Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1073/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz inşa edilmiş tikililərin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 1 4 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:
1. RX seriyalı, ******* nömrəli, Azzərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0,219833 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır.
2. JN-0012 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X5 və X7 mülkiyyətinə Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,64 hektar torpaq sahəsi verilmişdir.
3. JN-0013 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X11, X14 və X8 mülk iyyətinə Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,86 hektar torpaq sahəsi verilmişdir. 4. 28 oktyabr 2003-cü il tarixli, 4-Ə-332 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 və X3 rayonu, Mirzəməmmədkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmiş 0,64 hektar torpaq sahəsinin 14 sotunu X1. 5. 28 oktyabr 2003-cü il tarixli, 4-Ə-333 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11, X14 və X4 rayonu, Mirzəməmmədkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmiş 0,86 hektar torpaq sahəsini Cavabdeh satmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cav abdeh ona məxsus torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi və zəbt olunmuş 0.219833 hektar torpaq sahəsinin qanunsuz sahiblikdən boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Mirzəməmmədkənd ərazisində yerləşən 0.21983 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışla da təsdiq olunur. Həmin ərazidə cavabdehə məxsus torpaq sahəsi də yerləşir. Lakin cavabdeh mübahisəli ərazidə iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə orada tikinti işləri aparır.
8. Məhkəmənin sorğu suna əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mübahisəli torpaq sahəsində baxış keçirilmiş və bu barədə **********14 saylı, 11 may 2017-ci il tarixli rəy tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində GPS və distomat vasitə ilə ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı məlum olmuşdur ki, İddiaçı verilmiş reyestr nömrəsi **********80 olan çıxarış plan və ölçinin yerləşdiyi cizgiləri daxilində vətəndaş Cavabdeh tərəfindən sahəsi 132 kvadrat metr hündürlüyü h=1 m olan yarımçıq tikili tikilmişdir. Həmin tikili İddiaçı məxsus torpaq sahəsinə düşür.
9. Quba Rayon Məhkəməsini n 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilmiş, Cavabdeh RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı oğunun xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsində Cavabdeh tərəfindən qeyriqanuni tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış mütəxəssis rəyi ilə iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübuta yetirilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 1 3 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 3-cü bəndləri, 110-cu, 111-ci maddənin 2 və 3-cü hissələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Quba rayonu, Mirzəməmmədkənd ərazisində yerləşən 1,0 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, sözügedən torpaq sahəsini alqı-satqı müqavilələrinə əsasən o, Aynur, Nailə, Coşqun və Söhbət Quşqarilərdən almışdır. Alqısatqı müqaviləsi əsasında 1 hektar torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan torpaq sahəsini əldə etdikdən bir müddət sonra hazırkı iş üzrə İddiaçı ona qeyd olunan ərazidə sonuncuya məxsus torpaq sahəsinin olmasını bildirmişdir. O, bu barədə iddiaçının dediklərini qəbul etmədiyini, sözügedən torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini bildirmişdir. Bundan sonra cavabdeh torpaq sahəsini aldığı şəxslərdən bu barədə məlumat əldə etmək üçün soruşduqda onlar cavabdehə həmin ərazidə iddiaçıya məxsus hər hansı torpaq sahəsinin olmamasını bildirmiş və əlavə etmişlər ki, həmin ərazidə yerləşən torpaq sahələri torpaq islahatı zamanı birgə təsərrüfatın üzvləri olan şəxslərə paylanılmışdır. İddiaçının isə həmin ərazidə hər hansı torpaq sahəsi yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə lazımi qa ydada araşdırma aparmamış, onun tərəfindən təqdim olunan sübutlara lazımi qiymət verilməmiş, habelə işin keyfiyyətli və hərtərəfli araşdırılmasına xidmət edən vəsatətlər təmin edilməmiş, işə birtərəfli baxılmaqla əsassız qətnamə qəbul edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 sentyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən Hüquq və Torpaq Məsələləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, "Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa Əsasən İddiaçı Abdüləziz oğlunun mülkiyyətində olan 0,219833 ha torpaq sahəsi naturada üst-üstə düşmür. “Hüquq və Torpaq Məsələləri MMC-nin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən “JN-0188 kod 30311028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,29 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada üst-üstə düşmür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı Abdüləziz oğlunun mülkiyyətində olan 0,219833 ha torpaq sahəsi ilə JN-0188, kod 30311028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,29 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada eyni torpaq sahəsi deyil. ‘’Hüquq və Torpaq Məsələləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı Abdüləziz oğlunun mülkiyyətində olan 0,219833 hektar torpaq sahəsi ilə JN-0188, kod 30311028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,29 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada eyni torpaq sahəsi deyil, Hüquq və Torpaq Məsələləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,219833 hektar torpaq sahəsi mübahisələndirilən ərazidən 50 metr şimal hissədə yerləşir. Həmin torpaq sahəsi cavabdeh Adıgözəl Baxışov tərəfindən zəbt edilmə mişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən JN-0013, kod 30311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,86 torpaq sahəsinin yerləşdiyi ümumi konturun (massivin) ölçüləri naturaya uyğun olmadığından həmin dövlət aktının da naturada dəqiq kordinatlarını müəyyən etmək mümkün olmadı. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən JN-0012, kod 30311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,64 hektar torpaq sahəsinin yerləşdiyi ümumi konturun ölçüləri naturaya uyğun olmadığından həmin Dövlət Aktının da naturada dəqiq kordinatları nı müəyyən etmək mümkün olmadı. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba rayonu Mirzəməmmədkənd kəndində 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumilikdə mübahisələndirilən ərazidən 50 metr kənara işləndiyindən bu sualın cavablandırılması mümkün olmadı.
15. Məhkəmə Ekspertiza Mərkəzi 18 mart 2019-cu il tarixdə məhkəməyə ünvanlandığı arayışla ekspert qarşısında qoyulmuş sualların cavablandırılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandırılmasının məqsədə müvafiq olduğunu göstərərək iş üzrə hər hansı bir rəy verməmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(105)-50/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi ləğv, iddia rədd edilmişdir.
17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Əbdüləziz oğlunun mülkiyyətində olan 0,219833 hektar torpaq sahəsi mübahisələndirilən ərazidən 50 metr şimal hissədə yerləşməklə cavabdeh tərəfindən zəbt edilməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-50/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6525/2019 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-50/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən ba xılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin apellyasiya icraatı zamanı alınmış ekspert rəyinin məzmunundan göründüyü kimi iddiaçının mülkiyyətində iki müxtəlif torpaq sahəsi vardır (0.219833 ha və 0.29 ha torpaq sahələri) və bu torpaq sahələri ayrıayrı sahə olmaqla naturada üst-üstə düşmür. Lakin həmin rəylə iddiaçıya məxsus torpaq sahələrinin sənədlərə uyğun olaraq naturada üst-üstə qismən və ya tam düşübdüşməməsi barədə məsələyə aydınlıq gətirilməmişdir. Həmçinin, qeyd edilən rəylə ekspert yalnız iddiaçının mülkiyyətində olan 0.219833 hektar torpaq sahəsinin mübahisələndirilən ərazidən 50 metr kənarda yerləşdiyini müəyyən etmiş, 0,29 hektar torpaq sahəsinin mübahisəli əraziyə aid olub-olmadığını müəyyən etməmişdi r. Bununla yanaşı, iş materiallarından görünür ki, ekspert cavabdehə məxsus 1 hektar torpaq sahəsinin isə ümumiyyətlə dəqiq koordinatlarının, yəni qeyd edilən torpaq sahəsinin harada yerləşməsini müəyyən edə bilməmişdir. Göründüyü kimi cavabdehin tikinti işləri apardığı torpaq sahəsinin sonuncunun mülkiyyətində olan torpaq sahəsi olub-olmadığı müəyyən edilmədiyi, tikitdi aparılan torpaq sahəsinə münasibətdə İddiaçı başqa digər bir şəxs (şəxlər) iddialı olmadığı halda işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisə predməti olan torpaq sahəsinə münasibətdə iddiaçının hüquqlarının pozulmadığını müəyyən etmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyi mütəxəssis rəyinə əsaslandığına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi, bütün zəruri məsələlərə aydınlıq gətirilməsi, ziddiyyətli məqamların aradan qaldırılması məqsədi ilə iş üzrə təkrar məhkəmə-tikinti və məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi ekspert qarşısında qoyulmuş sualların cavablandırılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandırılmasının məqsədə müvafiq olduğunu göstərərək iş üzrə hər hansı bir rəy verməmişdir. Bundan sonra dayandırılmış icraat apellyasiya instansiyası məhkəməsi tərəfindən təzələnmiş və əlavə hər hansı bir araşdırma aparılmadan hazırkı iş üzrə qətnamə qəbul edilmişdir. Göründüyü kimi appellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edərkən iş üzrə bütün halların araşdırıl ması və ziddiyyətli məqamlara ekspertiza rəyi olmadan hüquqi qiymət verilməsinin qeyri-mümkün olmasını hesab etdiyi halda bu araşdırmanı başa çatdırmadan qətnamə qəbul etməklə iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abasov (sədrlik ed ən və məruzəçi), Gülnarə Tağızadə və Elman Əhmədov) apellyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri üçün tələb edilən cəmi 100 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
26. Məhkəmə Ekspertiza Mərkəzininin 08 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin Quba rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi B.Əlistanovun rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətinə verilmiş JN-188 kod 3031102 8 saylı dövlət aktına əsasən verilmiş vətəndaşın özünə məxsus xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı çıxarış və torpağın plan və ölçüsündə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin Quba Rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi B.Əlistanovun rəyində qeyd edilir ki, torpağın mülkiyyət hüququna dair dövlət aktına (JN-0012 kod ********) əsasən Söhbət Quşqari və Coşqun Quşqarinin mülkiyyətinə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpaq sahəsi 3400 kv.m və 2999,99 kv.m olmaqla 2 hissədən ibarətdir) xx.xx.2003 -ü il tarixli müqaviləyə əsasən Adıgözəl Baxışova 0,14 ha hissəsi həmin torpaq sahəsini İddiaçı məxsus 0,219833 ha torpaq sahəsini əhatə etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin Quba rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi B.Əlistanovun rəyində qeyd edilir AR DƏDRX-in 5 saylı Əİ-si tərəfindən X2 xx.xx.2017-ci ildə verilmiş seriya RX ******* saylı çıxarışda plan və ölçüdə (göstərilən 1 ha torpaq sahəsi ilə Quşqarilərin mülkiyyətində olmuş 0,64 ha-nın satılan 0,14 ha hissəi və torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamxal, Nailə və Aynur Quşqarilərin mülkiyyətində olmuş 0,86 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi nat urada qonşu sahədə yerləşir. Həmin torpaq sahələri X6 tərəfindən alınmış və vahid torpaq sahəsi kimi birləşdirilərək xx.xx.2017-ci ildə seriya RX ******* saylı çıxarış (plan və ölçü) əldə etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin Quba rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi B.Əlistanovun rəyində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,219833 ha torpaq sahəsi cavabdeh X6 tərəfindən tam olaraq zəbt edilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh Adıgözəl Baxışovun İddiaçı məxsus torpaq sahəsini tam şəkildə zəbt etməklə istifadə etdiyi ekspert rəyi ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla yanaşı, işin faktiki hallarına tam uyğundur.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə Cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmiş, başqa sözlə eks pert rəyi ilə onun apellyasiya şikayətində göstərilmiş dəlilləri təkzib olunmuşdur.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4-cü maddəsinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə, 111-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(105)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı etirazında şikayətin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29 Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir.
35. Maddə 60 Birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mü lki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 84, 1 və 2-ci bəndlər. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəa liyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
40. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə ger i alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya i nstansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gə ldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikay əti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-27/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.