Məhkəmə qərarları › İş №2(102)-1066/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1066/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1066/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, maddi hüquq normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il i tarixli, 2(103)6938/2022 nömrəli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Şirvan şəhəri, X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 5A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Cavabdeh3 ASC-nin Şirvan filialının əməkdaşları və borclu Məmmədov əyyar İmanəli oğlu tərəfindən tərtib edilmiş 22 fevral 2016-cı il tarixli, 12 nömrəli protokola əsasən X6 tərəfindən aylıq kredit ödənişinin 200 manata salınması xahiş edilmiş, bank əməkdaşları tərəfindən müştərinin təklifi barədə baş ofisin məlumatlandırılacağı bildirilmişdir.

3. Şirvan Şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 26274,81 manat məbləğində əsas borcun və 2607,94 manat faiz borcu olmaqla, cəmi 28882,75 manat tutularaq Cavabdeh3 ASC-yə verilməsi, Şirvan şəhəri, X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5A saylı fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın X1 alınaraq banka ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilməd ən qüvvədə saxlanılmışdır.

4. Qətnamə icra olunması üçün Şirvan şəhəri üzrə İcra şöbəsinə göndərilmiş, həmin şöbənin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 47000 manat müəyyən edilməklə 24 may 2017-ci il tarixə birinci hərrac təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən əmlakın ilkin satış qiyməti 39950 manat müəyyən edilməklə 29 iyun 2017-ci il tarixə təkrar hərrac keçirilmişdir. 5. "xxxx" MMC-nin tərtib etdiyi İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın nəticələri haqqında 27 iyul 2017-ci il tarixli Y-400 saylı protokoluna əsasən İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5A saylı fərdi yaşayış evi 29963 manata Cavabd eh3 ASC tərəfindən alınmışdır.

6. Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, X3, X4 və X5 Şirvan şəhəri, X7 küçəsində yerləşən 5A saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab olunması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, X6 və Cavabdeh3 ASC arasında imzalanmış 22 fevral 2016-cı il tarixli, 12 nömrəli protokola əsasən borcun hissə-hissə ödənilməsi razılaşdırılmış, bundan sonra hər ay bankın hesabına müxtəlif məbləğlərdə pul ödənişləri edilmişdir. Belə ki, bank iddia ilə məhkəməyə müraciət etdikdən sonra 06 sentyabr 2016-cı il tarixdən başlayaraq 30 may 2022-ci il tarixə kimi, təxminən 6 il ərzində cəmi 21343 manat ödəniş edilmişdir. Ödənişlərin edilməsinə və borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılaşma olmasına baxmayaraq, Şirvan Şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi icraya yönəldikdən sonra iddiaçının xəbəri olmadan hərrac keçirilmişdir. Hərracların keçirilmə vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası və s. barədə iddiaçıya hər hansı bir məlumat verilməmiş və hər hansı bir bildiriş təqdim edilməmişdir. İddiaçıya məxsus olan torpaq sahəsi və fərdi yaşayış evi onun məlumatı olmadan hərracda dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır. Həmçinin həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080,25 manat) nə onun hesabına, nə də İcra Şöbəsinin depozit hesabına ödənilməmiş, eləcə də İcra Şöbəsi tərəfindən ona hər hansı bir məbləğ verilməmişdir. Başqa sözlə, Cav abdeh3 ASC əmlakı hərracdan götürərkən əmlakın əldə olunması qiyməti ilə qətnamədəki borc arasında yaranmış fərqi (1080.25 manat) ödəmədiyindən hələ də hərracın nəticələri haqqında bağlanmış 27 iyul 2017-ci il tarixli Y400 saylı protokol etibarlı hesab oluna bilməz.

9. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(009)-1503/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsi hissəsində tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər İcra şöbəsinin 17 mart 2017-ci il tarixli sifariş məktubunun surətindən, Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən və iddia ərizəs ində qeyd edilən hallardan da görünür ki, Şirvan şəhəri, X7 küçəsi, ev 5A və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti Şirvan Şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ilə 47000 manat dəyərində müəyyən edilmiş, "xxxx" MMC tərəfindən mənzil məhz ilkin satış qiyməti 47000 manat olmaqla hərraca çıxarılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş əmlakın dəyəri həmin əmlakın hərracdakı ilkin satış qiyməti ilə eynidir.

11. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 21 aprel 2017-ci il, 05 may 2017-ci il, 26 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymət ini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə, müvafiq bildirişlər İddiaçı ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Göstərilənlərə əsasən iddiaçının hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olması müəyyən olunur.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3, 43.1, 43.1.1, 43.1.2, 43.1.3, 43.1.4, 43.4, 43.5, 43.6, 43.7-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(009)-1503/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)6938/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(009)-1503/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin hərracın vaxtı və yeri barədə bildirişlərin iddiaçının poçt ünvanına göndərilməsinin onun hərracdan məlumatlı olması demək olmaması, həmin bildirişlərin iddiaçıya çatdırılmasını (və ya təqdim edilməsini) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməməsi kimi dəlillərinə qiymət verərək qeyd etmişd ir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faiz indən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

16. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişlərin sifarişli poçt məktubu ilə çatdırılması nəzərdə tutulmamışdır.

17. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlu matları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, 21 aprel 2017-ci il, 05 may 2017-ci il, 26 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri İddiaçı ünvanına poçt vasitəsi il ə məktublar göndərilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İşə mahiyyəti üzrə baxan məhkəmə müəyyən etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçının ünvanına bildirişlər göndərilmişdir. Bundan başqa hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildiri şin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması barədə apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və hərracın iddiaçı tərəfdən xəbərsiz keçirilməsinin öz təsdiqini tapmamasına, ona məxsus Şirvan şəhəri X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5A saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamasına dair birinci instansiya məhkəməsinin nəticələri düzgündür.

18. Həmçinin iddiaçı şikayətində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim etm ədiyindən və mənzilin iddiaçıdan xəbərsiz və ya qeyri-qanuni yollarla özgəninkiləşdirlidiyini sübuta yetirə bilmədiyindən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair nəticəsini qanuni və əsaslı saymışdır.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin 22 fevral 2016-ci il tarixli 12 saylı protokola əsasən tərəflər arasında borcun hissə-hissə ödənilməsi razılaşdırılmasını, Bankın həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080,25 manat) iddiaçının (mülkiyyətçinin) hesabına, nə də ki, İcra Şöbəsinin depozit hesabına ödəməməsinə, İcra Şöbəsi tərəfindən də iddiaçıya həmin fərqinlə bağlı hər hansı bir məbləğ verilməməsinə, eləcə də ipoteka predmeti 47000 manat məbləğində hərraca çıxarılmış, 29963 manata Cavabdeh3 ASC tərəfindən alındıqdan sonra bankın 29963 manata hərracdan götürməklə həm ipoteka predmetinin mülkiyyətçisi, həm iddiaçının 21343 manat ödədiyi pulu onun qətnamə üzrə borcuna silinməsini, həm də borc məbləğləri ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080,25 manat) iddiaçıya (mülkiyyətçiyə) ödəməməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına dair dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, göstərilən hallar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş hərracın nəticələrinin etibarsızlığına hüquqi əsas vermir.

20. Belə ki, göstərilən hallar hərracın keçirilməsindən sonra həyata keçirilməli olan prosedurlara aiddir və apellyatorun qeyd etdiyi hallar mövcud olduğu təqdirdə mötəbər v ə tutarlı sübutlar əsasında aidiyyəti üzrə müvafiq qaydada iddia qaldırmaq hüququ vardır.

21. Bundan başqa apellyasiya məhkəməsinə təqdim olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 ASC cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan qa nuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı mübahisəli evlə bağlı hərracın keçirilməsini və onun nəticələrinə əsasən evin bankın mülkiyyətinə keçməsindən tam məlumatlı olmuşdur.

22. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı 2017-ci ildə keçirilmiş hərrac və onun nəticələri barədə tam məlumatlı olduğu halda 2022-ci ildə hazırki iddianı qaldırmasına kəsici müddət tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

23. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olm aqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il i tarixli, 2(103)-6938/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi düzgün tətbiq olunmamış, Mülki Məcəllənin 7.1, 157, 384.0.4, 415.5, 416, 567-ci, “İpoteka haqqında” Qanunun 42.6, 44-cü, Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələri pozulmuşdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1.-ci maddəsinə yox, Qanunun hazırda qüvvədə olan 42.1-ci maddəsinə əsaslanmışdır. Bundan başqa, iş materiallarında hərracın vaxtı və yeri barədə bildirişlərin olması həmin bildirişlərin iddiaçının poçt ünvanına göndərildiyini və sonuncunun onları aldığını təsdiq etmir. Hərracın düzgün keçirilmiş olması üçün bildirişlərin iddiaçının ünvanına göndərilmiş və ünvanda qəbul edilmiş olmalı olması lazım idi. Lakin bunu təsdiq edən sənəd (poçt xəbərnaməsi) cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarında hərrac bildirişlərinin olmasını həmin bildirişl ərin iddiaçıya göndərildiyi kimi və hərrac təşkilatının öz vəzifəsini qanunvericiliyə uyğun olaraq həyat keçirməsi kimi qiymətləndirmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi iddiaçının ipoteka qoyan və mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Hərracın nəticələri haqqında yekun protokol müqavilə qüvvəsinə malikdir. Bu protokolun bağlanması mahiyyət etibarı ilə alqı-satqı müqaviləsinə bərabər tutulduğundan ipoteka predmeti alıcının mülkiyyətinə keçirsə onda ipoteka saxlayan - alıcı əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Bank həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080,25 manat) iddiaçının (mülkiyyətçinin) hesabına, nə də ki, İcra Şöbəsinin depozit hesabına ödəməmişdir. Bundan başq a tərəflər arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşma olmuş, həmin razılaşmaya əsasən iddiaçı tərəf 21343 manat ödəniş etmişdir. Bankın verdiyi hesabdan çıxarışdan da görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qətnaməsi qəbul edildiyi tarixdən sonra 06 sentyabr 2016-cı il tarixdən başlayaraq iddiaçı ödənişlər etmiş və həmin məbləğlər iddiaçının kredit borcuna silinmişdir. Bundan əlavə, iddiaçı hərracın nəticələrinə dair protokolu imza edən tərəf deyil, əqdin bağlanması zamanı iddiaçı öz iradə ifadəsini göstərməmişdir ki, onun həmin əqdi mübahisələndirmək hüququ göstərilən müddətlər ərzində tanınmış olsun. Hazırki iddianın hüquqi əsaslarını həm hərracdan əvvəl, həm hərrac zamanı, həm də ondan sonra iddiaçının mülkiyyət hüquqlarından irəli gələn hü quqlarının da pozulması təşkil etməkdədir. Mülkiyyətçinin öz hüquqlarını müdafiə etmək, hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri ilə çıxış etmək hüquq var və buna iddia müddəti tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamışdır.

27. Kassator məhkəməyə vəsatət verərək, kassasiya şikayəti verilmiş mülki işin mürəkkəb xarakterli olmasını, hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasına əsaslar olduğu üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsi nin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hə dəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac b arəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) hərracın təşkila tçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

36. Belə ki, müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi hərraclar 2017-ci ilin may və iyun aylarında keçirilmiş, onlar baş tutmamış elan olmuş və hərracın nəticələrinə dair protokol 27 iyul 2017-ci il tarixdə imzalanmışdır.

37. Hərracın keçirilməsi barədə ipoteka qoyanın və ipoteka saxlayanın məlumatlandırılmasının qaydası və üsulu həmin dövrdə qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin redaksiyası hazırki qərarın 33-ci bəndində qeyd olunmuşdur.

38. Lakin apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini pozaraq, hazırki mübahisəyə mübahisəli hüquq münasibətləri yarandığı dövrün maddi hüquq normasını deyil, 28 dekabr 2018-ci il tarixli Qanunla yeni redaksiyada verilmiş “İpoteka haqqında” Qanunun 42-ci maddəsini tətbiq etmişdir ki, bu hal Mülki Prosessual Məcəllənin 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

39. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş kəsici müddət tətbiq olunmalıdır.

40. Belə ki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən həmin Qanunla müəyyən ed ilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsi ilə nəzərdə tutulmuş nəticələrə səbəb olur.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilik də mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

42. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında isə göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

43. Göründüyü kimi, hərracda bağlanılan əqd mübahisə edilən əqd olmaqla, onun mübahisələndirilməsi qa nunla müəyyən olunmuş müddətlər daxilində mümkündür.

44. Hazırki iş materialları ilə apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ASC-nin iddiası üzrə İddiaçı və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, hazırki iş üzrə iddiaçı həmin qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirsə də, müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə şikayətləri təmin edilməmişdir.

45. Yəni müəyyən olunur ki, azı 2019-cu ilin əvvəllərindən iddiaçının keçirilmiş hərrac və onun nəticələri barədə məlumatı olmuş, lakin o, hazırki iddia ilə birinci inst ansiya məhkəməsinə 14 iyun 2022-ci il tarixdə müraciət etməklə, Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilən müddəti ötürmüşdür.

46. Hazırki tələbə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tətbiq edilməli olmasına dair kassasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 384.0.4-cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

48. Məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötü rülməsi əsası ilə rədd edilməli olması qənaətinə gəldiyindən kassasiya şikayətinin digər (borcun ödənilməsi ilə bağlı bankla razılığa gəlməsi, bu razılığa əsasən banka borcun bir hissəsini ödəməsi və ipoteka predmetini əldə edən bankın borcun məbləğindən artıq olan vəsaiti ona ödəməməsi) dəlillərinə prosessual qənaət prinsipinə əsasən əlavə hüquqi qiymət verilməsini zəruri bilmir və bununla bağlı apellyasiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır (bənd 1920).

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il i tarixli, 2(103)-6938/2022 nömrəli qətnaməsi ləğv ed ilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar