Məhkəmə qərarları › İş №2(102)-1064/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1064/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1064/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34 və X35) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, əqdin etibarsızlığı, əqdin əhəmiyyətsizliyi, mübahisələndirilən əqdlər, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh M MC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” barədə ilkin, "xxxx" MMC-nin əqdin əhəmiyyətsiz hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5032/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinin 35,5 kv.metr-dən ibarət hissəsi xx.xx.2010-cu il tarixdən X17 adına, 2 otaqdan ibarət 38 kv.m olan hissəsi isə digər şəxsin adına qeydiyyata alınmışdır. 2. 27.08.2020-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X32 Bak ı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilin İ mərtəbəsində ona məxsus olan 35.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzili 14000 manata X1, həmin hissə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyəti hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi ilə X20 iddiası təmin edilmiş, X3, X21, X6, X18, X11, X22, X30, İddiaçı, X23, X24 və X7 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin, birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan, 15 saylı mənzilə istifadə hüquqları itirilməsi qət edilmiş; X17 X29 və 7 saylı DNK-na qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evi n, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-663/2019 nömrəli mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə X20 cavabdehlər X2, X12, X5, X9, X8, X13, X19, İddiaçı, X14, X15 və X16 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nöm rəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildən özlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzili boşaldaraq X29 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamədən verilmiş apellyasiya və kasasiya şikayətləri təmin edilməmişdir. 5. “Əmlak istifadəçisi” qismində İddiaçı ilə “Tikinti şirkəti“ qismində Cavabdeh (bundan sonra – MMC) arasında xx.xx.2019-cu il tarixdə 287 saylı müqavilə bağlanmışdır. Müqavilənin preambulasının ikinci abzasında “Əmlak istifadəçisi” bəyan etmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaş ayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşamış və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmamışdır. Müqaviləyə əsasən “Əmlak istifadəçisi” istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən 46 kv.m yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yenidən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür (bənd 1.1.1). “Tikinti şirkəti” isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv. m. ümumi sahəsi olan təmirli mənzilin İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq, təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür (bənd 1.1.2, 1.2, 2.2.5). 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvil-qəbuluna dair akt imzalanmışdır. 6. 29.09.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X34 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37.7 kv.m pay ını 251000 manata X4, həmin pay xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyəti hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır. 7. "xxxx" MMC Cavabdeh MMC-dən ayrılma nəticəsində yaranmış və xx.xx.2022ci il tarixdə dövlət qeydiyyatına alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə və "xxxx" MMC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən, cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və 134 manat dövlət rüsumunun tutulara q, ona ödənilməsi və cavabdehlərin üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə şərtlərini icra etməmişdir. Belə ki, hazırkı tarixədək tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş, digər ayların kirayə haqları ödənilməmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və istifadəyə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutmuş təm irli mənzil istifadəsinə verilməmişdir. 10. "xxxx" MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd olunmasını, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırkı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. Müqavilə bağlandığı zaman iddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş və bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir. Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğu məlum olanda iddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda problemi həll edərək, mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra iddiaçıya aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində iddiaçı tikin ti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni xx.xx.2019cu il tarixli müqavilə artıq əhəmiyyətsiz olmuşdur. Bir müddət keçəndən sonra, iddiaçı bildirmişdir ki, mənzilə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m. olan mənzilə görə 251000 manat məbləğində kompensasiya ödənilməklə, xx.xx.2021-ci il tarixdə notariat kontorunda alqısatqı müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərlə tanış olan zaman, iddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, iddiaçı ilə müqavilə bağlamazdı. Bu müqavilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə, bir sözlə aldatma yolu ilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X20, sonradan X25, hal-hazırda isə X26 mülkiyyətində olduğuna görə, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X35 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə da ir sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq yuxarıda qeyd olunan şəxslərə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubişova məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir.

12. İşə baxılarkən "xxxx" MMC-nin vəsatəti əsasında, X34 3-cü şəxs qismində cəlb olunmuşdur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)- 511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) ilkin iddianın rədd edilməsi və ödənilmiş rüsumun iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

15. Əqdin etibarsız lığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

16. Məhkəmə işə əlavə edilmiş məhkəmə aktları əsasında müəyyən etmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilə olan istifadə hüququ itirilmiş, həmçinin Bakı şəhəri Nərimanov R ayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

17. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə əsasən həmin halların baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən iddiaçının mənzilə mülkiyyət hüququ olmamış və həmin mənzildə yaşamamışdır.

18. Məhkəmə qeyd edilənlərə əsasən subyekt tərkibinə görə əqdin etibarsız hesab edilməsi üçün əsasların olduğu qənaətinə gəlmişdir. Belə ki, mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavi lə bağlamışdır. Göründüyü kimi əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur, əqd etibarsız hesab olunmalıdır.

19. Mübahisələndirilən müqavilənin bağlanması zamanı iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir.

20. M əhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır.

21. Məhkəmə iddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə qeyd etmişdir ki, mülki işin materiallarında olan 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 46,0 kv.m. ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh MMC isə həmin ərazidə inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili İddiaçı istifadəsinə verməyi, təmirli mənzil ilə təmin edilən günədək o nun müvəqqəti yaşayışını təmin etmək məqsədilə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixli aktdan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən sözügedən mənzilin cavabdehə təhvili prosesi baş tutmuşdur. İddia ərizəsindən də görünür ki, cavabdeh ilk vaxtlar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, kirayə haqqını ödəmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzil əslində başqa şəxsin xüsusi mülkiyyətindədir. Bu hal onlara 2020-ci ilin sentyabrında məlum olmuş, bu tarixdən sonra da kirayə haqlarını ödəməmişlər. Sonra iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ əsasında Elşad Rzayevə məxsus olduğunu bildirilmiş, Cavabdeh MMC ilə evin mülkiyyətçisi olan E.Rzayev arasında alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh 251000 manat məbləğində pul ödəməklə mənzili əldə etmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir.

22. İddiaçı istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əslində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki, mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə X20 xüsusi mülkiyyətində olduğundan, iddiaçının isə heç bir icarə, əmlak kirayəsi müqaviləsi olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin, yəni iddiaçının mənzil üzərində sərəncam vermək hüququ, əqd bağlamaq səlahiyyəti olmadığı halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir.

23. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılan əqd iddiaçının səlahiyyəti olmadığından bağlandığı andan etibarsızdır və müddətin ötürülmüş hesab edilməsi barədə etiraz əsassı zdır.

24. Qarşılıqlı iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ilkin iddia tələbləri təmin edilməməlidir.

25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2, 404-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 119, 124.2, 217.4, 220.5-ci maddələrinə istinadla əsasla ndırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-5032/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), G.Axundova, F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qe yd etmişdir ki, işin müəyyən olunmuş hallarından və işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından açıq-aşkar müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsinə hər hansı əşya (əmlak) hüquqları mövcud olmamış, yaşayış sahəsi digər şəxsin (X36) mülkiyyətində olmuş, sonuncunun iddiası üzrə iddiaçının həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə imzalanan zaman artıq iddiaçının qeyd edilən yaşayış sahəsinə hüquqi və faktiki aidiyyəti olmamış, əqdi bağlamaqda səlahiyyətsiz şəxs olmuşdur.

30. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı müqaviləni bağlayan zaman qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən əşyaya (yaşayış sahəsinə) hər hansı hüquqlarının olmadığını bilmiş, lakin bu barədə müqavilənin digər tərəfinə məlumat verməmiş, əksinə yaşayış sahəsinə hüquqlarının olması görüntüsünü yaratmaq üçün Nərimanov rayon MKTB-nin arayışını təqdim etmişdir.

31. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində icraata cəlb olunmuş X26 nümayəndəsi (vəkili) bildirmişdir ki, X35 Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş (bu hal işdə olan sənədlərlə tam təsdiq olunur), mübahisəli mənzili 251000 manat ödəməklə almış, həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir.

32. Göründüyü kimi, cavabdeh əqdə bağlı olmamasını, onun etibarsızlığı ilə bağlı iradə ifadəsini hələ 2020-ci ilin sentyabr ayında iddiaçıya bildirmiş, son uncu da uzun müddət bu halı mübahisələndirməmiş, cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmiş, mövcud vəziyyətlə razılaşmışdır. Lakin, üzərindən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı etibarsız müqaviləyə istinad edərək, cavabdehlərə qarşı hazırkı tələblərini irəli sürmüşdür. Məhz bu səbəbdən də cavabdeh əqdin əhəmiyyətsizliyi faktının təsbiti üçün qarşılıqlı iddia vermək məcburiyyətində qalmışdır.

33. İddiaçı yaşayış sahəsinə əşya hüquqlarının olmaması, məhkəmə aktlarının mövcudluğu və s. halları mübahisələndirmir, etirazının əsası kimi - müqavilə bağlanan zamanı mübahisəli yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmamasının digər tərəfə bəlli olmasını göstərir.

34. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən dəlili vəziyyəti dəyişdirməməklə, müqaviləni etibar lı hala gətirmir. Eyni zamanda, iddiaçı, mübahisəli yaşayış sahəsinin qanuni mülkiyyətçisi (eləcə də sonrakı mülkiyyətçiləri) tərəfindən həmin müqavilənin bağlanmasına razılığı ifadə edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.

35. Beləliklə, işin faktiki hallarından, təqdim olunmuş sübutlardan və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, qarşılıqlı iddia əsaslıdır, bu hal ilk iddianın rədd olunması ilə nəticələnir.

36. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 324, 337, 389.1, 560.1 560.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti ilkin iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı müqaviləni bağlayarkən Cavabdeh MMC-yə heç bir yalan məlumat verməmiş, əksinə açıq-aşkar şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanına dair heç bir hüquqi sənədinin mövcud olmadığını, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamasını bəyan etmiş, bu barədə sözügedən müqavilənin giriş hissəsində müvafiq qeyd də aparılmışdır. Göründüyü kimi, müqavilə bağlanan zaman heç bir aldatma olmamışdır. İd dia tələbi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim etsə də, hər iki instansiya məhkəməsi həmin sübutları nəzərə almamışdır. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.

24. Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.3, 339.4, 339.5, 339.6, 354.2, 385.1, 425.1-ci, MPM- in 77.1, 88, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edi ldikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı

33. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əq din etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

34. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı

35. Bənd

20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

36. Bənd

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarl ı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.

37. Bənd

28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsin i yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur.

38. Bənd

29. Bu səbəbdən Konstitusi ya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Prosessual Məcəllə

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyekt iv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

46. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 4

7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəs inə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

53. Mülki Məcəlləyə müvafiq olaraq, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (§ 31). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

54. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (§ 31-32). Bu baxımdan əhəmiyyətsiz əqdin etibarsızlığının təsbiti üçün onun mübahisələndirilməsi tələb olunmur və mübahisə halında məhkəmə xidməti vəzifəsinə görə həmin hala qiymət verməlidir.

55. Eyni zamanda əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğu üçün həmin halın təsbitindən sonra eyni əqdin iradə ifadəsinin zədələnməsi baxımından yoxlanılması hər hansı hüquqi nəticə kəsb etmir, əksinə əqdin əhəmiyyətsizliyi ilə bağlı gəlinmiş qənaəti şübhə altına alır.

56. Baxılan iş üzrə "xxxx" MMC iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əqdi eyni zamanda həm əhəmiyyətsiz olması əsası ilə, həm də aldatma nəticəsində bağlanması əsası ilə mübahisələndirmiş, işə baxmış məhkəmələr də əqdin hər iki əsasla etibarsız olduğu barədə qənaətə gəlmişdir.

57. Birinci instansiya məhkəməsi ilk növbədə hesab etmişd ir ki, mübahisəli mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamış, bununla da əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur (əhəmiyyətsiz əqd).

58. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli müqavilədə iddiaçının statusu “Əmlak istifadəçisi” kimi göstərilmiş, iddiaçı həmin müqavilədə yaşayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşadığını və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmadığını yazılı bəyan etmiş (1.1.1-ci bənd) və müqaviləyə əsasən yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMCyə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə ərazidə inşa edilən binada 50 kv.m. ümumi sahəsi olan təmi rli mənzilin iddiaçının istifadəsinə verilməsini, mənzillə təmin edilən günədək ona kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvil-qəbuluna dair akt imzalanmışdır.

59. Mülki Məcəlləyə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (§ 27).

60. Baxılan mübahisə üzrə iddiaçı tərəfindən mübahisəli mənzilə dair sərəncam əqdi bağlanmamış və Cavabdeh MMC iddiaçının yaşayış sahəsinə heç bir hüququnun olmadığını bildiyi halda həmin sahənin ona təhvil verilməsi qarşılığında könüllü şəkildə iddiaçını mənzil və kirayə haqqı ilə təmin etmək öhdəliyi götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllə ikitərəfli müqavilənin bağlanmasının əsas şərtlərind ən biri kimi tərəflərin razılaşdırılmış iradə ifadəsinin mövcud olmasını zəruri hesab edir və nəzərdə tutur ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (§ 28, 26).

61. Sadalanan maddi hüquq normalarının tələbləri əsasında belə qənaətə gəlmək olar ki, tikini şirkətləri tərəfindən çoxmənzilli yaşayış binalarının inşası zamanı sökülməsi nəzərdə tutulan yaşayış sahələrində hər hansı qanunla qorunan mülkiyyət və istifadə hüquqları olmadan faktiki yaşayan şəxslərin də mənzillə təmin olunması və ya digər qaydada kompensasiya ödənilməklə həmin sahənin boşaldılması barədə tərəflərin iradə ifadələrinə uyğun etibarlı müqavilələr bağlana bilər və bu cür müqavilələr həmin tərəflər üçün öhdəliklər yaradır.

62. Bu baxımdan hazırkı iş üzrə mübahisələndirilən əqdin subyektiv tərkibə aid edilən şərtin pozulması əsası ilə əhəmiyyətsiz olduğu barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

63. Birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əqdi əhəmiyyətsiz hesab etməklə yanaşı, müqavilənin etibarsız olduğu barədə qənaəti, həmçinin onun bağlanması zamanı iddiaçının MMC-yə düzgün olmayan məlumatlar verdiyi, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlandığı ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilmiş əqdin həm də aldatma və ya vacib əhəmiyyətli yan ılma əsasları ilə (mübahisələndirilən əqd) yoxlanılması məhkəmənin daha əvvəl gəldiyi nəticə ilə ziddiyyətin yaranmasına səbəb olmuşdur.

64. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçının mübahisəli yaşayış sahəsinə dair hər hansı sənədinin olmadığını bəyan etməsi işin mübahisəsiz müəyyən edilmiş halıdır. Buna baxmayaraq, məhkəmənin müqavilənin aldatma əsasında bağlandığı barədə gəldiyi qənaət açıq-aşkar əsaslandırılmamışdır.

65. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2020ci ilin sentyabr ayından etibarən müqavilədə nəzərdə tutulan kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmiş və əqd etibarsız hala gəlmişdir.

66. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki qanunvericilikdə müqavilə tərəflərindən birin in müqavilə öhdəliklərinin icrasından birtərəfli imtina etməsini əqdi mübahisələndirmək barədə iradə ifadəsi hesab etməyə, yaxud əqdi etibarsızlığına səbəb olan hal kimi qiymətləndirməyə imkan verən normalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaçıya kirayə haqqı ödəməklə bağlı müqavilə öhdəliyinin icrasından birtərəfli imtina etməsini onun əqdi mübahisələndirməsi və əqdin etibarsız hala gəlməsi kimi qiymətləndirmişdir.

67. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamış, məhkəmə öz mövqeyini işin hallarına uyğun gəlməyən və bir-biri ilə ziddiyyət təşkil edən dəlillərlə əsaslandırmağa çalışmışdır.

68. Halbuki mülki prosessual qanunvericiliyə əsasən qəbul ed ilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (§ 43-45).

69. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

70. Məhkəmə qərarlarının qanunvericiliyin tələbləri nə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

73. Beləliklə, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa ə sasdır.

74. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5032/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar