaçının 13 may 2008-ci il tarixli müqaviləyə istinad edərək, mübahisəli mənzilin ona təhvil verilməsi barədə tələblərin irəli sürməsi əsassızdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq qeyri-mümkündür. Belə ki, müqavilə 2008-ci il tarixdə bağlanmış, üzərindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh alqı-satqı müqaviləsini mübahisələndirməmiş, müqavilənin ləğv olunması barədə məhkəməyə müraciət etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili X kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması h üququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün onunla Cavabdeh MTK arasında bağlanmış 13 may 2008-ci il tarixli müqavilənin kserosurətini təqdim etmişdir. Həmin kserosurətə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin 1ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,5 kv.m olan 2 otaqlı 6 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 65450 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilənin bağlanmasını təsdiq et sə də, iddiaçının təqdim etdiyi müqavilənin kserosurətində pulun ödənilməsi ilə bağlı aparılmış qeydləri mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsi müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi faktının sübut edilməsi yükünün iddiaçının üzərinə düşdüyünü, lakin iddiaçının 13 may 2008-ci il tarixli müqavilənin kserosurətindən başqa bu faktı təsdiq edəcək hər hansı sübut təqdim etmədiyini, həmin sənədin isə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyini nəzərə alaraq, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. M əhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir, Cavabdeh MTK mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan mad dələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. Lakin iddiaçı bununl a bağlı lazımi sübutları, yəni maliyyə arayışı, mədaxil qəbzi və s. yazılı sənəd təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi müqavilənin kserosurəti isə həmin halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin apellyasiya instansiya məhkəməsində verdiyi izahatı kassasiya şikayətində göstərərək, məhkəmənin faktları ar aşdırmayaraq, yalnız cavabdehin ehtimalları, fərziyyələri əsasında qətnamə qəbul etməsi barədə şikayətdə göstərilənlər əsassızdır. Apellyasiya instansiyası cavabdehin izahatında deyilənlərə görə deyil, iddiaçının öz tələbini əsaslandırmaq üçün məhkəməyə mötəbər sübut təqdim etməməsi əsası ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi fakt ların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.09.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 25.05.2018-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbini rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli 2(103)-9783/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali
Məhkəmə qərarları › İş №2(102)-1063/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1063/2019
25.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver