Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1074/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Cavanşir qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 02.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-336/2024 nömrəli 4 noyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamına əsasən Mənzil Komissiyasının xx.xx.2023-cü il tarixli, 12 saylı protokolu nəzərə alınaraq 4 nəfər ailə tərkibi ilə birlikdə İddiaçı ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanmasının təmin edilməsi Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. 2. 24 iyun 2023-cü il tarixli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"ndən görünür ki, Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş direktoru X3 ilə bağlanmış müqaviləyə əsasən Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi təyinatlı mənzil fonduna aid ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzil 1 (bir) il müddətinə müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin hal-hazırda yaşadığı mənzil ona məxsusdur. Həmin mən zil Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə onun mülkiyyətinə istifadəsinə verilmişdir. Belə ki, o, 2022-ci ildə qardaşı X1 mənzil tapana qədər ailəsi ilə birlikdə həmin mənzildə qalmasına razılıq vermişdir. Hazırda qardaşı X9 onun mülkiyyətində olan Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən çıxmasına baxmayaraq, Cavabdeh1 sözügedən mənzildən çıxmaqdan imtina edir. O, bununla bağlı cavabdehin evdən məcburi çıxarılması üçün Ağstafa rayon Polis şöbəsinə müraciət etmiş və ona mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin həmin mənzildə qeydiyyatı yoxdur və onun orada yaşamasına notarial qaydada razılığı olmamışdı r.
5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, həmin mənzil onun keçmiş həyat yoldaşı X9 tərəfindən alınmışdır. Buna sübut olaraq həmin mənzillə bağlı olan kommunal qəbzlərin üzərində qeyd edilən şəxsin keçmiş həyat yoldaşı X4 adının olmasıdır. İddiaçı öz iddiasında qeyd edir ki, həmin mənzil onun mülkiyyətinə verilmişdir. Lakin həmin mənzil iddiaçının mülkiyyətinə verilməyib. Mənzil kirayə müqaviləsi ilə iddiaçıya verilib.
6. Ağstafa Rayon Məhkəməsinin (hakim Z.Rəsulov) 9 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində (bundan sonra Mənzil Məcəlləs i) ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir. Belə ki, həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə: xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir: xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"ndə mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fondunun hansı yaşayış sahəsinə aid olduğu qeyd olunmasa da məhkəmə hesab edir ki, həmin mənzil Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən manevr fondu yaşayış sahəsinə aid edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən manevr fondu yaşayış sahələri vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların, bankın və ya bank olmayan kredit təşkilatının verdiyi kredit hesabına, yaxud hüquqi şəxs tərəfindən verilmiş məqsədli borc hesabına əldə edilmiş və kreditin və ya məqsədli borcun qaytarılmasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinə tutmanın yönəldilməsi nəticəsində yaşayış sahələrini itirmiş vətəndaşların, bu şərtlə ki, tutma nın yönəldilməsi anında həmin yaşayış sahəsi onların yeganə yaşayış sahəsi olsun, fövqəladə hallar nəticəsində yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş vətəndaşların və qanunvericiliklə nəzərdə tutulan hallarda digər vətəndaşların müvəqqəti yaşaması üçün nəzərdə tutulur.
8. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin icraatında olmuş 2(015)936/2022 nömrəli mülki iş üzrə təyin edilmiş Ağstafa rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən və müayinə aktından müəyyən olunur ki, cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildə yaşamışdır. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
9. Həmin Məcəllənin 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Qanunun mənasından göründüyü kimi vətəndaş ların xüsusi təyinatlı yaşayış sahələrini boşaldılmasına dair iddialar mülkiyyətçi tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
10. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyil. Mənzil Məcəlləsinin 91.3cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin 2.2-ci bəndinə əsasən kirayəyə verən digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini təhvil aktına əsasən kirayəçiyə vermək vəzifəsi daşıyır. Belə olan halda iddiaçının sözügedən iddianı qaldımaqda subyektiv hüququ yoxdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91, 94, 99.1 və 102.1-ci maddələri, Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, cavabdeh qardaşı ilə nikahda olduğu üçün həmin sahəni müvəqqəti olaraq, iş və ev tapana kimi onların istifadəsinə vermişdir. Ağstafa rayon İcra Hakimiyyətinin Sərəncamı və Mənzil Kommunal Təsərrüfat Birliyinin ona verdiyi faktiki sənədlə rlə həmin mənzilə onun sahiblik hüququ mövcuddur. Mövcud sənədlər əsasında onun həmin mənzildən istifadə hüququ vardır.
14. Apellyasiya icraatı zamanı Ağstafa Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X2 və X5) 2(104)-336/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 nömrəli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 özünə məxsus əşyalarla birlikdə Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən çıxarılması qə t olunmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, mübahisəli mənzil Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş və tərəflər arasında bu barədə 24 iyun 2023-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə Cavabdeh1 Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında bağlanmış 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab olunması barədə Ağstafa Rayon Məhkəməsində iddia qaldırsa da, lakin sonuncunun iddiası həmin məhkəmənin 11 iyun 2024-cü il tarixli 2(015)-482/2024 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. 1
7. Hazırkı işdə mübahisə predmeti olan, Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla Ağstafa İcra Hakimiyyətinin balansındadır. Mənzilin kirayəçisi isə İddiaçı və onun ailə üzvləridir.
18. Yuxarıda da qeyd olunduğu kimi Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallar da digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
19. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
20. Qeyd olunan maddi hüquq normaların mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin m addədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur.
21. İş üzrə Cavabdeh1 mübahisəli mənzilin kirayəçisinin ailə üzvü hesab olunmur, eləcədə kirayəçi ilə birgə təsərrüfat aparmamışdır. Belə olan təqdirda Cavabdeh1 mübahisəli mənzilə dair kirayəçi ilə bərabər hüquq və vəzifələr əldə etməsi özlüyündə istisna olunur.
22. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8, 12.1, 12.5, 17.2.1, 17.3.1, 30, 66.1.1, 68.1, 68.2, 68.4-cü, Azərbaycan Respublikasının MPM-in 14.1, 77.1, 88, 217.3-cü maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli 2(104)-336/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qətnaməsində qeyd olunan maddi hüquq normalarına istinad edərək, mübahisə predmeti olan Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilinin dövlət mənzil fonduna aid olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinin Balansında olduğunu, mənzilin kirayəçisinin isə İddiaçı və onun ailə üzvlərinin olduğuna istina etmiş olsa da, mülki iş materialları ilə Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-c ü il tarixli, 117 nömrəli sərəcanmına əsasən ünvan 2 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın “D” blokunun 1 ci mərtəbəsində yerləşən 16 nömrəli mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması tapşırılmış, həmin Sərəncam əsasında Ağstafa Mənzil Kommunal Təsərrüfat Birliyi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 1 il müddətinə mənzili yaşamaq üçün İddiaçı istifadəsinə vermişdir. xx.xx.2023cü il tarixli kirayə müqaviləsi əsasında mənzil 1 il müddətinə İddiaçı istifadəsinə verildiyindən hazırda Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddəsinə istinad edilməklə cavabdehin İddiaçı ailə üzvü olmamasına, onunla birgə təsərrüfat aparmamasına istinad edərək, kirayəçi ilə bərabər hüq uq və vəzifələr əldə etməsinin özlüyündə istisna olunduğunu qeyd etmişdir. Halbuki, Cavabdeh1 hələ İddiaçıla kirayə müqaviləsi bağlanmamışdan əvvəl həmin mənzildə yaşamış, həmin kirayə müqaviləsi ilə formal olaraq cavabdehi evdən çıxartmaq məqsədi ilə 1 il müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixdən isə kirayə müqaviləsinin müddəti bitmiş, hazırda İddiaçı mənzilin kirayəçisi belə deyildir. Lakin, qeyd olunan hallar nəzərə alınmamışdır.
25. Qanunun mənasından da göründüyü kimi, vətəndaşların xüsusi təyinatlı yaşayış sahələrini boşaltmalarına dair iddialar mülkiyyətçi tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İddiaçı isə nəinki mənzilin mülkiyyətçisi deyildir, həmin mənzildə heç vaxt yaşamamış, mənzil onun sahibliyində və istifadəsində olmamışdır. İddiaçı ilə bağlanmış kir ayə müqaviləsi isə 1 il müddətinə bağlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi arqumentlərindən görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh1 xeyrinə olan arqumentləri qətiyyən araşdırmamış, bu arqumentlərə obyektiv hüquqi qiymət verməmişdir. İddiaçı mübahisəli mənzilin İcra Hakimiyyətinin sərəncamı ilə onun mülkiyyətinə verildiyini, qardaşı X4 ailəsinə 2022-ci ildə özlərinə mənzil tapana kimi müvəqqəti verməsini göstərmiş olsa da, iş materialları ilə həmin mənzilin iddiaçının mülkiyyətində olması müəyyən edilməmiş, əksində mənzilin Ağstafa rayon İcra Hakimiyyətinin balansında olduğu, xx.xx.2023-cü ildə 1 il müddətinə icarəyə verildiyi müəyyən edilmişdir. İddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edəcək, heç bir mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə olaraq məhkəmə iddiaçının qeyd etdiyi ziddiyyətli, absurd və əsassız mövqeyini əsas tutaraq qətnamə qəbul etmişdir.
27. İşə baxmış apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
28. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 99.1, 102.1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 13.7, 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatdadır. İddiaçı və ailə üzvləri isə hazırda da Ağstafa rayon İcra Hakimiyyətinin 14 iyun 2023-cü il tarixli 117 №-li sərəncamı ilə ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bütün kommunal xidmətlər qaz işıq su iddiaçının adınadır, o cümlədən 2024-cü il üçün mənzil pulu belə İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.
31. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 32. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 33. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 34. 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 35. 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 36. 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 37. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara böl ünür: 38. 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 39. 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
40. Maddə 66.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək;
41. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
42. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
43. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya məhkəməsinə elektron kabinet vasitəsilə arayışlar və digər sənədlər təqdim etsə də, kassasiya məhkəməsi sübutlar qəbul etmir və onlara hüquqi qiymət vermir. Kassasiya instansiyası məhkəməsi işə kassasiya şikayəti həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlənd irmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(104)-336/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.