Məhkəmə qərarları › İş №2(102)-107/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-107/2020

09.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-107/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili və nümayəndəsi X6, cavabdehlər X2, X7, vəkil X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(008)-2492/2019, hakim İ.R.Burcayev) İddiaçı cavabdehlər X2 və X4 qarşı mənzilə k öçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10934/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: X2 ilə İddiaçı xx xxxxxx 2013-cü il tarxdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, sonuncu cehiz əşyalarını gətirməklə XXX yerləşən evə gəlin köçmüş, tərəflərin birgə nikahlarından xx xxxxx 2015-ci il tarixdə Ümid adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. xx xxxxxx 2019-cu il tar ixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladı Ümidlə birlikdə XXX yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsndə yaşayış yerindən məhrum olması nəzərə alınmamışdır. Halbuki iddiaçının həmin mənzili könüllü olaraq tərk etməməsi cehiz və geyim əşyalarının həmin mənzildə qalması ilə təsdiq edilir. Məhkəmə kollegiy asının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının tələbinin əsasını cehiz əşyalarını gətirməklə gəlin köçdüyü və birgə nikah dövründə yaşadığı mənzilə köçürülmə təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında mövcud olan kəskin münasbətlər, mübahisəli evin iddiaçının qaynanasına ayrılması, həmçinin məhkəmə iclasında da iddiaçının mübahisəli mənzildə yaşamasının qeyri-mümkün olmasını etiraf etməsi nəzərə alınmaqla, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində təsbit edilmiş mənzil hüququnu pozmuşdur, belə ki, həmin müddəaya görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya məhkəməsi iddaçının h əmin dəlillərinə hər hansı hüquqi qiymət vermədən apellyasiya şikayətəinin təmin edilməməsi və qətnamənin dəyişdrilmədən saxlanılmasını qət etmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı cavabdeh Dilaqət Bağırovanın sahibliyində olan XXX yerləşən mənzilə cehiz əşyaları nı gətirməklə gəlin köçmüş, digər cavabdehlə birgə nikah dövründə həmin mənzildə yaşamışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən həmin evdən qovulmaqla, azyaşlı uşağı ilə bərabər yeganə yaşayış yerindən məhrum olduğuna istinad etmişdir. Bununla bərabər, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla xüsusi mülkiyyətdə deyil, Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Eyni zamanda cavabdehlər məcburi köçkün kimi həmin evdə müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyır. İddia ə rizəsində də istinad edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən halı ümumiyyətlə araşdırmamış, yalnız iddiaçı və cavabdehlər arasında münasibətlərin kəskin olduğuna istinad edərək iddiaçının yaşadığı evə köçürülməsi barədə iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, cavabdehlərlə iddiaçının kəskin münasibətləri sonuncunun yaşayış yerindən məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi tərəfindən işin qeyd edilən halına ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi iddiaçının iddia tələbinin hüquqi əsasını iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsa slandırmamışdır. Bu halda, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar