Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1081/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-1081/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-8385/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(006)-1687/2018 saylı qətnam əsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı Cavabdeh qarşı “35.946 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 32.700 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-8385/2018 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdə n görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “35.946 manat pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə işgüzar münasibətdə olmuş və sonuncu ondan müxtəlif vaxtlarda satış üçün qızılzinət əşyaları götürmüşdür. Cavabdeh götürdüyü qızıl-zinət əşyalarını sataraq pulunu ona qaytarsa da, sonuncu dəfə götürülən əşyalardan 35.223 manat, 21 iyun 2017-ci il tarixdə götürülən qızıl-zinət əşyalarından 36.446 manat borcu qalmışdır. Cavabdeh ümumi borcdan 4.000 manat pul vəsaitini qaytarmış, qalıq borcu 36.446 manat təşkil edir. Bu barədə polisə müraciət etmiş və cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıya borcunun olduğunu etiraf etmiş və həmin borcu hissə-hissə qaytaracığını öhdəsinə götürmüşdür. Polisdə olan araşdırma müddətində cavabdeh ona 50 0 manat pul ödəmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavab deh, vəkili xx və cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehin iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun qalmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfi ndən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, cavabdeh isə kassasiya şikayətində qətnaməni özünə aid olan hissədə mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdeh iddiaçıya 16 iyun 2017-ci il tarixdə 33.700 manat borclu olmasını etiraf etmiş və həmin pulu 01 iyul 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddiaçıya 32.700 manat borcunun olduğunu etiraf etmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşd irilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni zamanda mülki qanunverciliyin tələbinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq cavabdehin müqavilə öhdəliy ini yerinə yetirməməsinə görə iddiaçı qarşısında 32.700 manat pul öhdəliyinin yaranması barədə düzgün qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iclasda iştirak etmiş, iddianı qismən qəbul etmiş, bu barədə ərizə vermiş və ərizə mülki iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi iddianın təmin olunması üçün əsasdır. Cavabdeh ərizəni onun iradəsinə zidd yazdığı barədə hər hansı dəlilə istinad etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu və apellyasiya şikayətində göstərilən ünvan üzrə lazımi qaydada məlumatlandırılmasına b axmayaraq iclasda iştirak etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən hər hansı sübuta istinad olunmadığından və məhkəmə iclas protokollarına qeydlər verilmədiyindən yalnız cavabdehin subyektiv mülahizələri əsasında borcun etirafı barədə ərizənin cavabdehin iradəsinə zidd tərtib olunduğu qənaətinə gəlmək mümkün deyil. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edib hesab edir ki, o, kassasiya şikayətində göstərdiyi dəlillərlə bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəl lənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili X1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-8385/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1081/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1081/2019
19.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver