Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3372/2019 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Tovuz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Q.Mustafayev, iş № 2(62)-1564/2016) İddiaçı cavabdehlər X7 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehlər X5 7300 manat, X2 5400 manat, Cavabdeh5 7900 manat, Cavabdeh3 6200 manat, Cavabdeh4 7000 manat və Cavabdeh6 4800 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov, F.Ə.Mehtiyev və Ş.Q.Rzaquliyev) cavabdehlər X7, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətləri təmin edilməmiş, Tovuz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Şadiyev, Q.A.Əsgərov və Ə.M.Rüstəmov) Cavabdeh5 kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ona aid hissədə ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia tələbindən imtina olunması ilə əlaqədar Tovuz rayon məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Bayramov, Ç.B.Məmmədov və L.S.Süleymanov) cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2016-cı ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin avqust ayında X3 yaxın vaxtlarda geri qaytaracağı adı ilə ondan 5400 manat məbləğində borc almasını əsas göstərməklə həmin pu l məbləğinin Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində İddiaçı eyni zamanda daha 4 nəfərə qarşı tələb irəli sürmüş, iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh X1 şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş q aydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc münasibəti yaranmış, lakin həmin münasibət rəsmiləşdirilməmişdir. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçıya görə cavabdeh Gülarə Fərəcova qısa müddətdə qaytarmaq şərti ilə ondan 5400 manat məbləğində borc almış, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh2 borcun onun tərəfindən deyil oğlu tərəfindən götürülüb sonra qaytarılmasını bildirərək iddianı etiraf etməsə də, məhkəməyə göstərdiklərini təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən olunmuş yuxarıda göstərilən halları iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsas verdiyindən kolleg iya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1076/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1076/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver