Məhkəmə qərarları › İş №2(102)-1064/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1064/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1064/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər podrat müqaviləsinin qüsurlu icrası nəticəsində dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-282/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, Cavabdeh2 vasitəsilə tanış olduğu Cavabdeh1 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində ev tikmək üçün müxtəlif vaxtlarda pul vermişdir.

2. İddiaçı evin tikintisi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərindən polisə şikayət etmiş və Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə “Cinayət işinin başlanması” rədd edilmişdir. Həmin icraat zamanı ekspertin rəyi alınmış və İddiaçı məxsus torpaq sahəsindəki tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin 13.444 manat olduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) müştərək qaydada dəyən maddi zərərə görə 60.000 manat, mənəvi zərərə görə 30.000 manatın tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 vasitəsilə tanış olduğu digər Cavabdeh1 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində ev tikmək üçün müxtəlif vaxtlarda 60.000 manat pul vermişdir. Arabir tikintiyə nəzarət edəndə görmüşdür ki, verilən pula uyğun hər hansı iş görülməmişdir. O, bununla bağlı Cavabdeh2 iradını bildirəndə, sonuncu narahat olmamasını bildirib, evin tikilib veriləcəyini demişdir. Əks təqdirdə, özünün cavabdeh olmasını bildirmişdir. Cavabdeh2 öz vəsaiti hesabına evini düzəldəcəyini bildirmişdir. Lakin sonuncu vəsaitinin olmadığını bildirərək bunu da etməmişdir. Beləliklə, ondan 60.000 manat məbləğində pul alınmış, lakin tikinti işi yarımçıq qalmışdır. Bundan sonra o polisə şikayət etmiş, lakin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə “Cinayət işinin başlanılmasından” imtina edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh1 46.556 manat maddi ziyanın iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddia ərizəsinin maddi zərərlə bağlı hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia ərizəsində tələb edilən maddi zərər məbləği qismən təmin edilməlidir.

7. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tər əfindən Cavabdeh1 60.000 manat pul vəsaiti verilməsinin müəyyən edilməyinə baxmayaraq, müvafiq ekspert rəyi ilə tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, təqribi ümumi dəyərinin 13.444 manat olduğu müəyyən edilmişdir.

8. Bu baxımdan verilmiş ümumi pul vəsaitindən müvafiq tikili üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq hesablanmış ümumi dəyər çıxılmalı və yaranmış fərq məbləği olan 46.556 manat iddiaçıya vurulmuş maddi ziyan müəyyən edilməlidir.

9. Eyni zamanda tutulmalı olan maddi zərər məbləği yalnız Cavabdeh1 aid edilməli, digər Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müəyyən edilən pul məbləği müxtəlif vaxtda və məbləğlərdə yalnız cavabdeh Elşun Əlizadəyə verilmişdir.

10. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 şəxsin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 427.3, 442, 445.2, 448.1-ci, habelə MPM-in 14.2, 77, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 (Vəkil3) apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avabdeh Cavabdeh1 2019-ci ilin aprel ayından 2023-cü ilin mart ayına kimi Azərbaycan Respublikasını n hüdudlarından kənarda- xaricdə olduğu üçün hazırkı məhkəmə mübahisəsindən xəbəri olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə dair subyektiv hüququ olmamışdır. Evin dəyərinin 13.444 manat olmasına dair məhkəmənin mövqeyi əsaslandırılmamışdır. İddia tələbi onunla bərabər digər Cavabdeh2 qarşı yönəlsə də, birinci instansiya məhkəməsi pulun nəyə görə məhz ondan tutulmalı olmasına dair mövqeyini əsaslandırmamışdır.

14. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, sözügedən tikiliyə vizual baxış keçirilən zamanı yaşayış evinin fasad hissəsinin tam təmirli vəziyyətdə oluğuna görə, 2018-ci il tarixdə natamam görülmüş işlərin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. 15. "xxxx" MMC Qiymətləndirmə Şirk əti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, tikilinin 2018-ci ildə mövcud olmuş qiymətlərə uyğun həmin vaxt üçün hesablanmış tikinti xərcinin yuvarlaq bazar dəyəri 16 850 manat təşkil edir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov, sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilərək 33.150 manat müəyyən edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın əsaslı olması və təmin edilməsi baxımından mahiyyəti üzrə düzgün hesab etsə də, aşağıdakıları qeyd etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, bu müqavilə üzrə öhdəlik Cavabdeh1 tərəfindən pozulmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 podratın icra edilməsi üçün xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək müxtəlif vaxtlarda, cəmi 60.000 manat verildiyi iddia olunsa da, məhz bu məbləğdə vəsait verilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Ancaq Cavabdeh1 apellyasiya baxışı zamanı iddiaçıdan, cəmi 50.000 manat aldığını təsdiq etməsi iddiaçını bu hissədə sübutetmə yükündən azad etmişdir. Burada Cavabdeh1 həmin məbləğdən 5000 manatını digər Cavabdeh2 verdiyini bəyan etməsi də hazırkı iddianın 50.000 manat hissəsində əsaslılığına təsir etmir. Demək ki, iddiaçının Cavabdeh1 50000 manat verməsi sonuncu tərəfindən mübahiəsələndirilmir.

18. Eyni zamanda, Cavabd eh1 yerinə yetirdiyi işi qüsurlu icra etməsini açıq-aşkar mübahisələndirmir, yalnız tikintiyə çəkilən xərcin miqdarını mübahisələndirir. Buna baxmayaraq, işin kəmiyyətcə qüsurlu icra edilməsi ekspert və qiymətləndirici rəyləri ilə də təsdiq edilir. Demək ki, iddiaçıya Cavabdeh1 tərəfindən ödənilmiş vəsaitə uyğun işləri icra etmədiyi, yəni kəmiyyətcə qüsurlu olduğu bəlli olduğu üçün müqavilədən imtina etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən Cavabdeh1 50.000 manat ödənilsə də tikilinin natamam inşa edilməsinə (usta pulu və sərf olunan material daxil olmaqla) ekspert rəylərinə əsasən 13.444 manat, qiymətləndiricinin rəyində isə 16.850 manat vəsait sərf edildiyi müəyyən edilmişdir.

19. Məhkəmə tərkibi ekspert rəyinə münasibətdə qiymətləndiricinin rəyini daha mötəbər hesab etmişdir. Çünki nat amam inşa olunsa da tikilinin inşa olunmuş hissəsinə həmin dövrdə cəmi 13.444 manat vəsait sərf edilməsi açıq-aşkar adekvat ola bilməzdi. Ən azından ona görə ki, mübahisə baş verdiyi dövrdəki vəziyyətdə tikilinin natamam inşa olunmasına, 2018-ci ildə mövcud olmuş qiymətlərə uyğun həmin vaxt xərclənən (tikinti materialları, usta xərci və.s. bütün digər xərclər nəzərə alınmaqla) vəsaitin 13.444 manat olması tikinti bazarındakı qiymətlər nəzərə alınmaqla inandırıcı və ağlabatan hesab edilmir. Ona görə də tikilinin natamam inşa olunmasına sərf edilən vəsaitin 16850 manat olduğu əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 50.000 manatdan həmin vəsait çıxılmaqla (50000-16850=33150) tutulmalı olan vəsaitin məbləği 33.150 manat müəyyən edilməlidir.

20. Bununla yanaşı, cavabdehin gördüyü işlərin həcminə dair mötəbər sübutları var idisə bunu apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilərdi, ancaq etmədi, demək ki, sübutlar təqdim etməkdən məhrum olmamışdır. Əksinə apellyasiya şikayətinin dəlillərinə uyğun keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın və qiymətləndiricinin rəyi ilə də Cavabdeh1 göstərdikləri təkzib olunur. Demək ki, göstərilən hallar, iddiaçıya əsas verir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri kəmiyyətcə qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə görülmüş işlərdən artıq ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər Cavabdeh1 tərəfindən tam icra olunmamış, yəni podratı kəmiyyətcə qüsurlu icra etmiş, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta Cavabdeh1 öhdəliklərin in qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək görülməmiş işlərə görə ödədiyini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də Cavabdeh1 dəlilləri əsaslı sayıla bilməz. Çünki tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən Cavabdeh1 tikintidə yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.

21. İddiaçının cavabdehlərə qarşı hazırkı iddianın irəli sürülməsi ilə bağlı subyektiv hüququnun yaranmaması ilə bağlı dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, Cavabdeh1 barəsində iddiaçının oğlu Qürbət Əbdürrəhmanov tərəfindən cinayət təqibi üzrə şikayət verməsi hazırkı iddianın əsl iddiaçı tərəfindən verildiyini istisna etmir. Əvvəla ona görə ki, iddiaçının Cavabdeh1 ilə olan danışıqlarda oğlu Qürbət Əbdürrəhmanovun d a iştirak etməsi bu iddianın irəli sürməsi üçün iddiaçının subyektiv hüququnun olmadığı anlamına gəlmir. İkincisi bu iddia ilə bağlı iddiaçının oğlu ilə arasında hər hansı bir ziddiyyət təşkil edən mənafeyi də olmamışdır. Bu cür dəlildən istifadə etməsi də öhdəliklərinin icrasından yenə də yayınmağı göstərən bir davranış kimi qiymətləndirilir.

22. Məhkəmə tərkibi bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 qeydə alındığı və yaşamalı olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarılmışdır. Üstəlik Cavabdeh1 özü apellyasiya şikayətində göstərmişdir ki, 2019-cu ilin aprel ayından 2023-cü ilin mart ayına kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda xa ricdə olmuş, ona qaldırılmış iddia ilə bağlı məlumatı olmamışdır. Bu cür vəziyyətdə məhkəmə Cavabdeh1 necə axtarıb tapmalı və məhkəmə iclasında iştirakını təmin etməli idi ki, o, da bundan “razı” qalsın. Əlbətdə ki, ritorik sual kimi səslənsə də bu cür dəlillərdən istifadə edərkən Cavabdeh1 buna uyğun cavab verməyə də hazır olmalı idi. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmadığından, Cavabdeh1 prosessual hüquq normalarının pozulmasından söhbət gedə bilməz.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 427.3, 442, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 765, 769-cu, habelə MPM-in 14.2, 77, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi yerli baxış keçirməli olduğu halda bunu etməmişdir. Belə ki, yerli baxış keçirilsə idi, evin tam şəkildə hazır edildiyi aşkar edilərdi. Kassator onu da əlavə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 5.000 manat pulun digər Cavabdeh2 verilməsi ilə bağlı onun izahatını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.

30. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işi n haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

34. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

35. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

36. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan a zad sayılır.

37. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

38. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

39. Maddə

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasə n iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, bu müqavilə üzrə öhdəlik Cavabdeh1 tərəfindən pozulmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 podratın icra edilməsi üçün xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək müxtəl if vaxtlarda, cəmi 60.000 manat verildiyi iddia olunsa da, məhz bu məbləğdə vəsait verilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Ancaq Cavabdeh1 apellyasiya baxışı zamanı iddiaçıdan, cəmi 50.000 manat aldığını təsdiq etməsi iddiaçını bu hissədə sübutetmə yükündən azad etmişdir. Burada Cavabdeh1 həmin məbləğdən 5000 manatını digər Cavabdeh2 verdiyini bəyan etməsi də hazırkı iddianın 50.000 manat hissəsində əsaslılığına təsir etmir. Demək ki, iddiaçının Cavabdeh1 50000 manat verməsi sonuncu tərəfindən mübahiəsələndirilmir.

51. Eyni zamanda, Cavabdeh1 yerinə yetirdiyi işi qüsurlu icra etməsini açıq-aşkar mübahisələndirmir, yalnız tikintiyə çəkilən xərcin miqdarını mübahisələndirir. Buna baxmayaraq, işin kəmiyyətcə qüsurlu icra edilməsi ekspert və qiymətləndirici rəyləri ilə də təsdiq edilir. Demək ki, iddiaçıya Cavabdeh1 tərəfindən ödənilmiş vəsaitə uyğun işləri icra etmədiyi, yəni kəmiyyətcə qüsurlu olduğu bəlli olduğu üçün müqavilədən imtina etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən Cavabdeh1 50.000 manat ödənilsə də tikilinin natamam inşa edilməsinə (usta pulu və sərf olunan material daxil olmaqla) ekspert rəylərinə əsasən 13.444 manat, qiymətləndiricinin rəyində isə 16.850 manat vəsait sərf edildiyi müəyyən edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi, ekspert rəyinə münasibətdə qiymətləndiricinin rəyini daha mötəbər hesab etmişdir. Çünki natamam inşa olunsa da tikilinin inşa olunmuş hissəsinə həmin dövrdə cəmi 13.444 manat vəsait sərf edilməsi açıqaşkar adekvat ola bilməzdi. Ən azından ona görə ki, mübahisə baş verdiyi dövrdəki vəziyyətdə tikilinin n atamam inşa olunmasına, 2018-ci ildə mövcud olmuş qiymətlərə uyğun həmin vaxt xərclənən (tikinti materialları, usta xərci və.s. bütün digər xərclər nəzərə alınmaqla) vəsaitin 13.444 manat olması tikinti bazarındakı qiymətlər nəzərə alınmaqla inandırıcı və ağlabatan hesab edilmir. Ona görə də tikilinin natamam inşa olunmasına sərf edilən vəsaitin 16.850 manat olduğu əsas götürülməklə, iddiaçı tərəfindən ödənilmiş 50.000 manatdan həmin vəsait çıxılmaqla (50000-16850=33150) tutulmalı olan vəsaitin məbləği 33.150 manat müəyyən edilməlidir.

53. Beləliklə göstərilən hallar, iddiaçıya əsas verir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri kəmiyyətcə qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə görülmüş işlərdən artıq ödədiyini geri tələb etsin. Başqa sözlə müqa vilə üzrə öhdəliklər Cavabdeh1 tərəfindən tam icra olunmamış, yəni podratı kəmiyyətcə qüsurlu icra etmiş, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilmişdir. Hətta Cavabdeh1 öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək görülməmiş işlərə görə ödədiyini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasviya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən Cavabdeh1 tikintidə yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.

54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayə ti təmin edilməsin İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-282/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar