Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1070/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh X7rşı “əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi və sair” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6083/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Bakı Humanitar Kollecində (bundan sonra cavabdeh) Musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 3. xx.xx.2021-ci il tarixli 332 nömrəli əmrlə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Kollecin Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xx.xx.2021-ci ildən xitam verilmişdir.
4. Əmək kitabçasının, əmək müqaviləsinin və xx.xx.2019-cu il tarixli 6 nömrəli əmrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna (xx.xx.2010-cu il tarixdən Bakı Sosial Pedaqoji Kolleci, xx.xx.2016-cı il tarixdən Bakı Humanitar Kolleci, xx.xx.2020-ci il tarixdən “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixindən “Musiqi və Sosial Pedaqoji” şöbəsinə müdir, xx.xx.2019-cu il tarixdən “Musiqi və bədii yaradıcılıq” şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndin ə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
5. Bakı Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən, Kollecin xx.xx.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı müdir vəzifəsində çalışdığı Musiqi və bədii yaradıcılıq işi üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi xəbərdarlıq edilmişdir.
6. Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubdan görünür ki, Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 №-li Struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə müdiri, o cümlədən Musiqi və bədii yaradıcığı işi şöbəsinin müdiri vəzifəsi ixtisar edilmişdir. İxtisara düşən 6 şöbə müdiri vəzifəsi əvəzinə ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə müdiri ştat vahidi yaradılmış dır.
7. Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 saylı əmrinə əsasən Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri ştatı ləğv edilmişdir.
8. Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması əmr edilmişdir.
9. Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X3 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubuna əsasən, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir.
10. Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin ic las zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri ixtisarın həyata keçirilməsinə nəzarət komissiyanın sədri tərəfindən təklif edilmişdir.
11. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehn 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmrinin ləğv edilməsi barədə İddiaçı iddia tələbinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec” X8 verdiyi apellyasiya şikayəti Bakı apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh PHŞ-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh PHŞ-də vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Humanitar Kollecində Musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürənin əmri qanunvericiliyə zidd olaraq verilmişdir. Belə ki, iddiaçı həmin vaxtı işdə olmamış, müalicədə olmuşdur. Həmçinin işdən azad olunarkən iddiaçının 14 il iş stajının və digər üstünlüklərinin olması nəzərə alınmamışdır. Kollec rəhbərliyi tərəfindən əmr veriilən gün o, xəstəxanada əməliyyatda olmuş, buna dair sənədləri kollecə təqdim etmişdir.
14. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/401 nöməli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş İddiaçı adına 845294 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində olan “26 noyabr 2021 ildən 28 noyabr 2021 ilədək” yazısındakı “26” rəqəmlərin əvəzinə əvvəlcə “19” rəqəmləri, “28” rəqəmləri yerində əvvəlcə “20” rəqəmləri, “iyirmi altı noyabr” yazısındakı “iyirmi altı” sözlərinin yer ində əvvəlcə “on doqquz” sözləri, “iyirmi səkkiz noyabr” yazısındakı “səkkiz” sözünün yerində əvvəlcə “noyabr” sözü, “iyirmi doqquz noyabr” yazısındakı “doqquz” sözünün yerində əvvəlcə “bir” sözü olmuş, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəmlər və sözlər icra edilmişdir. 15..“X11” (bundan sonra-üçüncü şəxs) tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən (epikrizdən, xəstəlik tarixi vərəqindən və digər sənədlərdən) (i/v127-137) görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əməliyyat olmuşdur.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, əmr qəbul edilən vaxt iddiaçının xəstəxanada əməliyyatda olmasını təsdiq edən sənədlərdə qanunsuzluq var. Xəstəxana tərəfindən verilən sənədin tarixində düzəlişlər edilmişdir. Bu hal ekspert rəyi ilə sübuta yetirilmişdir. Bu səbəbdən də iddiaçının iddiasını əsassız sayaraq tələbin rədd olunmaını məhkəmədən xahiş edir.
18. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Orxan Kərimov izahatında göstərmişdir ki, iddiaçı həqiqətən də xx.xx.2021ci il “Milana Hospital”da əməliyyatda olub və əməliyyatdan sonra xx.xx.2021-ci il tarixədək ona işlədiyi müəssisəyə təqdim etmək üçün əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Həmin vərəqə yazılarkən tibb bacısı tərəfindən texniki səhvə yol verilmiş, lakin səhv tibb bacısı tərəfindən düzəldilərək (ağardıcı ilə ağardılaraq düzgün tarix yazılmışdır) iddiaçıya təqdim edilmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)- 1664/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi - “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrini qəbul edərkən, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini nəzərə almamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdehə məlumat vermişdir. Lakin işəgötürən cavabdeh tərəfindən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin işdən azad olunması barədə qannusuz əmr verilmişdir.
21. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3 bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla öz təsdiqini tapmır. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
22. Göstərilənlərə əsasən birinci instansiya məh kəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir.
23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndinə, 8-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci bəndinə, Əmək Məcəlləsinin 12, 68, 70, 71, 76, 77, 79 və 300-cü maddələrinə, həmin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bir inci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin təqdim etdiyi sübutları təhrif edilmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız olaraq cavabdeh tərəfindən həmçinin Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin pozulduğunu göstərilmişdir. Guya cavabdeh tərəfindən iddiaçıya heç bir vəzifə təklif olunmayıb və bu hal heç bir yazılı sübutla öz təsdiqini tapmır. Halbuki Kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyası (sədr-tədris işləri üzrə direktor müavini X5, üzvləri-baş mühasib X2, hüquqşünas X1 və İnsan resursları və informasiya şöbəsinin müdiri X6) tərəfindən 10 Sentyabr 2021-ci il tarixdə kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə (şöbə müdirləri ilə) iclas keçirilmişdir. İxtisarla bağlı bütün hallar barədə ətraflı məlumat verilmiş və onlara vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. Birinci instansiya məhkəməsinin ilk əsaslandırması ondan ibarətdir ki, guya iddiaçı xx.xx.2021-ci il tarixdə (xitam barədə əmrin verildiyi gün) əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdehə məlumat vermişdir. Məhkəmə müəyyən etməmişdir ki, əgər iddiaçı həqiqətən də əmək qabiliyyətini 26 noyabr 2021-ci il tarixdə itiribsə və bu itirilmə cərrahi əməliyyat yolu ilə həyata keçirilibsə həmin gün bu barədə necə və hansı yolla cavabdehə məlumat verə bilər. Bundan başqa məhkəmə lazımi qay dada təsdiqi olmayan, hər kəsin özünün tərtib edib təqdim edə biləcəyi A4 formatında olan 2 vərəqdən ibarət kağızları (Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı) sübut qismində qəbul edərək qətnamədə qara hərflərlə göstərmişdir. Həmin vərəqlərdən birincisinin yəni düşündükləri qədər “kitab”dan çıxarış adlandırılan məfhumun yuxarı sağ küncündə möhür olmalı, müəssisənin adı yazılmalı, başlanıldığı və bitdiyi tarix göstərilməli və yaxud ən azından mülki prosessual qanunvericiliyə olaraq lazımi qaydada təsdiq edilməli idi. Məhkəmə qərəzli mövqeyini davam etdirərək heç bir sübuti və hüquqi əhəmiyyəti olmayan hər kəsin özünün tərtib edib təqdim edə biləcəyi A4 formatında olan kağıza (Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı) istinad etmişdir. Həmin sübuta (“kitab”d an çıxarışın 1ci vərəqinə) diqqət yetirilsə görünər ki, adı Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı olan bu vərəqin (kitabın) hansı müəssisəyə aid olması göstərilməyib. Həmçinin iddiaçıya qabaqcadan məlumat verilmişdir ki, “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi o zaman nəzərə alınmalıdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam veriləcəyini əvvəlcədən bilmiş (bu iddiaçının müxtəlif dövlət orqanlarına yazdığı şikayətində görünür) və qərəzli şəkildə heç bir həyati təhlükə olmadan “liposaksiya, abdominoplastika” əməliyyatı üçün “Milano Hospital”a müraciət etmişdir. Təyin edilmiş ekspertiza rəyi ilə müəyy ən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi düzəlişlər edilməklə saxtalaşdırılmışdır. Bununla bağlı tərəflərindən xüsusi qərardad çıxarılması barədə də vəsatət verilmiş, lakin məhkəmənin qərəzli mövqeyi nəticəsində həmin vəsatət təmin edilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6083/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Aida Hüseyn və Fuad Babayev) ilə apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3bəndində ixtisar edilən(vəzifə) şta tı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Əmək Məcəllənin tələbləri baxımından əsassızdır və təmin edilə bilməz.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməyə haqlı olmuşdur.
29. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84, 12, 68, 71, 76, 77, 79 və 300-cü maddələrinə, 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı maddələrinə qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
33. Maddə 35.1. Əmək fərdi və ictimai rifahın əsasıdır.
34. Maddə
8. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
35. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
36. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
37. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. 37.70-ci maddəsinə əsasən şəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
38. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyin i əsaslandırmalıdır.
39. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər:
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
40. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (ə mək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir
41. Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
42. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl ol unmamasının hüquqi nəticələri: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı:
43. Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumb it probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. M addə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası məruzəçini diləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
59. Odur ki, yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6083/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.