Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1068/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2553/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Qubadov, iş № 2(035)-06/2019) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək iddiaçıya məxsus N küçəsi, 1-də yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 66 kv.metr hissəsinin ondan alınaraq iddiaçıya qaytarılması, cavabdehə məxsus tövlənin iddiaçının həyətinə düşən 34 kv.metr hissəsinin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarı ilə N kəndi ərazisində 533.03 kv.metr ölçüdə torpaq sahəsi İddiaçı, 1669,69 kv.metr ölçüdə torpaq sahəsi cavabdehin keçmiş əri Na fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. 2014-cü ilin dekabr ayında İddiaçı iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməsini və cavabdehə məxsus tövlənin bir hissəsinin ona məxsus torpaqda yerləşməsini və s. əsas göstərməklə zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tövlənin ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının i clasında cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması tələbi ilə əlaqədar məhkəmə tərəfindən bir neçə mütəxəssis rəyi əldə edilmiş və son nəticədə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 66 kv.metrdən ibarət olan hissəsi cavabdehin istifadəsində olmaqla həmin torpaq sahəsinin 34 kv.metri cavabdehə məxsus tövlənin altında yerləşir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 84 və 111-ci maddələrinə əsaslanaraq İddiaçı iddia etdiyi torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olması nəticəsinə gəlmiş və hesab etmişdir ki, onun həmin torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa edilməsi əsaslı olmuşdur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquql arı: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (84.1) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. (84.3) Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasınd a torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşin müəyyən olunmuş halları və istinad olunmuş maddi hüquq normaları mübahisənin düzgün həll olunması barədə nəticəyə gəlmək üçün əsas verdiyindən kollegiya qətnaməni qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1068/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1068/2020
10.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver