Məhkəmə qərarları › İş №2(102)-1082/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1082/2019

25.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1082/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı X7, Cavabdeh vəkili Sadıqov Fərid Sadıq oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)10288/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Biləcəri qəsəbəsi, Na tavan küçəsi, 11 nömrəli evin 22-ci mənzilinə köçürülməsi, həmin mənzildən istifadə qaydalarının müəyyən edilməklə, mənzilin bir otağının onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 20000 manat kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərardadı ilə iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə X7 iddiası qismən təmin edilmiş, onun mübahisəli mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 25.09.2018-ci il tarixli 2(103)-10288/2018-ci il nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1207/2018 saylı iş üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - X1in tələbinin təmin olunmuş hissəsində və Cavabdeh mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)10288/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və mülki işə yenidə n baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd olunan faktların heç biri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında araşdırılmamış və açıq-aşkar olaraq iddiaçı X7 maraqlarını təmin edən və onun hüquqlarını ciddi şəkildə pozan birtərəfli qəbul edilmiş Binəqədi rayon məhkəməsinin 2(001)-l207/2018 saylı 22 iyun 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İşin bütün faktiki halları araşdırılmadan qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10288/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsini qeyri qanuni və əsassız hesab edir. Belə ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 11 nömrəli evin 22-ci mənzilinin icarədarı X8muş və 03.08.1989-cu ildə vəfat etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının 17.05.2005-ci il tarixli, 73/4 saylı sərəncamı ilə icarə müqaviləsi onun adına dəyişdirilmişdir. Mənzil xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən dövlət reyestrində qeydiyyata alınaraq 28 iyul 2005-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı X4yın atası Xin üç evi var və Bayılda yerləşən bir evi daimi yaşamaq üçün X1ə verib və iddiaçı X1 2012-ci ildən mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün qayınatasının verdiyi həmin mənzilə köçmüşdür. Qeyd edir ki, özü evlidir, iki övladı vardır və ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri. Biləcəri qəsəbəsi, Natavan küçəsi, 1 1 nömrəli evin 22-ci mənzildə yaşayır. O, iddiaçı X1ə kompensasiya təklif edərək mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını təklif etsə də iddiaçı bundan imtina etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı X1 daimi olaraq başqa ünvanda yaşayır, onun yaşayış yeri var və onun istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsini məhdudlasdırır. Mübahisə predmeti predmeti olan mənzilin dəyəri 50000-55000 manat həddindədir. Eləcə də, həmin ərazidə bənzər mənzillərin kirayə haqqı 150-200 manat civarındadır. Bu hallar təklif olunan kompensasiya məbləğinin bazar qiymətinə uyğun olduğunu göstərir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili X məhkəm ə kollegiyası iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı X10 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məh kəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. B elə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisəli mənzilin əvvəlki icarədarı tərəflərin atası olub, tərəflər də, həmin mənzildə qeydiyyatda olmaqla valideynləri ilə birgə yaşamış, tərəflərin valideynlərinin vəfatından sonra mənzilin icarə müqaviləsi Cavabdeh adına rəsmiləşdirilib, bundan sonra cavabdehin razılığı ilə mübahisəli mənzil iddiaçının adına özəlləşdirilərək sonuncunun mülkiyyətinə keçmişdir. X1 mənzildə 1999-cu ildən qeydiyyatdadır. Mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi 28.07.2005-ci il tarixdə qeydə alınıb, X10 istifadə hüququ olduğu Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 11 nömrəli evin 22-ci mənzilinə köçürülməsini, Cavabdeh isə ona 20000 manat kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən ist ifadə hüquqlarına xitam verilməsini mübahisələndirmişdir. “Baxış-Əmlak” Daşınmaz Əmlak Agentliyi tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən, Xruşov tipli dörd mərtəbəli binanın dördüncü mərtəbəsində 3 otaqlı mənzilin qiyməti bugünkü əmlak bazarında satış qiyməti üzrə təmirindən asılı olaraq 50000-55000 manat, icarə haqqı 150-200 manat civarındadır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş hallarına 01.09.2000-ci il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddələrini tətbiq edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il və 21.12.2012-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mö vqeləri nəzərə alaraq X1in mübahisəli mənzildə 2012ci il tarixədək yaşamaqla həmin mənzilə istifadə hüququ əldə etdiyindən, onun mənzilə köçürmə tələbinin əsaslı olmasına dair nəticəsini əsaslı sayır. Belə ki, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü mad dəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olm adıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, həmin norma mülkiyyətçinin mənzilinə istifadə hüququ qazanmış şəxsin həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə münasibətləri tənzimləyir Məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarına əsasən eyni tərəflər arasında Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 12.10.2017-ci il tarixli qətnaməsi ilə X1in mübahisəli mənzilə istifadə hüququnun olduğu müəyyən edilmiş, həmçinin Cavabdeh 15000 manat kompensasiya ödənilməklə mübahisəli mənzilə X1in istifadə hüquqlarının itirilməsi tələbi isə təmin olunmamışdır. Qanuni qüvvəsini məhkəmə aktlarından görünür ki, cavabdeh ona mə nzilə istifadə hüququna 15.000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə iddiaya etiraz edərək 3 otaqdan ibarət olan həmin mənzilə istifadə hüququna yalnız 1 otaqlı mənzilin dəyəri civarında kompensasiya ödənilməklə xitam verilməsinə razı olduğunu bildirmişdir. Hazırki iş üzrə də cavabdeh mənzilə istifadə hüququna 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə iddiaya eyni əsasla etiraz edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında da göstərildiyi kimi, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 12-ci maddəsi ilə qanunver ici cavabdehin özəlləşmiş mənzilə əvvəllər əldə etdiyi və mahiyyətcə məhdud əşya hüququ olan istifadə hüququnu təmin etmək məqsədilə, mənzilin hazırki mülkiyyətçisi kimi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. İşdən görünür ki, cavabdeh verdiyi izahatında valideynlərinin vəfatından sonra iddiaçı olan qardaşı ilə eyni hüquqları olan 3 otaqlı mənzili yarı böləcəkləri barədə razılaşdıqlarını, buna görə də, mənzilə icarə müqaviləsinin iddiaçınin adına keçirilməklə onun adına özəlləşdirilməsinə razılıq verdiyini, həmin ərazidə 1 otaqlı mənzil əldə etmək üçün 35.000 manat müqabilində istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərildiyi kimi, cavabdeh mənzilin iddiaçının adına özəlləşdirilməsinə r azılığı həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, iddiaçının mənzilin mülkiyyətçisi kimi mülkiyyət hüququndan onun mənzilə olan istifadə hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib ona etimad göstərərək vermişdir. Bu səbəbdən iddiaçı mənzilə mülkiyyət hüququndan cavabdeh tərəfindən ona göstərilən etimada zidd şəkildə istifadə edərək cavabdehi həmin mənzildən istifadə hüququndan məhrum edə bilməməsinə, əks halın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağa”sına zidd olmasına, iddiaçı tərəfindən cavabdehə 20.000 manat məbləğində kompensasiya ödənilməklə onun mənzildən istifadə hüquqlarına xitam verildiyi təqdirdə, sonuncunun yaşayış sahəsi əldə etmək imkanından məhrum olunduğu üçün həmin məbləğin bazar qiymətlərinə uyğun məbləğ hesab edilə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələrini məhkəmə kollegiyası qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Lakin hazırki halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə 1999-cu ildən qeydiyyatda olan X1ə təklif olunan 20.000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəf lərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məh kəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanun i əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)10288/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar