Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1071/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1071/22 (Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin istifadəyə qaytarılması ) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "X1 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5455/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "X1 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli, 40 saylı sərəncamına əsasən Cavabdeh fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılıb və bu sahədə tikinti aparılmasına icazə verilib. Cavabdeh həmin torpaq sahəsində eiv var və ailə üzvləri ilə orada yaşayır.
2. Mübahisə qeyd edilən torpaq sahəsinin "X1 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasında kı Nümayəndəliyinin istifadəsinə verilmiş torpağın hüdudları daxilində olmas və tikilinin qanunsuzluğu ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat 3. “X1 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20.09.2019-cu il tarixdə tikilmiş 40 kv.m ölçüdə olan tikilinin özb aşına tikili hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20.09.2005ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə ə sasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür.
6. Şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X1 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X1 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması ü çün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir.
7. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir.
8. Şirkətin qanun i istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Zığ qəsəbəsi, əməliyyat şirkətinin balansında olan 581 saylı neft quyusundan 119 metr aralıda 39 T 414236.36 m B4470108.04 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkar edilmişdir. Araşdırma zamanı cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir.
9. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı qanunsuz özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir, eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyular da geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli Qərarına əsasən quyular, separatorlar, qızdırıcı avadanlıqlar, neft rezervuarları və nasos avadanlıqları üçün mühafizə zonası minimum 300 metrdir. 11. “Texniki təhlükəsizlik haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilib.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 157.8, 180.1, 239.2, 240.1, 242.2, Torpaq Məcəlləsinin 46 və 111-ci maddələrinə də istinad etmişdir.
13. Cavabdeh iddia tələbinə etiraz edib. Etirazın dəlilləri: - iddiaçı 20.09.2005-ci ildən fəaliyyət göstərir, bu tarixdən əvvəlki müddətdə fəaliyyəti olmayıb. - torpaq sahəsini qanunsuz zəbt etməyib. Torpağın ayrılması barədə Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli sərəncamı var; - həmin ərazidə ağaclar əkib, yaşıllıq salıb, orada ev tikib. Ev qanuni olduğunudan ev qaz, su, elektrik enerjisi ilə təmin edilib; - eyni zamanda iddia ərizəsində nef və qaz hasilatı kimi göstərilmiş sahədən artıq xammal çıxmır, yerin drəinliklərində məhsul tükənib; - həmçinin tələbin yönəldiyi 40 kv.m-lik ərazi evə artırma yox, evin bir hissəsidir, həmin hissə yararsız hala düşdüyünə görə yenidən təmir edib. Bu hal da iddiaçı tərəfindən səhvən artırma – yeni tikili kimi qəbul edilir. Ev 201-ci ildən bu günə kimi 100 m2 sahədən ibarətdir. Bələdiyyəyə vergini də 100 m2 üçün ödəyi r.
14. Birinci instansiya məhkəməsi Suraxanı rayon İcra Hakimiyyəti və Zığ Bələdiyyəsini cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş cəlb edib.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-637/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tural Məmmədov)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları araşdıraraq qeyd edib ki, iddiaçının tələbində qeyd etdiyi sahənin cavabdehə bələdiyyə sərəncamı ilə ayrılan torpaq sahəsi olması halı hər iki tərəfin izahatı ilə qəbul edilir, ona görə də, bu hal işin mübahisələndirilməyən halıdır. Mübahisənin mahiyyəti cavabdehin evə bitişik 40 kv.m sahədə tikinti aparması halıdır. iddiaçı məhz həmin tikilinin sökülməsini tələb edir.
17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1 146.1 152.2.-ci maddələrinə istinadən göstərib ki, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu bələdiyyə sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir.
18. İddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdehin 40 kv.m sahədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlə və işin halları ilə təsdiq edilmir. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan müəyyən edilir ki, cavabdehin hazırda həmin ərazidə 100 kv. mlik tikilisi mövcuddur, hansı ki, iddiaçı tərəf bu tikilinin əvvəllər də mövcud olduğunu, tələbin bu tikiliyə yönəlmədiyini öz izahatlarında bildirmişdir.
19. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmadığı üçün təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları ilə yanaşı, Mülki-Prosessual Məcəlləsinin 14.2 və 88-ci maddələri eləcə də “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayətinin dəlilləri: - “X1 Kompani S.A” Şirkəti Azərbaycan Respublikası Dövlət N eft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən “..Bu saziş Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan yaxud inzibati sərəncamdan ( və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”; - qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir; - iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin kontrakt sahəsində yerlə şməsi barədə yetərincə sübut təqdim edilməsini, icraat müddəti ərzində ekspertiza keçirilərək koordinatı verilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinə aid olmasının təsdiqlənməsini və cavabdehin nə torpaq sahəsinə, nə də tikiliyə dair heç bir hüquq müəyyənedici sənəd təqdim etməməsini birinci instansiya məhkəməsi nəzərə almayıb.
23. Apellyasiya baxışında iddiaçının nümayəndəsi cavabdehə torpaq ayrılması barədə Zığ Bələdiyyəsinin qərarını inzibati məhkəmə qaydasında mübahisələndirmələri əsası ilə hazırki işin dayandırılmasını xahiş etmiş, apellyasiya instansiyası da eyni əsasla işin icraatını dayandırmışdır. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-5455/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(010)-637/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Vəfəddin İbayev)
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq, qeyd edib ki, hazırkı mübahisənin predmeti olan tikili cavabdehə 2001-ci ildə Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla verilmiş torpaq sahəsində yerləşmişdir və onun tərəfindən 2001-ci ildə inşa edilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi 2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə iddiaçı «X1 Kompani» şirkətinin Azərbaycan Respub likasındakı nümayəndəliyi arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Saziş əsasında sonuncunun istifadəsinə verilmişdir. Göründüyü kimi, qeyd edilən fərdi yaşayış evi cavabdeh tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazi iddiaçının istifadəsinə verilməmişdən bir neçə il əvvəl qanuni əsaslarla inşa edilmişdir.
26. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin fərdi yaşayış evinin qəzalı vəziyyətdə olan hissəsinin mövcud ölçülər daxilində yenidən qurulması cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehin öz yaşadığı 100 kv.m sahəsi olan fərdi yaşayış evinə əlavə 40 kv.m tikili inşa etməsi halı sübuta yetməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq M ülki Məcəllənin 157.8-ci maddəsinə də istinad etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv, edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq qeyd edilib ki, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadında cavabdehə torpaq sahəsinin ayrılması barədə Zığ Bələdiyyəsinin 40 saylı, 24 fevral 2001-ci il tarixli qərarının 20 sentyabr 2005-ci ildən qüvvədən düşməsi qeyd edilib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
30. Kassasiya şikayətinə yazılı etiraz daxil olub. Etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni məzmunda olmaqla, məhkəmələr tərəfindən h ər hansı maddi və prosessual hüquq normalarının pozulmamasına istinad edilib. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozu lması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
35. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən cavabdehin istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin 2 4 fevral 2001-ci il tarixli, 40 saylı sərəncamına ilə əldə etdiyinə istinad etmiş, apellyasiya məhkəməsi də qətnaməni dəyişdirmədən saxlayarkən eyni mövqedən çıxış edərək, mübahisənin predmeti olan tikilinin cavabdehə 2001-ci ildə Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla verilmiş torpaq sahəsində yerləşməsinə əsaslanmışdır.
36. İşdən görünür ki, apellyasiya baxışında iddiaçının nümayəndəsi cavabdehə torpaq ayrılması barədə Zığ Bələdiyyəsinin qərarını inzibati məhkəmə qaydasında mübahisələndirmələri əsası ilə hazırki işin dayandırılmasını xahiş etmiş, apellyasiya instansiyası da eyni əsasla işin icraatını dayandırmışdır. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.
37. Apellyasiya məhkəməsi mübah isənin predmeti olan tikilinin cavabdehə 2001-ci ildə Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla verilmiş torpaq sahəsində yerləşməsinə istinadən qətnamənin dəyişdirilmədən saxlayarkən Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadını nəzərə almamışdır.
38. Həmin qərardaddan görünür ki, “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasılatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZei və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazi.in qəbulu və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilib və həmin Saziş 20 sentyabr 2005-ci il tarixdə qüvvəsini alıb. Sazişin qüvvəyə mindiyi vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyi üçün Zığ Bələdiyyəsinin cavabdehə fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.metr torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncam da artıq öz qüvvəsini 20.09.2005-ci il tarixdən itirmişdir. Məhz bu əsasla da iddia mümkün sayılmamışdır.
39. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 14.1, 218.1.)
40. Apellyasiya məhkəməsi isə prosessual qanunvericiliyin tələbinə əməl etməyərək qeyd edilən qərardada əhəmiyyət verməmiş, işin bu halına aydınlıq gətirməmiş, həmin halla bağlı zəruri araşdırma aparmamış, həmin məsələ, ümumiyyətlə, məhkəmə tədqiqatından kənarda qalmışdir. Baxmayaraq ki, işin icraatını apellyasiya məhkəməsi məhz cavabdehin torpaq sahəsinə qanunu sahibliyi ilə bağlı istinad edilən bələdiyyə qərarının mübahisələndirilməsi ilə bağlı dayandırmışdı.
41. Nəticədə Mülki Məcəllənin 152.2 və 157.8-ci maddələri də düzgün tətbiq edilməmişdir. Çünki qeyd edilən normalar məhz Zığ Bələdiyyəsinin cavabdehə fərdi ev tikintisi üçün Zığ qəsəbəs inin şimal hissəsində 600 kv.metr torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncamına əsasən tətbiq edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "X1 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5455/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.