Məhkəmə qərarları › İş №2(102)-107/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-107/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-107/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma; vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-738/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsin dən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-261A KOD 61014038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı Əbdürrəhman oğluna Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha pay torpaq sahəsi verilmişdir;

2. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Bərdə X17 Mərkəzinin 14 fevral 2022-ci il tarixli MİHO/11.2.25-2-2022-7 nömrəli məktubuna əsasən, Bərdə rayonu Mollagüllər kəndində 1 ha torpaq sahəsindən 1 il ərzində 30 ton payızlıq ağbaş kələm məhsulu əldə etmək olar, bu da 0.15 ha torpaq sahəsindən il ərzində 4.500 kq məhsul deməkdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş rəyə görə, torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada cavabdehlər X9 ilə Cavabdeh2 istifadə edir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 10/5907 nömrəli rəyinə görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsin dən naturada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə edir.

5. Bərdə rayonu Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 fevral 2022-ci il tarixli 105 nömrəli arayışına əsasən İddiaçı Abdurrəhman oğlu, 23 fevral 2022-ci il tarixli 154 nömrəli arayışına görə Cavabdeh1 və X2 rayonu Mollagüllər kəndində yaşayırlar.

6. Bərdə şəhər 11 nömrəli MB-nin rəyinə görə, Bərdə rayon bazarında 1 kq kələmin qiyməti 1 manat təşkil edir.

7. Bərdə rayon Polis Şöbəsinin 19 yanvar 2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, Bərdə rayonu, Mollagüllər kəndində yaşayan İddiaçı müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda görə, İddiaçı izahatında bildirmişdir ki, o, torpaq sahəsini satmaq f ikrinə düşdükdən sonra Cavabdeh1 torpaq sahəsinin onun olduğunu deyərək, onunla haqsız mübahisəyə başlamış, onun torpağını heyvanları ilə otarmışdır. Torpaq sahəsinin giriş hissəsini bağlamışdır ki, Cavabdeh1 heyvanları ora sala bilməsin,X isə giriş hissəsini açaraq torpağı yenə otarmışdır, bundan sonra arada çəpər çəkmişdir. Cavabdeh1 həmin çəpəri yandıraraq aranı yenidən açmışdır. Cavabdeh1 izahatında göstərilmişdir ki, İddiaçı 1991-ci ildə ondan 1.800 dollar pul borc almışdır, uzun müddət keçsə də qaytarmamışdır. X torpaq sahəsi olmuş, ondan istifadə etməmişdir. Buna görə də X-dən xahiş etmişdir ki, torpağı versin istifadə etsin. Xetiraz etməmiş, həmin torpağa yonca əkmişdir. Daha sonra X-n həmin torpaq sahəsini satmaq fikrinə düşdüyünü eşitmiş, X-dən ona borclu olduğu 1.800 dolları b orcunu verməsini tələb etmişdir.

8. JN-228A KOD 61014038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Bərdə rayonu Mollagüllər kəndindən Cavabdeh1, X1, X3 və X7 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

9. Bərdə rayon Mollagüllər Bələdiyyəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, M/52 nömrəli məktubundan müəyyən olunur ki, Mollagüllər kənd sakini İddiaçı Mollagüllər kəndində 0.10 sot məhlə və 0.05 sot zəbt olmaqla ümumilikdə 15 sot həyətyanı torpaq sahəsi vardır.

10. Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli hökmə görə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayə t əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanı iş yeri üzrə üzrə çəkməsi, cəzanın əvvəlinin onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

11. Bərdə şəhəri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 420 nömrəli məktubuna əsasən, 14 dekabr 2022-ci il tarixdə Bərdə şəhər Ticarət Mərkəzi MMC-də 1 kq kələmin sərbəst satışı (bazar) qiyməti 10 qəpik olmuşdur, hazırda da 10 qəpikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması, dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 9.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-1054/2022 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 9.000 manat maddi ziyanın tutularaq iddiaçıya verilməsi, apa rılmış ekspertiza tədqiqatının 50 manat dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X10 tərəfindən zəbt edilmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-738/2023 nömrəli iş üzrə 07 mart 2023- cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov, A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1 və X4 vurulmuş 9000 manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilməsi” hissəsində dəyişdirilərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə 4.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları hissədə iddia tələbini təmin etməkdə düzgün nəticə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası M ərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Göründüyü kimi, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən, İddiaçı adına Bərdə rayon Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci insta nsiya məhkəməsinin cavabdehlərin iddiaçıya məxsus qeyd olunan torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi nəticəsində sonuncuya dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı məhkəmə kollegiyasının iclasında izahatında mübahisəli torpaq sahəsindən 0,15 ha yerdən kələm əkən zaman təxmini olaraq 2-3 ton məhsul götürdüyünü göstərmişdir. Kollegiya hesab edir ki, iddiaçının izahatında göstərdikləri əsas götürülməklə mübahisəli 0,15 ha torpaq sahəsində cavabdehlər tərəfindən kələm əkilməsi nəticəsində bir illik əkimdən götürülən məhsulun həcminin 3 ton olmasının müəyyən edilməsi daha da ədalətlidir.... Belə olan halda iddiaçının 2020-2021-ci illər üçün mübahisəli 0,15 ha torpaq sahəsində kələm əkməsi nəzərə alınaraq hər ilə görə 3 ton məhsul olmaqla, ümumilikdə 6 ton məhsula görə həmin illər kələmin orta bazar satış qiymətinin 1 (bir) kq üçün 1 (bir) manat olduğundan, iddiaçıya 6000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə məhkəmə kollegiyasının izahatında məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatnda həmin torpaq sahəsində əkin işlərinin aparılmasına görə 2000 manat xərc çəkdiyini bildirmişdir. Lakin, iddiaçı isə mübahisəli torpaq sahəsində əkin işlərinin aparılmasına üçün 1000 manat xərcin olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində əkin işləri apar ılan zaman ağlabatan qiymət olaraq 1500 manat məbləğində xərc çəkilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlillərinə görə, 20 ildən çoxdur ki, torpaq sahəsindən istifadə edir. İddiaçının həmin torpaq sahəsinin ona aid olması barədə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Müəyyən edilmiş maddi ziyan məbləği həddindən artıq çoxdur. O, iddiaçıya təklif etmişdi ki, onun mülkiyyətində olan pay torpaq sahəsindən istifadə etsin. İddiaçı buna etiraz etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlillərinə görə, Cavabdeh1 məxsus JN0228A kod 61014038 nömrəli Bərdə rayon X6 30 noyabr 1998-ci il tarixli 14 nömrəli Qərarı ilə ayrılmış 0.30 ha torpaq sahəsinin şəhadətnaməsindəki plan-cizgidən də görünür ki, Cavabdeh1 həmsərhəd qonşuları R.Həsənova, F.Qurbanov, H.Məmmədovdur. Bu deyilənlər belə əsaslı olaraq onu sübut edir ki, cavabdehin heç onunla qonşu torpaq sahəsi də yoxdur.

21. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxa rıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlə ri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməl i olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmas ı

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Madd ə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 41 7.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludu r; Bənd

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Balani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rəd d edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir. Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X8rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: Yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı iddianın qismən təmin edilməsi ilə razılaşaraq, şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia təmin olunan hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları pozulmuş, bu da həmin hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə öz yekun aktında cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməmiş, dəlillərə münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, hansı dəlillə razılaşdığını yaxud razılaşmadığını əsaslandırmamışdır.

36. Bunun nəticəsində də kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir.

37. Halbuki, bu Qərarda istinad olunan MPM-in 392.2-ci maddəsi, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə tələb edilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə hüquqi qiymət verməlidir (§27-30).

38. Həmçinin, aşağı instansiya məhkəmələrinin hər ikisi iddianı maddi zərər tələbi hissəsində tam yaxud qismən təmin edərkən işin 5-ci vərəqində olan tarixsiz-möhürsüz rəy adlı yazılı materiala istinad etsə də, həmin rəyi verdiyi irəli sürülən Bərdə şəhər İİMB-nin direktoru R.B.Bahadurovun kimliyi, sonuncunun bununla bağlı müvafiq hüquq və səlahiyyətə malik olması barədə işdən heç bir məlumat əldə olunmur. Odur ki, iddia tələbinin mötəbərliyi ciddi sual doğuran materiala istinadən əsaslı sayılması doğru olmamışdır.

39. Eləcə də, apellyasi ya instansiyası məhkəməsi sözügedən rəy adlı yazılı məlumatı əsas götürərək kələmin bir kiloqramının qiymətini 1 manatdan hesablasa da, işdə olan, kələmin bir kiloqramının qiymətinin 10 qəpik olduğu qeyd edilmiş digər yazılı sənədə hüquqi qiymət verməmiş, sözügedən iki dəlili müqayisə etməmiş, onlardan birinin sübut əhəmiyyətini o birindən üstün sayma meyarlarını açıqlamamışdır.

40. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsindən təxmini olaraq 2-3 ton məhsul götürməsi barədə izahatından bir illik əkindən götürülən məhsulun həcminin 3 ton, habelə mübahisəli torpaq sahəsində əkin işlərinin aparılmasına cavabdeh tərəfindən çəkilən xərclərin ortalama 1.500 manat olmasını müəyyən etməsi də işin hərtərəfli, tam və obyektiv tədqiqinin nəticəsi olmamışdır.

41. Məhkəm ə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsində kələm bitkisinin məhsuldarlığı, kələmin bir kiloqramının mübahisəli dövrdə qiyməti müvafiq ekspertizaların rəyi alınmaqla, yaxud ölkə və həmin bölgə üzrə orta statistik rəqəmlərin (həm məhsuldarlıq, həm də qiymət baxımından) bu statistik məlumatları toplayan və tərtib edən səlahiyyətli dövlət qurumlarından əldə edilməsi yolu ilə dəqiqləşdirilə, həmçinin, iddiaçının eyni dövrdə və ya ondan əvvəl kələm əkini ilə məşğul olub-olmaması, cavabdehin isə mübahisəli torpaq sahəsində yonca əkdiyi barədə mülahizəsi də nəzərdən keçirilə bilərdi.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir.

43. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə m üdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

44. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

45. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülki yyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.

46. Bu kontekstdə, hazırkı mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir (§25). Həmin normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən vurulmuş zərərin əvəzi kimi əmlakına qanunsuz sahiblik edən şəxsdən, əgər həmin şəxs vicdansız sahibdirsə, yəni əmlaka sahibliyin qanunsuz olduğunu bilirdi və ya bilməli idisə, əmlakın sonuncuda olduğu bütün vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.

47. Hazırkı mübahisədə iddiaçı onun mülkiyyətində olan torpaq sahəsindən iki il ərzində cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir, Cavabdeh1 mübahisəli torpağın 20 ilə yaxındır ki, iddiaçının razılığı ilə onun sahibliyində olduğunu irəli sürür. Lakin işin hallarından aydın olmur ki, iddiaçının torpaq sahəsindən cavabdehlərin istifadəsinə razılığı konkret hansı tarixədək davam etmişdir. Bu tarixin müəyyən edilməsi cavabdehlərin vicdanlı sahib statusundan vicdansız sahib statusuna keçdikləri anın müəyyən edilməsində başlıca meyar olaraq, məhz bu andan etibarən cavabdehlərə Mülki Məcəllənin 157.5-ci maddəsinin hansı müddəasının tətbiq edilməli olmasını həll etmiş olacaqdır.

48. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 6 0-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsasland ırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X12rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tari xli Qərar, §67).

49. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

50. Kassasiya şikayətinə gəldikdə isə, şikayətin iddiaçının həmin torpaq sahəsinin ona aid olması barədə hər hansı hüquq müəyyənedici sənədinin olmaması barədə dəlil əsassızdır. Belə ki, iddiaçının bu hüququ JN-261A KOD 61014038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpağın natur ada iddia olunan ərazidə yerləşməsi isə Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli rəyi ilə təsdiq olunur. Cavabdehin özü də kassasiya şikayətinin üçüncü dəlilində “iddiaçıya təklif etmişdi ki, onun mülkiyyətində olan pay torpaq sahəsindən istifadə etsin” məzmunda mülahizə ilə bu faktla razılaşdığını dolayısıyla ifadə edir. Odur ki, iddia cavabdehlərin Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələblərinə dair hissədə əsaslı olduğundan, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişiklik edilmədən saxlanmalıdır.

51. Şikayətin digər i ki dəlili isə əsaslıdır və bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu Qərarda müzakirə edilən əsaslarla və vurulmuş maddi zərərin əvəzi olaraq 4.500 manat məbləğdə pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissədə ləğv edilməlidir.

52. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

53. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§35-47) şərh edilən hallara, bildirilən hüquqi mö vqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

54. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş maddi zərərin əvəzi olaraq 4.500 manat məbləğdə pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 4)-738/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi qismən, vurulmuş maddi zərərin əvəzi olaraq 4.500 manat məbləğdə pulun cavabdehlər Cavabdeh1 və X4 alınaraq İddiaçı ödənilməsi hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar