Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1067/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və LPO "xxxx" ASC-yə qarşı “ekspert rəyinin, hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6140/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli 2(011)-117/10 saylı icra sənədinə əsasən "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 25 sentyabr 2008ci il tarixli KMFS 719 nömrəli kredit müqaviləsi ləğv edilməli, İddiaçı2 60769,25 manat əsas, 19213,32 manat faiz borcu, cəmi 79982,57 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb İddiaçı1 məxsus Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə ödənilməlidir.
2. Bakı şəhəri Nizami rayon məhkəmə icraçıları şöbəsinin “İcraata başlamaq haqqında” 05 may 2010-cu il tarixli qərarına əsasən icra üzrə icraata başlanmışdır. 3. "xxxx" MMC-nin 29 sentyabr 2010-cu il tarixli 677 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən İddiaçı1 Ramiz qızına məxsus həmin mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 62000 manat təşkil edir.
4. Hərracın yekunları barədə 21 iyun 2011-ci il tarixli 66/02 nömrəli protokola görə İddiaçı1 Ramiz qızına məxsus olan mənzilin ilkin satış qiyməti 62000 manat, təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olan dəyəri 39525 manat məbləğində müəyy ən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə dair "xxxx" MMCnin xx.xx.2010-cu il tarixli 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin”, habelə həmin mənzilə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən xx.xx.2011-ci il tarixli, 63/02 nömrəli hərracın yekunlarına dair protokolun və "xxxx" ASC ilə “Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında imzalanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanın dakı 9 mənzilinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanındakı 9 mənzilə mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-177/10 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən Bakı şəhəri üzrə ixtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən 21 iyun 2011-ci il tarixdə sözügedən əmlak hərraca şıxarılmışdır. Hərracın yekunu olaraq İddiaçı1 məxsus ünvan 1 ünva nındakı 9 nömrəli mənzil “Azərbaycan Kredit Bankı" ASC-yə təklif olunmuşdur. Hazırda həmin mənzil "xxxx" ASC-nin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin nə "xxxx" ASC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsindən, nə həmin iddia əsasında başlanmış mulki işdən, məhkəmə proseslərindən, iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən, qətnamənin icraya yönəldilməsindən, nə də ki, İddiaçı1 məxsus mənzilin hərraca çıxarılaraq satılmasından iddiaçıların məlumatları olmamışdır. Bütün bu proseslərdən iddiaçılar icra məmurundan məlumat almışlar. Bundan sonra ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-177/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin təqdim edilməsini xahiş etmişlər. Həmin qətnamə iddiaçılara 2022-ci ilin yanvar ayında rəsmi olaraq təqdim olunmuşdur. Hazırda iddiaçılar sözügedən qətnamədən apelyasiya şikayəti vermişdir. Mübahisəli mənzilin qiyməti "xxxx" MMC tərəfindən düzgün məyyən edilməmiş, hərracın keçirilmə yeri və vaxtı barədə iddiaçılar lazımi qaydada məlumatlandırılmamış, habelə "xxxx" ASC ipoteka haqqında” Qanunla ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 14 iyun 2022-ci il tarixli, e-2(005) -1688/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Aytən Novruzova) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçılar hərrac barədə lazımınca məlumatlandırılmışdır, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə onlara yazılı bildirişlərin göndərilməməsi, hərracın gizlin keçirilməsi barədə iddiaçıların arqumentləri işin araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin hazırkı iddia tələbi üzrə əqdin etibarsızlığına dair mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
9. Məhkəmə iddia tələbinin “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, bu iddia tələbi əsas tələblərdən törəmə olduğu üçün rədd edilməlidir. İddiaçı2 əsas öhdəlik üzrə borcalan qismində çıx ış etməsinə baxmayaraq, bilavasitə ipoteka qoyan şəxsə aid hüquqdan istifadə etməyə nail olmaq istəyir. Digər tərəfdən, İddiaçı1 Ramiz qızının mülkiyyətində olan mənzil İddiaçı2 "xxxx" ASC qarşısında yaranmış öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı2 tərəfindən lazımi qaydada yerinə yetirilməmiş və "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 317.1, 319.1, 347.1, 354.1, 354.2, 372.1, 372.2, 415.1 və 415.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77, 78, 80, 88, 106.1, 107, 119.1, 217.3 və 217.4-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1, 41.1-41.5, 42.1, 44, 53.1-53.3-cü maddələri, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqelərə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillər i ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6140/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hərracın keçirilməsi barədə məlumatlı olmadıqları, habelə iddia ərizəsində göstərilən hallarla bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişlər. Hərracdan sonra mənzilin əldə edilməsi üçün cavabdeh banka göndərilmiş təkliflə mənzilin əldə olunması barədə protokolun arasında 5 aydan artıq tarix fərqinin olması barədə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təklifə bank tərəfindən qanunla müəyyən edilmiş 1 aydan artıq müddətə cavab verməsini təsdiq edən sübutları iddiaçı tərəf məhkəməyə təqdim etməmişdir.
15. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı2 "xxxx" ASC ilə aralarında bağlanmış 25 sentyabr 2008-ci il tarixli KMFS 719 nömrəli kredit müqaviləsi üzrə yaranmış kifayət qədər yüksək olan kredit borcunu hazırkı günə qədər ödəməmişdir. Kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 03 fevral 2010-cu il tarixli 2(011)117/10 saylı qətnamə qəbul olunmuşdur. İddiaçılar həmin qətnamənin çıxarılmasından məlumatlı olmadıqlarını və qətnamədən apellyasiya şikayəti verdiklərini bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan əlavə, elektron məhkəmə sistemində olan məlumatlara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 03 fevral 2010-cu il tarixli 2(011)-117/10 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti daxil olmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 414.4, 415.2, 416.1-ci, MPM-in 77.1, 384-cü və “İpoteka haqqında” Qanunun 33-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı2 (vəkili Vəkil2) kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu:
22. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qay dası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
23. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
24. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəz ərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
25. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
26. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etmə sini yoxlayır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası mər uzəçini diləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddiaçı2 MK xx.xx.2011-ci il tarixdə keçirilmiş hərrac və həmin hərrracın nəticələrinə dair məlumatının olmaması barədə dəlillərini inandırıcı olmaması, iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsi barədə aşağı instansiya məhkəmələri qənaəti qanuni və əsaslı ol muşdur. 41. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakın dan asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
42. Hazırki işdə bildirişlərin məhz iddiaçıların ünvanına təqdim edilməsi işin mübahisə olunmayan hallarına aiddir. Bu barədə iş materiallarına poçt qəbzləri əlavə edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6140/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.