Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1068/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)9617/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı Cavabdeh oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və ailə üzvlərinin (arvadı X1 və qızı X2) ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan mənzildə ailə üzvü kimi anası olan cavabdehlə yaşamış, sonradan ailə quraraq ailəsi ilə birgə həmin ünvanda yaşamağa davam etmişdir. Sonradan iddiaçının anası ilə münasibətləri pozulmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə bir neçə günlük istirahət üçün şəhəri tərk etmiş, qayıdan zaman qapının açarının dəyişdirilməsi məlum olmuşdur. Həmin vaxtdan o, yaşadığı mənzildən istifadə hüququndan məhrum olunmuş və kirayədə qalmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)3843/2021 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı uşağı 25 fevral 2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1, mənzil 40 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil M əcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarlarına əsasən, onun azyaşlı övladının isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququ mövcuddur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-3843/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)-9617/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və F.Ş.Talışinskidən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-3843/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmaqla (oğlu), uzun müddət onunla birgə yaşamış və 2020-ci ilin dekabr ayında mənzildən iradəsi xaricində çıxmaq məcburiyyətində qalmışdır. Bu halda, qanunverici MMin 228.5-ci maddəsinin 1-ci cümləsinin tələbləri baxımından iddiaçının yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu tanıyır və bunun üçü n həmin Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsini tələb etmir. İddiaçının 25 fevral 2012-ci il təvəllüdlü qızı Nəzrin Əkbərovanın mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə münasibətdə isə, onun doğulduğu andan etibarən iddiaçı və cavabdehlə birlikdə qeyd olunan mənzildə yaşaması faktını nəzərə alaraq, apellyasiya məhkəməsi hesab etmişdir ki, istər Mülki Məcəllənin qeyd edilən normaları, istərsə də həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından istifadə hüquqlarının mövcudluğu müəyyən olunur. 25 fevral 2012-ci il təvəllüdlü Nəzrin Əkbərova mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin nəvəsi olmaqla qeyd edilən kateqoriya şəxslərə aid olduğundan onun da sözügedən mənzilə istifadə hüququ vardır. Apellyasiya şikayətinin dəlilləri üzr ə məhkəmə qeyd etmişdir ki, iddiaçının azyaşlı qızı ilə birlikdə 2020-ci ilin dekabr ayından mənzildə yaşamamaları onların istifadə hüquqlarına xitam verilməsinə əsas olan hal kimi qiymətləndirilə bilməz. Ona görə ki, iddiaçının qızı ilə birlikdə mübahisəli mənzili iradəsi xaricində tərk etməsi, cavabdehin onları mənzilə buraxmaması və daimi yaşayış yerlərinin olmaması işin mübahisəsiz hallarıdır. Bununla yanaşı, cavabdeh də onların yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu qəbul edir (belə ki, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia irəli sürmüşdür). Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının və onun azyaşlı qızının mübahisəli mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə onlara qarşı qal dırdığı iddiaya baxılıb qurtaranadək bu iş üzrə icraatın dayandırılmalı olduğunu bildirsə də, rayon məhkəməsinin bu barədə vəsatəti təmin etməməsi əsaslı olmuşdur. Hazırkı mübahisənin (istifadə hüququ sahiblərinin mənzilə köçürülməsi) həlli iddiaçının və azyaşlı qızının mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə işə baxılmasından hər hansı cəhətdən asılı olmamaqla, əks nəticə yaşayış sahəsinin tərkib hissəsinə istifadə hüququ olan şəxslərin hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması demək olardı. Eyni zamanda, yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin oraya köçərək yaşamaları, sonradan məhkəmə qərarına əsasən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və həmin şəxslərin oradan çıxarılması imkanını aradan qaldırmır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)-9617/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh iddiaçı X3 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə ayrı icraatda məhkəməyə müraciət etmiş, lakin məhkəmə həmin iddia ərizəsinə baxılanadək icraatın təzələnməsinə dair cavabdeh tərəfin vəsatətini tə min etməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyə tində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçür ülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci ma ddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağla nan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halla rına və cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının və onun azyaşlı övladının mənzildən istifadə hüquqlarının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisəsiz hal həmçinin ondan ibarətdir ki, iddiaçı həmin hüququndan istifadə edə bilmir. Odur ki, iddiaçının bu hüququnun təmin edilməsinə yönələn məhkəmə qərarları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası razılaşır ki, mülkiyyətçi olan cavabdehin hazırki iddia üzrə iddiaçıya qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbi ilə ayrıca icraat qaydasında məhkəməy ə müraciət etməsi bu iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Belə ki, iddiaçının və azyaşlı övladının mübahisələndirilən mənzilə köçürülməsi, sonradan qanuni qüvvəyə minəcək məhkəmə qətnaməsinə əsasən mülkiyyətçinin ona kompensasiya verilməklə istifadə hüququna xitam vermək imkanını aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)-9617/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1068/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1068/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver