Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1065/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2, Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2409/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-785/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.S.Mirzəliyev ) İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2409/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, İ.F.Quliyev məruzəçi və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi təmin edilib, Cavabdeh İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 08 saylı evin 17-ci mənzilindən istifadə hüququnun olmaması müəyyən edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarş ı “mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması” barədə iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 08 saylı evin 17-ci mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş ol unub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi mə ruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin ediliəsi barədə yeni qətnamə qəbul edərkən, Cavabdeh mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün onunla İddiaçı arasında notraial qaydada təsdiqlənə n yazılı razılaşmanın bağlanmamasına, Cavabdeh mənzilə olan istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına və beləliklə də Cavabdeh mənzildən istifadə hüququnun əmələ gəlməməsinə və iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, xx xxxx 2005-c i il tarixli qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 08 saylı evin, 17-ci mənzili xxxnın mülkiyyətində olub, sonuncu həmin mənzili xx xxxx 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 56.500.000 manata (AZM) xxxya satıb və həmin müqaviləyə əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb və xx xxxxxx 2015-ci il tarixdə xxx ölüb. Bundan sonra, mərhum xxxdan miras qalmış mənzilin 3/1 hissəsinə dair İddiaçı adına xx xxxxxx 2017-ci il tarixli, 1/3 hissəsinə dair Namiq Səmədovun adına xx xxxxxx 2017ci il tarixli, 1/3 hissəsinə dair isə xxxun adına xx xxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “Miras payların bağışlanmasına dair” müqaviləyə əsasən Namiq Səmədov və xxxhər biri öz 1/3 payını İddiaçı bağışlayıb və xx xxxxxx 2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sözügedən mənzil bütövlükdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Hazırda, İddiaçı mənzilin xüsusi mülkiyyətində olmasını əsas tutub Cavabdeh mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini iddia edir. Cavabdeh isə, iddia tələbinə etiraz edir və bildirir ki, 2002-ci ildə rəsmi nikah əsasında xxxla ailə qurub və birgə nikahdan iki uşaqları doğulub. Ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla, qaynanası xxxnın mülkiyyətində olan Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 08 saylı evin 17-ci mənzilində yaşayıb və ümumi təsərrüfatı birgə idarə edib. xx xxxxxx 2015-ci il tarixdə qaynanası xxx öldükdən sonra əri xxxmiras mənzili idarə etməyə faktik başlamaqla mirası qəbul edib, sonuncunun ailə üzvü kimi o, da 2018-ci il dekabr ayının ortalarınadək fasiləsiz və etirazsız olaraq mənzildə yaşamaqla oradan istifadə hüququ əldə edib. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti 2002-ci ildən, yəni Cavabdeh rəsmi nikah əsasında xxxla ailə qurduqları vaxtdan əmələ gəlib və onların ailə münasibətləri 2018-ci ilin dekabr ayının ortalarınadək, yəni Cavabdeh iki uşağı ilə birlikdə mənzildən çıxarılanadək davam edib. Mübahisəli mənzil isə, xx xxxxxx 2015-ci il tarixədək mərhum xxxnın mülkiyyətində olub və onun ölümündən sonra digər vərəsələr kimi Cavabdeh əri xxxda mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla miras mənzili qəbul edib və bu fakt işin mübahisə olunmayan halıdır. İşin bu halı, miras mənzilə dair mərhum xxxnın birinci növbəli vərəsələri İddiaçı, Namiq Səmədov və xxxun adına notarial qaydada verilmiş xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrlə, eləcə də onlar tərəfindən miras payların notarial qaydada İddiaçı bağışlanmasına dair xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi ilə də təsdiq olunur. Hazırda, mənzilin yeni mülkiyyətçisi olan İddiaçı da qeyd olunan halı, yəni mənzili vərəsəlik qaydasında digər vərəsələrin öz paylarını ona bağışlaması yolu ilə əldə etməsini inkar etmir. Eyni zamand a işdən görünür ki, İddiaçı mənzil üzərində mülkiyyət hüququ xx xxxxxx 2017-ci il tarixdən əmələ gəlib, həmin mənzil xx xxxxxx 2015-ci il tarixədək xxxnın, həmin tarixdən xx xxxxxx 2017-ci il tarixədək isə faktiki olaraq Namiq Səmədov, xxxvə İddiaçı paylı mülkiyyətlərində olub. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayıl ır. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq mərhum xxxnın xx xxxxxx 2015-ci il tarixdə ölümündən sonra ondan miras qalmış mənzilə digər vərəsələrlə yanaşı xxxun da mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsinə, sonuncu tərəfindən qəbul edilmiş mənzilin 1/3 hissəsinin məhz onun mülkiyyəti sayılmasına əhəmiyyət vermədən, Cavabdeh mənzildən istifadə hüququnun xxxun mülkiyyət hüququndan törəmə olmasını nəzərə almadan və hazırki mülki mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini tətbiq etmədən, həmin Məcəllənin 228.1, 228.2-ci maddələrinin tələblərinə istinad edərək, Cavabdeh mənzildən i stifadə hüququnun əmələ gəlməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilən qaydanın əks olunması Konstitutsiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsası nda yaranır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, Cavabdeh sözügedən mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün, onunla mənzilin əvvəlki mülkiyyətçisi xxx, eləcə də hazırki mülkiyyətçisi İddiaçı arasında Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş yazılı razılaşma bağlanmasa da, həmçinin Cavabdeh mənzilə olan istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun mənzilə istifadə hüququ xxxa münasibətdə xx xxxxxx 2015-ci il tarixdən, yəni sonuncunun miras mənzilə sahiblik etməyə və onu idarə etməyə faktiki başladığı gündən əmələ gəlmişdir. Belə ki, Cavabdeh iki uşağı ilə birlikdə 2002-ci ildən 2018-ci ilin dekabr ayının ortalarınadək fasi ləsiz və etirazsız olaraq xxxun ailə üzvü, arvadı qismində mübahisəli mənzildə yaşayıb, ümumi təsərrüfat aparması, həmin mənzilin isə xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2017-ci il tarixədək faktiki olaraq digər vərəsələrlə yanaşı xxxun paylı mülkiyyətində olması və beləliklə də, sonuncu ilə birgə yaşayan ailə üzvlərinin, o cümlədən Cavabdeh mənzildən istifadə hüququnun həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş xxxla bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranması, mülki iş materialları ilə istisna edilmədiyindən, mənzilin mülkiyyətçisinin dəyişməsi iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Çünki, Mülki Məcəllənin 228.4-cü maddəsinin mənasına görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsin dən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Eyni zamanda həmin Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, mənzildən istifadə hüququ olan şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Cavabdeh mənzilə olan istifadə hüququ xxxun mənzilin 1/3 hissəsinə mülkiyyət hüququndan törəmə olduğundan, sonuncunun öz payını xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı İddiaçı bağışlaması, bir sözlə mənzilə mülkiyyət hüququnun sonuncuya keçməsi Cavabdeh mənzilə olan istifadə hüququna xitam verilməsi üçün əsas sayıla və ya onun mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlməyə əsas vermir. Apellyasiya instans iyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iddia tələbinin əsaslılığı ilə bağlı işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, eləcə də İddiaçı mənzilə mülkiyyət hüququnun sonradan əmələ gəlməsini nəzərə almadan, iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəm ə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müz akirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2409/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1065/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1065/2020
03.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver