Məhkəmə qərarları › İş №2(102)-1072/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X6 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1924/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəm ələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X7 (cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası, Cavabdeh3 əri) mülkiyyətində Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1.5 ha torpaq sahəsi olmuşdur. İddiaçı qoyduğu vəsait hesabına (bundan sonra – iddiaçı) həmin torpaq sahəsində tikililər inşa edilmişdir (“Çənlibel” istirahət mərkəzi).

3. Şamaxı RİHB-nin 151 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X8 Avaxıl kəndi ərazisində, yəni Pirqulu-Avaxıl yolunun bir kilometrliyində, ona məxsus 1.5 ha torpaq sahəsində, əhalinin istirahəti məqsədi üçün 11x9 metr ölçüdə mətbəx, 9x4 və 5.5x4 ölçüdə otel tipli binaların tikintisinə icazə verilmişdir.

4. Lətifov Heydər xx.xx.2014-cü il tarixdə qəbz verərək, “Çənlibel” istirahət mərkəzində yerləşən 11 ədəd evlərdə hüququnun olmadığını, evlərin 2002-ci ildə iddiaçı tərəfindən tikildiyini və ona məxsus olduğunu qeyd etmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının X8 qarşı pul tələbinə dair ilk, sonuncunun iddiaçıya qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri geri qaytarılmış və mülki iş baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və mübahisənin barışıq yolu ilə həll edilməsi qərara alınmışdır. Ona görə də iddia ərizələrini geri götürürlər.

6. X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

7. İddiaçı istirahət mərkəzinin tikintisi üçün 480.000 ABŞ dolları vəsait xərclədiyini, həmin pulun əmlakın satışından əldə olunacaq vəsait hesabına qaytarılması b arədə X16lə razılıqlarının olduğunu iddia edir və həmin məbləği sonuncunun vərəsələrindən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 480.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, qohumu Şamaxı rayonu Avaxıl kənd sakini X11 ilə birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığa gəlmişlər. Razılığa əsasən X7 Avaxıl kəndi ərazisində olan torpaq sahəsində istirahət mərkəzi tikib birgə işlətməyi qərara almışlar. Razılaşmalarına əsasən ona məxsus torpaq sahəsində istirahət mərkəzinin fəaliyyəti üçün bütün xərcləri çəkməli idi. Çünki onun istirahət mərkəzini tikmək üçün vəsaiti yox idi. İstirahət mərkəzi tikilib istifadəyə veriləndən sonra həmin torpaq sahəsi və tikililər üzərində hər ikisinin mülkiyyət hüququ tanınmalı idi. Torpaq sahəsi üzərində əvvəldən mülkiyyət hüququnun qeydə alınması məsələsini qaldırsa da sonra bu işin uzun çəkəcəyini və nəticədə istirahət mərkəzinin tikintisinin uzanacağını nəzərə alaraq hələlik bütün sənədləşmələri onun adından həyata keçirməyə qərara almışlar. Razılaşmışlar ki, istirahət mərkəzi fəaliyyətə başladıqdan sonra onun üzərində ikimizin bərabər pay olmaqla mülkiyyət hüququ qeydiyyatdan keçəcəkdir. Sərəncam və digər zəruri sənədləri aldıqdan sonra tikintiyə başlamış və 2005-ci ildə başa çatdırmışdır. Tərəfindən və vəsaitilə həmin sahədə 11 ədə d evin və bir ədəd restoran, avtomobil yolu, elektrik və su xətti, həmçinin bulaq tikilmişdir. Bütün bu tikililərə həmin vaxt 480.000 (dörd yüz səksən min) ABŞ dolları məbləğində pul xərcləmişdir. 2005-ci il tarixdən həmin tikililər “Çənlibel” istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyətə başlamasından dərhal sonra, yəni 2005-ci ildə istirahət mərkəzinin 50 faizi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsini tələb etmiş, X17 müxtəlif bəhanələrlə həmin əmlak hüququnun sənədləşdirilməsini yubatmışdır. 2009cu ildə Lətifov Heydər ona bildirmişdir ki, istirahət mərkəzi üzərində ona heç bir mülkiyyət hüququ vermək niyyəti yoxdur. Onu həmin mərkəzdən çıxarmaq istəyərək bildirmişdir ki, tikdiyi restoran və 11 ədəd binanı (kotteci) söküb aparsın. O zaman İstirahət Mərkəzi nin tikintisinə və fəaliyyətinə çəkdiyi xərci tələb etdikdə Heydər ona bildirmişdir ki, yalnız həmin tikililəri söküb apara bilər. Heç bir kompensasiya vermək niyyəti yoxdur. Həmin tikililərin sökülməsi onların məhv olması deməkdir və heç bir qazanc verməyəcəyini ona bildirsə də müsbət nəticə verməmişdir. 18 may 2014-cü il tarixli ərizə yazmışdır. Ərizədə həmçinin həmin sahələrin fəaliyyətinə etirazının olmaması göstərilmişdir. Bir müddətdən, 2016-cı ildə sonra aralarında həmin tikililərə qoyduğu xərcin qaytarılması barəsində yenidən mübahisə qalxmış və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəyə Şamaxı rayon məhkəməsində baxan zaman Lətifov Heydər də həmin tikintilərin sökülməsi və torpaq sahəsindən çıxarılmağı barədə qarşılıqlı iddia vermişdir. Məhkəmə işə baxan zaman aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən mübahisəli “Çənlibel” istirahət mərkəzi satılır və ora qoyduğu xərc yəni 480000 (dörd yüz səksən min) ABŞ dolları ona qaytarılır. Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı atası X4 adına alğı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına xx.xx.2016-cı il tarixli Çıxarış verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli, Lətifov Heydər isə xx.xx.2016-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək barışıb razılığa gəldikləri üçün iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişlər və mülki iş baxılmamış saxlanılmışdır. Həmin vaxtdan başlayaraq İstirahət mərkəzinin satılması üçün müştəri axtarmışlar. X5 26 oktyabr 2019-cu ildə vəfat etdi yi üçün alğı satqı baş tutmamışdır. İki oğlu və arvadı bütün mirasına o, cümlədən istirahət mərkəzinin yerləşdiyi 1.5 ha torpaq sahəsinə 1/3 hissədə pay almışlar. Cavabdehlər daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.3 ha, 0.2 ha, 0.73 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X9 cəmi 530.000 manata, 1.6652 ha torpaq sahəsini isə xx.xx.2020-ci il tarixdə isə yenə həmin şəxsə 389.000 manata satmışlar. İddiaçı onlara müraciət edərək X7 ona olan borcunun ödənilməsi barədə müraciət etmişdir. Lakin cavabdehlər bildirmişlər ki, borclu onlar yox Lətifov Heydər olmuşdur. Buna görə də borcu ödəməli deyillər.

10. Cavabdeh tərəf iddia etiraz edərək bildirmişdir ki, mərhum atası X7 iddiaçıya heç bir pul borcu yoxdur və onlar aralarında olan münasibətləri hə lə mərhum atası X1 həll etmişlər. Onlar X3nun varisləri olduğundan onun vəfatından sonra iddiaçı öz tələbini Heydərin varislərinə qarşı yönəltmişdir. Heydərlə iddiaçı arasında son məhkəmə prosesi 2016-cı ildə olmuşdur. Tərəflərin razılaşmasına əsasən iddia baxılmamış saxlanılmışdır. Lakin onların arasında olan razılaşmalarda tərəflərin daşıyacaqları öhdəliklər barədə heç bir müddəa yoxdur. Hətta bu halı sübut edəcək hər hansı sənəd və sübut da təqdim olunmamışdır. Pul öhdəlikləri üzrə iddia müddətinin 3 il olduğundan, hazırda bu iddianın qaldırılması üçün qanunla müəyyən olunmuş iddia müddəti ötmüşdür.

11. Cavabdehlərin nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizə və yazılı çıxışında etirazla yanaşı, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 10/6261 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 258186 manat məbləğində olduğu müəyyən edilmişdir.

13. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-14/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 258186 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tə yinatı kommersiya fəaliyyəti ilə bağlı olan tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisinin birgə kommersiya fəaliyyəti göstərmək niyyətinin olmaması halı, tikintinin torpaq sahəsinin mülkiyyətçisinin və yerli icra hakimiyyəti orqanının razılığı ilə iddiaçının özünün kommersiya fəaliyyətini həyata keçirməsi üçün aparıldığını təsdiq edir ki, bu halda da torpaq sahəsində tikinti aparmasına razılıq vermiş şəxsin sonradan iddiaçıya həmin fəaliyyəti həyata keçirməyə maneə olması iddiaçını tikintini apardığı vaxt əldə edəcəyinə ümid etdiyi qazancla yanaşı tikintiyə çəkdiyi xərcdən də məhrum etmişdir. X3, sağlığında aparılmış tikintini yaxşılaşdırma olmaması əsası mübahisələndirməmiş, onun vərəsələri olan cavabdehlər də, müvafiq iddia ilə müraciət etmədən torpaq sahəsini özgəninkiləşdirmi şlər.

15. Məhkəmə cavabdeh tərəfin “2 ha torpaq sahəsinin borcun əvəzində verilməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir. Ona görə də bu dəlil işin hallarına uyğun hesab edilməmişdir.

16. Məhkəmə iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə MM-in 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən qeyd etmişdir ki, X3 qarşılıqlı iddia ərizəsində 2012-ci ildən dəfələrlə iddiaçıya binaları təmir edib işlətməsini təklif etdiyini qeyd etməklə, xx.xx.2014-cü il tarixli əlyazısında Çənlibel istirahət mərkəzinin fəaliyyətində də heç bir etirazının olma masını, xx.xx.2016-cı il tarixdə isə İddiaçı ona qarşı pul tələbinə dair ilkin iddiası və özünün də İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair qarşılıqlı iddia ərizəsi barışıb razılığa gəlmələri barədə ərizə verməklə iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı iddia müddətini keçirməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1306.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 107, 115, 119.1-ci maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının sözügedən ərazidə ərazinin mülkiyyətçisi olmuş Lətifov Heydərin razılığı ilə tikilmiş 11 ədəd istirahət evindən (kotecdən) savayı İddiaçı heç bir tikilisi olmayıb. Bu hal iddiaçının iddia ərizəsində israrla istinad etdiyi 18 may 2014-cü il tarixli Ərizədə öz əksini tapmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, işə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən y anaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. İddiaçılə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır. Odur ki, iddiaçının hər hansı pul tələb etməsinin hüquqi əsası yoxdur, iddiası tam əsassız və qanunsuzdur. Bundan başqa, iddiaçının tələbləri həmçinin ona görə əsassızdır ki, onun bütün tələbləri 2016-cı ildə haqsız da olsa ödənilmişdir. İddiaçının özünün də iddia ərizəsində etiraf etdiyi kimi, 2016-cı ildə İddiaçı tərəfindən mərhum H.Lətifovun torpaq sahəsində inşa etdirdiyi 11 ədəd istirahət evinin (kotecin) dəyəri mərhum H.Lətifov tərəfindən Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaqla əvəzləşdirilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1924/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmuşdur. İşdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmamışdır.

22. Məhkəmə kollegiyası apellyatorların “iddiaçı ilə mərhum H.P.Lətifov arasında birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması, bununla da iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsini onlardan tələb etmək hüququnun yaranmaması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması halı iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində Şamaxı Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə nəzərdə tutulan təyinat üzrə fəaliyyət göstərəcək daşınmaz əmlakın tikintisinə küllü miqdarda pul vəsaiti xərcləməsini istisna edir. Bundan başqa, 2(074)-2235/2016 saylı mülki işdəki qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə müəyyən edilmişdir ki, id diaçıya öz torpağında tikinti aparmasına mərhum Heydər Lətifov özü razılıq vermişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1257, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassatorlar iddiaçının mərhum Heydər Lətifovla birgə kommersiya fəaliyyətini həyata keçirilməsinin sübuta yetirilmədiyini, borcun ödənildiyini və iddia müddətinin ötürüldüyünü mübahisələndirmiş lər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın məzmunu iddia ərizəsinin dəlilləri və işin tədqiq edilmiş halları əsasında tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydala rını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

30. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

32. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

33. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

34. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərin i məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

38. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

39. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

40. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun təl əbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

50. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı, mərhum Cavabdeh3 məxsus olmuş, Şamaxı rayonu, Avaxıl kəndində 1.5 ha torpaq sahəsində istirahət mərkəzi olaraq işlətmək üçün tikililər inşa etmişdir.

51. H.Lətifov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı, mərhumun vərəsələri tərəfindən miras qalmış əmlaka sərəncam verildiyini bildirərək, istirahət mərkəzinin tikintisi üçün 480.000 ABŞ dolları vəsait xərclədiyini, həmin pulun istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin satışından əldə olunacaq vəsait hesabına qaytarılması barədə X16lə razılıqlarının olduğuna əsaslanaraq hazırkı iddianı qaldırmışdır.

52. Məhkəmələr sözügedən tikililərin H.Lətifovun razılığı əsasında iddiaçı tərəfindən inşa olunması f aktına istinad edərək bu qənaətə gəlmişlər ki, inşaat üçün çəkilmiş xərcin dəyəri olan 258.186 manat məbləğində pul miras qoyanın vərəsələri olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

53. Cavabdehlər iddiaya etiraz edərək bildirirlər ki, sözügedən tikililərlə bağlı iddiaçıya ödənilməli olan pul vəsaiti atası tərəfindən iddiaçıya 2 ha torpaq sahəsinin verilməsi ilə əvəzləşdirilmiş və borc qalmamışdır. Bundan əlavə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir.

54. Məhkəmələr cavabdeh tərəfin əvəzləşdirmə dəlili ilə bağlı qeyd etmişlər ki, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir.

55. İddia iddia müddətinin tətbiq olunmas ı barədə ərizəyə münasibətdə məhkəmələr MM-in 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən göstərmişlər ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də iddia müddəti ötməmişdir.

56. Kollegiya bildirir ki, cavabdehin etiraz etdiyi dəlillərlə bağlı işdəki məlumat və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur (§ 43).

57. Belə ki, tikililərin inşasına sərf olunmuş pul vəsaitinin H.Lətifov tərəfindən İddiaçı Şama xı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsinin verilməsi hesabına əvəzləşdirilməsi barədə həmin şəxslər arasında razılaşma olması və bunun icra edilməsi barədə işdə məlumatlar mövcuddur.

58. Belə ki, İddiaçı tikintiyə sərf etdiyi pul vəsaitinin H.Lətifovdan tutulmasına dair, sonuncunun isə torpaq sahəsindən çıxarılma barədə məhkəmədə qaldırdıqları iddialar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələrinin geri götürülməsi (tərəflər arasında razılıq əldə olunmaması və mübahisənin barışıq yolu ilə həll edilməsi) səbəbindən baxılmamış saxlanılmışdır.

59. İddiaçı, iddia ərizədə qeyd etmişdir ki, “Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı mənum atam X2 adına alğı-satqı ki mi sənədləşdirmişdir. Bununla əlaqədar atama xx.xx.2016-cı il tarixli ********** nömrəli Çıxarış verilmişdir”. Qeyd edilən çıxarış iş materiallarına da əlavə olunmuşdur.

60. Belə olan halda, borcun əvəzləşdirilməsi ilə bağlı cavabdehin dəlillərinə məhkəmələrin verdiyi qiymət işdəki məlumatlarla və xüsusilə də iddiaçının özünün bildirdikləri ilə uzlaşmır. Odur ki, həmin xüsusata qanuni və əsaslı şəkildə hüquqi qiymət verilməlidir.

61. İddia müddəti ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (§ 29-30).

62. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildir ən məhkəmələr on illik ümumi iddia müddətinə dair normanı göstərməklə, bu müddətin ən azı 2016-cı ildən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişlər.

63. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, qanunda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (§ 32).

64. Baxılan işdə məhkəmələr sözügedən məsələnin düzgün hüquqi həlli üçün (iddiaçının cavabdehə qarşı tələb hüququ müəyyən edildiyi halda) tələbin qanuni əsas(lar)ını dəqiq göstərməmiş, həmin əsas üzrə tələbə hansı (ümumi, yoxsa xüsusi) iddia müddətinin şamil olunduğunu, bu müddətin nə qədər təşkil etdiyini, hansı tarixdən başlandığını və həmin iddia müddətinin ötürülüb-ötürülmədiyini işin hallarına və qanunvericilik normal arına uyğun şəkildə əsaslandırmamışlar.

65. Yuxarıda qeyd edilənlər maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutların düzgün qiymətləndirilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 41-45).

66. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1924/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edil sin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar