Məhkəmə qərarları › İş №2(102)-1074/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1074/2019

15.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1074/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2019-cu il İŞ№2(102) 1074 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh, vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2018-cı il tarixli qə tnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı uşaqları 28.06.2009-cu il təvəllüdlü X2 və 14.07,2013-cü il təvəllüdlü X5 ilə birlikdə qeydiyyatsız yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Suraxanı Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətna mə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, uşaqları 28.06.2009-cu il təvəllüdlü X6 və 14.07,2013-cü il təvəllüdlü X5 ilə birlikdə qeydiyyatsız yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə tərəflər qeyri-rəsmi nikaha daxil olmuş və həmin nikahdan 28.06.2009-cu il təvəllüdlü X6 və 14.07.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. 05.05.2014-cü il tarixdə tərəflər rəsmi nikaha daxil olmuşlar. 2013-cü ildə iddiaçı ilə cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində yerləşən evə köçmüşlər və 2018-ci ilin əvvəlinə qədər həmin evdə birgə yaşayaraq ümumi təsərrüfat aparmışlar. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1 -ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1 -ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddianın əsas lı hesab edilməsi üçün mübahisəli evin tərəflərin vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsi müəyyən olunmalıdır. Yalnız bu hallar (onlardan biri) təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev iddiaçı ilə cavabdehin birgə nikahı dövründə təmir edilmiş və kommunal xətlər çəkilərək yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar