Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X3, İddiaçı5, İddiaçı4 və İddiaçı2 cavabdeh «Cavabdeh» MMC-yə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2 və onun vəkili Vəkil, digər iddiaçılar İddiaçı1, İddiaçı5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-441/2020 nömrəli iş üzrə 18 avq ust 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,50 ha torpaq sahəsi X4, X1, İddiaçı1, X3, İddiaçı5, İddiaçı4 və İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. 21 yanvar 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində vərəqində qeydiyyata alınmışdır. 20 fevral 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ü zrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Xızı rayon İcra hakimiyəti başçısının 241 nömrəli, 10 iyun 2010-cu il tarixli “Tikintiyə icazə verilməsi barədə” sərəncamının surətindən görünür ki, Xızı rayon İcra hakimiyəti başçısının Memarlıq və tikinti bölməsinin 10 iyun 2010-cu il tarixli memarlıq planlaşdırma tapşırığına və həmin bölmənin “Tikintiyə icazə verilməsi barədə”xxxx“Cavabdeh” MMC-yə mülkiyyətində olan 6,0 ha torpaq sahəsində damazlıq və inqibator sahəsinin tikintisinə icazə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış 07 mart 2019-cu il tarixli barədə məlumatdan görünür ki, mülki iş materiallarına əlavə olunaraq ekspertə təqdim olunan mütəxəssis rəyində ekspert tədqiqatının aparılması və rəy ver ilməsi üçün zəruri məlumatlar qeyd olunmamışdır. Belə ki, mütəxəssis iddiaçıların ümumi mülkiyyətinə ləğv edilmiş DTXK-nın Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 3,50 ha torpaq sahəsinə, o cümlədən DƏDRX tərəfindən «Cavabdeh» MMC-nin mülkiyyətinə verilmiş Seriya MH, ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli 3.0 ha və Seriya MH, ******* nömrəli, 20 fevral 2010-cu il tarixli 3,0 ha torpaq sahələrinin çıxarılması təqdim olunmuşdur. Sözügedən ərazidə vətəndaşların bir qismində ləğv edilmiş DTXK tərəfindən verilmiş köhnə koordinat sistemində olan Dövlət Aktları, digərlərində isə Dövlət Aktları əsasında DƏDRX tərəfindən qeydiyyata alınmış yeni WGS-84 koordinat sistemində olan çıxarışlar mövcuddur. Vətəndaşlara ver ilmiş Dövlət Aktları və çıxarışlarla faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluqlar mövcud olduğundan məhkəmə tərəfindən qoyulan sualların cavablandırılmasının mümkün olmadığını bildirmişdir. Birinci instansiya məkməsi tərindən təiyn edilərək alınmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Dasmmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 iyul 2019-cu il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən aparılmış araşdırma nəticəsində, mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində gostərilmış pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki ist ifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu ıl tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr n ömrəsi **********37) Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) “Cavabdeh” MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatların a əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999~cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə veri lmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunaraq alınmış 09 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən aparılmış araşdırma nəticəsində, mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatları nəzərə alınaraq elektron baza məluma tlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) «xxxx» Quşçuluq MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 ha torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan sxemdə “B” kimi qeyd olunan 0,7288 hektar (mişar daşı itə hasara alınmış) torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan mü təxəssis rəyinə əlavə edilən sxemdə “A" kimi qeyd edilən 1,6488 ha torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu İl tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X7, İddiaçı5, İddiaçı4 v ə İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Xızı rayonu Sitalçay kəndi ərazisində yerləşən Dövlət aktı JN-190 nömrəli 3,50 ha torpaq sahəsi ona və ailə üzvlərinə, yəni X6, X2, İddiaçı1, X5, İddiaçı5, İddiaçı4 və İddiaçı2 verilmişdir. Hal-hazırda X9 06 iyul 2000-ci ildə və Şərifova (Şəfiyeva) Səbi rəxanım Əlmədəd qızı isə 27 iyun 2009-cu ildə vəfat etmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub ailə üzvləri tərəfindən təyinatına uyğun olaraq istifadə olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş 10 may 2018-ci il tarixli akta əsasən JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyətçilərə aid olmayan tikililər mövcuddur. Araşdırma aparmış və müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduqları torpaq sahəsini zəbt edən və orada binalar tikən «Cavabdeh» MMC-dir. Cəmiyyətin işçiləri onları torpaq sahəsinə buraxmırlar. Məsələ ilə əlaqədar olaraq Xızı rayon Polis şöbəsinin rəisinə məktubla müraciət etmişlər. Xızı rayon PŞ-nin 27 i yun 2018-ci il tarixli, 165-3346/1218 saylı məktubu ilə onlara bildiriblər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilsin. Cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi onlara məxsusdur. Cavabdeh qeyri - qanuni olaraq onların torpaq sahəsindən istifadə etməklə torpaq üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur. Xızı rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Hacıyev, iş № 2(068)-3/2019) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, X3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, cavabdeh “Cavabdeh” MMC-dən 100 (yüz) manat ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi, yəni, cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üst-üstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sahə ilə üst-üstə düşmədiyi müəyyən olunduğundan, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində qismən təmin edilməli, tikililərin sökülməsi hissəsində isə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraa t Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-441/2020) cavabdeh “Cavabdeh” MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 2(068)-3/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, X3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə də təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçıların apelyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiçılara aid olan pay torpaq sahələrinin əvəllər istifadə edilən koordinat sistemində işlənməsi səbəbindən yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa elektron ba za məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçılar İddiaçı1, X7, İddiaçı2, İddiaçı4 və İddiaçı5 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-190 saylı dövlət aktında göstərilən koordinatların natura ilə uyğun olmaması, eləcə də elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Bununla da müə yyən edilir ki, cavabdeh “Cavabdeh" MMC hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) ona ayrılmış torpaq sahəsində tikililər tikməklə ondan istifadə edir. Bu səbəbdən iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)441/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barə də yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qətnamə obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına əsaslanmamışdır. Qətnamədə göstərilir ki, guya onlar torpaq sahəsini göstərə bilməmişlər. Onlar ekspertiza tədqiqatı zaman torpaq sahəsini göstərmiş və torpağın cavabdeh tərəfindən zəbt olunduğunu aydın surətdə bildirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-441/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq digər iddiaçılar İddiaçı1, İddiaçı5 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülk iyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətind ə olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatla rı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3. apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icra atı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəl lənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı2 kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəm əsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, ekspertiza rəyi ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi, yəni, cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üst-üstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sa hə ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin mövqeyindən aydın olur ki, iddiaçılara aid olan pay torpaq sahələrinin əvəllər istifadə edilən koordinat sistemində işlənməsi səbəbindən yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülki yyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçılar İddiaçı1, X7, İddiaçı2, İddiaçı4 və İddiaçı5 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-190 saylı dövlət aktında göstərilən koordinatların natura ilə uyğun olmaması, eləcə də elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh “Cavabdeh" MMC hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) ona ayrılmış torpaq sahəsində tikililər tikməklə ondan istifadə e dir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçılar torpaq sahəsinin yerdə yerləşməsini təsdiq edən sübutlar olaraq onlara məxsus olan torpağa mülkiyyət hüququna dair dövlət aktına və iddia tələbi irəli sürülməzdən əvvəl müraciət edərək almış olduqları Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinin 2 saylı LTİ-nin mühəndisləri tərəfindən 10.05.2018-ci il tarixdə tərtib edilən akta istinad etmişlər. Həmin aktın tərtib olunmasında iddiaçılardan biri olan İddiaçı1 iştirak etmiş, akt məhz onun müraciəti əsasında tərtib olunmuşdur. Aktdan görünür ki, iddiaçılara məxsus olan torpaq sahəsinə baxış keçirilərkən onların mülkiyyət hüququnu təsdiq edən dövlət aktının məlumatlarına istinad olunmuşur. Akta eyni zamanda Rəqəmsal Kadastr xəritəsindən çıxarış əlavə olunmuş, çıxarışda isə daşınmaz əmlakın döngə nöqtələrinin koordinatları, döngə nöqtələri döngə nöqtələri, arasında məsafə, qonşu torpaq sahələri haqqında məlumatlar daxil edilmişdir. Qeyd edilməlidir ki, ekspert qarşısında qoyulmuş suallarda digər tədqiqat materialları ilə yanaşı iddianın əsası kimi istinad edilən sübutlar baxımından da sualların qoyulması zəruri olmuşdur. Bununla yanaşı istinad edilən sübutlarla məhkəmələrin müəyyən etdiyi hallardan fərqli olaraq aşkar olaraq müəyyən olunur ki, iddiaçılara mülkiyyətlərində olan torpağın yerləşmə yeri məlum olmuş, məhz onların mülkiyyətlərində olan torpaq sahəsində özlərinə məxsus olmayan tikililərin tikilməsi müəyyən olunmuşdur. Belə olan halda ekspert rəyində göstərilən və məhkəmə tərəfindən qəbul edilən iddiaçıların torpaq sahəsini yerdə göstərə bilməmələrinə dair nəticələ ri aşkar olaraq əsassızdır. Kassator da kassasiya şikayətində ekspertiza tədqiqatı zamanı torpaq sahəsinin yerinin göstərilməsini, göstərilmiş torpaq sahəsində tədqiqatın aparılmasını qeyd etmişdir. İşin halları ilə müəyyən olunduğu kimi cavabdehin mülkiyyətdə daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı olaraq, sahələr 3,0 ha olmaqla qeydə alınmış iki torpaq sahəsi vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış 26 iyul 2019-cu il tarixli **********92 saylı mütəxəssis rəyində və apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək alınmış 09 iyun 2020-ci il tarixli ekspert rəyində X4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Nəzərə alınsa ki, iddiaçılar iddia ərizəsi ilə, mübahisəli torpaq sahəsinin yerdə yerləşmə yerini müəyyən edən aktın alınmasından sonra məhkəməyə müraciət etmişlər, onlara mülkiyyətlərində olan torpaq sahəsinin yerləşmə yeri məlum olmuşdur. Bu halda ekspertiza rəylərində göstərilən «iddiaçıların tədqiqat zamanı torpaq sahəsini göstərə bilməməsinə» dair mövqe anlaşılan deyildir. Torpaq sahəsinin yerləşmə yeri və iddianın əsası olaraq müəyyən edilmiş hallar məhkəmələr tərəfindən düzgün və tam olaraq qiymətləndirilməmiş, işdə olan sübutlar arasında kifayət qədər ziddiyyətlərin olmasına baxmayaraq məhkəmələr həmin ziddiyyətlərin aydınlaşdırılmasına təşəbbus göstərməmiş, işdə olan digər sübutlarla tam olaraq dəstəklənməyən və təsdiq olunmayan rəylərə istinad edərək iddiaçıların torpaq sahəsinin cavabdeh tər əfindən zəbt olunmaması və torpaq sahəsində hər hansı tikilinin tikilməməsinə dair düzgün olmayan nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq mötəbər olmayan rəyə istinadla, suallara tamamilə aydın olan şəkildə cavab verilməməsini, işin hallarının müəyyən olunmamış qalmasını nəzərə almamışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rə yinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə koll egiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail o lmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddiaçının apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-441/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.