Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1078/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakıilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11063/2017 nömrəli iş üzrə 10 noyabr 2017-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) 11 may 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 10 noyabr 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtləri təsdiq edilmişdir:
1. İddiaçı 12.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 verilmiş olan 15000 manat borc vəsaitinin 3000 manat hissəsini borcalanlara güzəşt edərək 12000 manat pulun borcalanlar tərəfindən şərtləşdirilmiş vaxtda və qaydada ona qaytarılmasına razılaşır;
2. Cavabdeh1 və Cavabdeh2 12.03.2016-cı il tarixli kr edit müqaviləsi üzrə 12000 manat pulu bu barşıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən başlayaraq 3 ay ərzində hissə-hissə, yəni hər ay 4000 manat məbləğindən az olmamaq şərti ilə İddiaçı ödəməyi öhdələrinə götürürlər. Cavabdeh1 və Cavabdeh2 tərəfindən 12000 manat pul şərtləşdirilmiş qaydada və vaxtda İddiaçı ödənildikdən sonra 12.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər borcalanlar tərəfindən icra edilmiş hesab ediləcək.
3. Müəyyən edilmiş qaydada və müddətdə borc məbləği borcalanlar tərəfindən ödənilməyəcəyi halda İddiaçı sazişin 1.3-cü bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2 güzəşt edilmiş borcun 3000 manat hissəsini də onlardan tələb etmək hüququnu öz üzərində saxlayır. Müəyyən edilmiş qaydada və müddətdə borc məbləği borcalanlar tərəfindən İddiaçı ödənilməyəcəyi halda borcun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması üçün İddiaçı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə icra vərəqəsi verilir. Tərəflər barışıq sazişi bağlanması və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 15000 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X2, Cavabdeh1 və Cavabdeh2 arasında 12 mart 2016-cı il tarixində 6 ay müddətinə 3M-210 saylı kredi t müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borclulara 6 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Lakin borclular kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və 20 dekabr 2016-cı il tarixdə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə ilə müəyyən olunmuş müddət keçdiyi halda kredit məbləğini ödəməmişdilər. Borclular tərəfindən bu günədək hər hansı məbləğdə pul ödənilməmiş və hazırki tarixə ona olan borc 15000 manat təşkil edir. 12 mart 2016-cı il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən “borc alanlar” krediti 6 ay müddətində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdülər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yux arıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyətli olan bütün xüsusatları nəzərə almamışdır. Məhkəmə qərardadın qəbul edilməsi üçün əsas olaraq onu göstərmişdir ki, guya İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında barışıq sazişi imzalanmışdır. Lakin onun sözü gedən saziş haqqında heç bir məlumatı və xəbəri olmamışdır. Barışıq sazişi nümayəndə tərəfındən ona heç bir məlumat verilmədən, mənafeyinə zidd imzalanmışdır. Bu saziş onun maraqlarını əks etdirmir. Əksinə nümayəndənin qarşı tərəflə razılaşması onu ağır maddi vəziyyətdə qoymuşdur. Ona görə də, qərardad ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə ca vabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, işə apellyasiya qaydasında baxılan zaman tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə cavabdehlər arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin barışıq sazişində digər şəxslərin maraqlarına toxunan və qanuna zidd şərtlər olmadığından təsdiq edilməli, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırki mülki i ş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin ələblərinə riayət etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh1 kassasiya şikayətində barışıq sazişindən onun məlumatlı olmamasını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işdən göründüyü kimi, Cavabdeh1 məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi X1 tərəfindən təmsil edilmiş, bu barədə sonuncuya 15.03.2016-cı il tarixdə 15.03.2026-cı il tarixə qədər etibarnamə verilmişdir. Nümayəndə cavabehlərin adından ərizə təqdim edərək i ş materialları ilə tanış olmuş, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, işə baxılarkən məhkəmə iclaslarında cavabdehləri təmsil etmiş və tərəflər arasında bağlanmış barışıq sazişini də nümayəndə imzalayarkən buna səlahiyyətli olmuşdur. Cavabdeh nümayəndəsinin qarşı tərəflə razılaşaraq onu ağır maddi vəziyyətə saldığını qeyd etmişdir. Lakin cavabdehin səlahiyyətli nümayəndəsinə 2026-cı ilə qədər verdiyi etibarnaməni ləğv etdirməsi və o cümlədən nümayəndəsinin qarşı tərəflər razılaşması iş materiallarından müəyyən edilmir. Həm də barışıq sazişinin şərtlərindən onun Cavabdeh1 maraqlarına zidd olması görünmür. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya ş ikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11063/2017 nömrəli iş üzrə 10 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov