Məhkəmə qərarları › İş №2(102)-1074/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1074/2020

19.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1074/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(044)-1714/2019, hakim K.Z.Hüseynov) İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, C avabdeh6 XXX istifadə hüququna xitam verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-3494/2019, hakimlər R.Z.Mamedov, L.S.Süleymanov və A.H.Hüseynzadə) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İbrahim oğlu, Cavabdeh4 və Cavabdeh5 XXX istifadə hüququna xitam verilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 16, 59 saylı mənzil İddiaçı1 xüsusi mü lkiyyətindədir. xx.xx.2019-cu il tarixdə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İbrahim oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 16, 59 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, onun mülk iyyət hüququnun cavabdehlər tərəfindən pozulması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və cavabdehlərdən Cavabdeh1 vəkilsiz iştirak etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 iddiaçının uşaqları, Cavabdeh4 gəlini, Cavabdeh5 və Cavabdeh3 nəvələridir. Cavabdeh1 və Cavabdeh2 1979-cu ildən mübahisəli evdə yaşamış, Cavabdeh1 1993-cü ildə Cavabdeh4 ilə evlənməklə sonuncu həmin mənzilə gəlin gəlmiş, birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Cavabdeh3, xx xxxxxxxx 1996-cı il tarixdəCavabdeh5 həmin evdə doğulmuşdur. Mübahisəli mənzil xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehlərin onun mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırdığına istinad edərək onların mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam veri lməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsi nin qaydalarına uyğun həll edilməlidir. Bu halda tərəflər arasında mübahisəli mənzilə dair hüquq münasibətinin xx xxxxxxxx 2000-ci il tarixə kimi yarandığına görə mübahisəyə xx.xx.2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-ci ilədək qüvvədə olmuş Azərbаycаn Respublikаsının Mənzil Məcəlləsinin 123-cü mаddəsinə əsasən yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. Mülkiyyətçinin аilə üzvlərinin yаşаyış sаhəsindən istifаdə hüququ yаşаyış evinin mülkiyyətçisi ilə аilə münаsibətlərinə xitаm verildiyi hаldа dа sаxlаnılır. Bu Məcəllənin 53-cü mаddəsində göstəri lən şəxslər mülkiyyətçinin аilə üzvləri sаyılırlаr. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 1979-cu ildən, Cavabdeh4 1993-cü ildən, Cavabdeh3 1994-cü ildən, Cavabdeh5 1996-cı ildən mübahisəli evdə iddiaçı ilə bərabər yaşamaqla birgə təsərrüfat aparmış, bununla da evdən istifadə hüququ əldə etmişlər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar