Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1077/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8442/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində istifadədə olan 1.1958 ha torpaq sahəsində yerləşən 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 132.35 kv.m ümumi, 76.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 463 nömrəli reyestr kitabının 42802 nömrəli vərəqində qeydiyyata alındığı qeyd edilmişdir. "xxxx" Mənzil-Tikinti kooperativinin 01 dekabr 2020-ci il tarixli 02/29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də A.M.Cümə küçəsi, 7b ün vanında yerləşən 17 mərtəbəli yeni yaşayış binasının 39-cu mənzilində yaşayır və orada 07.05.2007-ci il tarixdən qeydiyyatdadır. Lakin həmin mənzildə oğlu Cavabdeh1 onun həyat yoldaşı Cavabdeh2 nəvəsi X6 və X3 orada qeydiyyatının olmasına baxmayaraq 01.08.2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. "xxxx" Mənzil Tikinti Kooperativinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində 83.64 kv.m-dən ibarət olan 14 saylı mənzili vardır. Sorğuda adı çəkilən Cavabdeh1 hal-hazırda ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə yaşadıqları qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02.11.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X4, X7, X6, X5, X8, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən 07 may 2007-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 01.02.2021-ci il tarixli 078-2660-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanına 17.05.2010-cu il tarixdə pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edildiyi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 006764 nömrəli orderin surətindən görünür ki, 20.04.2005-ci il tarixdən İddiaçı məxsus A.M.Cümə küçəsi, ev 7b, mənzil 39, giriş 1, mərtəbə 14, otağın sayı 3 olmaqla 76,2 kv.metrdən ibarətdir. "xxxx" Mənzil –Tikinti Kooperativinin 08.05.2007-ci il tarixli 02/08b nömrəli arayışın surətindən görünür ki, Nəsirov X2 rayonu, A.M.Cümə küçəsindəki 7b nömrəli 17 mərtəbəli evin 14-cü mərtəbəsində 76,2 kv.m sahəsi olan 3 (üç) otaqlı 39 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin 30.04.2007-ci il tarixli 01-50 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanda yerləşən 17 mərtəbəli kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsus olduğu və bu binanın 1-ci girişin 14-cü mərtəbəsində ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 76,2 kv.m olan 3 otaqlı 39 saylı mənzilin pay dəyəri 17056 (on yeddi min əlli altı) manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, "xxxx" borcunun olmadığı qeyd edilmişdir. AZ-İ №165238 nömrəli nikah haqqında ş əhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 27.06.2005-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1527 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları 27 iyun 2007-ci il təvəllüdlü X7 və 07 may 2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 övladları 27 iyun 2007-ci il təvəllüdlü X7 və 07 may 2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı ev iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daş ınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Nəzərinizə çatdırım ki, Cavabdeh1 üçün toy edib həyat yoldaşı ilə birlikdə iddiaçının evində müvəqqəti yaşaması üçün ona icazə vermiş və beləliklə o və həyat yoldaşı 2005-ci ildən həmin mənzildə yaşamağa başladılar. Daha sonra cavabdehin 2-ci övladının dünyaya gəlməsilə onun ailə tərkibi böyüməsi və iddiaçının da xərçəng xəstəliyinə tutulmağı səbəbilə mənzildə birgə yaşayışa şərait olmadı və buna görə də onlar mülkiyyətçisi olduğu evdən çıxıb özləri üçün yaşamağa yeni şərait qurmaq istədilər. Nəticədə iddiaçının köməkliyi ilə onlar özlərinə yeni ev aldılar. Həmçinin evin təmirinə, mebel və digər əşyaların alınmasına da köməklik etdi. Hal-hazırda iddiaçının işləri zəifləyib, xəstəliyi günü-gündən daha da şid dətlənir. Müalicəsi böyük miqdarda pul tələb edir. Sözügedən evi sataraq müalicəyə getmək istəyir. Oğlu isə evdə formal olsa da qeydiyyatda qalmasına əsas tutub evi satmağa razılıq vermir. Deyir “sən öləcəksən ev də mənə qalacaq”. İddiaçının ondan əlavə də 5 övladı var. Bu günədək ona hər bir şərait qurmuşdur. Lakin bir övlad üçün hər bir şey etməyinə baxmayaraq o iddiaçının ölümümü gözləyir ki, ev ona qalsın. Təəssüf ki, həyatda belə oğullar da var. Halhazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların iki övladı 27 iyun 2007-ci il təvəllüdlü X7 və 07 may 2006-cı il təvəllüdlü X6 formal olaraq qeydiyyatdadırlar. Məlum olduğu kimi, yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində f ormal qeydiyyatı olan şəxslərin razılığını almaq isə iddiaçı üçün çətinlik yaradır. Bu da iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-962/2021) iddia təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi, bu qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (övladları X7 və X6 ilə birlikdə) ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən ev Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə 2005-ci ildən 01.08.2010-cu ilə qədər yaşamışlar. Hal-hazırda cavabdehlər qeyd edilən mənzildə yaşamasalar da formal olaraq qeydiyyatdadırlar. Cavabdeh1 həmin mənzil alınarkən ailə üzvü kimi ora köçməmişdir. İddiaçı ona məxsus bu mənzildə ailə üzvü kimi Cavabdeh1la birlikdə də yaşamamışdır. Məhkəmə iclasında müəyyən edilmiş bu hal iş materiallarında olan "xxxx" MTK-nın məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-nın 3 saylı binasının 3-cü mərtəbəsində 83.64 kv.m sahədən ibarət olan 14 saylı mənzili vardır. Cavabdeh1 ailə üzvləri ilə birlikdə orada yaşayır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, iddiaçı yalnız kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Lakin məhkəmə nəinki onun istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi, onun istifadə hüququnun olmaması barədə qətnamə çıxarmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, o, iddiaçının ailə üzvüdür. İddiaçının oğlu Cavabdeh1la birlikdə iddiaçının evində uzun müddət yaşamışlar. Lakin sonradan onların orada yaşamamalarının səbəbi iddiaçının başqası ilə evlənməsi və onları həmin mənzildən qovması olmu şdur. İddiaçı hazırda qanunsuz iddiası ilə onları həmin evdən çıxarmağa nail olmuşdur. Qətnamədən də göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxaraq, ədalətsiz qətnamə çıxararaq hüquqlarını pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən, iddia tələbi rədd olunmalı idi. Onun istifadə hüququ olmayan şəxs hesab olunması özü qanunsuzluqdur. Eyni zamanda qanunvericilikdə istifadə hüququ olmayan şəxs adlı iddia tələbi yoxdur. Əgər belə bir tələb olsa belə buna ümumi məhkəmədə baxılmasına yol verilmir. Onun istifadə hüququ olmadığını qəbul etsə belə, mübahisəyə İnzibati məhkəmədə baxılmalı idi. Bunun üçün də iddiaçı ilk öncə Polis İdarəsinə müraciət edərək imtina məktubu almalı idi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərda nova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-8442/2021) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kollegiya qeyd etmişdir ki, cavabdehin iddiaçının ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, ilk iddia üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. İstifadə hüququ yaranmamış şəxs isə istifadə hüququ olmayan şəxs hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti ni onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8442/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni apellyasiya şikayətinin təmin olunan hissəsində “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qənaətinə görə iddianın gəlinə aid olan hissəsinə mülki məhkəmədə yox, inzibati məhkəməd ə baxılmalı idi. İddiaçı məhkəməyə müraciət edərkən məhkəmə aidiyyətini yalnış seçmişdir. Bu mövqeyə gələn məhkəmə prosessual və maddi hüquq normalarının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv olunmasını xahiş etsə də dəlilləri iddianın təmin olunmayan hissəsinə yönəlmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növ ünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydas ında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifad ə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mü lkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşa yış yeri və olduğu yer qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqani (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasland ıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla və formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş ma terialları ilə təsdiq edilmir. Apellyasiya məhkəməsinin haqlı mövqeyinə görə Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Bu baxımdan şəxsin qeydiyyatdan çıxarılması üçün həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8442/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il ta rixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1077/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1077/2022
15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver