Məhkəmə qərarları › İş №2(102)-1072/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2020

18.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili İsmayılov Akif İsmayıl oğlunun, Cavabdeh1 vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə, İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu i l tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin apelyasiya şikayətinin təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair Şəmkir rayon məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon notariat kontoruna (ofisinə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra AR ƏMDK yamnda DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasınd a verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışın ləğv edilməsi, ona aid torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi, miras torpağa qanun üzrə vərəsə tanınması, cavabdehin torpaq sahəsindən çıxarılması, ona aid miras torpağın sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Paşayev, iş 2(076)1210/2019) iddia tələbi təmin edilmiş, mərhum X11 ilə cavabdeh Cavabdeh1 arasında, Şəmkir rayon 1 saylı notariat kontorunda 16.12.2002-ci il tarixdə 4Ə–360reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.64 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən həmin alqı-satqı müqaviləsi əsasında 1.9382 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh ƏlCavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 02.07.2011-ci il tarixdə verilmiş, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.1998-ci il tarixli 51 nömrəli qərarı ilə JN-711 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və mərhum X5 ümumi birgə mülkiyyətində olan 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid hissədə qismən ləğv edilm əsi, İddiaçı mərhum X5 qanun üzrə vərəsəsi tanınması, mərhum X4 miras qalmış, Şəmkir rayonu, Keçili kəndinin ərazisində yerləşən, JN-711 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsindən İddiaçı miras payı tam həcmdə müəyyən edilməsi və onun həmin hissə üzərində mülkiyyət hüququ tanınması, cavabdeh Cavabdeh1 İddiaçı məxsus olan, Şəmkir rayonu, Keçili kəndinin ərazisində yerləşən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 208 (iki yüz səkkiz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)-3477/2019) cavabdeh Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 2(076)1210/2019 saylı qətnaməsi mərhum X4 miras qalmış, Şəmkir rayonu, Keçili kəndinin ərazisində yerləşən, JN-711 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsindən İddiaçı miras payının tam həcmdə müəyyən edilməsi və onun həmin hissə üzərində mülkiyyət hüququ tanınması, cavabdeh Cavabdeh1 İddiaçı məxsus olan, Şəmkir rayonu, Keçili kəndinin ərazisində yerləşən 0.64 hektar kənd təsərrü fatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan, yəni-mərhum X11 ilə cavabdeh Cavabdeh1 arasında, Şəmkir rayon 1 saylı notariat kontorunda 16.12.2002-ci il tarixdə 4Ə-360reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.64 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən həmin alqı-satqı müqaviləsi əsasında 1.9382 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh ƏlCavabdeh1 tam mülkiyyət h üququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 02.07.2011ci il tarixdə verilmiş, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.19980-ci il tarixli 51 nömrəli qərarı ilə JN-711 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və mərhum X5 ümumi birgə mülkiyyətində olan 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid hissəsində qismən ləğv edilməsi, İddiaçı mərhum X5 qanun üzrə vərəsəsi tanınması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinin təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair Şəmkir rayon məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili İsmayılov Akif İsmayıl oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol ve rmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinin təmin olunmuş hissəsində ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh1 vəkili Əliyev İlham Yəhya oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericil iyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mərhum X3 arasında sonuncunun və onun oğlu iş üzrə cavabdeh İddiaçı ümumi birgə mülkiyyətlərində olan və Şəmkir rayonu, Keçili kəndində olan 0.64 ha torpaq sahəsinə dair 16 dekabr 2002ci ildə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh İnqlab Ələkbərov 2001-ci ildə X1 aldığı 1.93 ha torpaq sahəsi ilə 0.64 ha torpaq sahəsini birləşdirib cəmi 1.9382 ha torpaq sahəsinə ilk öncə 02.07.2011-ci ildə “Torpaq sahəsinin planı və Ölçüsü” sənədini, sonra həmin tarixli ******* nömrəli çıxaış əldə etmişdir. Bundan sonra o, 19382 ha torpaq sahəsinin 1.00 ha hissəsinə dai r Cavabdeh2 ilə 30 noyabr 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq sonuncuya satmış, Cavabdeh2 öz adına 24.07.2013-cü ildə çıxarış almışdır. İddiaçı iddia tələbində yalnız Cavabdeh1 ilə mərhum X3 arasında 0.64 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair bağlanmış 2002-ci il tarixli alğı-satqı müqaviləsini və onun hüquqi nəticəsi kimi Cavabdeh1 adına olan 02.07.2011-ci il tarixli çıxarışı mübahisələndirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2018-ci il tarixli 4204 nömrəli ekspet rəyindən məlum olmuşdur ki, 16 dekabr 2002-ci il tarixdə mərhum X11 ilə cavabdeh X13 arasında bağlanmış alğı-satqı müqaviləsini X3 imzalamamışdır. Cavabdeh X12 mübahisəli 0.64 ha torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini digər 1.93 ha torpaq sahəsi ilə birləşdirib ilk öncə 02.07.20 11-ci ildə “Torpaq sahəsinin planı və Ölçüsü” sənədini, sonra həmin tarixli ******* nömrəli çıxarış əldə etmişdir. Bundan sonra o, 19382 ha torpaq sahəsinin 1.00 ha hissəsinə dair Cavabdeh2 ilə 30 noyabr 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq sonuncuya satmış, Cavabdeh2 öz adına 24.07.2013-cü ildə çıxarış almışdır. 0.64 ha torpaq sahəsi hal-hazırda Cavabdeh2 məxsusdur və onun adına 24.07.2013-cü il tarixli çıxarış mövcüddur.Birinci instansiya məhkəməsi isə iddiaçını X3 vərəsəsi tanısa da nəzərə almamışdır ki, X3 2017-ci ildə ölərkən mübahisəli torpaq sahəsi artıq onun miras aktivini təşkil etməmişdir. Çünki, 2013cü ildən həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuş və onun adına olan çıxarışda mübahisələndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 152.1, 407.1. 144.1, 394, 334.1, 331.1, 324.5, 329.1, 337.1, 337.2, 1151-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsi nə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Bununla belə Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin aşağıdakı dəlili ilə əlaqədar mövqeyini bildirməyi zəruri hesab edir. Kassasiya şikayətində qeyd olunur ki, “məhkəmə instansiyalarındakı araşdırma zamanı mübahisəli 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatlarının reallıqda hansı sahədə yerləşməsinə dair məhkəmə tikinti-texniki ekspertizasının rəyinin mövcud olmadığı halda, məhkəmə kollegiyyası hansı əsasla hesab etmişdir ki, cavabdeh-İnqilab Ələkbərov 2001-ci ild ə X1 aldığı 1,93 ha torpaq sahəsi ilə 0,64 ha torpaq sahəsini birləşdirib cəmi 1,9382 ha torpaq sahəsinin 1,00 ha hissəsini Cavabdeh2 30.11.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında məhz həmin mübahisəli 0,64 ha hissəsini natura halında satmışdır və Cavabdeh2 də məhz həmin 0,64 ha torpaq sahəsi də daxil olmaqla cəmisi 1,00 ha torpaq sahəsinə dair öz adına 24.07.2013-cü il tarixli Çıxarış almışdır?. Bu səbəbdən məhkəmə kollegiyasının bilavasitə 0,64 ha torpaq sahəsinin halhazırda mülkiyyətçisinin Cavabdeh2 olması barədə gəldiyi nəticə tam əsassız olmaqla, heç bir hüquqi sənədə əsaslanmamışdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, mülki işə əlavə edilmiş X2 ilə ƏlCavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqısatqısına dair 10 aprel 20 01-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 JN 710 kod 50411018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X1 və ailə üzvlərinə verilmiş 1,93 ha torpaq sahəsinin bir hissəsini almışdır və həmin torpaq sahəsi X7 verilmiş torpaq sahəsi ilə yanaşı yerləşməklə sxemdə ondan sağda yerləşir. (iş vərəqə 75-82) Bundan sonra Cavabdeh1 adına MA seriyalı ******* saylı çıxarış verilməklə mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 1,9382 ha qeyd olunmuşdur. (iş vərəqə 84) bundan sonra Cavabdeh1 torpaq sahəsinin bir ha hissəsini Cavabdeh2 satmışdır. Beləliklə Cavabdeh2 torpaq sahəsi bir ha, Cavabdeh1 torpaq sahəsi isə 0,9382 ha kimi qeydə alınmışdır. Mülki işin 85-ci səhifəsində olan “Bölgü eskizi”ndən məlum olur ki, Cavabdeh1 Cavabdeh2 məhz torpaq sahəsinin X11 ilə alqı-sa tqı müqaviləsi əsasında ona keçən hissəsini satmışdır. (iş vərəqə 85) Mülki işin 11, 79, 85-ci səhifələrində olan sxemlərin müqayisəli təhlili həmin qənaəti təsdiq edir. Ona görə də Məhkəmə kollegiyası xüsusi biliyə ehtiyac olmadan müəyyən edilməsi mümkün olan halla bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar