Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1075/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(105)-1591/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərə findən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 010125 saylı Şəhadətnaməyə əsasən X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həqiqətən Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi “Avtomotoservis” 03 saylı texniki təmir məntəqəsini xx.xx.1998-ci il tarixdə qüvvədə olan qanunvericilik əsasında satın alınmışlar.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhk əməsi İnzibati kollegiyasının 2-1(1xx-xx/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(1xx-xx/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə 3.600 kv.metr torpaq sahəsinin iddiaçılara satılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.
3. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(085)-820/2019 saylı bildirişinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(1xx-xx/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı 23 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə həmin qərar icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Ə mlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, qərar icra olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manat məbləğində cərimə oluna bilər.
4. Şabran rayon XDS İK-nin 31 oktyabr 1992-ci il tarixli, 12 saylı iclasının protokolundan çıxarışına əsasən, “Aytən” kiçik müəssisəsinə mağaza tikintisi üçün şəhərin M.Ə.Rəsulzadə küçəsinin şimal başlanğıcında “Avtotəmir sexi”nin hasarı içərisindəki boş ərazidən 20 kv.metr torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsi nin ilkin vəziyyətə qaytarılması və 0,03 ha torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən özəlləşdirilmiş “Avtomotoservis” 03 saylı texniki təmir məntəqəsinin yerləşdiyi Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3.600 kv.metr torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən vəziyyətə bərpa edilməsi, həmçinin zəbt edilmiş 0,03 ha torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şabran ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində X2 və digər cav abdehlər tərəfindən Şabran rayonu, Sincaboyad kəndində yerləşən, “Avtomotoservis” 03 saylı texniki təmir məntəqəsinin yerləşdiyi, dövlət mülkiyyətində olan 3.600 kv.metr torpaq sahəsində tikintialtı sahəsi 130.0 kv.metr olan yeməkxana binasının, tikinti altı sahəsi təxminən 98.0 kv.metr olan xidməti bina və tikinti altı sahəsi təxminən 86.0 kv.metr olan mağaza və təmir sexinin inşa edildiyi, həmçinin dövlət mülkiyyətində olan əlavə 0.03 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirildiyi aşkar olunmuşdur. Bildiririk ki, Şabran rayonu, Sincaboyad kəndində yerləşən, “Avtomotoservis” 03 saylı texniki təmir məntəqəsi cavabdehlər tərəfindən özəlləşdirilmiş və onlara həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli, 10128 saylı qeydiyy at Şəhadətnaməsi verilmişdir. Qeyd edilən əmlak cavabdehlərin mülkiyyətində olsa da, həmin əmlakın yerləşdiyi 3.600 kv.metr torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə- dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdehlər tərəfindən qanunsuz tikinti işləri təmir məntəqəsinin texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır.
7. Cavabdeh2 nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti ilə bağlı Ali Məhkəmənin İnzibati kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(102)-1736/2022 saylı yekun məhkəmə aktı mövcuddur. Ümumiyyətlə iddiaçının bu iddia tələbi və iddia ərizəsi formal xarakter daşıyır, bürokratik əngəldən, süründürməçilikdən və eyni zamanda vaxt qazanmaqdan və əlacsızlıqdan başqa bir şey deyil. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, guya monitorinq nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfdən torpaq sahəsi zəbt edilərək ümumi istifadədə olan əraziyə birləşdirilmişdir. İddiaçının bu tələbi absurd xarakter daşıyır. Çünki ümumiyyətlə heç bir monitorinq keçirilməmiş və ümumiyyətlə bu monitorinq haqqında cavabdehin heç bir məlumatı olmamışdır, ən azından monitorinq zamanı əraziyə baxış keçirilməli və digər prosessual hərəkətlər edilməli idi, lakin bunların heç biri baş verməmişdir. Bundan başqa, iddiaçı özü etiraf edir ki, cavabdehin əmlak vəziyyətində mülkiyyət hüququnu təsdiq edən 05 mart 1998-ci il tarixli, 10128 saylı Şəhadətnamə vardır. Belə olan halda əgər cavabdeh 1998-ci ildən guya torpaq sahəsini zəbt edibsə iddiaçının bu vaxta kimi susması və ya bu məsələni qabartmaması böyük sual doğurur, baxmayaraq ki, 25 il müddət kifayət qədər uzun müddətdir. Eyni zamanda işin ən maraqlı və ziddiyyətli tərəflərindən biri də budur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 fevral 2019-cu il tarixli məktubla Cavabdeh2 məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36.000 manat təşkil edən 3. 600 kv.metr torpaq sahəsini satın alınması məqsədilə Cavabdeh2 təklif edəndə nədənsə bu məsələ yada düşmürdü. Bundan başqa, mülki iş materiallarına əlavə edilən sənədlərdən və məhkəmə aktlarından görünür ki, Cavabdeh2 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında düz 4 il məhkəmə prosesləri və çəkişməsi olmuşdur və bu zaman kəsiyində ekspertizalar keçirilmiş, şikayətlər və etirazlar verilmiş, lakin çox maraqlıdır ki, bütün bunlara baxmayaraq, bir dəfə də olsun Əmlak Məsələləri Dövlət Xidməti bu məsələni qeyd etməmişdir. Beləliklə, bütün yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olur ki, iddiaçının iddia tələbi absurddur və formal xarakter daşıyır.
8. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, digər cavabdehləri də Sumqayıt Apellyasi ya Məhkəməsinə işə cəlb edib dindirmiş, iş üzrə qiymətləndirmə ilə bağlı məhkəmələr keçirilmişdir. Qüvvədə olan məhkəmə qətnaməsi icra olunması üçün göndərilmişdir. ƏMDX-ti qətnaməni bu vaxtadək, bir ildir ki, icra etmir, 50.000 manat məbləğində cərimə olunmaması üçün bu iddianı qaldırmışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ölçülmüş, təmir məntəqəsinin sahəsi tərəflərə məlum olmuşdur. 20 ildən artıqdır ki, cavabdehlər həmin ərazidən istifadə ediblər. İddiaçı tərəfin sübut kimi təqdim etdiyi akt hər gün orada olan istifadəçilərin xəbəri olmadan tərtib edilmişdir. Həmin aktı sübut kimi qəbul etmək olmaz. Bundan başqa iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmayıb. 9. 13 fevral 2023-cü il tarixli Akta əsasən Şabran rayonu, Sincanboyad kəndində yerləşən, torpaq sahəs i dövlət mülkiyyətində olan “Avtomotoservis” 03 saylı texniki təmir məntəqəsinin 09 dekabr 1997-ci ildən tərtib olunmuş texniki pasportunda əksini tapmayan, 0.03 ha dövlət mülkiyyətində olan torpaq sahəsi zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirilməsi və tikinti altı sahəsi təxminən 130 kv.metr olan yeməkxana binası, tikinti altı sahəsi təxminən 98 kv.metr olan xidməti bina və tikinti altı sahəsi təxminən 86 kv.metr olan mağaza və təmir sexinin inşa olunması faktı aşkar olunmuşdur. Araşdırma zamanı, tikinti işlərinin Cavabdeh2 tərəfindən 05 mart 1998-ci il tarixli, 10125 saylı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Şəhadətnamənin dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq qurumların icazəsi olmadan aparılması müəyyən edilmişdir. Aktın do ğruluğunu Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları M.Rəhmanov, N.Camalov, H.Kəlbiyev öz imzaları ilə təsdiq etmişlər.
10. Şabran Rayon Məhkəməsinin 24 may 2023-ci il tarixli, e-2(031)-290/2023 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia rədd edilmişdir.
11. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sübutetmə yükünü daşıyan iddiaçı tərəfindən cavabdehlərin özəlləşdirdikləri “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi, Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3.600 kv.metr torpaq sahəsinin 09 dekabr 1997-ci il tarixli Texniki Pasportda qeyd edilən vəziyyətə bərpa edilməsi və 0,03 ha torpaq sahəsinin zəbt edilməsinə əsas verən mötəbər sübutlar təqdim edilməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikas ı Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin 24 may 2023-ci il tarixli, e-2(031)-290/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlak cavabdehlərin mülkiyyətində olsa da, həmin əmlakın yerləşdiyi 3.600 kv.metr torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətindədir. Beləliklə, cavabdehlər dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışlar. Xidmətin Şabran ərazi şöbəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və qanunsuz tikililər aşkar edilmiş və bu barədə müvafiq Akt tərtib edilmişdir. Həmin akt və müvafiq fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. Beləliklə, Xidmət tərəfindən cavabdehlər tərəfindən yol verilmiş qanun pozuntusu barədə məhkəməyə yazılı sübutlar təqdim edilmişdir. Məhkəmə cavabdehlər tərəfindən qanunsuz tikililərin həqiqətən inşa edilib-edilməməsinə və torpaq sahəsinin zəbt edilib-edilməməsinə şübhə ilə yanaşdığı halda, bununla əlaqədar müvafiq ekspertiza təyin edə bilərdi. Lakin, məhkəmə iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməmiş, bununla bağlı hər hansı digər araşdırma a parmadan onlar tərəfindən məhkəməyə iddianın əsaslılığına dair sübutların təqdim edilmədiyini qeyd edərək iddianı rədd etmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını kifayət qədər ətraflı və obyektiv araşdırmadan, səthi qərarla iddianı rədd etmişdir ki, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(105)-1591/2023 saylı qətnaməsi ilə (hakimlər –İ.K. Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə. Məmmədov, L.E. Rəhimli ) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şabran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(031)-290/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandı rmışdır ki, sübutetmə yükünü daşıyan iddiaçı tərəfindən cavabdehlərin özəlləşdirdikləri “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi, Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3.600 kv.metr torpaq sahəsinin 09 dekabr 1997-ci il tarixli Texniki Pasportda qeyd edilən vəziyyətə bərpa edilməsinə və 0,03 ha torpaq sahəsinin zəbt edilməsinə əsas verən mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(105)-94/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-820/2019-saylı, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3.600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14.400 manat müəyyən edilərək, iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir.
17. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmənin tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Məhkəmə öz hüquqi mövqeyini “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respubl ikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(105)-1591/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə cavabdehin iddia ərizəsində qeyd olunan əlavə (zəbt edilmiş) torpaq sahəsi və qanunsuz inşa edilmiş tikililərə dair hər hansı hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması, həmin tikililərin qanuna müvafiq qaydada inşa edilibedilməsi ilə bağlı hər hansı ara şdırma aparmamış, müvafiq hüquq müəyyənedici sənədlərin təqdim olunması cavabdehdən tələb olunmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla işin halları üzrə kifayət qədər ətraflı və obyektiv araşdırılmadan, natamam araşdırma nəticəsində iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
21. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 217.1, 385.1, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki i şə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
26. Maddə 2 17.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyin dən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair g östərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
34. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 1985-ci ildə inşa edilmiş, ümumi sahəsi 380,1 kv.metr, torpaq sahəsi 3.600 kv.metr olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, “Avtomotoservis” 3 saylı Texniki Təmir Məntəqəsi- Əmlak Komitəsi tərəfindən 05 mart 1998-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə əsasən cavabdehlərə satılmış və hazırda onların xüsusi mülkiyyətindədir.
35. Habelə, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(105)-94/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sen tyabr 2019-cu il tarixli, 21(085)-820/2019-saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətdə olan “Avtomotoservis” 03 saylı Texniki Təmir Məntəqəsinin yerləşdiyi 3.600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14.400 manat müəyyən edilərək, iddiaçılara satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(105)-94/2022 saylı qərarı 23 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə həmin qərar icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin y anında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir.
37. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində cavabdehlərin özəlləşdirdikləri “Avtomotoservis” 3 saylı Texniki Təmir Məntəqəsinin yerləşdiyi, Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3.600 kv.metr torpaq sahəsinin 09 dekabr 1997-ci il tarixli Texniki Pasportda qeyd edilən vəziyyətdə bərpa edilməli olduğunu və cavabdehlərin 0,03 ha torpaq sahəsini zəbt etdiklərini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktları nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(105)-1591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.