Məhkəmə qərarları › İş №2(102)-1073/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1073/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1073/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və onun vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(044)-1515/2019 saylı qətnam əsi ilə (hakim G.Şirinov) iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev(sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(103)-3523/2019 saylı mülki iş) hazırki iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(044)1515/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh x2ndan 2800 (iki min səkkiz yüz) manat alınıb iddiaçı x1na verilməsi qət edilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə ata mülkünü satmış, özünə yeni mağaza aldıqdan sonra əlində 10000 ABŞ dolları məbləğində pul qalmış, o, pulu banka qoyub faizini götürüb xərcləmək qərarına gəlmiş, bu məqsədlə o, banka gedərkən əvvəlcə mərkəzi kolxoz bazarına gedib oradan banka getmək qərarına gəlmiş və bazarda o, əvvəllər bir yerdə işlədiyi cavabdeh x2 ilə rastlaşmışdır. x2 ondan hara getməsinin səbəbini bildikdə, ona demiş ki, “o qədər pulu banka qoyub ayda 100 manat pul götürsəcəksən, bu sənin nəyinə lazımdır, sən 10000 ABŞ dolları məbləğində pulu mənə ver, mən sənə ayda həmin pula görə 6 faiz pul verərəm” demişdir.O, əvvəlcə razı olmamış, cavabdeh onu inandırdıqdan sonra, o, pulu elə kolxoz bazarının yanında manata dəyişmiş və 7800 manat etmiş, o, həmin pulun üstünə 200 manat əlavə olaraq qoymuş, 8000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan aldığı pulun 4000 manatını baldızı gəlini x3 vermiş, 4000 manatını isə özündə saxlamışdır. Bu hadisə 29 sentyabr 2013-cü il tarixdə baş vermişdir. Cavabdeh ona pulu aldıqdan so nra 4-5 ay ərzində 240 manat pul verib ki, bu onun payına düşən pulun faizidir. Sonralar cavabdeh ona pul verməmiş, alverin olmadığını demişdir. Hazırda cavabdeh 5 ildir ki, onun pulunu verməyərək onu aldadır. Cavabdehin baldızı gəlini isə ondan aldığı 4000 manatın əvəzində ona Samix rayonundan 8 sot sorpaq sahəsi vermişdir. Lakin o, cavabdehdən pulunu istəıdikdə, onun pulunu verməmiş və hətta ona xəsarət yetirmişdir. Cavabdeh onun 4000 manat pulundan 1200 manatını qaytarmış, qalan 2800 manatı isə guya yaxın zamanlarda qaytaracağını desə də qaytarmamışdır. Odur ki, birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona verdiyi 2800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmı şdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və onun vəkili Əliyev İlham Yəhya oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə koll egiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul ol unan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehə 8000 manat verməsini, 4000 manatının cavabdehin x3 adlı şəxsə verdiyini, 4000 manatın özündə saxladığını, x3 adlı şəxsin onun 4000 manatının qaytardığını, 1200 manat pulun isə cavabdeh tərəfindən ona qaytarıldığını, qalan 2800 manat borcunun qaldığını bildirmişdir. Odur ki, həmin pulun cavabdehdən tutulub ona verilməsi üçün birinci insta nsiya məhkəməsinə müraciət etmiş və iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehin iddiacıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən cəmi 4000 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. Belə ki, həm Gəncə Şəhər Nizami rayon Polis İdarəsində izahat verərkən (iş.v.45-46) və həm də birinci instansiya məhkəməsində izahat verərkən cavabdeh x2 iddiaçıdan 8000 m anat pulun aldığını, həmin pulun 4000 manatının x3 adlı şəxsə verdiyini etiraf etmişdir. Məhkəmə kollegiyasına da cavabdeh rəsmi ərizə verərək iddiaçıdan 4000 manat aldığını, lakin həmin pulun qaytardığını təsdiqləmişdir. Bu səbəbdən də iddiaçı həmin məbləğdə pulun cavabdehə verməsini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə olan halda cavabdeh iddiaçıdan aldığı pulun qaytarılması barədə dəlilləri təqdim etm əlidir ki, bunu nə birinci nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında pul öhdəliyinin yaranması mübahisəsiz haldır. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyin icra edilməməsi, yəni iddiaçıdan aldığı pulun qaytarılmaması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə işdə olan sənədləri tam araşdırmamış, əsassız olaraq iddianı rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv etməklə, iddia tələbi təmin etməklə, cavabdeh x2ndan 2800 (iki min səkkiz yüz) manat alınıb iddiaçı x1na verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Gən cə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar