Məhkəmə qərarları › İş №2(102)-1075/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1075/2019

04.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1075/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1075/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X10, X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili, cavabdeh X4 və onun vəkili İbayev Ələddin Tərxan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(103)8875/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ba kı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən 0,06 ha torpaq sahəsində tikdirdiyi iki otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binə qəsəbəsində ona fərdi yaşayış evinin tikilməsi üçün 12.07.1990-cı il tarixli 135 saylı əmrlə 6 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi tikmiş və 2013-cü ilin avqust ayından etibarən 7 ay müddətində bu ünvanda tək yaşamışdır. Ona məxsus, geyim və mebel əşyaları bu ünvanda yerləşir. Cavabdeh onun arvadı olmuş, onunla 17.10.2014-cü il tarixdə nikah bağlamış və bu nikah məhkəmə qaydasında 08.09.2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdehin ərizəsi və Bakı şəhəri Suraxanı Rayon Məh kəməsinin 19.08.2017-ci il tarixli hökmü əsasında 4 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı çəkib qurtardıqdan sonra cavabdeh onu yaşadığı evə buraxmır. Həmin ev onun şəxsi vəsaiti hesabına inşa edilib və cavabdehə heç bir aidiyyatı yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.M.Həsənov) 24 aprel 2018-ci il tarixli, 2(003)-1104/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) 04.09.2018-ci il tarixli, 2(103)-8875/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul olunduğunu qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin özbaşına tikili olsa da həmin tikilinin onun vəsaiti hesabına tikildiyini nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsini ləğv edərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh X4 vəkili İbayev Ələddin Tərxan oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X7 vəkilin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhər i Xəzər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxiv İdarəsinin 31 iyul 2018ci il tarixli, H-75 saylı məktubuna əsasən, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri və 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaşlara 0,08 ha və 0,07 ha torpaq sahəsi ayrılmışdır. H əmin əmrlə torpaq sahəsi ayrılmış şəxslər siyahısında İddiaçı adı yoxdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1 -ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahə si də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması, yaxud torpaq sahəsinin və ya evin iddiaçının vəsaiti hesabına əldə edilməsi və ya evin onun vəsaiti hesabına inşa edilməsi müəyyən olunmalıdır. Yalnız bu hallar (onlardan biri) təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu halların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi il ə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarına əsasən iddianın əsassız olduğu müəyyən edilir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayrılması təsdiq olunmur. Apellyasiya instansiyası məhkməsinin qənaətinə görə, iddiaçı işin faktiki hallarını dəyişdirərək, bildirmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini o, cavabdehin bacısı mərhumə Nəzifədən 3000 ABŞ dollarına satın almış, daha sonra Rusiyaya getmiş və həmin torpaq sahəsində ev tikmək üçün cavabdehin bacısı Nəzifəyə 2000 ABŞ dolları pul göndərmişdir. Lakin iddiaçı bu halları da sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş şahidlər X5, X3 və X1 ifadələri isə həmin halları təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, həmin şahidlər öz ifadəsində İddiaçı torpaq sahəsini cavabdehin bacısı Nəzifədən 3000 ABŞ dollarına satın aldığını və torpaq sahəsində ev tikmək üçün cavabdehin bacısı Nəzifəyə pul göndərdiyini bildirsələr də, onlar həmin halı konkret olaraq görmələri və hadisələri birbaşa izləmələri ilə bağlı halları göstərməmişlər. Həmçinin ifadələrdən müəyyən olunur ki, onlarda olan məlumatlar eyni ilə iddiaçıdan alınan məlumatlardır. Ona görə də, düzgün olaraq qeyd edilmişdir ki, həmin şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassartora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərara sındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından tikilinin onun vəsaiti hesabına tikilməsindən ibarət əsasları sübuta yetirməli olduğu halda, bununla bağlı sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(103)-8875/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar