Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1082/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-5678/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xətai rayon Xətai Bələdiyyə sədrinin xx xxxxxx 2017-ci il tarixli, 30/k saylı əmrinə əsasən İddiaçı Nurəddin qızı xx xxxxxx 2017-ci il tarixdən Əmək Məcəlləsinin (bundan sonra ƏM) 51-ci maddəsinə əsasən 3 aylıq sınaq müddətinə katibə işinə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdən hesablanması əmr edilmişdir. Xətai Bələdiyyəsinin sədri X8 ilə İddiaçı Nurəddin qızı arasında xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, işçi Xətai Bələdiyyəsində katibə işinə qəbul edilmiş, əmək müqaviləsi 12 ay müddətinə bağlanmışdır. Xətai Bələdiyyə sədrinin xx xxxxxx 2020-ci il tarixli, 05/k saylı əmrinə əsasən Xətai Bələdiyyəsinin katibəsi Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən işdən azad edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən, Xətai rayon Xətai Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx xxxxxx 2017-ci il tarixli xxxxxxx000101 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. “Sistemə daxil edildiyi tarix: xx.xx.2019”. İddiaçı xx.xx.2020-ci ildə tutduğu vəzifədən aza d olunması barədə ərizə ilə Xətai rayon Bələdiyyəsinə müraciət etmişdir. İddiaçı aid ******* nömrəli Əmək kitabçasına görə İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu işdən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə işdən azad olunması barədə ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 01/27 saylı məktub ilə İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizəsinə baxılmış, xx xxxxxx 2020-ci il tarixli işdən azad olunmaq üçün yazdığı ərizəyə əsasən ƏM-nin 69-cu maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdən 05/K saylı əmrlə işdən azad olunması onun diqqətinə çatdır ılmış, ayrıca olaraq onun əmək müqaviləsinin xx xxxxxx 2020-ci il tarixdə müddətinin bitdiyi qeyd edilmişdir. Xətai Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş ümumi iclasının 02 saylı protokolu ilə Xətai Bələdiyyəsinin İcra Aparatı işçilərinin 2020-ci il üzrə ştat cədvəlinə xx xxxxxx 2020-ci il tarixdən dəyişiklik edilməsi, ştat vahidinin sayı 51 nəfər olmaqla, aylıq əmək haqqı fondunun 17810 manat həcmində təsdiq edilməsi qərara alınmışdır. Xətai Bələdiyyəsinin İcra Aparatı işçilərinin 2020-ci il üzrə Ştat cədvəlinə əsasən, həmin idarədə katibə vəzifəsi ştat cədvəlində nəzərdə tutulmamışdır. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri Xətai Bələdiyyəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş günlərinə görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Xətai rayon Bələdiyyəsində işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və buraxılmış iş günlərinə (aylarına) görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin dekabr ayından xx xxxxxx 2020-ci ilə qədər Bakı şəhər Xətai rayon Bələdiyyəsində katibə vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə kadrlar şöbə sinin əməkdaşı Bələdiyyə sədrinin göstərişi ilə Yeni Bələdiyyə seçkilərindən sonrayeni müqavilə bağlamaq şərti ilə hər birinə fərdi qaydada işdən çıxma barədə ərizə yazmaq zərurətini bildirmişdir. O, bu vədlərə aldanaraq digər işçilərlə birlikdə xx xxxxxx 2020-ci il tarixdə işdən çıxma barədə ərizə yazmışdır. Lakin xx xxxxxx 2020-ci il tarixdə işə gələrkən ona işdən azad olunduğunu bildirmişlər və əsas gətirmişlər ki, işdən çıxma barədə ərizəsi var. O, nə qədər onlara izah etsə də ki, kadrlar şöbəsinin əməkdaşı ona və digər işçilərə bu cür ərizənin yazılmasının sədrin göstərişi olduğunu bildirmiş və onlar aldanaraq ərizə yazmışlar. Məsul şəxslər onu dinləməkdən yayınmış və işə çıxmamasını təkid etmişlər. Onun işdən çıxması barədə əmri və əmək kitabçasını ona təqdim etməmişlər. Bundan sonra o, xxxx yeni ərizəni bələdiyyə sədrinə təqdim etmək üçün Bakı şəhər Xətai rayon Bələdiyyəsinə getmişdir. Lakin ərizəni qəbul etməmişlər və poçtla göndərilməli olduğunu bildirmişlər. O, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” yeni ərizə ilə AZƏRPOÇT MMC filialı‘‘AZƏREKSPRESPOÇT” RM vasitəsi ilə Bakı şəhər Xətai rayon Bələdiyyəsinə müraciət etmişdir. Onun ərizəsi xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Xətai rayon Bələdiyyəsinə çatdırılmışdır. Ərizənin nəticəsi ilə maraqlanmaq üçün Bakı şəhər Xətai rayon Bələdiyyəsinə getmiş və ona bildirmişlər ki, o, əmrlə işdən azad olunmuşdur. Təkrarən əmrin surətini və əmək kitabçasını tələb etsə də, ona bildirmişlər ki, rəsmi şəkildə poçt vasitə ilə müraciət etsin, ondan sonra ünvana göndərəcəklər. O, hesab edir ki, Bələdiyyə əməkdaşları əmrin surətini və əmək kitabçasının surətini ona vaxtında verməməklə hüquqlarıı pozmuşlar və onun məhkəməyə müraciət etmək üçün sübutu olmasın deyə vaxt uzadırlar ki, işə bərpa barədə bir aylıq iddia müddəti ötsün. Birinci instansiya məhkəməsinin iclasında çıxış edən İddiaçı və onun vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi kimi qəbul edilməsini, həmçinin onun Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsində işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, onun həmin vəzifəyə və ya uyğun digər vəzifəyə bərpa olunması, ona dəymiş ziyanın, yəni məcbu ri buraxılmış iş aylarına görə orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, eyni zamanda vəkilə xidmət haqqı müqabilində ödədiyi 110 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, tək başına iki uşağını saxlayan anadır. Ali təhsilli olmasına baxmayaraq, ehtiyacı olduğundan katibə işləməyə razı olmuşdur. İki ildən çox qüsursuz işləmişdir. Onunla yanaşı həmin təşkilatda işləyən anası və daha iki işçi də eyni qaydada işdən çıxarılmışdır. Belə ki, anası orada 15 ildən artıq müddətdə işləmişdir. Onlardan işdən çıxmaları barədə ərizənin yazılması tələb olunanda anası bildirmişdir ki, hər dəfə yeni bələdiyyə sədri seçiləndən sonra bu prosedur baş vermişdir, işçilər öz xahişləri ilə işdə n çıxarılmış, sonra yeni sədr tərəfindən işə qəbul edilmişdirlər. Ona görə həmin ərizəni yazmışdır, lakin ərizədə tarix göstərməmişdir. Və sonradan aldadıldığını başa düşəndə ərizəsinin etiarsız hesab edilməsi barədə ərizə gətirdikdə kadr məsələləri üzrə mütəxəssis Lamiyə Vəliyeva ondan həmin ərizəni qəbul etməkdən imtina etmişdir. Bununla bağlı olaraq həmin ərizəni poçtla göndərmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 İddiaçı Nurəddin qızının keçmiş iş yoldaşı olmaqla yanaşı, bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə kadrlar üzrə mütəxəssis Lamiyə Vəliyeva onlara yaxınlaşaraq işdən çıxmaqları ilə bağlı ərizə yazmaqlarını, bunun hər il 5 ildən bir olduğunu və onların narahat olmalarına hər hansı bir səbəbin olmadığını söyləmişdir. O, özü əvvəl y amaq istəməmiş, lakin Lamiyə Vəliyeva ona bildirmişdir ki, sədr deyir ki, “məni əsəbiləşdirməsin, yazsın ərizəni, narahat olmasın, mən onu yenidən işə götürəcəyəm”. Bundan sonra o, da ərizə yazmışdır. Ayın 21-də ona Xətai rayon icra hakimiyyətinin bir əməkdaşı zəng edərək, bildirmişdir ki, onun işdən azad edilməsi barədə əmr verilib. Sədrin yanına girərək səbəbini öyrənməyə çalışdıqda, sədr bildirmişdir ki, bu İcra Başçısının tapşırığıdır. S.Camalxanova bildirmişdir ki, tək başına iki yaşlı uşağı böyüdən anadır və bu iş yeri onun yeganə qazanc yeri idi. Ərizənin etibarsız hesab olunması barədə ərizə yazsa da, Lamiyə Vəliyeva həmin ərizəni qəbul eməkdən imtina etmiş, ərizəni poçt vasitəsilə göndərmişdir. Lakin buna baxmayaraq onun ərizəsi nəzərə alınmamış, iddiaçı kimi o, da işdən çıxarılmı şdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) xx xxxx 2020-ci il tarixli, 2(011)-2066/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Nüriddin qızının əmək müqaviləsinə xitam verilməsinə dair Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Nüriddin qızı ilə Xətai rayon Xətai Bələdiyyəsi arasında bağlanmış 30/k saylı, xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsi və onun şərtləri qüvvədə saxlanılmaqla İddiaçı Nüriddin qızının katibə vəzifəsinə (və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa edilməsi və ona xx.xx.2020-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xidmət haqqına görə vəkilə ödənilmiş 120 manat pul vəsaiti cavabdeh Xətai rayon Xətai Bələdiyyəsindən tutularaq İddiaçı Nürəddin qızına ödənilm əsi qət edilmişdir. Məhkəmə Əmək Məcəlləsinin 7, 11, 46, 54, 69-cu maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Xətai rayon Xətai Bələdiyyəsində katibə vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə onunla bağlanmışəmək müqaviləsinə yazılıərizə verilmək əsası ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edilməklə xitam verilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Xətai rayon Xətai Bələdiyyəsinə ünvanlanmış işdən azad olunma barədə ərizə iddiaçının öz şəxsi iradəsi ilə deyil, cavabdeh təşkilatın təkidi ilə yazılmış, bundan başqa, iddiaçı onunla yeni müqavilə bağlanmayacağına əmin olduqdan sonra xəbərdarlıq müddəti bitənədək verdiyi ərizənin etibarsız sayılmas ı ilə bağlı ərizə ilə işəgötürənə müraciət etsə də, cavabdeh təşkilat həmin ərizəni qəbul etməmiş, iddiaçı həmin ərizəni poçt vasitəsilə göndərmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü və beşinci bəndlərində nəzərdə tutulmuş qadağalar işəgötürən tərəfindən nəzərə alınmalı olduğu halda nəzərə alınmamış, xəbərdarlıq müddəti bitənədək həmin maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev ) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayından Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri X1 sonra X3 müavini vəzifəsinə seçilmişdir. “Bələdiyyə qulluğu haqqında” qanunun 5-3-cü maddəsinə əsasən bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda həmin şəxslər bələdiyyə qulluğuna qəbul edilə bilməzlər. İddiaçı qohumu X8 Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri vəzifəsindən azad edilən andan “Bələdiyyə qulluğu haqqında” Qanuna görə bələdiyyənin sədr müavini qohumu olduğundan işləyə bilməyəcəyini anlayıb, işdən azad edilməsi barədə ərizə verərək xx.xx. 2020-ci il tarixdən işə çıxmamışdır. Bakı şəhəri Xətai rayonu. Xətai Bələdiyyəsi İddiaçı işdən azad edilməsinə dair əmr verdikdən sonra onun tutduğu katibə vəzifəsi ixtisar edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Buna görə İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin (işdən azad olmasına dair ərizəsinin etibarsız hesab edilməsinə dair) hüquqi qüvvəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415. 3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi; Maddə
69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdəçıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv ed ilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyənedilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzu niyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə
74. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən id diası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və pros essual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki əri zəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçı bu normaya istinad edərək İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin (işdən azad olmasına dair ərizəsinin etibarsız hesab edilməsinə dair) hüquqi qüvvəsi olmadığını qeyd etmişdir. Lakin işdən iddiaçının işəgötürənə ərizəsini geri götürməsi barədə ərizə verdiyi müddət ərzində cavabdehin həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsi müəyyən edilmir. Ona görə də, kassasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5678/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.