Məhkəmə qərarları › İş №2(102)-1072/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin pozulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(104)2059/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaya görə İddiaçı və Cavabdeh arasında xırda buynuzlu mal-qaranın saxlanılması ilə bağlı münasibətlər olmuşdur.

2. Həmçinin, Cavabdeh İddiaçı nisyə-alqı satqı müqaviləsindən irəli gələn 1520 manat məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya olan 7120 manat borcun və 1 baş qoyun, 2 baş quzunun, eləcə də 90 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 1520 manat dəyərində ərzaq malları vermişdir. Bundan başqa, birlikdə xırda buynuzlu qoyun almışlar. Cavabdeh həmin məsələyə görə iddi açıya 3800 manat və onun faizi 1800 manat verməlidir. Həmçinin cavabdeh əlavə ona 1 qoyun və 2 quzu ödəməlidir. İddiaçı cavabdehin borcu barədə Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh may ayının axırı kimi borcu ödəyəcəyinə söz vermiş, lakin borcunu verməmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən iddiaçıya borc məsələsi mülki xarakterli tələb olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, o, cavabdehin heyvanlarını çoban yoldaşı ilə birlikdə götürərək aparmış və Ceyrançöl adlanan ərazidə otarıb gətirmiş, sonra yaylağa aparıb otarıb gətirmişdir. İddiaçı özü öz heyvanlarını satıb pulunu almış, həmin heyvanların 30-a yaxınını hələdə saxlayır. Həmin heyvanları kimin sürüsünü qatmışdırsa hazırda gedib seçib göstərə bilər. O, otardığı heyvanların otarmaq haqqını iddiaçıdan tələb edir. Cavabdeh iddiaçı ilə şərik olmamış, şərikli heyvan almamış, onun çobanı olmuşdur. O, iddiaçının 95 heyvanını qışda aranda, 87 heyvanını isə 4 ay dağda otarmış. İddiaçı ona, çobana vermək üçün 200 manat pul vermiş, sonradan isə 3000 manat pul vermişdir. İddiaçının bildirdiyi 2950 manat öz heyvanlarının pulu olmuşdur. Cavabdehin ərzaqla bağlı iddiaçıya borcu olmuş, danasını satıb borcunu vermiş, 950 manat iddiaçıya, 700 manat isə sonuncunun atasına vermişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(042)-791/2024 nömrəli qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehdən pul tələb etmə sinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.

8. İddiaçı cavabdehin ona 7120 manat pul borclu olduğunu və 1 baş qoyun, 2 baş quzudan ibarət heyvanı ona qaytarmalı olduğunu sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehin ona 7120 manat borclu olmasını və 1 baş qoyun, 2 baş quzudan ibarət heyvanı ona qaytarmalı olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmədə iddia qaldıraraq gətirdiyi arqumentləri məhkəmə iddia tələbinin əsaslılığı nəticəsinə gəlmək üçün kifayət edici sübut hesab edə bilməz. Eləcə də, cavabdeh iddia tələbini qəbul etməyərək tamamilə təkzib etmişdir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 385.1, 386.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(104)-2059/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və G.Cavadova) apellyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Mə hkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(042)-791/2024 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1520 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,20 manatın, cəmi 1555,20 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gə lən münasibətlər yaranmış, aralarındakı razılaşmaya əsasən iddiaçı təsərrüfatın xərclərini üzərinə götürmüş, cavabdeh isə xırda buynuzlu heyvanlara nəzarəti və bununla bağlı görüləcək işləri üzərinə götürmüşdür. Bu məqsədlə 11520 manat dəyərində 75 baş qoyun, habelə 3000 manat dəyərində ot alınmış, habelə heyvanların otarılması üçün çobana 200 manat vəsait sərf olunmuşdur. Göstərilən hallar tərəflərin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır.

15. Həmin izahatlarla həmçinin müəyyən olunmuşdur ki, tərəflər ortaq təsərrüfat qurarkən aldıqları 75 baş qoyundan 5 başı tələf olmuşdur. Qalıq 70 baş qoyundan 44 başı cəmi 9500 manata satılmışdır. Satışdan əldə olunan 9500 manat vəsait də iddiaçıya qaytarılmış, yerdə qalan 26 baş qoyun isə ortaqlar arasında bölünməklə hər bir i 13 baş qoyun götürmüşlər. Cavabdeh özünə götürdüyü 13 baş heyvanı 2950 manata satmış və həmin vəsaiti də iddiaçıya vermişdir.

16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında təsərrüfat qurmaq üçün başqa şəxsdən 20000 manat borc aldığını bildirsə də, lakin təsərrüfatın qurulması üçün məhz həmin məbləğdə vəsait sərf etməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı borca götürdüyü 20000 manatdan 3600 manatını özü üçün götürdüyünü bildirmişdir. Bununla belə, iddiaçı borca aldığı vəsaitdən 3600 manat da cavabdehə verdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş; cavabdeh tərəfdə həmin arqumentləri qəbul etməmişdir.

17. Tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahatın sistemli tədqiqi nəticəsində müəyyən edil mişdir ki, iddiaçı 11520 manat dəyərində 75 baş qoyun, habelə 3000 manat dəyərində ot almış və 200 manat çoban Elçin Bağırova vermiş, ümumilikdə onların ortaq təsərrüfatının qurulmasına görə 14720 manat vəsait sərf edilmişdir.

18. Tərəflərin ortaq təsərrüfatının qurulması üçün sərf edilmiş vəsait məbləği müəyyən edildiyindən artıq növbəti araşdırılmalı məsələ həmin təsərrüfatdan hansı məbləğdə mənfəət əldə edilməsi və ya zərər edilməsinin müəyyənləşdirilməsindən ibarətdir.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, tərəflərin ortaq təsərrüfatında olan 70 baş qoyundan 44 başı cəmi 9500 manata satmışlar. Satışdan əldə olunan 9500 manat vəsait də iddiaçının təsərrüfat qurarkən aldıqları borcun ödənilməsinə yönəldilmişdir. Yerdə qalan 26 baş qoyun isə tərəflər aralarında böl ünməklə hər biri 13 baş xırda buynuzlu heyvan götürmüşlər. Cavabdeh özünə götürdüyü 13 baş heyvanı 2950 manata satmış və həmin vəsaiti də iddiaçıya ödəmişdir. İddiaçının özünə götürdüyü cəmi dəyəri 2950 manat olan 13 baş qoyun da iddiaçının özündə olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi tərəflərin ortaq təsərrüfatının qurulmasına 14720 manat vəsait sərf edilməsini, habelə həmin təsərrüfatdan əldə edilən (9500+2950+2950 (iddiaçıda qalan 13 baş qoyunun dəyəri) =15400) 15400 manat vəsaitin də cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə işin hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd etmişdir ki, tərəflərin ortaq təsərrüfatına görə cavabdehin iddiaçıya ödəməli borcu (öhdəliyi) qalmamışdır. Ona görə də iddia tələbinin ortaq təsərrüfata görə ödənilməli vəsaitlə bağlı hissə si təmin edilməməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin nisyə satılmış ərzaq məhsullarının dəyərinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında ərzaq məhsullarının nisyə alqı-satqısına görə iddiaçıya 1520 manat borcu olduğunu və həmin borcu iddiaçıya ödədiyini bildirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin iddiaçıdan 1520 manat dəyərində ərzaq məhsullarını nisyə almasına görə ona 1520 manat borclu olması cavabdehin izahatı ilə öz təsdiqini tapır; həmin borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız mü əyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən 1 baş qoyun və 2 baş quzu tələb etsə də, lakin cavabdehin ona həmin xırdabuynuzlu heyvanları qaytarmaq öhdəliyinin olması barədə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddiaçı bu hissədə iddiasını əsaslandırmamışdır. Cavabdeh tərəf də öz növbəsində bu halı qəbul etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 1 baş qoyun və 2 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir

24. Apellya siya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 10.1, 11.1, 64.1, 64.8, 65.3, 385.1, 385.2, 386.1, 390.1, 425.1, 442, 567, 600.1, 600.4-cü, mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(104)-2059/2024 nömrəli qətnaməsinin iddia tələbinin 3800 manat dəyərində iri və xırda buynuzlu heyvan almaq üçün verilmiş pulun və onun faizi 1800 manat pulun ödənilməsinin və 1 baş qoyun və 2 baş quzu, yaxud dəyərinin qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissələr üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2, 57.1, 77.1, 80.1, 217.1, 217.2, 217.3, 372.1-cü maddələrinin tələbləri pozulmuşdur.

27. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən öhdəlik və öhdəliyin icra edilməməsinə dair müddəalara istinad edilmiş, lakin məhkəmə iclasında cavabdehin öhdəliyinin tam şəkildə icra edilmiş olması maddi hüquq normaları ilə əsaslandırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı əslində izahatında bildirmişdir ki, “həmin puldan 3.600 manatını özü, 3.600 manatını isə cavabdeh Tural vermişdir”. Lakin qəbul edilmiş məhkəmə qətnaməsində iddiaçının izahatı səhvən “həmin puldan 3.600 manatını özü, 3.000 manatını isə cavabd eh Tural vermişdir” kimi qeyd olunmuşdur. Bununla belə, məhkəmə kollegiyası formal olaraq hesablamanı həmin məbləğ üzərində aparmışdır. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamışdır. Belə ki, iddiaçının iddia etdiyi 1 baş qoyun və 2 baş quzuya münasibət bildirməmiş, bununla bağlı məhkəmə araşdırması aparılmamışdır. Məhkəmə iclas zalında iddiaçı şahidlərinin çağırılıb dindirilməsini təklif etsə də, məhkəmə kollegiyası tərəfindən buna şərait yaradılmamışdır. Eyni zamanda əgər məhkəmə həqiqətə nail olmaq və ədalətli məhkəmə araşdırmasını aparmaq istəsəydi, tərəflərin ortaq təsərrüfatın qurulmasına iddiaçı tərəfindən hansı şəxsdən borcun alınmasını araşdırardı və iş üzrə məhkəmə öz təşəbbüsü ilə işdə iştirak etməyə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsi işə cəlb edərdi. Halbuki, məhkəmə prosesində iddiaçı həmin şəxsin (X1) işə cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin ortaq təsərrüfatın qurulmasına iddiaçı tərəfindən hansı şəxsdən borcun alındığının müəyyən edilməsi üçün zəruri tədbirlər görməmiş, subyektiv ehtimal və mülahizəyə əsaslanmaqla, hər hansı mötəbər sübuta istinad edilmədən cavabdehin izahatını sübut kimi qəbul etmiş, iddiaçının arqumentləri isə heç bir əsas göstərilmədən rədd etmiş, bununla da məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydas ında baxılmışdır.

29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhk əmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyi n zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipin ə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci mad dəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səla hiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

36. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilm əyən tələb isə əsaslı hesab edilə bilməz.

37. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(104)-2059/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar