Məhkəmə qərarları › İş №2(102)-1076/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1076/2022

07.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10090/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin Halları "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 19% ödəmək şərti ilə 12000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Xalq Bank” ASC ilə bir tərəfdən ipoteka qoyan-X9, digər tərəfdən borclu-İddiaçı arasında bağlanmış 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqavilə si üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59.7 m2 ümumi,37.4 m2 yaşayış, 22.3 m2 yardımçı sahədən ibarət olan 15 nömrəli mənzil bank qarşısında yüklü etmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-128/2018 saylı, 20.02.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 14.11.2013-cü il tarixli **********92013 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X5 məxsus ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59,7 kv.m ümumi, 37,4 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahəsindən ibarət mənzilnə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.11.2013cü il tarixli **********92013 saylı kredit müqaviləsiüzrə cavabdeh İddiaçı "xxxx" ASC- nin qarşısında 7750 manat məbləğində əsas borcu, 2404,74 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 10 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər, iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında "X2" MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənz ilin alqı-satqısı hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və Probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsi və14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətn amə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Xaçmaz Rayon Məhkəməsində prosesdə iştirak etmişdir. Qətnaməni əldə edəndən sonra qətnamədən ona bəlli olmuşdur ki, X10, İddiaçı, X11, X3, X7, X6, X8, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Həmin bu qeydiyyatda olan şəxslərdən cəmi üç nəfərdən, yəni X10, İddiaçı, X1 ipoteka müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almışdır. Bankın bu saxtakarlığı nədən yaratdığı onlara məlum deyildir, çünki bank işlərindən onların anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürmüşdü. İndi isə "xxxx" ASC 14.11.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və 14.11.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni X3, X7, X6, X4 qarşı mənzildən çıxarılma haqqında iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 03.08.2021-ci il tаrixli, 2(004)-3955/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC arasında bağlanmış 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsi və 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 03.08.2021-ci il tаrixli, 2(004)-3955/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının (hakimlər Azad İmanov sədrlik edən, Qürbət Əsgərov, Vahid Sadıqov) 28.10.2021-ci il tarixli, 2(103)-11090/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1 aylıq müddət buraxılmaqla verilmiş, müddtin bərpası barədə vəsatət verilməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətənaməsi 11.08.2021-ci il tarixdə İddiaçı ünvanına gönd ərilmiş və rəsmi qaydada 18.08.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayətini 12.10.2021-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 398, 400, 402-ci maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli, 2(103)-11090/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qeydiyyat yeri Xaçmaz şəhəri, N. Nərimanov küçəsi ev 74 A, mənzil 15 olsa da, o, ailəsi ilə birgə 2 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1, bina 22, mənzil 111-də kirayədə yaşayır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsi ona rəsmi qaydada çatmadığı üçün o, qətnaməni Yasamal Rayon Məhkəməsinə yaxınlaşaraq şəxsən özü qəbzə imza edərək dəftərxana vasitəsi ilə almışdır. Onun oraya getməsini təsdiq edən kamera görüntülərinə baxış keçirlərsə əmin olmaq olar. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(004)- 3955/2021 saylı qətnaməsindən apellyasiya şikayətini də Bakı şəhərindən poçt vasitəsi ilə Yasamal Rayon Məhkəməsinə göndərmişdir. 03.08.2021-ci il tarixli qətnaməsinin 18 avqust 2021-ci il tarixdə alınması barədə xəbərnamədəki imzanın İddiaçı çəkməsinə dair heç bir sübut yoxdur. Qətnaməni kim alıb, yaxud qəbzi poçtalyona kim imza edib veribsə bu barədə heç bir məlumatı yoxdur, qəbzdəki imza da onun imzası deyildir. Ona görə də, məhkəmə iclas katibi şəxsən ona qəbzə imza etdirib 06.12.2021-ci il tarixdə qətnaməni vermiş, o da həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apellyasiya şikayətini Bakı şəhərindən poçt vasitəsi ilə Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Ona görə də iddiaçı hesab edir ki, qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün qanunda nəzərdə tutulmuş 1 ay müddəti o buraxmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülk i Prosessual Məcəllənin 10.8-1ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan s ahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi 11.08.2021-ci il tarixdə İddiaçı ünvanına göndərilmiş və rəsmi qaydada 18.08.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayətini 12.10.2021-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. İddiaçı qeyd etmişdir ki, onun qeydiyyat yeri Xaçmaz şəhəri, N. Nərimanov küçəsi ev 74 A, mənzil 15 olsa da, o ailəsi ilə birgə 2 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanı kimi qeydiyyatda olduğu ünvanı göstərmiş, məhkəmə icraatı zamanı ünvanın dəyişdirilməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin, həmin qeydiyyat ünvanında məhkəmə qətnaməsini onun qohumu, qardaşı oğlu F ərəcov soyadlı şəxs imza edərək almışdır. Azərbaycan Respublikası MPM-nin 135.3 və 146-cı maddələrinə əsasən qeyd edilən hallara əsasən məhkəmə sənədi rəsmi qaydada 18.08.2021-ci il tarixdə verilmiş hesab edilir. Buna görə də, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10090/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar