Məhkəmə qərarları › İş №2(102)-107/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-107/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-107/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-107/21 (Açar sözlər: məcburi köçkünlərin mənzili boşaltması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 oğlunun vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və X14 oğluna “mənzildən çıxarılma və digər şəxslərin təsirindən az ad mənzilin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2432/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6A, mənzil 74 xx.xx.1983-cü il tarixli 211527 nömrəli orderlə iddiaçının anası X2 və sonuncunun övladları X10, X7, İddiaçı verilmişdir.

2. Cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi həmin mənzildə yaşayırlar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ. Həşimov küçəsi, ev 6A, mənzil 74-dən çıxarılması və digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6A, mənzil 74 xx.xx.1983-cü il tarixli 211527 nömrəli orderlə iddiaçının anası X2 və sonuncunun övladları X10, X7, İddiaçı verilib. 5. 1992-ci ilə qonşu mənzildə qaz partlayışı nəticəsində mənzillərə ziyan dəymiş və onların binasında yaşayan sakinlər təmirlə əlaqədar olaraq müvəqqəti olaraq başqa yerdə məskunlaşmışlar.

6. Onlar təmirdən sonra qayıdarkən mənzilə Laçın rayonundan gələn məcburi köçkünlərin qanunsuz girdiyini və orada yaşadıqlarını görmüşlər.

7. Dəfələrlə cavabdehlərə mənzildən çıxmaları bildirilsə də, sonuncular buna m əhəl qoymamışlar.

8. Cavabdehlərə dövlət tərəfindən ünvan 1 ünvanından yaşayış yeri verilməsinə baxmayaraq, onlar iddiaçıya məxsus mənzildən çıxmaqdan imtina edirlər.

9. İddiaçının ərizəsi ilə X8 da cavabdeh kimi işə cəlb edilmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir.

11. Cavabdehlərin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçı mənzildə yaşayarkən qaz partlayışı olub, iddiaçı və ailəsinə başqa mənzil verildiyindən onlar mənzili tərk ediblər. Daha sonra isə cavabdehlər mübahisəli mənzilə köçüblər.

12. Cavabdehlərdən 3 nəfərə təzəlikcə ev verilib, lakin Vüqar Qasımov mənzillə təmin edilməyib. Halbuki V.Qasımovun ayrı təsərrüfatı var. Bu səbəbdən ev veriləndən sonra Vüqar mənzildən çıxmağa etiraz etməyəcək.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(001)7043/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8nun Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6A, mənzil 74 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6A, mənzil 74 ünvanında yerləşən mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Günel Abbasova)

14. Məhkəmə toplanmış sübutlara, hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli yaşayış evi uzun illər iddiaçının sahiblik və istifadəsində olmuşdur. Cavabdehlər mənzili qanunsuz olaraq zəbt etmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq, mənzili tərk etməmişlər.

15. Məhkəmə mübahisə ilə bağlı Akimovanın Azərbaycana qarş ı üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da istinad etmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.8, 164.1, 164.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

18. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçı xx.xx.1983-cü il tarixli 211527 saylı order əsasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”na əsasən qeyd olunan orderin hüquqi qüvvəsi dayandırldığına görə, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüqu qu olmamışdır.

19. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1, X3 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 2/68 saylı kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Ümid qəsəbəsi, 6A saylı evin 68-ci mənzilində məskunlaşmışdır. Yalnız X8 ayrı təsərrüfat kimi qeydə alınmış və mübahisəli mənzildə yaşayır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2432/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), İlham Əhmədov, Raqib Qurbanov)

21. Apellyasiya instansiyası iş materiallarına əsasən müəyyən etmişdir ki, xx.xx.1983-cu il tarixli 211527 nömrəli orderə əsasən mənzil X2 verilmiş, sonuncu digər ailə üzvləri ilə birlikdə mənzildə qeydiyyat dadır. X5 ilə X1 nikahı pozulmuş və bu akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 306 nömrə ilə qeyd edilmiş, İddiaçı qeyd olunan şəxslərin nikahından xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, iddiaçının anası xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı xx.xx.2005-ci ildən 2 nəfər ailə üzvü ilə Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6a, mənzil 74-də qeydiyyatdadır.

22. Apellyasiya instansiyası həmçinin müəyyən etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Laçın rayonundan məcburi köşkün olmaqla dövlət tədbirləri əsasında Qaradağ rayonu ərazisində yerləşən 500 mənzilli Ümid qəsəbəsində, 2 saylı binada 68 nömrəli 2 otaqlı mənzillə təmin edilmişlər. X8 isə Laçın rayonu Mişni kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəlikdə ayrı təsərrüfat kimi qeydə alınmışdır.

23. Apelyasiya instansiyası apelyasiya şikayətinin dəlillərini əsassız kimi qiymətləndirmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə etiraz 26.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında Cavab deh1 oğlunun vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

28. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qad ağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edəb ilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. Bax ılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi məcburi köçkün olan cavabdehlərin orderlə iddiaçının anasına məxsus mənzildən çıxarılması barədədir.

36. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xx.xx.1983-cu il tarixli 211527 nömrəli orderə əsasən mənzil iddiaçının anası X2 verilmiş, iddiaçının anası xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı xx.xx.2005-ci ildən 2 nəfər ailə üzvü ilə Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6a, mənzil 74-də qeydiyyatdadır.

37. Üstəlik, müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qaradağ rayonu ərazisində yerləşən Ümid qəsəbəsində, 2 saylı binada 68 nömrəli 2 otaqlı mənzillə təmin edilmişlər. 38. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48 -ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

39. X17 Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir.

40. Göründüyü kimi, işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə tətbiq edilən maddi hüquq normaları və analoji işlər üzrə “Akimova Azərbaycana qarşı” işdə X17 Məhkəməsinin presedent hüququna istinad edilməsi düzgün olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və X14 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2432/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar