Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1066/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)-1926/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaya görə İddiaçı əmək müqaviləsi bağlanılmadan X1 8 ay müddətində nəzarətçi işləmişdir.
2. Gədəbəy rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərarına əsasən Cavabdeh1 və Cavabdeh2 oğlunun İddiaçı işə qəbul edilməsi müqabilində 2500 manat rüşvət alması faktı öz təsdiqini tapmadığından, eləcə də cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirə n prokurora məlumat verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun alınıb, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehləri uzun müddətdir ki, tanıyır və onlarla münasibətləri olmuşdur. Cavabdeh1 X2 rəisi vəzifəsində işləmiş və iddiaçı həmin idarədə işə düzəlmək üçün Cavabdeh1 müraciət etmiş, sonuncu ona yaxın günlərdə işə qəbul edəcəyini vəd etmiş və işə başlamasını təklif etmişdir. İddiaçı işə qəbul ediləcəyinə inandığı üçün nəzarətçi kimi işləməyə başlamış, cavabdehə qardaşı vasitəsilə 2500 manat pul ve rmişdir. İddiaçı səkkiz ay ərzində nəzarətçi kimi işləmiş, lakin işə qəbul edilməmişdir. Sonradan Cavabdeh1 onun verdiyi 2500 manatı qaytarmışdır. İşlədiyi müddətdə Cavabdeh1 Cavabdeh2 iddiaçıya əmək haqqı kimi hər ay 300 manat verməsini tapşırmış, lakin Cavabdeh2 ona pul verməmişdir. İşlədiyi müddətdə nəzarətçilərin əmək haqqısı 530-630 manat arasında olmuşdur. O, faktiki olaraq nəzarətçi kimi işlədiyi üçün, cavabdehlər işlədiyi səkkiz ayın nəzarətçi əmək haqqısını ona ödəməlidirlər.
5. Gədəbəy Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(042)-238/2023 nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehlərin ona X1 işləməs i müqabilində əməkhaqqı veriləcəyi barədə vəd vermələri halı sübut edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 777.1, 777.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(042)-238/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)-1926/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rz aquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(042)-238/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.
10. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianı rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsi üzrə mülki münasibətləri tənzim edən 777-ci maddəsini tətbiq etmiş və bununla da, hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan norma tətbiq edilməmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-386-cı maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
11. Məhkəmə müəyyə n etmişdir ki, iddiaçı X1 rəsmi qaydada işləməmiş, aralarında heç bir əmək müqaviləsi olmamış və bu hal özünün izahatı ilə də, təsdiq edilir. Belə olan halda, onun iddia etdiyi faktiki işlədiyi 8 ay üçün 6000 manat məbləğində əmək haqqı tələbinin qanuni əsasları yoxdur.
12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmışdır. Belə ki, iddiaçı X1 işləməsi əsası ilə əmək haqqı tələb etməyi iddia edirsə, iddia tələbi hazırki iddiaya cavab verməli olan şəxs "xxxx" ASC-nin X4 Təchizat və Satışı İdarəsinə qarşı irəli sürə bilərdi.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 154.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsasland ırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)-1926/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti iddia ərizəsində göstərilən işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 154.1-ci, Mülki Prosessual Məcəllənin 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydas ında baxılmışdır.
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər
18. Etirazlar işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 154-cü maddəsini n 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının hazırki tələbi əmək haqqı olmaqla, bu pul vəsaitinin cavabdehlərdən (işlədiyi iddia edilən müəssisənin vəzifəli şəxslərindən) tutulması üçün əsas yoxdur. İddiaçı X1 işləməsini və ona əmək haqqı ödənilmədiyini iddia etdiyi halda, tələb müvafiq işəgötürənə qarşı yönəldilməlidir.
26. Kassasiya şikayətinin dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin tələb buna cavab verməli olan şəxslərə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olubolmamasına dair dəlillərə hazırki icraatda hüquqi qiymət verilə bilməz.
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)-1926/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.