Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, həmçinin miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(104)- 2019/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X3 mülkiyyətində Bərdə şəhəri, H.Aslanov küçəsində 0,0243 ha torpaq sahəsi və onun üzərində 85,50 kv.m-dən ibarət olan iki otaqlı ev olmuşdur.
2. X5 28 aprel 2022-ci ildə ölmüşdür.
3. İddiaçı və Cavabdeh2 X3 övladlarıdır. 4. 16 yanvar 2023-cü il tarixli 2V-61 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh2 X3 vərəsəsi kimi tanınmış və miras əmlak kimi Bərdə şəhəri, H.Aslanov küçəsi, 18 nömrəli döngədə 0,0243 ha torpaq sahəsi və onun üzərində 85,50 kv.m-dən ibarət olan iki otaq lı fərdi yaşayış evi göstərmişdir.
5. Həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ 06 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı “vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilib bərpa edilməsi, vərəsəlik qaydasında payların naturada bölünməsi və vərəsəlik hüququnun tanınması” tələbi təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 1-də yerləşən evə Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoru tərəfindən qardaşı Cavabdeh2 verilmiş vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin mərhum anaları X2 Bərdə şəhər Həzi Aslanov küçəsi 8-də yerləşən ev miras qalmışdır. İddiaçı savadsız olduğundan anası vəfat etdikdən sonra vaxtında vərəsəlik şəhadətnaməsi almamışdır. Onun anasından qalmış miras evə ögey qardaşının hüququ və haqqı çatmır ki, həmin evi öz adına rəsmiləşdirsin. Belə ki, həmin miras ev mərhum ata lığından əvvəl anasının mülkiyyətində olmuşdur. Cavabdeh isə sonradan mərhum atalığı gəldikdən sonra doğulmuşdur. Anası vəfat etdikdən sonra iddiaçı vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət edən zaman məlum olmuşdur ki, ögey qardaşı qanunsuz olaraq evi adına rəsmiləşdirmişdir. Həmin vərəsəlik şəhadətnaməsi qanunsuz və etibarsızdır. Bir övlad kimi onun da həmin evdə miras pay hüququ vardır.
9. Bərdə Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(021)-501/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia təmin edilərək, mərhum X4 miras qalmış ünvan 1də yerləşən evə Cavabdeh2 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi; iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; iddia tələbinin q alan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 mərhum X3 övladları olmaqla onun qanun üzrə birinci növbəli vərəsəsidir. X1 isə xüsusi mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi qalmışdır. Beləliklə, həm iddiaçı, həm də cavabdeh miras qalmış evə bərabər paylar üzrə vərəsəlik hüququna malikdirlər. Lakin, Cavabdeh2 mərhum anası X2 miras qalmış əmlakda iddiaçının payını gizlətməklə onun vərəsəlik hüququnu pozmuş və iddiaçının vərəsəlik payından məhrum edilmə ilə nəticələnmişdir. Mülkiyyət hüququnun müdafiəsi haqqında iddialara kəsici və iddia müddətləri şamil edilmədiyindən məhkəmə hesab etmişdir ki, iş üzrə iddia qismən təmin edilməklə cavabdehə notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməli və miras əmlakda paylar tanınmalıdır.
11. Məhkəmə, payların tanınması hissəsində qeyd etmişdir ki, həmin funksiya notariusun səlahiyyətindədir. Buna görə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi notarius tərəfindən miras əmlaka dair yenidən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas təşkil edir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 1133.1, 1159.1.1, 1243 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, anasının vəfatından sonra mübahisəli evi miras olaraq yeganə qanun üzrə vərəsə kimi cavabdeh qəbul etmiş, ona sahiblik etməklə idarə və istifadə etmişdir. Bərdə Regional “ASAN Xidmət” Mərkəzindəki notariat ofisinə yazılı ərizə ilə müraciət edərək, həmin evi miras olaraq yeganə qanun üzrə vərəsə kimi faktiki qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş etmişdir. Notariat ofisi tərəfindən ərizəsi təmin edilərək, sözügedən miras fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair adına 16 yanvar 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra həmin ev üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə adına 06 iyu n 2023cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ögey bacısı olan İddiaçı cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, məhrum anası X2 miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinə və vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhrum X3 miras əmlakını faktiki ola raq qəbul etməsini təsdiq edən və mirası qəbul etmək üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddəti buraxmasının üzürlü səbəbləri barədə heç bir sübut təqdim etmədiyi halda, məhkəmə mirasın onun tərəfindən qəbul edildiyini hesab etmişdir. Halbuki, digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilir ki, İddiaçı anası məhrum Kifayət Səfərovanın miras əmlakını qəbul etməsi müddətini ötürməsinə əsas verən halların nədən ibarət olmasına əsaslandıra bilmədiyindən və bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədiyindən onun iddiası təmin edilməmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(104)-2019/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və G.Cavadova) apellya siya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, həmçinin miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
16. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mərhum anası Kifayət Səfərovanın mirasının qəbulu üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsi və vərəsəlik qaydasında paylarının bölünməsi barədə məhkəmədə iddia qaldırmış, lakin Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlaka dair İddiaçı anası X2 miras qalmış əmlakı qəbul etməmiş, mirası qəbul etməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini təsdiq edən halları sübuta yetirə bilməmişdir.
17. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki, qeyd olunan məhkəmə aktları ilə onun iddiasının əsaslandırdığı faktiki hallara artıq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu qənaət eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması, habelə onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaq baxımından da əhəmiyyət kəsb edir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının digər tələbləri üzrə əlavə əsaslandırma aparılmasına da zərurət olmadığını vurğulamışdır. Çünki, mübahisəli miras əmlaka dair payının müəyyən edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 82.3, 88, 217.3, 384.0.2, 385.1.1-ci maddələrinə is tinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(104)-2019/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 25.3, 1134.1, 1157, 1159.1-1.3, 1193-ci, Mülki Prosessual Məcəllənin 76.1, 217.2, 218.1-ci maddələri pozulmuşdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının vərəsəlik hüququnu nəzərə almamış, onun bu hüquqlarını müdafiə etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
24. Azərbaycan Respublika sı mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
28. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, iddiaçı Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın birinci növbədə vərəsəsi olsa da, onun həmin Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə üzrsüz səbəbdən mirası qəbul etməməsi qanuni qüvvədə olan Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur.
31. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq mübahisəyə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etməklə, apellyasiya şikayətinin dəlillərini rədd etmişdir. 32. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsi ndə yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
33. İddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinadı əsassızdır.
34. Belə ki, həqiqətən, Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsind ə əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
35. Bununla belə, Məhkəmə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil etmişdir.
36. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə mirası qəbul etməməsi barədə məhkəmə aktları Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbulundan əvvəl qanuni qüvvəyə mindiyindən, hazırda bu qərarda göstərilmiş hüquqi mövqeyi mübahisəyə tətbiq etmək mümkün deyildir.
37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(104)-2019/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.