Məhkəmə qərarları › İş №2(102)-1065/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1065/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1065/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiyanın qeyri-mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1067/2023 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnaməsi (hakim E.Vəliyev) ilə iddia tə min edilmiş, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qətnaməsi (sədrlik edən E.Hüseynov, hakimlər E.Mehdiyev və V.Məlikov) ilə Cavabdeh MMC tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 4. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından geri q aytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qətnаməsi Cavabdeh MMC-nin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir (iş v. 157). Bununla da qətnamənin surəti 20 oktyabr 2023-cü il il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada verilmişdir. Cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 20 dekabr 2023- cü il tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 2 gün ötürüldükdən sоnrа, yəni 22 dekabr 2023-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən ol unmuş müddət pozulmaqla verilmiş və müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir. Bundan başqa, verilmiş kassasiya şikayəti elektron imza ilə yalnız Cavabdeh MMC tərəfindən imzalanmışdır. Kassasiya şikayətinə vəkil Nümayəndə adına tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli vəkil orderi əlavə edilsə də, vəkil kassasiya şikayətini elektron imza ilə imzalamamışdır. Bu səbəbdən kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 67.1 və 407.3-cü maddələrinin tələblərinə uyğun olaraq vəkil tərəfindən tərtib olunması müəyyən olunmur.

6. Bundan sonra Cavabdeh MMC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qətnaməsindən “kassasiya şikayəti vermək üç ün prosessual müddətin bərpa edilməsinə dair” vəsatət vermişdir.

7. Vəsatət onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əslində xx.xx.2023-cü il tarixdə verilmişdir. Bunu kassasiya şikayətində, elektron məhkəmə portalının tərtib etdiyi, elektron ərizədən də görmək olar. Lakin həmin gün kassasiya şikayəti natamam imzalanmış kimi qeyd olunduğundan məhkəməyə çatmamışdır. Hesab edir ki, bu səbəb üzürlü hesab olunmalıdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023cü il tarixli, 2(107)-1067/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə, buraxılmış müddəti üzürlü səbəblərdən buraxılmış müddət hesab edərək bərpa edilməsini və verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1067/2023 saylı 09 yanvar 2024-cü il tarixli qərardadı (sədrlik edən E.Hüseynov, hakimlər E.Mehdiyev və V.Məlikov) ilə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh MMC-nin ərizəsi rədd edilmişdir.

9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmişdir, müddətin üzrlü səbəblərdən ötürülməsi isə müəyyən edilmir. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 10 oktyabr 2023-cü il tarixli, 2(107)- 1067/2023 saylı qətnаməsi Cavabdeh MMC-nin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir (iş v. 157). Bununla da qətnamənin surəti 20 oktyabr 2023- cü il il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada verilmişdir. Cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 20 dekabr 2023-cü il tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 2 gün ötürüldükdən sоnrа, yəni 22 dekabr 2023-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yarad ılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

11. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 130.1, 133, 405.0.1, 408.1.4, 400-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinin də lilləri ondan ibarət olmuşdur ki, tərəfindən verilmiş kassasiya şikayəti əslində xx.xx.2023-cü il tarixdə verilmişdir. Bunu Apellyasiya Məhkəməsinə göndərdikləri kassasiya şikayətində, elektron məhkəmə portalının tərtib etdiyi, elektron ərizədən də görmək olar. Həmin elektron ərizədə kassasiya şikayətinin verilməsi tarixi kimi xx.xx.2023-cü il tarix qeyd olunur. Lakin həmin gün kassasiya şikayəti natamam imzalanmış kimi qeyd olunduğundan, Apellyasiya Məhkəməsinə çatmamışdır. Bunu məhkəmə ilə əlaqə saxladıqdan sonra biliblər və dərhal da xx.xx.2023-cü il tarixdə yenidən kassasiya şikayətini elektron qaydada veriblər. Həmçinin qeyd olunan halın üzürlü hesab olunması üçün ötürülmüş prosessual müddətin bərpa olunmasına dair ərizə də verilmişdir. Hesab edir ki, bu səbəb üzürlü hesab olunmalıd ır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kssasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, cavabdehin kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(107)-1067/2023 saylı qərardadı ilə iki əsasla qeyri-mümkün sayılmışdır: şikayətin MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi ilə verilməsi və vəkilin kassasiya şikayətini elektron imza ilə imz alamamsı.

24. Cavabdeh ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində kassasiya şikayətinin əslində xx.xx.2023-cü il tarixdə verildiyini, lakin həmin gün kassasiya şikayəti natamam imzalanmış kimi qeyd olunduğundan məhkəməyə çatmadığını bildirsə də, apellyasiya məhkəməsi iş materialları əsasında bu qənaətə gəlmişdir ki, cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 20 dekabr 2023-cü il olmuş, kassasiya şikаyəti isə qanunla müəyyən edilmiş müddət ötürüldükdən sоnrа, yəni 22 dekabr 2023-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir. Buraxılmış müddətin bərpası üçün əsas yoxdur, ona görə də bu barədə ərizə rədd edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

25. Göründüyü kimi, apellyasiya instan siyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

26. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilmə sinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

27. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə olunan aktı qanuni və əsaslıdır.

28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1067/2023 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar